Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə71/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   67   68   69   70   71   72   73   74   ...   86

225 
 
fəaliyyət  sahələri  arasında  uzlaşdırmanı  yaratmaqda,  onların 
həyata keçirilməsi üçün zəruri hüquqi, maliyyə, texniki dəstəyin 
göstərilməsində;  dövlətin  təsərrüfat  subyektləri  və  iqtisadiyyat 
sahələrinin  fəaliyyətinin  planlaşdırılmasında  koordinasiya  və 
tənzimləyici  mexanizmin  təmin  edilməsində  və  bazar  münasi-
bətləri  şəraitində  milli  iqtisadiyyatın  yüksəlişində  göstərir.  Mü-
asir  təsərrüfat  subyektlərinin  planlaşdırma  sistemi  aşağıdakı 
kompleks istiqamətləri özündə ehtiva etməlidir: 
- mövcud şəraitin və xarici mühit amillərinin sistemli təh-
lili; 
-  strateji  marketinq  mərhələsində  formalaşan  məqsədlərə 
nail  olunmasının  alternativ  variantlarının  qiymətləndirilməsi, 
optimallaşdırılması və proqnozlaşdırılması; 
-  planların  aydın  və  məqsədyönlülük  prinsipləri  əsasında 
hazırlanması; 
-  müvafiq  planların  həyata  keçirilməsinin  potensial  im-
kanlarının və əsaslarının müəyyən edilməsi. 
Ümumilikdə  planlar  problemli,  kompleks,  lokal,  həmçinin 
də strateji, taktiki və operativ formada olması ilə fərqlənir. Təd-
qiqatlar  göstərir  ki,  iqtisadiyyatın  inkişafının  ən  mürəkkəb  isti-
qamətlərindən biri innovasiya fəaliyyətinin  fəallaşdırılması  əsa-
sında inkişafa nail olunmasıdır. Müvafiq amil isə, özü-özlüyün-
də ilk növbədə daha çox qeyri-müəyyənliklərlə xarakterizə olu-
nur.  Məhz  bu  və  digər  belə  amillərin  nəticəsində  mövcud  şəra-
itin və perspektiv inkişafın planlaşdırılması da kifayət qədər mü-
rəkkəb  xarakter  alır.  Təbii  ki,  bazar  münasibətlərində  təsərrüfat 
subyektlərinin fəaliyyətinin planlaşdırılmasının qarşısında duran 
vəzifələr  kifayət  qədər  çətin  həyata  keçirilməsi  ilə  səciyyələnə 
bilər.  Təsərrüfat  subyektlərinin  istehsal  fəaliyyətinin  planlaş-
dırılmasının qarşısında duran əsas vəzifələri aşağıdakı kimi təs-
nifləşdirmək məqsədəuyğundur: 
-  strateji  marketinqin  alternativ  variantlarının  planlaşdı-
rılması,  proqnozlaşdırılması  əsasında  perspektivdə  təsərrüfat 
subyektinin optimal strategiyasının seçilməsi


226 
 
- təsərrüfat subyektinin davamlı fəaliyyətinin və inkişafının 
təmin edilməsi;  
- elmi-texniki  yeniliklər  və  innovasiya portfelinin  tərkib və 
çeşidləri üzrə optimal nəzəri-metodoloji yanaşmaların tətbiqinin 
formalaşdırılması; 
- innovasiya fəaliyyətinin məqsədlərinin sistemləşdirilməsi
-  planların  yerinə  yetirilməsinin  kompleks  şəkildə  təmin 
edilməsi; 
- planların yerinə yetirilməsini təmin edən sosial, iqtisadi və 
təşkilati-texniki tədbirlər sisteminin müəyyən edilməsi
-  qarşıya  qoyulan  vəzifələr,  icraçılar,  resurslar,  müddətlər, 
yerlər və işin keyfiyyəti ilə bağlı planların yerinə  yetirilməsinin 
koordinasiyası şəbəkəsinin qurulması; 
-  planların  həyata  keçirilməsində  stimullaşdırıcı  amillərin 
müəyyənləşdirilməsi. 
   Təsərrüfat 
subyektlərinin 
planlaşdırılmasının 
əsas 
prinsiplərinə aşağıdakıları şamil etmək zəruridir: 
-  strateji  və  taktiki  planların  hazırlanması,  onların  nəzəri-
metodoloji və praktiki cəhətdən təmin edilməsinin ardıcıllığı; 
-  planların  hazırlanmasında  iqtisadi  və  sosial  amillərin 
balanslaşdırılması; 
- planlaşdırma obyektlərinin vacibliyinə görə sıralanması; 
- plan göstəricilərinin adekvat xarakter daşıması; 
-  idarəetmə  sisteminin  xarici  mühit  amillərinin  planlaşma 
sistemində nəzərə alınması; 
- planların variantlılığı; 
-  planların  balanslaşdırılması  (ən  mühüm  göstəricilər  üzrə 
ehtiyat təminatın mövcudluğu şəraitində); 
- planların iqtisadi və texniki cəhətdən əsaslandırılması; 
- planlaşdırma sisteminin avtomatlaşdırılması; 
-  planlaşdırma  sistemində  zəruri  koordinasiyanın  təmin 
edilməsi. 
Müasir inkişaf şəraitində planlaşdırmanın qeyd edilən prin-
siplərinin  tamlıqla  tətbiqi  kifayət  qədər  çətinliklərlə  müşayiət 


227 
 
oluna  bilər.  Planlaşdırmanın    prinsiplərinin  həyata  keçirilmə-
sində yüksək ixtisaslı və peşəkar  kadrların, müasir informasiya 
texnologiyalarının,  zəruri  resursların  tam  və  aydın  müəyyən 
edilməsi və onlara olan ehtiyacın ödənilməsi təsərrüfat subyekt-
lərinin qarşısında duran vacib məsələlərdən biri olmalıdır. Məhz 
bu  baxımdan  planlaşdırmanın  tətbiqi  mümkün  olan  prinsipləri 
əslində  təsərrüfat  subyektlərində  istehsal  olunan  məhsulların 
kəmiyyətindən,  keyfiyyətindən  və  istehsal  fəaliyyətinin  səviy-
yəsindən  asılı  olur.  Bundan  başqa,  təsərrüfat  subyektlərinin  in-
frastruktur şəbəkəsi, göstərilən xidmətlərin səviyyəsi, subyektin 
maliyyə  dayanıqlığı  da  planlaşdırmanın  tətbiq  edilən  prinsiplə-
rinin kəmiyyətinə təsir göstərir. Qeyd etmək lazımdır ki, kəskin 
rəqabət  şəraitində  planlaşdırma  sistemində  mövcud  olan  meyl-
ləri aşağıdakı kimi təsnifləşdirmək mümkündür: 
- planların hazırlanma müddətlərinin ixtisar olunması (proq-
nozların təsdiqi ilə bağlı müddətlərin artırılması və ya saxlanıl-
ması şəraitində); 
- planlaşdırmanın tətbiq olunan prinsiplərinin sayının artırıl-
ması ilə bağlı planların keyfiyyətinin yüksəldilməsi
- marketinq konsepsiyası və optimallaşdırmanın müasir me-
todlarının tətbiqi.  
Bazar  iqtisadiyyatı  şəraitində  təsərrüfat  fəaliyyətinin  forma 
və  miqyası  çoxsaylı  amillərdən  istifadə  əsasında  müəyyənləş-
dirilir. Hər bir təsərrüfat subyekti  bir qayda olaraq bu amillərin 
optimal  şəkildə  uyğunlaşdırılmasına  yönəlmiş  strategiya  həyata 
keçirir.  Təsərrüfat  subyektlərinin  fəaliyyətinə  təsir  göstərən 
amillərin  səmərəli  şəkildə  əlaqələndirilməsi,  onların  zəruri  for-
ma  və  metodlarının  tətbiqi  bütövlükdə  təsərrüfat  fəaliyyətinin 
effektiv  həyata  keçirilməsi  baxımından  vacibdir.  Məhz  belə 
forma  və  metodlar  təsərrüfat  subyektinin  istehsal  və  təsərrüfat 
fəaliyyətinin  planlaşdırılması  vasitəsilə  həyata  keçirilə  bilər. 
Sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  müvəffəqiyyətlə  fəa-
liyyət  göstərən  bir  çox  şirkətlərin  təcrübəsi  göstərir  ki,  bazar 
münasibətləri şəraitində, həm də azad rəqabətin mövcud olduğu 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə