Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə69/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   65   66   67   68   69   70   71   72   ...   86

219 
 
-güzəştli 
şərtlərlə  binaların,  avadanlıqların,  torpaq 
sahələrinin kiçik və orta müəssisələrə verilməsi.  
Maliyyə  resursları  ilə  təmin  olunma  daha  kəskin  problem-
dir, kiçik  və orta müəssisələrin ilk növbədə, mövcud olmasının 
mümkünlüyü və inkişafı onun həllindən daha çox asılıdır. Kiçik 
və  orta  biznesə  dövlət  maliyyə  yardımının  formaları  aşağıdakı 
şəkildə öz müxtəlifliyi ilə fərqlənir: 
-  sığorta  fondlarının  və  risk  sığorta  fondlarının  maliyyələş-
dirilməsi əsasında birbaşa subsidiyalaşdırma; 
-  dövlətin  və  fərdi  əmanətçilərin  payının  müxtəlif  olması 
əsasında qarışıq yardım fondlarının yaradılması; 
-  kommersiya  banklarının  kiçik  və  orta  müəssisələrə  kre-
ditlərinə  təminat  üçün  zəmanət  verilməsi,  yəni  verilmiş  vəsa-
itlərin qaytarılacağı barədə kommersiya banklarına zəmanət ve-
rilməsi; 
- güzəştli faizlərlə kreditlərin verilməsi
- müəssisənin kapitalında iştirak.  
Müxtəlif  ölkələrdə  özünəməxsus  xüsusiyyətlərə  malik  olsa 
da güzəştli vergiqoyma sistemi bütövlükdə aşağıdakı müddəaları 
əhatə edir: 
- şirkətin mənfəət vergisi dərəcəsinin kapital  qoyuluşlarının 
yeni  avadanlığı,  tikintiyə  yönəldilmiş  hissəsi  məbləğində  aşağı 
salınması;  emal  sənayesindəki  müəssisələrin  yüksək  kapitaltu-
tumlu  olması  ilə  əlaqədar,  onların  gəlirlərinin  yeni  avadanlıq 
alınmasına  istifadə  edilən  hissəsinin  vergi  ödəməkdən  azad 
olunması;  
-  mənfəət  vergisinin  elmi-tədqiqat  və  layihə  -  konstruktor 
işlərinə çəkilən xərclər hissəsi məbləğinə uyğun aşağı salınması; 
- mənfəət hesabına vergiyə cəlb edilməyən  xüsusi fondların 
yaradılmasına icazə verilməsi; 
- mənfəətdən aşağı vergi dərəcələri ilə vergi tutulması; 
-  mənfəətdən  və  gəlirdən  vergi  tutulmasına  differensial 
yanaşma; 
- vergi tutulmayan ehtiyatın yaradılması; 


220 
 
İnkişaf etmiş Qərb dövlətlərində kiçik və orta müəssisələrin 
xarici  iqtisadi  fəaliyyətinin  inkişafına  dövlət  yardımı    kiçik  və 
orta  biznes  yardım  proqramları  çərçivəsində  həyata  keçirilir  və 
aşağıdakı tədbirləri əhatə edir: 
- ixrac üçün işləyən firmalara maliyyə və vergi güzəştlərinin 
verilməsi; 
-  xarici  iqtisadi  fəaliyyəti  həyata  keçirən  müəssisələrə 
təminatın verilməsi; 
-  informasiya  şəbəkələrinin  yaradılması,  malların  və  xid-
mətlərin  satış  bazarları,  bazarların  konyukturasının  vəziyyəti 
haqqında informasiyanın verilməsi; 
-  ixrac  əməliyyatlarının  təşkili  və  keçirilməsi  üzrə  məs-
ləhətlər verilməsi. 
    Bir  sıra  ölkələrdə  ixrac  malları  əlavə  dəyər  vergisindən 
azad edilir. Fransada bu azadetmə ixrac məhsullarının buraxılışı 
üçün istifadə olunan mallara da aid edilir. İxracatçılara yardımın 
mühüm  vasitələrindən  biri  onlara  gömrük  güzəştlərinin  veril-
məsidir.  İxrac  məhsullarının  istehsalında  tədbiq  edilmək  üçün 
ölkəyə  gətirilən  mallar  idxal  gömrük  rüsumlarını  ödəməkdən 
azad  edilir.  Bu  tədbirlər    istehsalın  və  ixracatın  miqyaslarından 
asılı  olmayaraq  istənilən  istehsal  və  ixrac  fəaliyyətini  həvəs-
ləndirir. Lakin kiçik və orta firmaların ixrac fəaliyyətinin həvəs-
ləndirilməsinin öz spesifikası  vardır, çünki,  əvvəla, onların fəa-
liyyətinin xüsusiyyəti belədir ki, çox  vaxt bütün ixracatçılara la-
zım  olduğundan  da  artıq  əlavə  yardım  tədbirləri  tələb  olunur, 
ikincisi,  həvəsləndirmənin  ünvanlılığını  təmin  etmək  zəruridir, 
yəni  iri şirkətlərin kiçik və  orta firmalar üçün nəzərdə  tutulmuş 
dövlət  yardımını    ələ  keçirməməsinə  nəzarət  etmək  lazımdır. 
Kiçik və orta müəssisələrin ixrac fəaliyyətinə  yardımın konkret 
formaları sadalananlardan savayı aşağıdakılardır: 
-  ixrac  təyinatlı  məhsullar  yaradılmasına  yönəlmiş  innova-
siya fəaliyyətinə yardım; 
-  kiçik  və  orta  müəssisələrin  ixrac  fəaliyyətinin  kredit-
ləşdirilməsi; 


221 
 
- ixrac fəaliyyətinin sığortalanması; 
-  kiçik  və  orta  müəssisələrə  məsləhət  xidmətlərinin  göstə-
rilməsi; 
-  kiçik  və  orta  müəssisələrin  xarici  iqtisadi  fəaliyyət  üzrə 
kadrlarının hazırlanması, təlimi; 
-  ixrac  sahəsində  uğurlara  nail  olmuş  kiçik  və  orta  müəssi-
sələrin təcrübəsinin təbliği. 
İxracatçı  kiçik  və  orta  müəssisələrin  kreditləşdirilməsi  ilə 
subsidiyalaşdırılması arasında seçim edərkən inkişaf etmiş ölkə-
lərdə üstünlük kreditləşdirməyə verilir. Dünya praktikasında ix-
racatın  subsidiyalaşdırılmasına  beynəlxalq  ticarətin  inkişafına 
mane ola biləcək tədbir kimi baxırlar. İxrac fəaliyyətinin kredit-
ləşdirilməsi  inkişaf  etmiş  ölkələrdə  onlardan  məqsədli  istifadə 
üzərində ciddi nəzarət qoyulması ilə müşayiət olunur. İxracatın 
kreditləşdirilməsini  həyata  keçirmək  və  ixrac  kreditləri  üzrə 
təminatlar  vermək  üçün  bütün  inkişaf  etmiş  ölkələrdə  xüsusi 
strukturlar və ya fondlar yaradılmışdır.  
Dövlət kreditləşdirilməsi ilə yanaşı, ixrac kreditlərinin döv-
lət  sığortası  sistemi  də  kiçik  və  orta  biznesə  ciddi  yardım  gös-
tərir.  Dövlət  sığortasının  müxtəlif  formalarının  təkmilləşdi-ril-
məsi biznes sektoru üçün böyük əhəmiyyət kəsb edir. Bu ondan 
irəli gəlir ki, özəl sığorta firmaları kiçik və orta müəssisələrə ya-
naşmada ehtiyatlılıq göstərir, onlara yüksək  risk mənbəyi kimi 
baxırlar.  Bunun  üçün  həm  dövlət  səviyyəsində,  həm  də  yerli 
səviyyədə  sığorta  fondları  yaradılır.  İnkişaf  etmiş  Qərb  ölkə-
lərində  ixracatların  istehsal,  nəqliyyat,  mülkiyyət,  ödəmə,  val-
yuta  risklərindən  və  texniki  risklərdən,  habelə  siyasi  risklərdən 
sığortlanmasının  son  dərəcə  səmərəli  mexanizmi  təşəkkül  tap-
mış və fəaliyyət göstərir. Sığortalanmanı xüsusi dövlət idarələri, 
dövlət  büdcəsinin  vəsaiti  hesabına  özəl  sığorta  şirkətləri  və  ya 
qarışıq  özəl-dövlət  şirkətləri  həyata  keçirirlər.  Dövlət,  məsələn, 
yuxarıda  göstərilən  səbəblərin  hər  hansı  biri  üzündən  sövdə-
ləşmə  uğursuzluqla  nəticələndikdə  itkiləri    öz  öhdəsinə  götürür 
və ixracatçının itkiləri 80-95% örtülür. Dövlət riski öz öhdəsinə 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə