Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə67/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   63   64   65   66   67   68   69   70   ...   86

213 
 
500;  ABŞ-da-740;  Fransada-350;  Polşada-420;  Bolqarıstanda-
380;  Macarıstanda-460  (55,  s.49;  56,  s.41).    Azərbaycanda  ilk 
əvvəllərə  qədər  bu  göstərici  çox  aşağı  olmuş,  hazırda  isə  30-a 
yaxındır. 
Zənnimizcə, Azərbaycanda kiçik və orta təsərrüfat subyekt-
lərinin,  müəssisələrin  inkişafı  qabaqcıl  ölkələrin  müqayisə 
olunan  göstəriciləri  səviyyəsinə  çatmayınca,  milli  iqtisadiyyat 
daim  çətinlik  və  problemlərlə  üzləşəcək,  sosial  gərginlik  səngi-
məyəcəkdir.  Buna  nail  olmaq  üçün  isə  əhalinin  bütün  təbəqə-
lərinin, bütün səviyyələrdə olan qanunverici və icra orqanlarının 
və sahibkarların ictimai birliklərinin hərtərəfli və qarşılıqlı surət-
də  əlaqədar  səyləri  zəruridir.  Mücərrəd  nəzəri  sxemlər  deyil, 
perspektivli  subyektlərə,  kiçik  və  orta  biznesə  üz  çevirmək, 
onun himayə edilməsi və inkişafı sahəsində əməli fəaliyyət mü-
haribədən  sonrakı  Qərbi  Avropa  ölkələrinin  iqtisadi  sıçrayışını 
təmin  etmiş,  Yaponiya  «iqtisadi  möcüzəsi»  ilə  nəticələnmişdir, 
müasir günlərdə isə bu amil Çinin, Vyetnamın və bir çox digər 
ölkələrin modernləşdirilməsində həlledici rol oynayır (57, s.70). 
Avropa  Birliyində  bütün  müəssisələrdə  (kənd  təsərrüfatı 
müəssisələri  istisna  olmaqla)  işləyən  99,6  milyon  nəfərin  28 
milyon  nəfəri  xidmət  sferası  müəssisələrində  çalışır.  Avropa 
Birliyinin  bütün  ölkələrində  xidmət  sferasına  aid  kiçik  və  orta 
müəssisələrdə 22,4 milyon nəfər və ya bütün məşğulların 80%-i 
çalışır. Xidmət sferası topdan və pərakəndə satış, mehmanxana 
və  restoran  biznesini  əhatə  edir.  Kiçik  və  orta  müəssisələr  ti-
kintidə, yerli bazarda fəaliyyət göstərən bank, maliyyə və sığorta 
xidmətləri  sektorunda  da  mühüm  rol  oynayırlar.  Onlar ticarət  – 
vasitəçilik xidmətləri göstərilməsində də böyük əhəmiyyət kəsb 
edirlər.  Avropa  Birliyi  ölkələrində  kiçik  və  orta  müəssisələr 
özlərinin  fəaliyyəti  ilə  bütün  Avropa  Birliyi  məcmu  ÜDM-inin 
1995-ci  ildə  68%-ni,  2007-ci  ildə  70%-dən  çoxunu  təmin  et-
mişlər (58, s. 204). 
Fransada  kiçik  və  orta  müəssisələr  firmaların  ümumi  sayı-
nın 99%-ni təşkil edir, ÜDM-in yarıdan çoxunu da onlar istehsal 


214 
 
edir,  investisiyaların  50%-ni  həyata  keçirir,  məşğulların  ümumi 
sayının 75%-i bu sferada çalışır. İnkişaf etmiş ölkələrdə kiçik və 
orta  müəssisələr  iri  firmanın  kiçildilmiş  modeli  və  ya  onun 
inkişafında aralıq mərhələsi kimi deyil, spesifik keyfiyyətlərə və 
inkişaf  qanunlarına  malik  xüsusi  modeldə  çıxış  edir.  Bu 
ölkələrdə  istehsal  sahəsində  ixtisaslaşmanın  dərinləşməsi  ona 
gətirib  çıxarır  ki,  az  sayda    işçilərə  və  kiçik  həcmdə  (nisbi  mə-
nada)  mal  dövriyyəsinə  malik  müəssisələr  iri  kompaniyaların 
texnoloji  zəncirində  ayrılmaz  vəsiləyə  çevrilirlər.  Transmilli 
kompaniyalarla  əməkdaşlıqda  bu  müəssisələr  subtəchizatçı 
qismində  çıxış  edərək  dar  çərçivədə  məhdud  ixtisaslaşma  fəa-
liyyəti  göstərirlər  (vençur  araşdırmaları,  komponentlər  və  kiçik 
seriyalı məhsullar istehsalı). 
Mikrosxemlərin  geniş  tədbiqinə  əsaslanan keyfiyyətcə  yeni 
texnikanın  meydana  gəlməsi  ilə  avadanlığı  mütəmadi  olaraq 
təkmilləşdirmək  hesabına  xırda  seriya  ilə  məhsul  buraxılışına 
keçmək və onun nomenklaturunu fasiləsiz olaraq yeniləmək im-
kanı yaranmışdır. Xırda seriya ilə məhsul, xüsusi modellər və ya 
yığıb-quraşdırma üzrə tamamlama əməliyyatları ilə bağlı sifariş-
lərin bir hissəsini kiçik və orta müəssisələrə vermək iri müəssi-
sələlər üçün daha sərfəlidir. Kiçik və orta  müəssisələr lizinqdən 
istifadə  edərək  özlərini  müasir  avadanlıqla  təchiz  edirlər.  Sub-
kontraktlar əsasında onlar iri müəssisələrin ən yeni araşdırmalar 
üzrə  texniki  sənədlərindən,  iş  çertyojlarından,  istehsal  resursla-
rından  bəhrələnmək imkanları əldə edirlər. 
İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrin təcrübəsi göstərir 
ki,  kiçik  və  orta  təsərrüfat  subyektləri,  firmalar  aşağıdakı  mü-
hüm  səciyyələndirici  cəhətləri  ilə  müsbət  baxımdan  əhəmiyyət 
kəsb etməkdədirlər:  
-istehsalın  səmərəliliyinin  yüksəlməsinə  kömək  edir,  rəqa-
bətin əlavə mənbəyidir; 
-kiçik və orta müəssisələrin inkişaf edərək sonradan orta və 
iri şirkətlərə çevrilməsi üçün zəmin yaranır; 


215 
 
-yeni  texnologiyaların,  məmulatların  tətbiqinə  yardım  gös-
tərir; 
-dolayısı ilə iri şirkətlərdə istehsalın səmərəliliyinin yüksəl-
məsini stimullaşdırır; 
-iri  şirkətlərin  yetərincə  tutumlu  saymadığı  yeni  bazarların 
mənimsənilməsinə kömək edir və bununla da istehlak mallarının 
çeşidini genişləndirir; 
-əhalinin məşğulluğunun yüksəlməsinə və ətraf mühitin mü-
hafizəsinə kömək edir. 
Müasir  şəraitdə  iri,  kiçik  və  orta  müəssisələrin  əməkdaşlı-
ğında françayzinq əsasında kontrakt münasibətləri sistemi geniş 
yayılmışdır. Onun mahiyyəti bundan ibarətdir ki, firma özünün 
texnoloji  təcrübə  və  biliklərindən,  habelə  ticarət  markasından 
istifadə sahəsində kiçik  və orta   firmaya müstəsna hüquqlar ve-
rir.  İri  firma  adətən  həm  də  güzəştli  şərtlərlə  kredit  verir,  müx-
təlif cür məsləhət xidmətləri göstərir və avadanlığı icarəyə verir. 
Françayzinq  kiçik  və  orta  firmalar  tərəfindən  yeni  texnologi-
yaların mənimsənilməsinə, kiçik və orta biznes sferasının geniş-
ləndirilməsinə əməli kömək edir.  
İnkişaf  etmiş  ölkələrdə  kiçik  və  orta  biznesin  əsas  xüsu-
siyyəti onun iri sənaye strukturlarının istehsal şəbəkəsinə inteq-
rasiya  etməsidir.  Belə  inteqrasiyanın  təşkilati  formaları  maliy-
yələndirilən  lizinq,  françayzinq,  müəyyən  maliyyə  təminatları 
müqabilində  komplektləyici  məmulatların  göndərilməsi  üçün 
uzunmüddətli  kontraktlardır.  ABŞ-da  təsərrüfatçılıq  münasibət-
lərinin bu  yönümlü forması ilə əhatə olunmuş kiçik və orta mü-
əssisələrin sayı XX əsrin əvvəllərində 50 minə, satışın həcmi isə 
632 milyard dollara çatmışdır (54,     s. 234).  
Kiçik  müəssisələr  texnologiya  və  maliyyə  baxımından 
güclənərək  adətən  orta  müəssisələr  cərgəsinə  daha  tez  keçirlər. 
Kiçik  müəssələrin  məhz  subpodrat  əlaqələri  onların  sonradan 
müstəqil  rəqabət  fəaliyyəti  meydanına  çıxması  üçün  vacib  şərt 
rolunu  oynayır.  Bəzən  subpodrat  fəaliyyəti  mərhələsini 
keçməyən kiçik müəssisələr isə əksinə, yüksək mexanikləşdirmə 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə