Азярбайъан милли елмляр академийасы игтисадиййат институту


Təsərrüfat və sahibkarlıq subyektlərinin inkiĢafında



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə66/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   62   63   64   65   66   67   68   69   ...   86

210 
 
3.3. Təsərrüfat və sahibkarlıq subyektlərinin inkiĢafında 
beynəlxalq təcrübə  
 
Təsərrüfat,  o  cümlədən  də  sahibkarlıq  subyektləri  bazarın 
iqtisadi  subyektləri kimi çıxış edən müstəqil subyektlərin, kiçik 
və  orta  müəssisələrin  məcmusunu  daha  çox  özündə  ehtifa  edir. 
Bu  subyektlər  əsasən  inhisarçı  və  iri  birliklərin  tərkibinə  daxil 
deyildirlər,  təsərrüfatçılıq  baxımından  onlara  qarşı  münasibətdə 
öz  spesifik    mövqeyi  ilə  çıxış  edirlər.  Azərbaycan  Respublika-
sının, xüsusilə də onun regionları üçün belə subyektlərə xas olan 
cəhətləri aşağıdakı kimi səciyyələndirmək olar: 

 
Hüquqi müstəqillik; 

 
Müəssisənin  sahibkarlıq  gəliri  əldə  etmək  məqsədilə 
kapital  sahibi  və  ya  tərəfdaş  –  mülkiyyətçilər  tərəfindən  idarə 
edilməsi; 

 
Əsas fəaliyyət göstəriciləri: nizamnamə kapitalı, aktivlərin 
həcmi,  dövriyyənin  (mənfəətin,  gəlirin)  həcmi  və  işçi  heyətin 
sayı  baxımından  təsərrüfat  subyektinin  miqyaslarının  kiçik  ol-
ması. 
İnkişaf etmiş ölkələrdə kiçik və orta biznes sahibkarlığın ən 
iri sektorudur. Yaponiyada iqtisadiyyatda çalışanların 90%-dən, 
İtaliya,  Fransa  və  Avstriyada  80%-dən,  ABŞ,  Böyük  Britaniya 
və  Belçikada  isə  70%-dən  çoxu  kiçik  və  orta  müəssisələrin  pa-
yına  düşür.  Son  dövrlərdə  bazar  iqtisadiyyatlı  ölkələrdə  sahib-
karlıq  fəallığının  artması  nəzərəçarpan  səviyyədə  olmuşdur. 
Əgər,  ABŞ-da 50-ci  illərdə orta hesabla ildə təqribən 130 min, 
70-ci  illərdə  220  min,  80-ci  illərdə  350  min  firma  qeydə 
alınmışdısa, 2000-cı  illərdə bu  göstərici  hər il orta hesabla 600 
minə  çatmışdı  (maliyyə  böhranına  qədər).  Böyük  Britani-yada 
1987-ci ildə 42 min, 1989-cu ildə 65 min və 2006-cı ildə 87 min 
kiçik və orta biznes firması təsis edilmişdi (52, s.58, 53, s.49). 


211 
 
Dünya  təcrübəsində  kiçik  və  orta  təsərrüfat  və  sahibkarlıq 
subyektlərinin  belə  vüsət  almasını  əsasən  aşağıdakı  amillərlə 
şərtləndirmək mümkündür:  

 
Elmi-texniki tərəqqinin artımı və yeni novatorçu ixtira-lara 
əsaslanan  vençur  (risk)  kompaniyalarının  yaranması  ilə  inkişaf 
etmiş  ölkələrdə  yeni  ideyalar iri müəssisələrə nisbətən kiçik və 
orta firmalarda  2,5 dəfə çox meydana gəlir

 
Fərdi  istifadə  və  kiçik  hissədə  (az  həcmdə)  məhsul  bura-
xılışı üçün nəzərdə tutulmuş məhsuldar maşın və avadanlıqların 
yaradılması ilə; 

 
Kiçik  və  orta  firmaların  müqavilə  və  subpodrat  münasi-
bətləri  əsasında  iri  şirkətləri  hissə,  qovşaq  və  detallarla  təchiz 
etməyə istiqamətləndirilməsi ilə.  
Avropa  Birliyinin  kiçik  biznes  administrasiyasının  (Small 
Business  Administration)  hesablamalarına  görə,  ABŞ-dakı  19 
milyon firmanın 98%-i kiçik və orta  firmalardır. Bu subyektlər 
milli  məhsulun  təxminən  yarısını  istehsal  edir  və  ölkədəki  fəh-
lələrin  yarısını iş  yerləri ilə təmin edirlər. İşləyənlərin təxminən 
20%-i  fərdi  sahibkarlardır,  80%-i  isə  digər  firmalarda  subtəc-
hizatçı qismində çalışırlar (53, s.59). ABŞ-da hər bir iri istehsal 
firmasının orta hesabla 500 kiçik və orta – subtəchizatçı firması 
və 3 min nəfərədək parakəndə ticarətlə məşğul olan işçisi vardır. 
ABŞ-da təsərrüfat sahələrində kiçik və orta firmaların payı eyni 
deyildir. Kiçik və orta müəssisələr topdansatış ticarətində (bütün 
müəssisələrin  82%-i),  tikintidə  (81%),  parakəndə  satış  ticarə-
tində  (62%),  xidmətlər  göstərilməsində  (77%)  daha  böyük  xü-
susi çəkiyə malikdirlər. Maliyyə, sığorta və daşınmaz əmlak sa-
hələrində bu müəssisələrin payı 46%, nəqliyyatda və kommunal 
xidmətlərində  32%  təşkil  edir.  Kiçik  və  orta  firmalar  ABŞ-da 
bütün elmi-texniki yeniliklərin təxminən yarısının yaradılmasını 
və  mənimsənilməsini  təmin  edirlər.  İnvestisiyaların,  əlavə  də-
yərin  və  dövriyyənin  ümumi  həcmlərində  kiçik  və  orta  müəs-
sisələrin payı 20%-dən- 60%-ə qədərdir (54, s. 136).  


212 
 
Yaponiya  iqtisadiyyatında  kiçik  və  orta    sahibkarlıq  sub-
yektləri  istənilən  digər  inkişaf  etmiş  ölkəyə  nisbətən  daha  əhə-
miyyətli  rola  malikdir.  Burada  müəssisələrin  ümumi  sayının 
90%-ni  təşkil  edən  6,5  milyon  kiçik  və  orta  müəssisə  fəaliyyət 
göstərir  ki,  onlarda  da  təqribən  40  milyon  nəfər  və  ya  məş-
ğulların ümumi sayının 80%-i qədər işçi çalışır. Sənaye məhsulu 
dövriyyəsinin  55%-i  və  bütün  sənaye  istehsalı  həcminin  60%-i 
kiçik  və  orta  müəssisələrin  payına  düşür  (55,  s.36).  Bu  müəs-
sisələr  ayaqqabı,  tikiş,  əczaçılıq  sənayesində,  komplektləyici 
məmulatlar  və  konstruksiyalar  istehsalında,  tikintidə,  xidmət 
sferasında  (maşın  və  avadanlıqlara  texniki  xidmət  də  daxil  ol-
maqla) güclü mövqeyə malikdirlər. 
BMT-nin  məlumatlarına  görə,  dünya  təsərrüfat  sistemində 
fəaliyyət  göstərən  kiçik  və  orta  müəssisələr  əmək  qabiliyyətli 
əhalinin  təxminən  50%-i  üçün  iş  yeridir  və  ÜDM-in  35%-dən 
75%-ə qədəri də məhz bu müəssisələrdə istehsal olunur. 
Avropa Birliyi ölkələrinə gəldikdə isə, 2005-ci ildə onlarda 
16 milyondan artıq kiçik və orta müəssisə (kənd təsərrüfatı mü-
əssisələrini çıxmaq şərtilə) vardır ki, onlar da fəaliyyət göstərən 
müəssisələrin  ümumi  sayının  99%-ni  təşkil  etmişdir  və  bütün 
işləyənlərin  66%-i  bu  sahədə  cəmləşmişdir.  Sayca  daha  çox  
kiçik  və  orta  müəssisə  İtaliya,  Böyük  Britaniya  və  Almaniya-
dadır.  Yunanıstan,  İspaniya,  İrlandiya,  İtaliya  və  Portuqaliyada 
isə məşğulların ümumi sayında kiçik və orta müəssisələrin payı 
daha çoxdur (52, s.60; 54, s.164).  
Azərbaycana  gəldikdə  isə,  2009-cu  ilin  yekunlarına  görə 
ÜDM-də qeyri-dövlət bölgüsünün payı 80%-i keçmiş və dövlət 
büdcəsi  gəlirinin  40%-i  özəl  sektordan  daxil  olmalar  hesabına 
formalaşmışdır.  Hazırda  ölkə  üzrə  əhalinin  ümumi  məşğullu-
ğunda qeyri-dövlət bölməsinin payı 70% təşkil edir. Bu sahədə 
əsas  aparıcı  göstəricilər  sırasında  kiçik  və  orta  müəssisələr  xü-
susi  çəkisi,  öz  üstün  mövqeyi  ilə  fərqlənir.  Sənayecə  inkişaf 
etmiş ölkələrdə əhalinin hər 10 min nəfəri hesabı ilə kiçik və or-
ta    müəssisələrin  sayı  belədir:  Almaniyada-370;  Yaponiyada-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə