Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə62/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   58   59   60   61   62   63   64   65   ...   86

198 
 
nəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da bu amillə mü-
asir tələblər baxımdan yanaşılması ölkədə qəbul edilən sosial-iq-
tisadi  yönümlü  Dövlət  Proqramlarının  uğurla  həyata  keçiril-
məsinə  öz  əvəzsiz  töhfəsini  verə  bilər.  Bazar  iqtisadiyyatında 
əmək  məhsuldarlığının  göstəriciləri  təsərrüfat  subyektində  iqti-
sadi fəaliyyətin səmərəliliyinin, səviyyə və dinamikasının müəy-
yənləşdirilməsinin müxtəlif variantları ilə şərtlənir. Belə ki, qar-
şıya qoyulmuş məqsədə nail olunması üçün çəkilən xərclərin və 
eyni  zamanda  fəaliyyətin  nəticələrinin  müəyyən  edilməsi  zə-
ruridir.  Daha  dəqiq  ifadə  etsək,  təsərrüfat  fəaliyyətinin  iqtisadi 
səmərəliliyinin  müəyyənləşdirilməsi  üçün  ilk  növbədə  istehsal 
və idarəetmə fəaliyyətinin nəticəsi, bu nəticəyə nail olunması ilə 
bağlı sərf olunan xərclərin nisbəti aydın şəkildə hesablanmalıdır. 
Əmək  məhsuldarlığının  qiymətləndirilməsi  üçün  yalnız  əmək 
məhsuldarlığını  xarakterizə  edən  göstəricilərin  məcmusu  ən  zə-
ruri  əsas  kimi  götürülmür.  Həmçinin,  bu  zaman  əmək  məhsul-
darlığının  qiymətləndirilməsi  metodları  da  mühüm  əhəmiyyət 
kəsb  edir.  Əmək  məhsuldarlığının  qiymətləndirilməsi  metodları 
əslində sistemin xarakterindən bilavasitə asılı olub, eyni zaman-
da  təhlilin  məqsədləri  və  təsərrüfat  fəaliyyətinin  təşkilinin  spe-
sifik  xüsusiyyətləri ilə sıx  əlaqədardır. Xüsusilə,  əmək məhsul-
darlığının  qiymətləndirilməsi  metodları  üçün  mövcud  sistemin 
keyfiyyət  etibarı  ilə  xarakterik  cəhətləri  ön  plana  çəkilməlidir. 
Bu baxımdan, əmək məhsuldarlığının qiymətləndirilməsi metod-
larını  üç  əsas  qrup  üzrə  təsnifləşdirmək  məqsədəuyğundur. 
Birin-ci qrupu amil metodları adlandırırlar, müvafiq metodlar ilk 
növbədə əmək məhsuldarlığının qiymətləndirilməsi üçün göstə-
ricilər  məcmusunun  köməyi  ilə  həyata  keçirilir.  Əmək  məhsul-
darlığının qiymətləndirilməsinin ikinci mühüm metodlarına əsa-
sən çoxamilli metodlar aid  edilir. Çoxamilli metodlar bir qayda 
olaraq,  vahid  göstəricidən  -  məhsul  buraxılışının  xərclərə  olan 
nisbəti  formasında  müəyyənləşdirilir.  Bundan  əlavə,  ayrılıqda 
təsərrüfat  subyektində  istehsal  olunan  məhsul  növləri,  həm  də 
onun əvəzedicilərinin satışından əldə olunan maliyyə gəlirləri və 


199 
 
bu  istiqamətdə  sərf  olunan  əsas  xərclər  bütövlükdə  çoxamilli 
metodun  xarakterik  cəhəti  kimi  səciyyələnir.  Əmək  məhsuldar-
lığının  qiymətləndirilməsini  xarakterizə  edən  üçüncü  zəruri 
metod çoxmeyarlı metodlar adlanır. Müvafiq metodların tətbiqi 
zamanı  bir qayda olaraq əmək məhsuldarlığını xarakterizə edən 
vahid göstəricidən istifadə edilir.  
Xüsusi  göstəricilərin  vasitəsilə  əmək  məhsuldarlığının  qiy-
mətləndirilməsi  son  dövrdə  daha  geniş  istifadə  olunmaqdadır. 
Belə ki, beynəlxalq təcrübədə müəssisə və firmalar səviyyəsində 
əmək  məhsuldarlığını  xarakterizə  edən  göstəricilər  arasında 
kifayət qədər geniş yayılanlara aşağıdakıları şamil etmək olar:   
- sərf edilən hər bir adam/saat ərzində məhsul buraxılışı; 
- hər bir orta illik işçiyə düşən məhsul buraxılışı; 
-  istifadə  edilən  mal-material  məsrəflərinin  hər  qiymət  va-
hidinə (manat, dollar və s.) düşən məhsul buraxılışı; 
-  sərf  edilən  enerjinin  hər  vahidinə  düşən  (qiymət  ifa-
dəsində) məhsul buraxılışı; 
-  əsas  kapitalın  hər  bir  qiymət  vahidinə  düşən  məhsul  bu-
raxılışı; 
-  amortizasiya  ayırmalarının  hər  bir  qiymət  vahidinə  düşən 
məhsul buraxılışı; 
- işlənilmiş hər maşın / saata düşən məhsul buraxılışı. 
Məhsul  buraxılışında  stabil  qiymətlərlə  məhsul  satışının 
həcmi,  eyni  zamanda  ümumi  daxili  məhsulun  həcmi,  ümumi 
əlavə  dəyər,  natural  ifadədə  fiziki  məhsul  buraxılışı  göstəri-
cilərindən də istifadə edilə bilər.  
Bazar münasibətində xüsusilə qeyri-müəyyən şəraitlər özü-
nü  çevik  şəkildə  büruzə  verir  və  bazardakı  belə  qeyri-müəy-
yənlik ilk növbədə  istehsal  güclərinin  və  işçi  heyətinin  məşğul-
luq istiqamətinin dəyişməsi ilə xarakterizə olunur. Təbii ki, qey-
ri-müəyyənlik şəraitində məhsula olan tələbatın, istehsal olunan 
məhsul növlərinin həcminin, istifadə edilən avadanlıq və texno-
logiyaların  potensial  imkanları  vəziyyətinin  dəyişməsi  eyni 
zamanda  istehsal  prosesində  kapital  tutumluluğunun  dəyişmə 


200 
 
halları ilə müşahidə edilir. Mövcud vəziyyət  isə  təsərrüfat  sub-
yektlərində  əmək  məhsuldarlığının  mümkün  qiymətləndirmə 
üsulları kimi sabit və dəyişən xərc göstəricisindən istifadə edil-
məsini  ön  plana  çəkir.  Qeyd  etmək  lazımdır  ki,  idarəetmə  uço-
tunda bu qəbildən olan metodologiyanı əsasən direkt-kostinq də 
adlandırırlar (48, с. 122). Belə yanaşma xərclərin kompensasiya 
məbləğinin qiymətləndirilməsi  kimi  də səciyyələndirilə bilər və 
onu aşağıdakı düsturla müəyyənləşdirmək mümkündür: 
 
 
 
 
Direkt-kostinq  vasitəsilə  əmək  məhsuldarlığının  qiymətlən-
dirilməsi  zamanı  təsərrüfat  subyektində  əsas  göstəricilər  bütöv- 
lükdə və ya ayrı-ayrı məhsul istehsalı sahələri çərçivəsində mü-
əyyən  edilir. Bu zaman  konkret  məhsul növlərinin istehsalı za-
manı  əmək  məhsuldarlığının  qiymətləndirilməsi  üçün  direkt-
kostinq  göstəricisindən  istifadə  edilir.  Həmçinin,  əmək  məh-
suldarlığını səciyyələndirən xüsusi göstəricilərin təhlili ilə bağlı 
əlavə  informasiyalardan  da  istifadə  edilə  bilinər  ki,  həmin 
informasiyalar bir qayda olaraq ənənəvi üsullarla əldə edilir.  
Əmək məhsuldarlığını makro səviyyədə xarakterizə edən ən 
mühüm göstərici əsasən iqtisadiyyat sahələrində məşğul olan hər 
bir  nəfər  işçiyə  görə  real  ümumi  daxili  məhsulun  həcmi  nisbə-
tində hesablanmalıdır. Başqa formada ifadə etsək, bu zaman is-
tər təsərrüfat subyekti çərçivəsində, istərsə də iqtisadiyyatın ay-
rı-ayrı sahələrində əldə olunan əlavə dəyərin məşğul olan əhali-
nin sayına nisbəti əsas götürülməlidir.  
Əmək  məhsuldarlığının  qiymətləndirilməsi  ilə  bağlı  çox-
faktorlu  metodlardan  istifadə  olunması  məqsədəuyğun  sayılır. 
Əmək  məhsuldarlığının  əhəmiyyətli  göstəricisi  kimi  təsərrüfat 
fəaliyyətinin nəticəsinin onun xərclərinə olan nisbəti formasında 
götürülməsi  öz  praktikliyi  ilə  diqqəti  cəlb  edir.  Bu  prosesdə 
məhsul istehsalı əslində bir-biri ilə qarşılıqlı əlaqəyə malik olan 
Реаллашдырма гиймятляри                 Реаллашдырма гиймятляри       
иля мящсул бурахылышы               вя       иля мящсул бурахылышы                     
Дəйишян хяръляр                                      даими хяръляр 
 
 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə