Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə65/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   61   62   63   64   65   66   67   68   ...   86

207 
 
ilə  bağlı  məsələlərin  həllində  də  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Əməyin  normalaşdırıldığı  müasir  şəraitdə  onun  intensivliyinin 
qiymətləndirilməsi aşağıdakı istiqamətlərin həyata keçirilməsini 
zəruriləşdirir: 
-  konkret  istehsal  şəraitində  əməyin  intensivliyinin  faktiki 
və ictimai zəruri göstəricilərinin müqayisəsi
-  mövcud  əmək  intensivliyi  şəraiti  üçün  optimal  xarakter 
daşıyan əmək məsrəfləri normalarının müəyyənləşdirilməsi
-  əmək  şəraiti  və  onun  təşkili  xüsusiyyətləri  nəzərə  alın-
maqla müxtəlif işçi qruplarının əməyinin intensivlik dərəcəsinin 
müqayisəsi; 
-  istehsalın  həcmindən,  əmək  məhsuldarlığından  və  digər 
iqtisadi  göstəricilərin  səviyyəsindən  asılı  olaraq,  əməyin 
intensivlik dinamikasının və səviyyəsinin müəyyənləşdirilməsi. 
Təsərrüfat subyektində çalışan işçilərin əməyinin intensivlik 
səviyyəsinə təsir edən ən mühüm amillərdən biri kimi əmək şə-
raiti göstəricisi öz zəruriliyi ilə çıxış edir. Əmək şəraitinin opti-
mal  xarakter  daşıması  üçün  əməl  edilməsi  lazım  olan  şərtlərə 
əsasən texniki-istehsal, təşkilati, texnoloji,  sosial-iqtisadi, tibbi-
bioloji, sanitar - gigiyenik, psixo - fizioloji, dento-nomik, estetik 
və  digərlərini  şamil  etmək  olar.  Bütün  bunlar  eyni  zamanda 
əmək  şəraitinin  yaxşılaşdırılmasında  önəmli  rol  oynamaqla  ya-
naşı, həm də maksimal əmək məhsuldarlığına nail olunmasında 
yüksək təsir imkanlarına malikdir.  
İş-fəaliyyət  prosesinə  təsir  edən  yuxarıdakı  amillər  nəzərə 
alınmaqla,  bütövlükdə  istehsal  prosesinin  optimallaşdırılmasını 
təmin  etmək  mümkündür,  bu  da  nəticə  etibarı  ilə  maksimum 
əmək məhsuldarlığına nail olunmasının başlıca meyarı kimi özü-
nü göstərir. Əmək şəraitinin optimallaşdırılması vəzifəsi prakti-
kada  istehsal  amillərinin  faktiki  əhəmiyyətini  müəyyənləş-
dirməyə imkan verməklə, əslində normativ göstəricilər üzrə mü-
qayisə  zamanı  öz  real  kəmiyyət  ifadəsini  əks  etdirir.  Əməyin 
intensivliyi və əmək şərtlərinin optimallaşdırılması nəticə etibarı 
ilə  hər  bir  işçinin  əmək  qabiliyyətinə  obyektiv  və  subyektiv 


208 
 
təsirləri  nəzərə  almağa  imkan  yaradır.  Qeyd  etmək  lazımdır  ki, 
əməyin  intensivliyi  prosesinə  təsir  edən  obyektiv  amillərlə  ya-
naşı subyektiv amillər də mövcuddur ki, bunlar da əsasən sosial 
proseslərdən və həm də  təsərrüfat subyekti miqyasında işçilərin 
tibbi müayinəsindən bilavasitə asılıdır. Ümumiyyətlə, təsərrüfat 
subyekti çərçivəsində istər obyektiv və istərsə də subyektiv gös-
təricilər  normal  əmək  şəraitinin  layihələndirilməsi  baxımından 
mühüm əhəmiyyətə malikdir və onların təsərrüfat fəaliyyəti pro-
sesində  nəzərə  alınması  vacibdir.  Bazar  iqtisadiyyatı  şəraitində 
əmək  şərtlərinin  optimallaşdırılmasında  və  həm  də  əməyin  in-
tensivliyinin  yüksəldilməsində  istər  işçi  heyəti,  istərsə  də  sub-
yekt  rəhbərləri,  sahibkarlar  maraqlı  tərəf  kimi  birgə  çıxış  et-
məlidirlər.  Belə  yanaşma  müasir  şəraitdə  geniş  təkrar  istehsal 
prosesinin  müvəffəqiyyətlə  həyata  keçirilməsi  baxımından  mü-
hüm əhəmiyyətə malikdir.   
Əməyin  intensivliyinin  normal  şəkildə  həyata  keçirilməsi 
üçün aşağıdakı amillərin nəzərə alınması xüsusilə vacibdir: 
- iş vaxtından və istehsal vasitələrindən səmərəli və rasional 
istifadənin təmin edilməsi
-  təsərrüfat  subyektlərinin  fəaliyyət  prosesində  səmərəli 
məşğulluğun sisteminin tətbiqi
-  insan  orqanizminin  imkanları  nəzərə  alınmaqla,  əmək 
fəaliyyətinin  yerinə  yetirilməsinin  optimal  şərtlərinin  müəyyən-
ləşdirilməsi; 
- əmək fəaliyyətinin  yerinə  yetirilməsində və istehsalın təş-
kilində səmərəli metodların tətbiqi; 
-  əlverişli  və  təminedici  səviyyədə  əmək  şəraitinin  yara-
dılması. 
Müasir şəraitdə əmək məhsuldarlığının yüksəldilməsi baxı-
mından  əməyin  normal  intensivlik  səviyyəsində  kənarlaşmaya 
gətirib çıxaran amillərin və səbəblərin aradan qaldırılmasına diq-
qət  artırılmalıdır.  Təbii  ki,  bu  zaman  təsərrüfat  subyektində  ça-
lışan  müxtəlif  işçi  kateqoriyaları  üzrə  əməyin  intensivlik  nor-
malarının  müəyyənləşdirilməsində  differensial  yanaşmaların  da 


209 
 
tətbiq  edilməsinə  xüsusi  fikir  verilməlidir.  Əməyin  intensivliyi 
göstəricisinin digər iqtisadi göstəricilərlə qarşılıqlı əlaqəliliyinin 
təhlili,  əməyin  intensivliyinin  normal  səviyyəsinin  müəyyənləş-
dirilməsi nöqteyi-nəzərindən  xüsusi əhəmiyyətə malikdir. Əmə-
yin intensivliyi probleminin həlli ilk növbədə onun səviyyəsinin 
qiymətləndirilməsinə təsir edən amillərin müəyyənləşdirilməsini 
nəzərdə  tutmalıdır.  Aparılan  tədqiqatlar  göstərir  ki,  əməyin    in-
tensivliyinə təsir edən amillərin təsnifləşdirilməsi nəinki əməyin 
intensivlik  səviyyəsini  müəyyənləşdirməyə  imkan  yaradır,  eyni 
zamanda bu sahədə ehtiyat mənbələrin üzə çıxarılmasına müsbət 
təsir  göstərir  (51,    s.    348).  Təbii  ki,  bütün  bunlar  əməyin  və 
istehsalın  təşkilinin  səmərəliliyinin  yüksəldilməsində  əsas  amil 
kimi çıxış edir.  
Nəticə etibarı ilə belə qənaətə gəlmək olar ki, əməyin in-
tensivliyinin  normalaşdırılmasına  təsir  edən  amilləri  təsnifləş-
dirərkən  onları  üç  qrupa  aid  etmək  məqsədəuyğundur.  Belə  ki, 
müasir  iqtisadi  inkişaf  baxımından  birinci  qrupa  təbii-bioloji 
amillər,  ikinci  qrupa  sosial-iqtisadi  amillər,  üçüncü  qrupa  isə 
texniki-təşkilati  amillər  şamil  edilməlidir.  Təbii-bioloji  amillər 
insanların,  işçilərin  cinsini,  yaşını,  sağlamlıq,  fiziki  və  əqli  in-
kişaf  səviyyəsini  və  iş  qabiliyyətini  özündə  təcəssüm  etdir-
məlidir. Sosial-iqtisadi amillər sosial-məişət və əməyin sosial iq-
tisadi  şərtləri ilə bağlı olmalıdır. Müvafiq  amillərə işçilərin hə-
yat-yaşayış,  sağlamlıq  səviyyəsi,  xəstələnməsi  ilə  bağlı  profi-
laktikası,  mədəni  xidmətlərlə  təmini,  mənzil  təminatı  şəraiti, 
məişət  infrastrukturunun  digər  elementləri,  nəqliyyat  məsə-
lələrinin  həlli  və  s.  aid  olunmalıdır.  Texniki-təşkilati  amillər 
özündə texniki vasitələrin mövcud vəziyyətini, onlardan istifadə 
imkanlarını,  təşkilati-idarəetmə  sisteminin  səmərəli  təşkilini, 
korporativ iş bölgüsünü və bu sahədə çevik və səmərəli nəzarət-
məsuliyyət normalarını ehtiva etməlidir. 
 
 
 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə