Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə61/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   57   58   59   60   61   62   63   64   ...   86

195 
 
cələri  üzrə  müəyyən  edilir,  daxili  amillərin  digərləri,  həmçinin, 
qeyri-əsas  olsa  da  müəyyən  təsir  qüvvəsinə  malik  olur.  Qeyri-
əsas  amillərə  məhsulların  tərkibi  ilə  bağlı  struktur  dəyişiklik-
lərini, təsərrüfat və texnoloji intizamın pozulması hallarını, onla-
rın səbəblərini və bu kimi digər amilləri aid etmək olar. 
Xarici amillər təsərrüfat subyektinin fəaliyyətindən asılı ol-
masa da, mahiyyət baxımından onlar istehsal və maliyyə resurs-
larından  istifadə  səviyyəsi  əsasında  müəyyənləşdirilir.  Göstəri-
cilərin  mahiyyətindən  və  onların  hesablanma  qaydasından  asılı 
olaraq, vacib amillər kimi məhsuldarlıq göstəricilərinin səviyyə-
sinin  müəyyən  edilməsi  xüsusi  zərurətdən  irəli  gəlir.  Müvafiq 
amillərin    müəyyən  edilməsi  zamanı  ilk  növbədə  işçilərin  sayı-
nın və məhsul istehsalının həcminin artımı və digər belə amillər 
əsas götürülür. Növbəti addımda digər amillər isə bir qayda ola-
raq əvvəlki amillərin nəticəsi kimi çıxış edir. 
         Təsərrüfat  subyektlərində  müxtəlif  təhlillərin  vasitəsilə  is-
tifadə  olunmayan  ehtiyatların  həcmi  müəyyənləşdirilə  bilər  və 
bu  zaman  təsərrüfat  fəaliyyətinə  təsir  edən  amillərin,  o  cüm-
lədən,  ehtiyatların  da  təsnifləşdirilməsi  prosesi  həyata  keçiril-
məlidir.  Ehtiyatlar  təsərrüfat  subyektinin  istifadə  olunmayan 
imkanlarını özündə əks etdirir və onları aşağıdakı əlamətlər üzrə 
təsnifləşdirmək mümkündür: 

 
İstehsal  prosesinə  təsirin  xarakterinə  görə:  intensiv  və 
ekstensiv; 

 
İstehsal  əlamətlərinə  görə:    təsərrüfat,  sahə  və  region 
daxili; 

 
Zaman əlamətlərinə görə: cari və perspektiv

 
Ehtiyat  və  resursun  fəaliyyət  tsiklinin  mərhələsinə  görə: 
istehsal və istismar mərhələsi.       
İstehsal  prosesinə  təsir  edən  amillər  əsasən  təsərrüfat  fəa-
liyyətinin  kəmiyyət  və  keyfiyyət  xüsusiyyətlərini  özündə  təcəs-
süm etdirir. Təsərrüfat fəaliyyətinin kəmiyyət xüsusiyyətləri bir 
qayda  olaraq,  təsərrüfat  subyektində  istehsal  olunan  məhsulun 
həcmi və onun satış səviyyəsi ilə müəyyən edilir. Həmçinin, bu 


196 
 
zaman  məhsulun  növləri,  çeşidləri,  təsərrüfat  subyektinin  ərazi 
və  istehsal  imkanları,  avadanlıqların,  texniki  vasitələrin  gös-
təriciləri  də  nəzərə  alınmalıdır.  İstehsalın  həcminin  artımı  bir 
qayda  olaraq  təsərrüfat  subyektinin  fəaliyyətinin  genişlənməsi 
ilə  özünü  göstərir  və  bu  zaman  qeyd  edilən  təsir  amilləri  ilə 
yanaşı,  iş  vaxtı fondundan istifadə imkanları  da  qiymətləndiril-
məlidir.  Eyni  zamanda,  əmək  resurslarının  potensial  imkan  və 
ehtiyatları da təsərrüfat subyektinin fəaliyyətində istehsal həcmi-
nin  yüksəlməsinə  əhəmiyyətli  təsir  göstərmək  iqtidarındadır. 
Kəmiyyət  amillərinin  əsas  informasiya  mənbəyi  təsərrüfat  sub-
yektinin maliyyə-mühasibat strukturu və müvafiq hesabatlarıdır.  
İntensiv  təsir  amilləri  əsasən  təsərrüfat  subyektinin  fəaliy-
yətinin  yaxşılaşdırılması  ilə  bağlı  işçilərin  və  subyektin  səylə-
rinin artırılması nəticəsində mümkün olur və bu amillər müxtəlif 
səmərəlilik  göstəriciləri  sistemində  öz  əksini  tapır.  İntensiv 
amillər  istər  mahiyyətinə,  istərsə  də  qiymətləndirmə  xüsusiy-
yətlərinə  görə  təsərrüfat  subyektinin  istehsal  fəaliyyətini  xarak-
terizə  edir.  Müvafiq  amillərin  səviyyəsinin  müəyyən  edilmə-
sində natural və dəyər ifadəsində olan kəmiyyət  göstəriciləri də 
önəmli  rol  oynayır.  Onların  müəyyən  edilməsində,  həmçinin, 
nisbi, faiz və əmsal göstəricilərindən də istifadə  edilməsi müm-
kündür.  İntensiv  təsir  amilləri  təsərrüfat  subyektinin  fəaliyyə-
tinin səmərəlilik səviyyəsini nümayiş etdirir və bir çox hallarda 
onlar subyektin fəaliyyətinin keyfiyyət amilləri, göstəriciləri ki-
mi də əsas  götürülür (47, с. 89). Təsərrüfat  subyektinin   fəaliy-
yətinin  səmərəliliyinə  təsir  göstərən  amillərin  təsnifatını  aşağı-
dakı sxem üzrə   əks etdirmək məqsədəuyğundur. 
 
 
 
 
 
 


197 
 
Sxem 4. 
Təsərrüfat subyektinin  fəaliyyətinin səmərəliliyinə təsir 
göstərən amillərin təsnifatı 
 
 3.2. Müasir Ģəraitdə təsərrüfat subyektlərində əmək 
məhsuldarlığının qiymətləndirilməsi və  əməyin 
intensivliyinin müəyyən edilməsi 
 
Bazar  münasibətləri  şəraitində  təsərrüfat  subyektlərinin 
istehsalının    genişləndirilməsində,  onun  rəqabət  mühitində  da-
vamlı fəaliyyət göstərməsində əmək məhsuldarlığının və əməyin 
intensivliyinin  rolu xüsusi  əhəmiyyət  kəsb  edir.  Digər tərəfdən, 
belə  yanaşma  işçilərin  sosial-iqtisadi  vəziyyətinin  yaxşılaşdırıl-
masında da öz vacibliyi  ilə çıxış edir. Məhz bu baxımdan bey-
 
Ekstensiv 
 
İntensiv 
Re-
sursla-
rın 
həcmi 
Resurs-
lardan 
istifadə 
səviyyəsi 
Resursları-
dan qeyri-
təyinatı üz-
rə istifadəyə 
son
 
qoyulması 
Resurslar-
dan istifa-
dənin key-
fiyyət gös-
təriciləri 
(mənfəət, 
maya dəyəri 
və s.) 
Resurslardan 
istifadə 
im-
kanlarını  xa-
rakterizə  edən 
göstəricilər 
(resurslardan 
istifadənin 
yaxşılaşdırıl-
ması  üzrə  səy-
lərin  artırılma 
səviyyəsi, 
əmək  məhsul-
darlığı və s.) 
Vəsait-
lər  
Material-
lar  
Əmək 
resursları 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə