Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə57/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   53   54   55   56   57   58   59   60   ...   86

183 
 
şən  əmək  məhsuldarlığı  göstəricisi  1,5  dəfə  artaraq,  son  ildə 
97,2  min  manat  təşkil  etmişdir.  Lakin,  bu  artımın  ən  yüksək 
göstəricisi və  həcmi  yenə də neft və mədənçıxarma sektorunda 
olmaqla, 1,6 dəfə artımla müşahidə edilib, 419 min manata bəra-
bər olmuşdur. Sənaye və  istehsal sahələrinə  aid  digər təsərrüfat 
subyektlərində isə, müvafiq göstərici öz aşağı artım səviyyəsi və 
həcmi  ilə  nəzərə  çarpmışdır.  Belə  ki,  emal  sənayesində  bu 
göstərici  1,1  dəfə  (14,2  min  manat),  sellüloz-kağız  istehsalı  və 
nəşriyyat  işi  sahəsində  2,5  dəfə  (11,7  min  manat),  maşın  və 
avadanlıqların  istehsalında  1,6  dəfə  (4,3  min  manat)  yüksəl-
mişdir.  Əksinə,  müvafiq  göstərici  yeyinti  sənayesində  1,1  dəfə 
(11,2  min  manat),  toxuculuq  və  tikiş  sənayesində  2,3  dəfə  (1,5 
min  manat),  kimya  sənayesində  4  dəfə  (4,3  min  manat),  metal-
lurgiya  sənayesi  və  hazır  metal  məmulatlarının  istehsalında  1,6 
dəfə (4,1 min manat)  azalmışdır (27). Mövcud vəziyyət ölkədə 
sənaye  və  istehsal  yönümlü  təsərrüfat  subyektlərində  bir  işçiyə 
düşən  əmək  məhsuldarlığı  göstəricisini  müsbət  baxımdan  qiy-
mətləndirməyə imkan vermir. Yaranmış durum isə, bu təsərrüfat 
subyektlərində qalmaqda olan ciddi çətinlik və problemlərlə sıx 
bağlıdır  (idarəetmə  sisteminin  təşkilinin  qeyri-səmərəliliyi, 
maddi-texniki  bazanın  zəifliyi,  innovasiya  yönümlü  tədbirlərin 
həyata  keçirilməsinin  qeyri-mükəmməlliyi,  maliyyə,  kredit, 
investisiya  problemləri,  mütəxəssis  və  işçi  heyətinin  peşəkar-
lığının  aşağı  səviyyədə  olması,  məhsulların  rəqabət  qabiliyyət-
sizliyi  və  s.). Maraqlı haldır ki,  ölkədə fəaliyyət  göstərən xarici 
investisiyalı  və  birgə  müəssisələrdə  bu  istiqamətdə  vəziyyət 
nisbətən  daha  qənaətbəxşdir  və  onlar  yerli  təsərrüfat  subyekt-
lərinin malik olduğu problemlərin çox hissəsindən uzaqdırlar. 
       Müasir  dünyada  elmi-tədqiqatlara  çəkilən  xərclərin,  bu 
sahəyə ayrılan investisiyaların həcmi artmaqdadır. Bu baxımdan 
nəinki inkişaf etmiş ölkələr (ABŞ, Qərbi Avropa ölkələri, Yapo-
niya), o cümlədən bir çox inkişaf etməkdə olan ölkələr də (ÇXR, 
Hindistan,  Cənub-Şərqi  Asiya  ölkələri)  xüsusilə  fərqlənirlər. 
İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  elm  tutumlu  və 


184 
 
innovasiya  yönümlü  məhsul  və  xidmətlərin  həcmi  həmin 
dövlətlərin ümumi daxili məhsulunun artımının xüsusi çəkisinin 
50%-dən çoxunu təmin edir (28).   
Azərbaycanda  son  on  ildə  bu  sahəyə  diqqət  və  dövlət  qay-
ğısı artmaqda olsa da, müvafiq məqsədlər üçün ayrılan vəsaitlər 
daha çox bu sferada çalışan insanların əmək haqqının artırılma-
sına, sahənin maddi-texniki bazasının müasir tələblərə uyğunlaş-
dırılmasına  yönəlmiş,  lakin  iqtisadi  inkişafın  yüksəlişinə  təsir 
göstərəcək innovasiya yönümlü yeni məhsul istehsalına və digər 
belə  elmi-tədqiqat  işlərinin  həyata  keçirilməsinə  kifayət  etmə-
mişdir. Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizin bazar təsər-
rüfatçılıq  modelinə  keçməsi  zamanı  mövcud  olan  ciddi  prob-
lemlər,  sonradan  yaranan  beynəlxalq  maliyyə  böhranı  elm  - 
iqtisadiyyat,  elm-istehsal  birliyinin  vəhdətinin  formalaşmasına, 
bu  istiqamətdə  məqsədyönlü  elmi-tədqiqatların  aparılmasının 
maliyyələşdirilməsinə,  ciddi  innovasiya  tədbirlərinin  həyata  ke-
çirilməsinə  imkan  verməmişdir.  Azərbaycan  dünyada  elm  tu-
tumlu  məhsulların  0,01%  -nə  qədərinə iddia edə bilər ki, bu da 
ümumilikdə  20  milyon  ABŞ  dollarından  da  aşağı  göstəricidir 
(27, 43). 
        Azərbaycanın elmi-tədqiqat müəssisələrində istifadə olunan 
əsas vəsaitlərin dəyəri 2000-ci illə müqayisədə 2009-cu ildə 1,6 
dəfə artaraq, 85 milyon manata çatsa da, müvafiq maddi texniki 
bazanın  yalnız  26%-i  zəruri  avadanlıq  və  texniki  vasitələrdən 
ibarət  olmuşdur.  Elmə  və  elmi  tədqiqatlara  çəkilən  xərclərin 
73%-i  dövlət  büdcəsindən  maliyyələşdirilmiş,  digər  hissəsi  isə 
elmi-tədqiqat  müəssisələrinin  özlərinin  müxtəlif  mənbələrdən 
cəlb  etdiyi  və  xarici  donorların    məqsədli  layihələri  hesabına 
təmin olunmuşdur (27). 
Ölkənin  inkişafında  əsaslı  innovasiya  fəaliyyətinin  reallaş-
dırılması  üçün  ilk  növbədə  son  on  beş  ildə  iqtisadiyyatın  inki-
şafında xammal  yönümlüyünün mövcud olması  ilə bağlı məsə-
lələr və həm də bu sahədə olan maneələr, məhdudiyyətlər aradan 
qaldırılmalıdır. Bu ilk növbədə cəmiyyətin və iqtisadiyyatın tə-


185 
 
ləbatlarına  elmi  tədqiqatların  kifayət  qədər  istiqamətlənməməsi 
ilə  sıx bağlıdır. Azərbaycanlı alimlərin, tədqiqatçıların ideya və 
ixtiraları,  demək  olar  ki,  yerli  sənaye  və  sahibkarlıq  subyekt-
lərinə  zəif  istiqamətlənmişdir.  Xüsusi  elmi-texniki  və  vençur 
sektorunun  faktiki  olaraq  mövcud  olmaması  son  nəticədə  elmi 
fəaliyyətdə rəqabət və səmərəliliyi aşağı salmışdır. Bu sahədə ən 
mühüm tormozlayıcı  amil infrastrukturun inkişaf etməməsi,  in-
novasiya  fəaliyyətinin  və  qabaqcıl  texnologiyaların  geniş  ya-
yılması mexanizminin olmaması ilə sıx bağlıdır. Təbii ki, bütün 
bu  amillər  əslində  dövlətin  aktiv  sənaye  və  innovasiya  siyasəti 
həyata keçirməsinin zəruriliyini şərtləndirir.  
       Azərbaycan  Respublikasında  fəaliyyət  növləri  və  maliyyə 
mənbələri üzrə texnoloji innovasiyalara çəkilən xərclərin həcmi 
öz yüksəkliyi ilə fərqlənmir. İqtisadi inkişafın stabilliyinin möh-
kəmlənməyə başladığı illər ərzində bu sahədə ciddi irəliləyiş nə-
zərə  çarpmamış,  əksinə,  müəyyən  lənglik  və  geriləmə  halları 
özünü göstərmişdir. Belə ki, ümumilikdə sənaye və istehsal yö-
nümlü sahələrdə, buraya aid olan təsərrüfat subyektlərində mü-
vafiq  xərclərin  həcmi  2005-ci  illə  (53273  min  manat)  müqayi-
sədə 2009-cu ildə (4618 min manat) 11,5 dəfə azalmışdır. Təsər-
rüfat  subyektlərinin  öz  daxili  maliyyə  mənbələri  hesabına  bu 
istiqamətdə  çəkdiyi  xərclərin  həcmi  müvafiq  dövr  ərzində  1,1 
dəfə  azalmaqla,  son  dövrdə  3589  min  manat  təşkil  etmişdir. 
Dövlət və digər büdcədən kənar fondlar hesabına çəkilmiş mü-
vafiq xərclərin həcmi 2005-ci ildə 44645 min manat olsa da (bu, 
müvafiq  dövrdə  çəkilən  xərclərin  84%-inə  bərabərdir),  son  üç 
ildə bu istiqamətdə onların səviyyəsi yoxa enmişdir. Əsasən, bu 
xərclər də  neft sektoruna  yönəldilmişdir. Digər sahələrdə  də bu 
yöndə pozitiv irəliləyiş olmamış, əksinə, azalma meylləri müşa-
hidə edilmişdir. Belə ki, qeyd olunan  dövrdə müvafiq xərclərin 
həcmi emal sənayesinə aid olan təsərrüfat subyektlərində 2,2 də-
fə azalmaqla, 4102 min manat, yeyinti sənayesinə aid olan təsər-
rüfat subyektlərində 2,4 dəfə azalmaqla, 1646 min manat, maşın 
və  avadanlıqların  istehsalı  ilə  məşğul  olan  təsərrüfat  subyekt-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə