Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə54/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   50   51   52   53   54   55   56   57   ...   86

174 
 
də  perspektivli  və  ixrac  imkanları  üçün  əlverişli  şəraiti,  poten-
sialı  olan  təsərrüfat  subyektlərinin  istehsal-texniki,  maliyyə 
təminatının  artırılması  üçün  büdcədən  ciddi  ayrımlar  hələ  ki, 
həyata keçirilmir.  Belə  yardımlar  İqtisadi  İnkişaf  Nazirliyi nəz-
dində  olan  Sahibkarlığa  Kömək  Milli  Fonduna  (SKMF)  büd-
cədən  ayrılan  vəsaitlər  hesabına  təmin  edilir  ki,  bu  maliyyə  re-
sursları da 2003 -ci ildən başlayaraq həyata keçirilsə də onun il-
lik həcmi 75-80 milyon manat arası dəyişir. Müvafiq yardım və 
ya dəstək mexanizmində əsaslandırılmış proqram və dövlət siya-
səti  üzrə  beynəlxalq  rəqabətə,  inkişafa  yönəldilmiş  sis-temlilik 
nəzərə çarpmır. Belə güzəştli vəsaitlər, kreditlər mövcud hüquqi 
əsaslara müvafiq olaraq, ehtiyacı olan və təqdim etdiyi sənədləri 
tələb  edilən  normalara  uyğun  gələn  təsərrüfat  subyektlərinə 
ayrılır və burada təsərrüfat  subyektinin  sahəvi  xüsusiyyəti, fəa-
liyyət  istiqaməti  və  perspektiv  inkişaf  üçün  əhəmiyyəti  zəruri 
əsas kimi çox vaxt diqqət mərkəzindən kənarda qalır. Digər tə-
rəfdən,  bələdiyyə  orqanlarının  yerli  gəlir  və  xərclərini  tənzim-
ləmək üçün dövlət büdcəsindən mərkəzləşdirilmiş qaydada ayrı-
lan  xərclərin  məbləği  öz  artım  meyli  ilə  müşahidə  olunur.  Belə 
ki,  artıq  2009-cu  ildə  ölkə  üzrə  büdcə  və  digər  mənbələrdən 
ayrılan belə xərclərin həcmi 810 milyon manat təşkil etmiş, hə-
min orqanların özlərinin gəlirləri hesabına xərclərinə yönəltdiyi 
vəsait isə 288  milyon manata çatmışdır (27, 29). Bələdiyyə or-
qanlarına  ayrılan  maliyyə  vəsaitlərinin  hər  il  artımına  baxma-
yaraq,  onlar  bu  vəsaitlərdən  iqtisadi  proqramların  hazırlanması, 
adi və ya istehsal yönümlü təsərrüfat subyektlərinin yaradılması, 
mövcud  olan  subyektlərin  fəaliyyətinin  bərpası  üçün,  demək 
olar  ki,  istifadə  etmir,  əksinə,  daha  çox  sosial  məsələlərin  həlli 
ilə bağlı müvafiq vəsaitlərdən istifadəyə üstünlük verirlər.        
Beynəlxalq təcürbədə tətbiq olunan səmərəli və çevik vergi 
standartlarının  ölkədə  tətbiqinin  yubadılaması  daha  çox  yerli 
təsərrüfat  subyektlərinin  maliyyə  vəziyyətinə  və  təsərrüfat  fəa-
liyyətinə  öz  neqativ  təsirini  göstərməkdədir.  Yəni  belə  müasir 
yanaşma,  vergi  mexanizminin  təkmilləşdirilməsi  və  bu  sahədə 


175 
 
beynəlxalq  standartların  tətbiqi    Azərbaycan  büdcəsinə  yaxın 
beş  ildən  sonra  daxil  olan  vergi  ödənişlərinin  həcminin  artma-
sına, vergi ödəyicilərinin əhatə dairəsinin genişlənməsinə, təsər-
rüfat  subyektlərinin  maliyyə  vəziyyətinin  və  likvidlilik  səviy-
yəsinin yaxşılaşmasına müsbət təsir göstərmək imkanlarına ma-
likdir. 
Büdcə  gəlirlərinin  formalaşmasında  Azərbaycan    Respub-
likasında  iqtisadi  siyasətin  əsas  tərkib  hissəsi  olan  vergi  isla-
hatları aşağıdakı başlıca prinsiplərə əsaslanmalıdır: ümumi məq-
sədyönlülük;    sadəlik;  fiskal  səmərəlilik;  vergiləri  ödəməkdən 
yayınma meyllərinə sədd çəkilməsi; universallıq; ictimai faydalı 
fəaliyyət növlərinin inkişafının stimullaşdırılması və zərərli fəa-
liyyət  növlərinin  qarşısının  alınması;  büdcənin  və    vergi  ödəyi-
cilərinin  gəlirlərinin  inflyasiyadan  müdafiəsi.  Aparılan  araşdır-
malar  göstərir  ki,  respublikanın  iqtisadi  və  sosial  vəziyyətini 
yaxşılaşdırmaq  üçün  beynəlxalq  standartlara  uyğun  olaraq  yeni 
mütərəqqi  vergi  növləri  qəbul  etməklə  formalaşmış  vergi  me-
xanizmini daha da təkmilləşdirmək zəruridir. Qeyd etmək lazım-
dır  ki,  respublikada  hələ  ki,  işlək  vergi  sistemi  və  mexanizmi 
tam  formalaşmamışdır.  Çünki  işlək  vergi  sisteminin  və  mexa-
nizminin  yaradılmasında  müəyyən  maneələr  və  çətinliklər 
mövcuddur.  Mükəmməl vergi sistemi həmin çatışmamazlıqların 
aradan  qaldırılmasını  tələb  edir.  İqtisadi  təhlillərin  nəticələri 
göstərir ki, təsərrüfat subyektlərində vergi qanunvericiliyinin po-
zulması  halları  əsasən  mənfəətin  vergiyə  cəlbetmədən  gizlə-
dilməsi, məhsulun maya dəyərinin qəsdən şişirdilməsi, əlavə də-
yər vergisi və  digər ödənişlərin düzgün hesablanmaması,  idxal-
ixrac  əməliyyatlarında  çatışmazlıqların  mövcudluğu,  maliyyə 
intizamına  düzgün  əməl  olunmaması,  sahibkarlıq  və  kommer-
siya  subyektlərində  sənədlərin  tam  doğru-dürüst  aparılmaması 
və sair kimi amillərdə özünü büruzə verir.  
     Sahibkarlıq  və  təsərrüfat  subyektlərinin  maliyyələşmə  və  in-
vestisiya cəlbi ilə bağlı problemlərinin həlli istiqamətində dövlət 
səviyyəsində yardım mexanizmini hələ ki təkmil səviyyədə qiy-


176 
 
mətləndirmək  qeyri-mümkündür.  Belə  ki,  SKMF,  “Azərbaycan 
İnvestisiya  Şirkəti”  ASC,  Azərbaycanda  İxracın  və  İnvestisiya-
ların  Təşviqi  Fondu  və  digər  bu  kimi  qurumlar  müvafiq  prob-
lemlərin həlli istiqamətində fəaliyyət göstərsə də, onların maliy-
yə  təminatı  yetərli  həcmdə  olmayıb,  investisiya  cəlbi  sahəsində 
isə  əsas  üstünlüyü  təbliğat-maarifləndirmə,  xarici  donorların 
Azərbaycana cəlbi məsələlərinin  həllinə  verməklə, öz funksiya-
larını başa çatmış hesab edirlər. 
Azərbaycan  Respublikasında  təsərrüfat  subyektlərinin 
istehsal fəaliyyətinin təşkilində və genişləndirilməsində maliyyə 
təminatı və maliyyə vəsaitlərinin axınının davamlı olması xüsusi 
zəru-rətdən  çıxış  edir.  Müasir  şəraitdə  yerli  təsərrüfat  subyekt-
lərində  bu  zəruri  amillər  üzrə  daim  problemlər  yaşanmaqdadır. 
Mövcud vəziyyət təsərrüfat subyektlərinin istehsal potensialının, 
maddi-texniki  bazasının  zəifliyi,  idarəetmə  sisteminin  qeyri-
mükəmməlliyi və digər bu kimi mühüm səbəblərdən irəli gəlib, 
onların  istehsal  prosesini  səmərəli  şəkildə  qura  bilməməsinə, 
bazara rəqabət qabiliyyətli məhsul çıxarmaqda ciddi çətinliklərlə 
üzləşməsinə təsir edir. Bütün bu amillər son nəticədə, bu təsər-
rüfat  subyektlərinin  maliyyə-təsərrüfat  fəaliyyətinin  pisləşmə-
sinə,  maliyyə  dayanaqlığının  zəifləməsinə,  maliyyə  resurslarına 
olan ehtiyaclarının artmasına təkan verir. 
Bütün belə problemlərin həllində, beynəlxalq təcürbədə ol-
duğu  kimi,  Azərbaycanda  da    bank  və  maliyyə  kredit  təşkilat-
larının rolu xüsusi əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir 
ki,  son  on  ilə  yaxın  müddətdə  bu  sahədə  irəliləyişlər  müşahidə 
olunmaqdadır. Belə ki,  bank və maliyyə-kredit təşkilatları tərə-
findən iqtisadiyyat sahələrinə, o cümlədən də təsərrüfat subyekt-
lərinə  verilən  kreditlərin  həcmi  9  dəfəyə  yaxın  artaraq,  8408 
milyon manat təşkil etmişdir. Lakin, verilən kreditlərin vaxtında 
və  ya  tam  qaytarılmasında  çətinliklər  qalmaqdadır.  Belə  vəziy-
yət  daha  çox  yerli  istehsal  və  digər  təsərrüfat  subyektlərinin 
fəaliyyəti  nəticəsində  yaranır.  Məhz  bu  kimi  amillərin  nəticə-
sidir ki, müvafiq dövr ərzində vaxtı keçmiş kreditlərin həcmi 3 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə