Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə51/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   47   48   49   50   51   52   53   54   ...   86

165 
 
standartların  tətbiqinin  genişləndirilməsində  zəruri  tədbirlərin 
həyata  keçirilməsini  sürətləndirməlidir,  bu  amil  Azərbaycanın 
ÜTT-yə üzvlüyü üçün götürülmüş öhdəliyin tərkib hissəsi kimi 
xüsusi əhəmiyyət kəsb edir.  
      ÜTT üzvü olmaq ölkəyə uğur üçün zəmanət vermir, bu, dün-
ya  ticarətində  əlverişli  iştirak  şəraitini  artırır,  müqayisəli  üstün-
lüklərə əsasən mövcud imkanlardan daha yaxşı istifadə imkanını 
təmin edir. Ticarət strukturunu ixracın artırılması yolu ilə yaxşı-
laşdırmaq  üçün  bir  çox  imkanlar  olduğunu  nəzərə  alaraq,  bey-
nəlxalq davranış koduna uyğun qayda və qanunların qəbul edil-
məsi üçün zəruri addımlar atılmalıdır. 
      Ölkədə son on ildə yaxın və uzaq xarici ölkələrlə ticarət-iqti-
sadi əlaqələrinin inkişaf meyli xeyli yüksəlmişdir. Lakin, bu əla-
qələrin  inkişaf  etməsi  ilə  bağlı  olaraq  Azərbaycan  daha  çox  sə-
naye və istehlak mallarının satış bazarına çevrilmişdir ki, bu da 
özünü  qeyri-neft  sektorunun  və  sənaye  sahələrinin  inkişafında 
göstərməkdədir.  Daxili  bazarda  idxal  mallarının  gətirilməsinin 
həcminin  artması  və  ödəniş  qabiliyyətli  təklifin  tədricən  aşağı 
düşməsi, xarici bazarda isə Azərbaycanın təsərrüfat subyektləri-
nin istehsal etdiyi məhsulların rəqabət qabiliyyətli olmaması, ba-
zarlarda  ticarət  bacarığının  və  təcrübənin  azlığı,  burada  qəbul 
olunmuş qarşılıqlı münasibət qaydalarına, o cümlədən, məhsul-
ların keyfiyyət sertifikatının olması tələblərinə etinasızlıq göstə-
rilməsi  yerli  subyektlərin,  müəssisələrin  məhsullarının  satışına 
əhəmiyyətli dərəcədə mənfi təsir göstərməkdədir. 
Ölkədə özəlləşdirmə prosesinin birinci mərhələsində özəl-
ləşdirilən  sənaye  və  istehsal  yönümlü  təsərrüfat  subyektlərinin 
sayı  ümumi  özəlləşdirilən  subyektlərin  cəmi  0,02  %-i  səviyyə-
sində olmuş, həmçinin, 1570 dövlət müəssisəsi səhmdar cəmiy-
yətinə  çevrilmişdir.  Özəlləşdirilmiş  1570  səhmdar  cəmiyyətinin 
yalnız  9%-i  sənaye  və  istehsal  sahələrinə  aid  olmuşdur  (60). 
Özəlləşdirmənin  ikinci  Dövlət  Proqramı  çərçivəsində  təsərrüfat 
subyektlərinin,  müəssisələrin  özəlləşdirilməsinin  həyata  keçiril-
məsi prosesi isə davam etməkdədir. Özəlləşdirmə prosesinin hə-


166 
 
yata  keçirilməsində  nəzərə  çarpan  problem  və  çatışmazlıqlar 
özünü göstərmişdir. Belə ki, ölkə Prezidentinin fərman və sərən-
camlarına, göstərişinə müvafiq olaraq Əmlak Məsələləri Dövlət 
Komitəsi  tərəfindən  mövcud  problemlərin  aradan  qaldırılması-
na başlanmışdır. Digər sahələrdə olduğu kimi, sənaye və istehsal 
yönümlü təsərrüfat subyektlərinin özəlləşdirilməsində və səhm-
dar cəmiyyətlərinə çevrilməsində mövcud olan nöqsan və çatış-
mazlıqları aşağıdakı kimi qiymətləndirmək məqsədəuyğundur: 
- yeni və səmərəli özəlləşdirmə mexanizmlərinin tətbiq edil-
məməsi,  özəlləşdirmədə şəffaflığın kifayət qədər yüksək olma-
ması; 
-  mülkiyyətin,  əmlakın  qeydiyyatı  sahəsində  prosedurların 
və    sənədləşdirmənin  mürəkkəbliyi,  bəzi  hallarda  süründürmə-
çiliyin mövcud olması; 
-  qeydiyyat  prosedurlarına  sərf  edilən  müddətin  uzun 
olması,  bu  sahədə  göstərilən  xidmətlərin  keyfiyyətinin  müasir 
tələblərə cavab verməməsi; 
-  daşınmaz  əmlakın  Milli  Qeydiyyat  Sisteminin  qeyri-
təkmilliyi,  bu  sahədə  məlumat  bazasının  mərkəzləşdirilməməsi 
və  avtomatlaşdırılmış  korporativ  şəbəkənin  tam  formalaş-
maması. 
      Özəlləşdirilən  və  səhmdar  cəmiyyətinə  çevrilən  sənaye  və 
istehsal  yönümlü  yerli  təsərrüfat  subyektlərinin  75%  -inin  bir 
hissəsi fəaliyyət göstərmir, digər hissəsi isə çox zəif şəkildə ma-
liyyə-təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olmaqdadır.  Buna  əsas 
səbəb həmin təsərrüfat subyektlərinin idarəetmə sisteminin qey-
ri-təkmilliyi,  maddi-texniki  bazasının  zəifliyi,  maliyyə  vəziyyə-
tinin qeyri-qənaətbəxşliyidir 
     Özəlləşdirmənin I mərhələsinin nəticələrinin təhlil edilib qiy-
mətləndirilməsi,  bu prosesin  ll mərhələsində kifayət qədər nöq-
san  və  çatışmazlıqlardan  qaçınmağa  geniş  imkanlar  yaradardı. 
Özəlləşdirmə  prosesində  və  ondan  sonrakı  dövrdə  səmərəli  tə-
sərrüfat  sisteminin  yaradılması,  istifadə  olunmayan  və  ya  çox 
zəif şəkildə istifadə olunan subyektlərin (xüsusilə də istehsal sa-


167 
 
hələrində),  resursların  effektiv  istismara  cəlb  edilməsi  məsələsi 
hələ də öz həllini tapmamışdır.  
        Ölkənin  təsərrüfat  subyektlərinin,  o  cümlədən,  sənaye  və 
istehsal  yönümlü  subyektlərin  fəaliyyətinin  və  inkişafının  mü-
asir  tələblər  baxımdan  təşkilində  yüksək  ixtisaslı  və  peşəkar 
kadr,  mütəxəssis  və  işçi  heyətinin  hazırlanması  xüsusi  zərurət-
dən  irəli  gəlir.  Mövcud  problemin  həlli  ali  və  orta  təhsil  müəs-
sisələrinin,  peşə-ixtisas  məktəblərinin,  ixtisasartırma  kurslarının 
fəaliyyətinin  köklü  surətdə  təkmilləşdirilməsi  ilə  birbaşa  bağ-
lıdır.  
        Ölkədə son on ildə peşə-ixtisas və texniki peşə məktəbləri-
nin sayında artım müşahidə olunmasa da, bu məktəblərdə təhsil 
alanların sayı 1,1 dəfə artaraq, 25562 nəfərə çatmışdır. Digər tə-
rəfdən, hər il həmin təhsil məktəblərində təhsil alanların sayı ilə 
müqayisədə  iki  dəfə  az  müxtəlif  peşə-ixtisaslara  malik  kadrlar, 
fəhlə və texniki işçi heyəti oranı bitirmişdir (27). Aparılan araş-
dırma və tədqiqatlar göstərir ki, peşə-ixtisas təhsili məktəblərini 
bitirən texniki və digər ixtisaslı şəxslərin istehsal sahələrində  iş 
tapmaq  imkanları  məhdudlaşmaqdadır.  Bu  amil  əsasən  onların 
müvafiq təhsil ocaqlarını bitirmək üzrə sənədinin olmasına bax-
mayaraq, müasir bilik və praktik təcrübədən xeyli uzaq olduğu-
nu sübut etməkdədir.  Beynəlxalq  təcrübədə olduğu kimi  şirkət, 
firma - təhsil müəssisəsi səmərəli əlaqəsinin Azərbaycanda real-
lıq baxımından olmaması müvafiq vəziyyəti daha da mürəkkəb-
ləşdirməkdədir. 
      Ölkədə  müvafiq  dövrdə  orta  ixtisas  üzrə  təhsil  müəssisə-
lərini, kollecləri (keçmiş texnikumları) bitirənlərin sayı 1,4 dəfə 
artaraq,  son  dövrdə  14573  nəfərə  çatsa  da,  bu  təhsil  ocaqlarını 
bitirənlərin  yalnız  21%-i  istehsal  yönümlü  sahələr  üzrə  kadrlar 
olmuşdur. Azərbaycanın ali təhsil məktəblərində iqtisadi inkişafı 
üçün  xüsusi  əhəmiyyət  kəsb  edən  sənaye  və  istehsal  yönümlü 
sahələr üzrə iqtisadçı, texniki, İKT və istehsal sahələri üzrə ixti-
sasların  sayı  üstünlük  təşkil  etmir.  Əksinə,  ali  təhsil  müəssi-
sələrində daha çox dövlətin, cəmiyyətin, bazarın inkişaf tələbləri 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə