Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə50/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   46   47   48   49   50   51   52   53   ...   86

162 
 
runda  və  qiymətin  əmələ  gəlməsi  proseslərində  liberalizasiya-
nın miqyası genişləndirilməli, bank və maliyyə islahatları sürət-
ləndirilməli, əlverişli biznes mühiti daha da fəallaşdırılmalıdır. 
    Azərbaycan  Respublikası,  məlum  olduğu  kimi,  Ümumdünya 
Ticarət  Təşkilatına  üzv  olmaq  ərəfəsindədir.  ÜTT-nin  üzv  ol-
maq  istəyən  ölkələr  qarşısında  əsas  tələblərindən  biri  ölkənin 
müəssisələri tərəfindən beynəlxalq standartların qəbuluna şərait 
yaradılmasıdır. Bu baxımdan ölkəmizdə beynəlxalq standartların 
müəssisələr  tərəfindən  tətbiqinə  şərait  yaradılmalıdır.  Lakin, 
bundan  əvvəl  ölkəmizdə  beynəlxalq  standartların  tətbiqi  sahə-
sində  mövcud  vəziyyət  dərindən  araşdırılmalı  və  əldə  olunan 
nəticələr əsasında müxtəlif tədbirlər görülməlidir.  
      Azərbaycanda  və  ümumiyyətlə  dünyada  baş  verən  iqtisadi 
tərəqqi  və  qloballaşma  prosesi  bütün  sahələrin  inkişafına  güclü 
təkan vermişdir. Son dövrlərdə beynəlxalq ticarətin sürətli inki-
şafı,  əmək  bölgüsünün  dərinləşməsi  və  ölkələrin  bir-birindən 
asılılığının  artması  bu  proseslərdə  iştirak  edən  bütün  ölkələrin 
inkişafını zəruri etmişdir. Beynəlxalq ticarətin inkişafı ticarətdə 
mövcud  olan  texniki  maneələrin  aradan  qaldırılması  istiqa-
mətində görülən tədbirlərin genişləndirilməsinə səbəb olmuşdur 
ki,  bunlardan  da  biri  sertifikatlaşdırmanın  aparılması  yolu  ilə 
ölkələrin ticarətin asanlaşdırılmasına nail olmasıdır. Burada əsas 
diqqət  beynəlxalq  standartlar  üzrə  aparılan  sertifikatlaşdırmaya 
yönəldilib  ki,  bu  da  beynəlxalq  standartların  milli  standartlara 
nisbətən  ticarət  sahəsindəki  maneələrin  daha  çox  aradan  qaldı-
rılmasına və diskriminasiya siyasətinə yol verilməməsinə səbəb 
olmamasıdır. Beynəlxalq standartların tətbiqinin makro və mik-
ro  səviyyədə  iqtisadi  səmərələrinə  aşağıdakıları  şamil  etmək 
məqsədəuyğundur: 
 * Rəqabət qabiliyyətliliyin yüksəldilməsi; 
 * Xərclərin aşağı salınması və gəlirlərin artırılması; 
 *İstehlakçıların məmnunluğunun və təhlükəsizliyinin təmin 
olunması; 


163 
 
 *  Beynəlxalq  ticarətin  asanlaşması  və  transfer  xərclərinin 
azalması; 
 *  Məhsul  satışının  həcminin  artırılması  və  bu  prosesdə 
marketinq alətindən istifadə olunması; 
 * Risklərin azaldılması və idarə olunması; 
 * Təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətində 
stabil inkişafın təmin olunması; 
 * Təsərrüfat subyektlərinin tərəfdaşları və investorlar qarşı-
sında etibarlılığının yüksəldilməsi; 
 *İnformasiya yayımı və innovasiya təminatının inkişafı; 
 *Bazara  çıxış  müddətinin  azaldılması,  yeni  bazarlara  çıxı-
şın təmin olunması; 
 *İşçilərin  peşəkarlığının,  əmək  məhsuldarlığının  və  vəzifə 
bölgüsünün yüksəldilməsi; 
 * Təsərrüfat  subyektinin  bazarın dəyişikliklərinə  çevik  uy-
ğunlaşmasının təmin olunması; 
 *İstehlakçıların məlumatlılıq səviyyəsinin yüksəldilməsi
 *Dövlət,  istehlakçı  və  istehsalçı  arasında  qarşılıqlı  inamın 
və rəğbətin yaradılması; 
 *Ölkənin makro səviyyədə ixrac rəqabət qabiliyyətliliyinin 
artırılması; 
 *Əhalinin  maddi  rifah  halının  və  təhlükəsizliyinin 
yüksəldilməsi. 
      Qeyd  edilənlər  bir  daha  sübut  edir  ki,  beynəlxalq  standart-
ların  tətbiqi  hər  bir  ölkə  üçün  böyük  əhəmiyyətə  malikdir  və 
Azərbaycan iqtisadiyyatının, təsərrüfat subyektlərinin inkişafına 
əhəmiyyətli  töhfə  verə  bilər.  Azərbaycanda  da  bu  sahədə  apa-
rılan işlərin intensivləşdirilməsinə və  yerli təsərrüfat  subyektlə-
rinin  beynəlxalq  ticarətə  inteqrasiyasının  təmin  olunmasına  zə-
rurət artmaqdadır. Bütün bu tədbirləri həyata keçirmək üçün ilk 
növbədə  ölkədə  beynəlxalq  standartlar  üzrə  aparılan  sertifikat-
laşdırmanın  səviyyəsi,  bu  bazarda  mövcud  olan  problemlər  və 
onların həll yolları, bazarda fəaliyyət göstərən sertifikatlaşdırma 
təşkilatlarının (beynəlxalq və nüfuzlu xarici təşkilatların) fəaliy-


164 
 
yəti  və  onlar  arasında  olan  rəqabətin  səviyyəsi  tədqiq  edilməli, 
yerli  təsərrüfat  subyektlərinin  məhsul  və  xidmətlərinə  beynəl-
xalq  standartların  tətbiqi  sistemi  və  mexanizmi  müasir  tələblər 
baxımından təşkil olunmalıdır.   
  Ölkədə beynəlxalq sertifikatların verilməsi ilə bağlı doqquz 
sertifikatlaşdırma firması fəaliyyət göstərir. Artıq yerli təsərrüfat 
subyektlərinin  bir  hissəsi  beynəlxalq  standartların  tətbiqini  öz 
biznes  strategiyalarının  tərkib  hissəsi  kimi  qəbul  edirlər.  Məhz 
bu  səbəbdəndir  ki,  son  dövrdə  beynəlxalq  menecment  sistemi 
üzrə standartları tətbiq edən subyektlərin sayı artmaqdadır. Belə 
ki,  2003-cü  ilə  qədər  beynəlxalq  standart  tətbiq  edən  təsərrüfat 
subyektlərinin  sayı  təxminən  5-ə  bərabər  olduğu  halda,  hazırda 
onların  sayı  46  dəfə  artaraq,  230-a  çatmışdır  (42,  43).  Lakin, 
həm ölkə üzrə, həm də inkişaf etmiş və ÜTT-nin üzvü olan ölkə-
lərlə müqayisədə bu göstəricilər qənaətbəxş deyildir. Bunun sə-
bəbi isə bir çox obyektiv və subyektiv problemlərin mövcud ol-
ması  və  onların  öz  həllini  tapmamasıdır.  Azərbaycanda  tətbiq 
olunan  belə  standartların,  demək  olar  ki,  hamısı  beynəlxalq 
menecment  sistemi  üzrə  standartlardır.  Lakin,  beynəlxalq  stan-
dartların  digər  menecment  sistemi  standartları  (İSO/TS  16949, 
İSO 13485-2003 və s.) və məhsula aid bir çox standartları da var 
ki,  yerli  təsərrüfat  subyektləri  onların  tətbiqində  çətinliklərlə 
üzləşirlər.  Belə  ki,  bu  çətinliklərə  müvafiq  sahə  üzrə  fəaliyyət 
göstərəcək yüksək ixtisaslı kadr və mütəxəssis heyətinin azlığı-
nı,  rəqabət  qabiliyyətli  məhsul  istehsal  etmək  üçün  maddi-
texniki  bazanın  qeyri-təkmilliyini,  hüquqi-normativ  bazanın  bu 
standartların  tələblərinə  uyğun  olmamasını  və  s.  misal  göstər-
mək olar.   
   Azərbaycanda  beynəlxalq  standartların  tətbiqi  yeni  təcrübə 
olduğundan bəzi sertifikatlaşdırma firmalarının bundan öz xeyri-
nə məharətlə istifadə etməsi bazarda bir çox problemlərin möv-
cudluğuna zəmin yaradır. Bazarda ən böyük problem sağlam rə-
qabət mühitinin zəif olması və əksər hallarda bu sahədə özbaşı-
nalığın  hökm  sürməsidir.  Müvafiq  dövlət  orqanları  beynəlxalq 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə