Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə53/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   49   50   51   52   53   54   55   56   ...   86

171 
 
təyinatlı  obyektlərin  xüsusi  çəkisi  öz  artımı    ilə  nəzərə  çarpır. 
Xüsusilə, son dövrdə istehsal təyinatlı obyektlərə yönəldilən in-
vestisiyalar  əsas  kapitala  yönələn  investisiyaların  80%-indən 
çoxunu  təşkil  etməkdədir.  Həmçinin,  iqtisadiyyat  sahələri  üzrə 
əsas  kapitala  yönəldilmiş  investisiyaların  tərkibində  sənaye-
istehsal sahələri üstünlük təşkil etsə də, bu investisiyaların struk-
tur  təhlili  göstərir  ki,  bu  sahəyə  qoyulan  investisiyaların  içində 
neft-mədənçıxarma sənayesinin xüsusi çəkisi daha yüksəkliyi ilə 
özünü göstərir .  
İnvestisiya  fəallığı,  sahibkarlıq  və  təsərrüfat  fəaliyyətinin 
inkişafı baxımından ölkədə təkmil infrastrukturun formalaşması, 
bu  sahədə  qarşıda  duran  əsas  problemlərdən  biridir.  Xüsusilə, 
bank, maliyyə-kredit, sığorta, konsaltinq  və digər xidmət  sahə-
lərinin  bu   istiqamətdə  fəaliyyətinin  təkmilləşdirilməsi,  onların 
eyni zamanda regional inkişaf səviyyəsinin təmin edilməsi mü-
hüm məsələlərdən biri kimi  qiymətləndirilməlidir.       
 Əsas  kapitala  yönəldilmiş  xarici  investisiyaların  tərkibində 
xarici və müştərək təsərrüfat subyektlərinin qoyuluşlarının xüsu-
si çəkisi üstünlük təşkil edir.  Xüsusilə, qeyri-neft sektoruna aid 
sahələrdən biri olan emal sənayesinə yönəldilən xarici investisi-
yaların  91%-i  bu  sahədə  fəaliyyət  göstərən  xarici  və  müştərək 
təsərrüfat  subyektləri  tərəfindən  qoyulmuşdur.  Ölkədə  yerli  tə-
sərrüfat subyektlərinə investisiyaların cəlbində strateji xarakterli 
planların  müəyyənləşdirilməsi,  investisiyanın  cəlbi  və  mənim-
sənilməsi  ilə  bağlı  mərhələlərin  qiymətləndirilməsi  qənaətbəxş 
səviyyədə  deyildir.  Belə  ki,  təsərrüfat  subyekti  investisiyaların 
cəlbi  prosesində  strateji  təhlillər  aparmalı,  investisiyanın  cəl-
binə, mənimsənilməsinə təsir edəcək amillər, mühit haqda zəruri 
və əhəmiyyətli informasiya bazasını yaratmalıdır (əmtəə, maliy-
yə bazarı, işçi qüvvəsi, onların peşə-ixtisas səviyyəsi, rəqiblər və 
s.). Bu amil təsərrüfat subyektlərinə investisiya cəlbində və mə-
nimsənilməsində  pozitiv  və  neqativ  cəhətlərin  qiymətləndiril-
məsinə geniş imkanlar yaradır. Aparılan tədqiqatlar ölkənin yerli 
təsərrüfat  subyektlərində  bu  prosesin  lazımi  səviyyədə  icra 


172 
 
olunmadığını  və  onun  təşkili  üçün  zəruri  imkanlardan  (peşəkar 
mütəxəssis cəlbi, informasiya bazasının yaradılması, konsaltinq-
məsləhət, audit, sığorta xidmətlərindən istifadə və s.) zəif istifa-
də edildiyini göstərir. Belə vəziyyət isə təsərrüfat subyektlərinin 
investisiya cəlbində bir yönümlülüyə üstünlük verilməsi ilə nəti-
cələnir: yalnız investisiya cəlb etməklə müəyyən layihə çərçivə-
sində  konkret  tədbirlərin  həyata  keçirilməsinə,  yeni  texnoloji 
qurğuların  qurulmasına  və  sonda  yeni  məhsul  istehsal  olunma-
sına.  Lakin,  investisiyaların  cəlbində  və  mənimsənilməsində 
ikinci yönümə diqqətin yetirilməməsi, investisiya cəlb olunduq-
dan  sonra  onun  mənimsənilməsində  kənar  mühitin  qiymətlən-
dirilməməsi,  mükəmməl  və  əsaslandırılmış  biznes  planın  hazır-
lanmaması investisiyanın həyat qabiliyyətliliyi üçün ciddi prob-
lemlər yaradır. 
Ölkənin  təsərrüfat  subyektlərinin  fəaliyyətində  investorun, 
maraqlı  tərəfin  xüsusi  diqqət  yetirdiyi  məsələ  investisiya  cəlb 
edən  subyektin  maliyyə-təsərrüfat  fəaliyyətinin,  maliyyə  daya-
naqlığının  və  perspektiv  fəaliyyət  imkanlarının  müstəqil  audit 
qurumları  tərəfindən  (sərbəst  auditorların  və  ya  auditor  təşki-
latlarının) qiymətləndirilməsi, bu haqda onların təhlili və rəyləri 
olur.  Bu  prosesdə  də  yerli  təsərrüfat  subyektləri  bir  sıra  ciddi 
çətinliklərlə üzləşməli olurlar. Yerli təsərrüfat subyektləri xarici 
və  daxili  mənbələrdən  (bank,  maliyyə-kredit  təşkilatları  və  s.) 
investisiya  cəlb  etdikdə,  investor  subyektdə  auditin  aparılma-
sında ölkədə fəaliyyət göstərən beynəlxalq auditor təşkilatlarının 
rəyinin  olmasına  üstünlük  verir.  Müvafiq  audit  təşkilatlarının 
beynəlxalq aləmdə mövcud olan yüksək nüfuzu, onların yerli və 
xarici  uçot  və  audit  standartlarına  uyğun  audit  aparması,  apar-
dığı  təhlil  və  qiymətləndirmələrin    çoxşaxəliliyi  bu  baxımdan 
önəmli  rol  oynayır.  Lakin,  belə  auditin  keçirilməsi  çox  yüksək 
dəyərliliyi  ilə  fərqləndiyi  üçün,  yerli  təsərrüfat  subyektlərinin 
belə  prosesin  keçirilməsinə  imkanları  çatmır,  belə  ki,  müvafiq 
auditlərin  orta  qiyməti  50-100  min  ABŞ  dolları  həcmində  olur 
(31,  41).  Yerli  auditor  və  auditor  təşkilatlarının  çox  hissəsi  isə 


173 
 
beynəlxalq  auditor  təşkilatlarının  imkan  və  təcrübəsinə  malik 
deyildir. Eyni zamanda, belə imkanların müəyyən hissəsinə ma-
lik  olan  yerli  auditor  təşkilatlarının  və  auditorların  verdiyi  rəy 
isə  beynəlxalq  təşkilatlar,  investorlar  tərəfindən  yüksək  qiy-
mətləndirilmir.  Bu  amil  daha  çox  yerli  audit  qurumlarının 
beynəlxalq aləmdə yüksək nüfuza malik olmaması, onların peşə 
məsuliyyətini  sığortalamaması  ilə  sıx  bağlı  olur  və  bütün  bu 
amillər,  təbii  ki,  yerli  təsərrüfat  subyektlərinin  investisiya  cəlb 
etmək imkanlarına öz mənfi təsirini göstərir. 
       Ölkədə  yeni  yaradılan  və  özəlləşdirilən  təsərrüfat  subyekt-
lərinin  vergi  ödəmələrinin  stabilləşdirilməsi  və  sadələşdirilməsi 
üzrə  tədbirlər  həyat  keçirilsə  də  (təsərrüfat  və  sahibkarlıq  fəa-
liyyətinin  inkişaf  etdirilməsi,  onların  birbaşa  vergi  yükünün 
azaldılması məqsədilə mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 
faizə,  fiziki  şəxslərdən  gəlir  vergisinin  maksimal  həddinin  35 
faizdən  30  faizə,  fərdi  sahibkarlar  üçün  isə  35  faizdən  20  faizə 
endirilməsi  və  s.),  lakin  bu  subyektlərin  maliyyə-təsərrüfat  fəa-
liyyətinin  dayanıqlığının  artması,  onların  malliyyə  vəziyyətinin 
möhkəmlənməsi üçün ən azı normal və əlverişli təsərrüfat mühi-
tində beş il vaxtın keçməsi zəruridir. Azərbaycanda isə, yerli və 
xarici  kapitallı  təsərrüfat  subyektinə  yanaşmada  ciddi  fərq  qo-
yulmayaraq, onların vergi  ödəmələrində də eyni mexanizm tət-
biq edilməkdədir. Belə ki, mənfəət, əmlak, torpaq və s. Vergilə-
rin  artımında  bu  amil  özünü  bir  daha  göstərməkdədir.  Lakin, 
yerli  təsərrüfat  subyektlərinin  əksəriyyəti,  əsasən  də  özəlləş-
dirilən subyektlər malik olduğu bəzən geniş ərazinin və istifadə 
iqtidarında  olmadığı  avadanlığın  mövcudluğuna  görə  müvafiq 
vergi ödənişləri etmək məcburiyyətində qalırlar ki, bu da sonda 
onların maliyyə nəticələrində özünü göstərir.  
      Azərbaycan  Respublikasında  Dövlət  büdcəsinin  gəlirlər 
hissəsinin formalaşmasında istər neft sektorunda  olan təsərrüfat 
subyektlərinin,  istərsə  də  qeyri-neft  sektoruna  aid  subyektlərin 
rolu öz üstünlüyü ilə çıxış etməklə, büdcə daxilolmalarının əsa-
sını təşkil edir. Lakin, çoxsaylı təsərrüfat subyektlərinin, əsasən 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə