Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə55/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   51   52   53   54   55   56   57   58   ...   86

177 
 
dəfəyə  yaxın  yüksələrək,  304  milyon  manata  çatmışdır  (38). 
Ölkədə  əksər  bank  və  maliyyə-kredit  təş-kilatlarının  xidmətləri 
əsasən  Bakı  şəhərində  təmərküzləşmişdir.  Paytaxt  xaricindəki 
ərazilərdə  maliyyə  xidmətləri  daha  zəif  təşkil  olunmuşdur,  bu 
amil  də  regionlarda  fəaliyyət  göstərən  təsərrüfat  subyektlərinin 
fəaliyyətinə öz təsirini göstərir. Eyni zamanda bank, girov, ipo-
teka  qanunvericiliyində  mövcud  olan  çatışmazlıqlarda  yerli 
təsərrüfat  subyektlərinin  bank  xidmətindən  lazımınca  bəhrələn-
məsinə imkan yaratmır. 
Ölkənin  fond bazarının səmərəli və məqsədəuyğun inkişafı 
istiqamətində Dövlət Qiymətli Kağızlar Komitəsi (DQKK) tərə-
findən mütəmadi olaraq tədbirlər həyata keçirilsə də, bu sahədə 
tam müsbət  nailiyyətlərin  əldə  olunması üçün  aşağıdakı  tədbir-
lərin  təmin  edilməsi  xüsusi  zərurətdən  irəli  gəlir:  iqtisadiyyatın 
real sektoruna portfel investisiyaların cəlb edilməsi ilə bağlı zə-
ruri şəraitin yaradılması; fond bazarının potensial daxili və xari-
ci  investorların  vəsaitlərinin  və  əmanətlərinin  səfərbər  edilməsi 
üzrə  effektiv  mexanizmə  çevrilməsi;  qiymətli  kağızlara  olan 
tələbatın  və  ona  uyğun  olan  təklifin  formalaşması  üçün  şəraitin 
yaradılması; emitentlər tərəfindən investorların qanuni hüquqla-
rının (xüsusilə qiymətli kağızlar və qiymətli kağızlar üzrə gəlir-
lərinin  vaxtı-vaxtında  ödənilməsi)  müdafiəsi;  korporativ  idarə-
etmə  və  məlumatın  açıqlanması  normalarına  riayət  edilməsinin 
təmin edilməsi yolu ilə qiymətli kağızlara olan tələbatın stimul-
laşdırılması və dəstəklənməsi; vəsaitlərin cəlb edilməsi üçün tə-
sərrüfat  subyektlərini  fond  bazarından  istifadə  etməyə  stimul-
laşdıran  mexanizmlərin  tətbiq  edilməsi;  fond  bazarında  qanun-
vericiliyə  riayət  olunmasına  qeyri-dövlət  nəzarəti  sisteminin 
(özünü tənzimləyən təşkilatların) formalaşdırılması. 
Bakı Fond Birjasında (BFB) yerləşdirilən maliyyə alətləri 
öz tərkibinə və mahiyyət xüsusiyyətlərinə görə fərqlənməkdədir. 
Belə  ki,  2001-ci  ildə  birjada    yerləşdirilmiş  Dövlət  Qısamüd-
dətli  İstiqraz  Vərəqələrinin  (DQİV)  ümumi  həcmi  94  milyon 
manat təşkil etdiyi halda, bu göstərici 2009-cu ildə 13,2 milyard 


178 
 
manata  çatmaqla,  onun  həcmi  kəskin  şəkildə  artmışdır.  Təsər-
rüfat    subyektlərinin  və  kommersiya  təşkilatlarının  korporativ 
istiqrazlarının  və  səhmlərinin  həcmi  isə  müvafiq  dövr  ərzində 
DQİV ilə müqayisədə iki dəfə az artımı ilə müşahidə edilmişdir 
(6,6 milyard manat) (29, 37). Mövcud vəziyyət bir daha göstərir 
ki, fond bazarında dövlət sektorunun fəaliyyəti (Maliyyə Nazir-
liyi və s.) daha da genişliyi ilə fərqlənməkdədir. Beynəlxalq təc-
rübədə  isə  fond  bazarlarında  dövlət  və  özəl  subyektlərin,  qu-
rumların  qiymətli  kağızları  ciddi  rəqabət  obyektinə  çevrilir. 
Təbii ki, müvafiq inkişaf meyli iqtisadi nəzəriyyədə və real təc-
rübədə  olduğu  kimi  dövlətin  fond  bazarında  maliyyə  resurs-
larının  çox  hissəsini  cəlb  etməsi  ilə  nəticələnir.  Digər  sektor-
ların,  xüsusən də sənaye və istehsal sahələrinin  kəskin  ehtiyacı 
olduğu  əlverişli  investisiya  və  maliyyə  mənbələrindən  məhrum 
olmaq təhlükəsi  isə  artır. Təsərrüfat  subyektlərinin və kommer-
siya  təşkilatlarının  korporativ  istiqrazlarının  və  səhmlərinin  tər-
kibində  əsas  üstünlük  bank,  sığorta  və  digər  bu  yönümlü  sub-
yektlərə  məxsusdur  (70%).  Sənaye  və  istehsal  sahələrinə  aid 
(xüsusən də yerli) təsərrüfat subyektlərinin qiymətli kağızlarının 
fond bazarında  yerləşdirilməsi  və dövriyyəsi öz  yüksək fəallığı 
ilə  nəzərə  çarpmır.  Belə  ki,  fond  bazarının  fəaliyyətə  başladığı 
gündən  hazıradək  müvafiq  təsərrüfat  subyektlərinin  faizsiz 
kredit və problemsiz əlavə maliyyə, investisiya resurslarını cəlb 
etmək  üçün  əsas  mənbə  sayılan  bu  bazarda  onların  gözlədiyi 
nəticələr  əldə  edilməmişdir.  Belə  vəziyyət  həm  həmin  təsər-
rüfatların qiymətli kağızlarının cəlbediciliyinin zəif olması, həm 
də  fond  bazarının  struktur  inkişafının  müasir  tələblər  baxımın-
dan geri qalması ilə bağlıdır. 
Fiziki  və  hüquqi  şəxslərin,  o  cümlədən,  əhalinin  qiymətli 
kağızlar bazarında baş verən proseslərə marağının yaranması və 
daxili  investisiya  resurslarının,  xüsusilə  də  əhalinin  sərbəst 
vəsaitlərinin  qiymətli  kağızlar  bazarının  alətlərində  akkumul-
yasiyasına  üstünlük  verməsi  əhəmiyyətli    bir  haldır.  Bu  meylin 
daha  da  stimullaşdırılması  və  genişləndirilməsi  fond  bazarının 


179 
 
əsas investisiya təminatçısına çevrilməsinə yeni imkanlar yarada 
bilər.  Lakin,  ölkənin  fond  bazarında  bu  istiqamətdə  baş  verən 
əməliyyatlarda ciddi irəliləyişlər müşahidə edilməmişdir.  
Fond bazarının formalaşması və inkişafı üçün zəruri  olan 
bir  sıra  amillərin  kifayət  qədər  təşəkkül  tapmaması,  bu  bazarın 
zəif    şəkildə  qalmasını  şərtləndirir.  Müvafiq  amilləri  aşağıdakı 
kimi sistemləşdirmək məqsədəuyğundur: 
    *  Fond  bazarının  inkişafı  təsərrüfat  subyektlərinin,  müəs-
sisələrin və dövlətin maliyyələşmə mənbələrini necə axtarmaları 
ilə şərtlənir. Bu bazarda maliyyə mənbəyi axtaran subyekt nəzəri 
və  praktik  cəhətdən  ilk  növbədə  özünün  yüksək  gəlirliliyini, 
perspektivliyini  cəmiyyətə  aşkar  etməklə  məqsədinə  nail  ola 
bilər. Amma Azərbaycan reallığında bu amil sanki öz aydın ifa-
dəsini  tapmır.  Yüksək  gəlirliliyini  göstərməyin  arxasında  leqal 
fəaliyyət, vergi ödəmələri durur. Bu isə ümumi şəkildə çox vaxt 
təsərrüfat subyektinə, müəssisəyə “sərf” etmir.  
    *  Neft  sektoruna  yönələn  külli  miqdarda  xarici  investi-
siyalar və xarici borcların aşağı səviyyəsi fond bazarının forma-
laşmasının  zərurətlərindən  biri  olan  xarici  maliyyələşmə  prob-
lemini  nisbətən  arxa  plana  çəkir.  Dövlətin  ekspansionist  büdcə 
siyasətini  kifayət  qədər  aparmaması  və  eyni  zamanda  Mərkəzi 
Bank hesabına maliyyələşmə imkanı qiymətli kağızlar bazarına 
olan ehtiyacı azaldır. 
Dövlət  müəssisələri  özəlləşdirərkən  blok  satışdan  əlavə 
hissə satışı da nəzərdən keçirilə və bu mümkün qədər fond baza-
rı vasitəsilə həyata keçirilə bilər. Azərbaycan praktikasında qəri-
bə hal  onunla bağlıdır ki,  burada inkişaf etmiş  müvafiq  iqtisadi 
nəzəriyyələri, mütərəqqi təcrübəni tətbiq etmək çətindir. Belə ki, 
təsərrüfat  subyektinin  fəaliyyəti  haqında  məlumatları  əldəetmə 
imkanları  daha  çevik  şəkildə  təşkil  olunmalıdır.  Çünki,  belə 
subyektlər şəffaflığın əhəmiyyətini anlayır, şəffaf olmasalar fəa-
liyyətlərini genişləndirə bilməyəcəklərini də qəbul edirlər. Məhz 
bu baxımdan təsərrüfat subyektinə sərmayə qoyan şəxs, investor 
bu  subyekt  ilə  bağlı  hər  cür  məlumata  malik  olmaq  istəyirsə, 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə