Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə58/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   54   55   56   57   58   59   60   61   ...   86

186 
 
lərində  3  dəfə  azalmaqla,  22  min  manat    səviyyəsinə  enmişdir. 
Sənaye və istehsal yönümlü digər təsərrüfat subyektlərində belə 
xərclərin  mövcudluğu  nəzərə  çarpmamışdır.  Yalnız  müvafiq 
dövrdə  kimya  sənayesinə  aid  olan  təsərrüfat  subyektlərində 
(dövlət müəssisələri) bu yönümlü xərclər 26 dəfə artaraq, 1029 
min manata çatmışdır (27).  
       Müasir iqtisadi inkişafda, Azərbaycanın ÜTT-yə daxil olma 
ərəfəsində  innovasiya  yönümlü  xərclərin  belə  aşağı  səviyyədə 
qalması, təbii ki, təkmil elm tutumlu və rəqabət qabiliyyətli yeni 
məhsulların  istehsal  imkanlarını  azaltmaqla,  təsərrüfat  subyekt-
lərinin maliyyə böhranı  və ondan sonrakı dövrdə  yerli və xarici 
bazarlardakı  mövqelərinin  daha  da  itirilməsinə  təsir  göstərə-
cəkdir.  Məhz  bu  amillərin  nəticəsində  kimya,  metallurgiya  və 
hazır  metal  məmulatların  istehsalı  sənayesində  son  dörd  ildə 
innovasiya  yönümlü  yeni  məhsulların  istehsalı  olmamış,  emal 
sənayesində  müvafiq  məhsulların  həcmi  azalmağa  doğru  get-
məklə,  son  dövrdə  bu  sahədə  də  istehsal  müşahidə  edilməmiş, 
elektrik avadanlığı, optik və elektron avadanlıqların istehsalında 
isə  innovasiya  yönümlü  məhsulların  həcmi  12  dəfə  azalmaqla, 
cəmi 70 min manat səviyyəsində özünü göstərmişdir (27, 42).  
Sənaye  və  istehsal  sahələrində  innovasiya  yönümlü  təd-
birlərin  həyata  keçirilməsinə  mane  olan  amilləri  aşağıdakı  kimi 
qiymətləndirmək məqsədəuyğundur:  

 
İqtisadi amillər  
 -  təsərrüfat  subyektlərinin  maliyyə  vəziyyətinin  qeyri-qə-
naətbəxşliyi; 
 - bu sahədə dövlət tərəfindən zəruri maliyyə yardımının ki-
fayət qədər olmaması; 
 - yeni məhsullara ödəniş qabiliyyətli tələbatın zəifliyi;  
 - ölkədə yeniliklərin dəyərinin yüksək olması və onlara diq-
qətin artırılmaması;  
 - yüksək iqtisadi risklərin qalması;  
 -yeni  məhsulların  istehsalına  çəkilən  xərclərin  əvəzinin 
ödənilməsinin  uzunmüddətliliyi. 


187 
 

 
İstehsal amilləri  
-  təsərrüfat  subyektlərinin  innovasiya  potensialının  aşağı 
olması;  
-  yüksək ixtisaslı  və  peşəkar mütəxəssislərin,  işçi  heyətinin 
çatışmaması; 
- idarəetmə sisteminin qeyri-mütəşəkilliyi;  
-  yeni  texnologiyalar  haqqında  informasiyalarla  təminatın 
zəifliyi;  
 -təsərrüfat  subyektləri  tərəfindən  yeniliklərin  qəbul 
edilməməsi; 
 -satış bazarları haqqında informasiyanın çatışmaması;  
 -təsərrüfat  subyektləri  və  elmi  təşkilatlar  arasında 
kooperasiya üçün imkanların olmaması.  

 
Digər səbəblər  
  -əvvəlki innovasiyalar  nəticəsində  yeni məhsullara  ehtiya-
cın qiymətləndirilməməsi;  
 - innovasiya fəaliyyətini tənzimləyən və stimullaşdıran hü-
quqi-normativ bazanın qaneedici səviyyədə olmaması;   
 - innovasiya prosesi müddətinin qeyri-müəyyənliyi;  
 -innovasiya infrastrukturunun (vasitəçilik, informasiya, hü-
quq, bank və s. xidmətlərinin) zəif və sistemsiz inkişafı;   
-ölkədə texnologiyalar bazarının inkişaf etməməsi. 
Sənaye və istehsal yönümlü təsərrüfat subyektləri tərəfindən 
əsas  kapitala  kifayət  qədər  investisiya  qoyulmaması,  ətraf  mü-
hitin  mühafizə  obyektlərinin  inşası  və  yenidən  qurulmasının 
miqyasının  azalması,  bu  sahə  üzrə  müasir  texnoloji  avadan-
lıqlardan  istifadə  səviyyəsinin  aşağı  olması  ölkənin  ekoloji 
mühitinə  öz  mənfi  təsirini  göstərməkdədir.  Tədqiqatlar  göstərir 
ki,  2009  -ci  ildə  ətraf  mühitin  mühafizəsinə  yönəldilən  kapital 
qoyuluşları qismində  investisiyaların xüsusi çəkisi 97,6 milyon 
manat  təşkil  etmişdir  ki,  bu  da  ölkə  üzrə  ümumi  investisiya 
qoyuluşlarının xüsusi çəkisində cəmi 1%-ə bərabərdir (27, 36). 


188 
 
       Ətraf mühitin mühafizəsi üzrə əsas istehsal fondlarının əsas-
lı təmirinə çəkilən xərclərin məbləği 2000-2009-cu illər ərzində 
1,6  dəfə  artaraq,  çox  cüzi  məbləğ    5,5  milyon  manat  təşkil  et-
mişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin orqanları tərə-
findən torpaq ehtiyatlarının mühafizəsinə dövlət nəzarəti qayda-
sında alınan cərimələrin məbləği 2000-ci illə müqayisədə 2009-
cu  ildə  min  manatdan  1  milyon  78  min  manata,  su  hövzəsinin 
mühafizəsi  üzrə  cərimələrin  məbləği  2,5  min  manatdan  295,9 
min  manata,  atmosfer  havasının  pozulmasına  görə  cərimələrin 
məbləği  3,2  min  manatdan  187,9  min  manata  qədər  artsa  da, 
belə  vəziyyətin  yaranmasına  əsas  səbəbkar  olan  təsərrüfat 
subyektlərinin  fəaliyyətində  mövcud  neqativ  halların  aradan 
qaldırılması ilə bağlı ciddi dəyişikliklər baş verməmişdir  (36).  
      Azərbaycan Respublikasında 2005-ci illə müqayisədə 2009-
cu ildə  ayrı-ayrı sənaye və istehsal sahələrinə aid olan təsərrüfat 
subyektləri üzrə təhlükəli istehsal tullantılarının  yaranma səviy-
yəsində  1,6  dəfə  artım  müşahidə  edilməklə,  belə  tullantıların 
həcmi  son  ildə  15 994  ton  təşkil  etmişdir.  Müvafiq  tullantıların 
yaranma mənbəyində  əsas  üstünlük  92% olmaqla  (27, 36)  Bakı 
şəhərinə məxsusdur və bu göstərici son on ildə,  demək olar ki, 
dəyişməz  qalmışdır.  Müvafiq  inkişaf  tendensiyası,  təbii  ki,  ma-
liyyə-təsərrüfat  və  istehsal  fəaliyyətinin  yaxşılaşdırılması  ilə 
bağlı  təsərrüfat  subyektlərinə  müəyyən  qədər  haqq  qazandırsa 
da,  istər  bu  sahədə  olan  beynəlxalq  təcrübə  üzrə  göstəricilərin 
müqayisəsində, istərsə də cəmiyyətin sağlam inkişafında bu hal 
ciddi narahatlıqlar doğurmaqdadır.   
    
 
 
 
 
 
 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə