Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə60/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   56   57   58   59   60   61   62   63   ...   86

192 
 
tehsalın  səmərəli  təşkili,  son  nəticədə  sosial  və  iqtisadi  vəzifə-
lərin yerinə yetirilməsi ilə bağlı dövlətin və cəmiyyətin daha çox 
resurs və imkanlara malik olmasını təmin edir.  
Səmərəlilik amili ümumi (mütləq) və müqayisəli (nisbi) şə-
kildə olmaqla fərqləndirilir (45, с. 62). Ümumi səmərəliliyin he-
sablanması  təsərrüfat  subyektləri  və  regionlar  çərçivəsində  sə-
mərəlilik  səviyyəsinin  müqayisə  edilməsi  üçün  konkret  zaman 
kəsiyində iqtisadiyyatın müxtəlif səviyyələrində səmərəliliyin və 
ümumi  iqtisadi  nəticələrin  təhlili  və  qiymətləndirilməsi  baxı-
mından zəruridir.  
Müqayisəli  səmərəlilik  istehsal,  təsərrüfat,  texniki  və  təş-
kilati qərarların qəbul edilməsinin əsaslandırılması, eyni zaman-
da  bu  sahədə  ən  optimal  və  alternativ  variantların  seçilməsi 
məqsədilə  müəyyən  edilir.  Belə  seçim  səmərəliliyin  keyfiyyəti, 
əlavə kapital qoyuluşunun səmərəlilik əmsalı və ya ödəmə müd-
dətinin hesablanması, eləcə də texniki-iqtisadi göstəricilər siste-
minin  müxtəlif  variantları  üzrə  müqayisə  əsasında  aparılır.  Sə-
mərəliliyin mahiyyəti onun meyarları ilə yanaşı iqtisadi səmərə-
liliyin,  həmçinin,  xərclərin  və  resursların  təsnifləşdirilməsi  əsa-
sında da konkretləşdirilir.  
Səmərəliliyin  səviyyəsi  haqqında  real  informasiyalar  onun 
ifadə forması və təsnifləşdirilməsi ilə sıx əlaqədardır. İqtisadi sə-
mərəliliyin qiymətləndirilməsində bir qayda olaraq üç qrup gös-
təricilər istifadə olunur; həcm göstəriciləri, yekun göstəricilər və 
sosial nəticələr üzrə göstəricilər.  
İqtisadi səmərəliliyin həcm göstəricilərinə istehsal edilən və 
göstərilən xidmətlərin natural və ya dəyər göstəricilərini özündə 
ifadə edən bazis göstəriciləri şamil edilir. Həcm göstəricilərinin 
natural  formasına  istehsal  edilən  məhsulun,  ümumi  əmtəəlik 
məhsulun,  tikinti-montaj  işlərinin  həcmi  və  emal  olunan  məh-
sulun natural normativ dəyəri və s. aiddir.  
Səmərəliliyin  yekun-nəticə  göstəriciləri  bir  qayda  olaraq 
istehsalın  keyfiyyət  strukturunun  vəziyyətini,  bazar  tələbatının 
ödənilməsini,  idəretmənin  müxtəlif  səviyyələrində  təsərrüfat 


193 
 
fəaliyyətinin  son  nəticələrini  özündə  əks  etdirir.  Müvafiq  gös-
təricilər, həmçinin, milli və xalis gəliri, ümummilli məhsulun sə-
viyyəsini,  iqtisadi  mənfəəti,  maya  dəyərinin  aşağı  salınması  ilə 
bağlı  qənaətin  həcmini,  mövcud  qiymətlərlə  məhsul  satışının 
həcmini,  istehsal  güclərindən  istifadə  vəziyyətini,  məhsul  və 
xidmətlərin  keyfiyyətini  də  təcəssüm  etdirir.  Həcm  göstəricilə-
rini bir çox hallarda istehsal fəaliyyətinin kəmiyyət göstəriciləri 
kimi də səciyyələndirirlər. Bu amil adətən müvafiq göstəricilər-
dən  diferensiallaşmış  səmərəlilik  göstəricilərinin  hesablanması 
zamanı istifadə edilir.  
İstehsalın səmərəliliyinin qiymətləndirilməsində sosial nəti-
cələr  xüsusi  əhəmiyyətə  malikdir.  Belə  ki,  səmərəliliyin  sosial 
göstəricilərində  iqtisadi  inkişafda  insan  amilinin  prioritetliyi, 
cəmiyyətin  və  əmək  kollektivinin  sosial  məqsədlərinə  uyğun 
olaraq  istehsal-təsərrüfat  fəaliyyətinin  nəticələrinin  ifadəsi  öz 
əksini  tapır.  Təsərrüfat  subyektinin  maraqları  sosial  nəticələrlə 
sıx  qarşılıqlı  əlaqədə  olur,  belə  ki,  istehsalın  nəticələri  yüksəl-
dikcə o, sosial nəticələrə müsbət təsir göstərir, əksinə, istehsalın 
nəticələri aşağı endikcə bu amil sosial nəticələrə mənfi təsir edir. 
Sosial nəticələr aşağıdakı göstəriciləri özündə təcəssüm etdirir: 
- əhalinin  yaşayış səviyyəsinin yüksəlməsi (əmək haqqının, 
real gəlirlərin, yaşayış minimumunun, əhalinin sosial-kommunal 
təminatının və həyat səviyyəsinin yüksəlməsi); 
- asudə vaxtdan və əmək-iş şəraitindən istifadənin səmərəli-
liyi  (istehsal  qəzalarının  azalması,  mütəxəssis-kadr  axınının 
qarşısının  alınması,  əhalinin  məşğulluq səviyyəsinin  artması və 
s.); 
- ekoloji  mühitin  yaxşılaşdırılması,  istehsal prosesinin  ətraf 
mühitə təsiri. 
Sosial  nəticələrin  yekun  nəticələrə  təsiri  heç  də  həmişə 
konkret  kəmiyyət  ifadəsində öz  əksini tapmır.  Bu baxımdan tə-
sərrüfat  fəaliyyətində  qarşıya  qoyulan  məqsədlərin  təsnifləş-
dirilməsi və onların dolayı formada qiymətləndirilməsi təcrübəsi 
kifayət qədər geniş yayılmışdır (46, с. 143). Beynəlxalq təcrübə-


194 
 
də  xərclərin  və  resursların  təsnifləşdirilməsi  universal  xarakter 
daşıyır və burada resurslardan istifadənin və istehsal xərclərinin 
aşağıdakı göstəriciləri xüsusilə fərqləndirilir: 
        -  canlı  əmək  məsrəfləri  (iş  vaxtının  həcmi,  əmək  haqqı 
fondu); 
        -  maddi  məsrəflər  (xammal,  material,  yanacaq,  enerji 
xərcləri); 
        - istehsal fondları (əsas istehsal fondları, dövriyyə fondları, 
tədavül fondları); 
        -  kapital  qoyuluşları  və  investisiyalar  (əsas  istehsal  fond-
larının  geniş  təkrar  istehsal  və  dövriyyə  fondlarının  artırılması 
ilə bağlı xərcləri); 
       -  təbii  resurslardan  istifadə  səviyyəsi  (torpaq,  meşə,  su 
ehtiyatları); 
       -  informasiya  resursları və  onların  təminat  imkanları  (elmi-
tədqiqat işlərinin nəticələri, ixtiralar, innovasiya tədbirləri və di-
gər elmi yeniliklər); 
       -  iqtisadi  kateqoriya  olaraq  iş  vaxtının  qiymətləndirilməsi 
(iş davamiyyət  müddəti, istehsal müddəti, investisiyaların real-
laşdırılması  müddəti,  innovasiyaların  reallaşdırılması  müddəti, 
yeni texnikanın tətbiqi).  
Müasir  praktikada  təsərrüfat  fəaliyyətinin  səmərəliliyi  nis-
bətən azsaylı göstəricilərlə xarakterizə edilir. Lakin, bütün bun-
lara baxmayaraq təsərrüfat fəaliyyətini xarakterizə edən belə sə-
mərəlilik  göstəricilərinin  hər  birinə  çoxsaylı  amillər  öz  təsirini 
göstərir.  Təbii  ki,  bu  amillər  son  nəticədə  həmin  göstəricilərin 
dəyişikliyə uğramasında da mühüm rol oynayır. Müvafiq amillər 
əsasən  xüsusiyyətlərinə  və  ardıcıllığına  görə  qruplaşdırılır  və 
iqtisadi  təhlil  prosesində  onlar  həm  də  müxtəlif  əlamətlər  üzrə 
təsnifləşdirilir.  Təhlilin  vəzifələrindən  asılı  olaraq  təsərrüfat 
fəaliyyətinin səmərəlilik göstəricilərinə təsir edən amilləri daxili 
və xarici təsir xüsusiyyətlərinə görə fərqləndirmək mümkündür.  
Təsərrüfat fəaliyyətinin səmərəliliyinə təsir edən əsas daxili 
amillər bir qayda olaraq təsərrüfat subyektinin fəaliyyətinin nəti-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə