Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə52/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   48   49   50   51   52   53   54   55   ...   86

168 
 
deyil, tələbələrin, onların valideynlərinin xüsusi üstünlük verdiyi 
humanitar və digər bu  yönümlü ixtisasların sayı sürətlə artmaq-
dadır. Ölkədə iqtisadiyyat, İKT, menecment, marketinq, istehsal 
və  digər  texniki  yönümlü  ixtisaslara  malik  ali  təhsilli  kadrların 
müasir  bilik  və  praktik  iş  təcrübəsinin  kifayət  qədər  olmaması, 
onların öz ixtisasları üzrə peşəkar mütəxəssis kimi fəaliyyət gös-
tərməsinə və ixtisasları üzrə yüksək əmək haqqına uyğun işlə tə-
min olunmasına ciddi problemlər yaratmaqdadır. 
       Azərbaycan  Respublikasında  rəhbər  işçilərin  və  mütəxəs-
sislərin ixtisas təhsilinin artırılmasına da xüsusi önəm verilmək-
dədir.    Lakin,  bu  sahədə  rəhbər  və  digər  məsul  işçilərin  müasir 
tələblər baxımından öz bilik və peşə-ixtisas səviyyəsinin artırıl-
ması sahəsində də ciddi problemlər qalmaqdadır. Belə ki, son on 
ildə  rəhbər  və  ali  mütəxəssis  heyətinin  bilik  və  peşə-ixtisas  sə-
viyyəsini  artırma  göstəricisi  daha  aşağı  olmaqla,  ümumi  ixtisas 
artıranların  xüsusi  çəkisinin  15  %-inə  bərabər  olmuşdur.  Peşə-
ixtisas təhsilini artıran şəxslərin tərkibində  əsas  üstünlük  dövlət 
idarəetmə  sistemində, maliyyə-kredit və sosial  sahələrdə fəaliy-
yət göstərən şəxslərə aiddir. Məhz bu kimi səbəblərdəndir ki, sə-
naye və istehsal yönümlü yerli təsərrüfat subyektlərində  yüksək 
ixtisaslı  və  peşəkar  menecerlər,  istehsal  sahələri  üzrə  rəhbər 
kadrlar,  mütəxəssis  və  fəhlə-işçi  heyəti,  maliyyəcilər,  mühasib-
lər,  daxili  auditorlar,  marketoloqlar  və  digər  bu  kimi  ixtisasdan 
olan kadrlara olan tələbat artmaqdadır. Müvafiq dövr ərzində is-
tehsal yönümlü sahələrdə peşə-ixtisas təhsilini Azərbaycanda və 
xarici  ölkələrdə  artıran  mütəxəssislər  arasında  xarici  investisi-
yalı və müştərək təsərrüfat subyektlərində çalışan şəxslər liderli-
yi öz əlində saxlamaqdadır(27, 42). 
Aparılan  tədqiqatlar,  monitorinqlər  ölkənin  əksər  ali  təhsil 
müəssisələrində  təhsil  səviyyəsinin  hələ  ki,  qənaətbəxş  olma-
dığını, təhsil sisteminin beynəlxalq  tələblərə cavab vermədiyini 
göstərir.  Belə  vəziyyət  isə  Azərbaycan  Respublikasının  dövlət, 
idarəetmə,  sosial-iqtisadi  sahələrində  fəaliyyət  göstərəcək  yük-
sək  ixtisaslı  və  peşəkar  kadrların  hazırlanması  sahəsində  ciddi 


169 
 
problemlər  yaratmaqdadır.  Təhsil  sahəsində  mövcud  olan  çatış-
mazlıqları  aşağıdakı  amillərlə  əlaqələndirmək  məqsədəuy-ğun-
dur:  tədris  planlarının  və  təlim  metodlarının  köhnəlməsi,  gənc-
lərə  onların  praktik  iş  vərdişlərinə  yiyələnmələri  üçün  zəruri 
olan imkanların zəifliyi, maddi-texniki bazanın qeyri-təkmilliyi, 
maddi və maliyyə resurslarından bir çox hallarda səmərəsiz isti-
fadə edilməsi.  
Müasir şəraitdə aparılan tədqiqatlar göstərir ki, investisiya 
fəaliyyəti müxtəlif  maraqlara  toxunan bir proses olub, ölkənin 
sosial-iqtisadi inkişafına təsir edən başlıca amillərdən biridir. Bu 
sahədə Azərbaycan üçün xas olan son dərəcə spesifik ziddiyyətə 
investorun birbaşa təsərrüfat subyektinin idarə olunmasından kə-
narlaşdırılması amilini aid etmək olar. Çox vaxt, hətta təsərrüfat 
subyektində üstün nəzarət səhmlər zərfinə sahib olmaq da inves-
tora  subyektin  idarə  olunmasında  tam  iştirak  etmək  imkanı  ya-
ratmır. Bu amil əsasən  onunla  əlaqədardır ki, özəlləşdirmənin  
ilkin mərhələsində müəssisə  rəhbərləri aktivləri işlək vəziyyətdə 
saxlamaq üçün investisiya  resurslarına malik olmadıqları halda, 
yalnız  kütləvi şəkildə son dərəcədə qiymətdən düşmüş səhmləri 
satın  almış  və  onların  təsərrüfat  fəaliyyətini  inkişaf  etdirməklə 
bağlı  strateji  proqramları  olmamışdır.  Sonradan    resurslara 
tələbat təsərrüfat subyektlərinin rəhbərlərini məcbur etmişdir  ki, 
investisiya  cəlbi ilə bağlı bütün mövcud imkanlardan istifadə et-
sin.  Təsərrüfat  subyektləri    rəhbərlərinin  növbəti  addımı  inves-
torların  idarəetmə  sistemindən  uzaqlaşdırılmasına  yönəlmişdir. 
Vəziyyət həm də  Azərbaycanda  yüksək  ixtisaslı menecmentin 
olmaması  üzündən  daha  da  qəlizləşmiş,  dünya  təcrübəsində 
olduğu kimi, ölkədə də təsərrüfat fəaliyyətinin idarə olunmasın-
da  iştirakdan    investorun  kənarlaşdırılması  investisiya  layihəsi-
nin səmərəliliyinin kəskin  şəkildə azalması meyli ilə müşahidə 
edilmişdir.  
Azərbaycanda  sənaye  və  istehsal  sahələri  ilə  bağlı  in-
vestisiya qoyuluşlarında mövcud risklərdən başlıcası investorun  
hüquqlarını,    o  cümlədən  səhmlərin  sahibi  kimi  təsərrüfat  sub-


170 
 
yektlərinin idarə olunmasında iştirak etmək  hüququnu müdafiə 
edən  qanunvericilik  bazasının  beynəlxalq  tələblərlə  tam  uyğun-
luq  təşkil  etməməsidir.  Ölkədə  bu  sahədə  investisiya  fəallığına 
təsir  edən  digər  problem  hüquqi-normativ  sənədlərdə  olan  boş-
luq və ziddiyətlərdir. Xüsusilə də “Xarici investisiyaların qorun-
ması haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan 
Respublikasının Qanunları ilə Vergi Məcəlləsi arasındakı bir sı-
ra  ziddiyyətli  müddəalar  mövcud  sahədəki  vəziyyəti  daha  da 
mürəkkəbləşdirir.  Müvafiq  qanunların  ayrı-ayrılıqda  fəaliyyət 
göstərməsinə və qəbul olunduğu müddətdən 10 ildən artıq vaxt 
keçməsinə  baxmayaraq,  bu  hüquqi  sənədlər  müasir  beynəlxalq 
tələblər üzrə mövcud olan hüquqi əsasların, standartların ümumi 
prinsip və  müddəalarına  kifayət  qədər  cavab vermir. Sənaye və 
istehsal  sahələrinə  aid  olan  təsərrüfat  subyektlərinə  investisiya 
qoyuluşlarını  artırmaq  üçün  ilkin  olaraq,  ölkənin  Vergi  Məcəl-
ləsinin  bir  çox  maddələrində  mövcud  olan  ziddiyyətlərin  (bəzi 
vergi  növləri,  təmir  və  nümayəndəlik  xərcləri,  maya  dəyərinə 
daxil edilən xərclər və s. üzrə) aradan qaldırılması, sonradan isə 
bu  sahədə  mövcud  olan  hüquqi-normativ  əsasların  təkmilləşdi-
rilməsi xüsusi zərurətdən irəli gəlir.  İnvestisiya mühiti sahəsin-
də milli maraqlar gözlənilməklə hüquqi, iqtisadi, vergi, maliyyə-
kredit sahəsində olan qanunvericilik bazasını da beynəlxalq təc-
rübə nəzərə alınmaqla təkmilləşdirmək öz əhəmiyyətliliyi ilə çı-
xış  etməkdədir.  Eyni  zamanda  investisiyaların  qorunması  bu 
istiqamətli  qoyuluşların  müdafiəsini  təmin  edəcək  hüquqi  baza 
kimi güclü girov təminatını, onların müdafiəsinin məhkəmə me-
xanizminin yüksəldilməsini günün vacib tələbinə çevirməkdədir. 
Ölkədə  rəqabət  mühitinin  gücləndirilməsi  sahəsində  də  əsaslı 
islahatların  aparılması  sağlam  sahibkarlıq  mühitinin  qanunve-
ricilik bazasının və onun işlək fəaliyyət mexanizminin formalaş-
dırılmasını aktuallaşdırır. 
 İnvestisiyalardan istifadə xüsusiyyətləri öz fərqli cəhətləri ilə 
fərqlənir.  Ölkədə  istehsal  və  qeyri-istehsal  təyinatlı  obyektlər 
üzrə əsas kapitala yönəldilmiş investisiyaların tərkibində istehsal 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə