Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə49/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   45   46   47   48   49   50   51   52   ...   86

159 
 
etmək mümkün deyildir. Bazar məlumatları bazarın vəziyyətinə 
və  məhsulun  qiymətinə  təsir  edən  bütün  yeniliklərin  və  xəbər-
lərin cəmini ifadə etməlidir. Həmçinin, müvafiq informasiya və 
mənbələr bazar, iqtisadi  siyasətə  aid  yenilikləri,  beynəlxalq,  re-
gional və milli bazardakı qiymətləri, ticarət, emal, istehsal, kom-
mersiya  təklifləri  və  proqnozlar  haqqında  statistik  məlumatları, 
valyuta məzənnələrini, qanun dəyişikliklərini, elmi-praktiki nəti-
cələri,  satış,  qablaşdırma,  saxlama,  emal  və  istehsal  texnologi-
yaları  barədə  müxtəlif  yenilik  və  dəyişikləri  əhatə  etməlidir. 
Məhz  milli  təsərrüfat  subyektlərinin  istehsal  fəaliyyətinin  inki-
şafı məqsədi ilə belə informasiya təminatı, İKT-lərin bu sahədə 
imkanlarından istifadə olunması və digər bu yönümlü problem-
lərin  həlli  idarəetmə  sisteminin  təşkilinin  əsas  qiymətləndirmə 
meyarlarından biri kimi qəbul edilməlidir.  
Onları  öyrənmək  və  istifadə  üçün  yararlıları  seçmək  çoxlu 
əmək və vaxt tələb edir. Bu imkan isə indi kənd təsərrüfatı isteh-
salçılarında yoxdur. Ona görə də əlavə köməyə ehtiyac yaranır. 
Mütəxəssislər  bu  məlumatları  toplayır,  konkret  şəraitə  uyğun 
olaraq sahələr üzrə  sistemləşdirir, rəsmi və elmi  dildən praktiki 
dilə çevirir və istehlakçılara çatdırır. Bununla onlar universal bir 
funksiyanı yerinə yetirirlər. 
 Ölkədə  yüksək  templi  iqtisadi  artım  strategiyasının,  o 
cümlədən, onun vacib tərkib hissəsi olan neft-qaz strategiyasının 
uğurla  reallaşdırılması  ölkənin  ixrac  potensialının  artmasını 
şərtləndirmişdir. Azərbaycan Respublikasının xarici ticarət döv-
riyyəsinin  həcmi  artdıqca,  burada  iştirak  edən  təsərrüfat  sub-
yektlərinin fəallığı da yüksəlməkdədir. Lakin artıq on ilə yaxın-
dır  ki,  ölkənin  xarici  ticarət  dövriyyəsində  neft  və  energetika 
məhsullarının istehsalı və ixracı ilə məşğul olan subyektlərin xü-
susi çəkisi öz yüksək artım imkanları ilə müşahidə edilməkdədir.  
Tədiyyə  balansının  iqtisadi  sektorlar  üzrə  təhlili  göstərir 
ki, 2004-cü illə (3233 milyon ABŞ dolları)  müqayisədə 2010-cu 
ildə  (20026  milyon  ABŞ  dolları)  neft  (xam  neft  və  neft  məh-
sulları) və qaz ixracının həcmi 6,2 dəfə artmışdır. Məhz bu ba-


160 
 
xımdan əvvəlki illərdə olduğu kimi, son dövrdə də xarici iqtisadi 
əməliyyatlar  və  tədiyyə  balansı  neft-qaz  sektoru  üzrə  müsbət 
saldoya,  qeyri-neft  sektoru  üzrə  isə  mənfi  saldoya  malik  ol-
muşdur. Ölkədə 2010-cu ildə xarici ticarət dövriyyəsinin həcmi 
27,9  milyard  ABŞ  dolları,  o  cümlədən,  idxalın  həcmi  6,6  mil-
yard  ABŞ  dolları,  ixracın  həcmi  isə  21,3  milyard  ABŞ  dolları 
təşkil  etmişdir.  Azərbaycanda  idxalın  95%-i  məhz  neft  sekto-
runa aid olan təsərrüfat subyektlərinin fəaliyyəti hesabına təmin 
olunmuş və bu proses, artıq qeyd edildiyi kimi on ilə yaxındır ki, 
cüzi  dəyişikliklə  davam  etməkdədir  (27).  Mövcud  vəziyyət  bir 
daha  göstərir  ki,  ölkənin  iqtisadi  inkişafı  neft  amilindən  əsaslı 
şəkildə asılıdır və qeyri-neft sektorun daxil olan təsərrüfat sub-
yektlərinin  bu  inkişafda  payı  yüksək  deyildir.  Belə  ki,  müvafiq 
dövrdə ölkədən ixrac olunmuş məhsulların yalnız 5%-ini qeyri-
neft  sektoruna  aid  istehsal,  emal  və  kənd  təsərrüfatı  sahələrinə 
aid olan təsərrüfat və sahibkarlıq subyektlərinin məhsulları təşkil 
etmişdir.  Mövcud  tendensiyanın  artıq  uzun  müddət  ərzində, 
demək olar ki, dəyişməz qalması özü-özlüyündə milli təsərrüfat 
subyektlərinin  xarici  bazarlara  çıxış  potensialının,  maddi  və 
texniki  imkanlarının  xeyli  zəif  olduğunu  bir  daha  sübut  edir. 
Digər tərəfdən, ölkədə istehsalı və bunun üçün hər cür potensial 
imkanları  mövcud  olan  sənaye  və  digər  məhsulların  (emal, 
yeyinti,  kimya  və  s.)  idxalının  artması  da  yerli  təsərrüfat 
subyektlərinin inkişaf və rəqabət imkanlarını məhdudlaşdırmaq-
la, ölkənin ərzaq və qeyri-ərzaq və s. məhsulları üzrə xarici ası-
lılığını  artırmış  olur.  Belə  inkişaf  meyli  ciddi  narahatlıq  yarat-
maqla,  həmçinin,  müasir  dövrdə  qlobal    proseslərin  fonunda 
məqbul sayıla bilməz. Müvafiq problemin həlli ilə bağlı inkişaf 
etmiş  və inkişaf etməkdə olan bir çox dövlətlər  artıq ÜTT çər-
çivəsində  razılaşdırılmaqla,  öz  milli  iqtisadi  inkişaf  siyasətində 
və proqramlarında zəruri dəyişikliklər etməkdədirlər.  
Azərbaycan  Respublikası  qanunvericiliyinin  Ümumdünya 
Ticarət  Təşkilatının  (ÜTT)  tələblərinə  uyğunlaşdırılması  istiqa-
mətində də tədbirlər həyata keçirilməkdədir. Bu çərçivədə Azər-


161 
 
baycan  Respublikası  Prezidentinin  2006-cı  il  2  avqust  tarixli 
1583  nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Res-
publikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi 
ilə  əlaqədar  qanunvericiliyin  Ümumdünya  Ticarət  Təşkilatının 
tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı”nın (“Tədbir-
lər  Planı”)  müddəalarının  yerinə  yetirilməsi  istiqamətində  mü-
vafiq işlər icra edilməkdədir.   
  ÜTT-yə  üzv  olmaq  üçün  ölkədaxili  islahatların sürətlən-
dirilməsi,  biznes,  təsərrüfat  fəaliyyəti  mühitinin  fəallaşdırılma-
sı,  xarici  bazarlara  çıxışın  asanlaşdırılması  və  yerli  təsərrüfat 
subyektlərinin  ixracat  məsələlərində  beynəlxalq  keyfiyyət  stan-
dartlarına riayət etməsi xüsusi zərurətdən irəli gəlir. Bu məqsəd-
lə fiskal idarəetmə sistemi təkmilləşdirilməli, təsərrüfat subyekt-
lərinin  özəlləşdirilməsi  sürətləndirilməli,  mövcud  sənaye  və  is-
tehsal sahələrinə daxil olan təsərrüfat subyektlərinin maddi-tex-
niki bazası gücləndirilməli, onların rəqabət qabiliyyətliliyi, ma-
liyyə  vəziyyəti  sağlamlaşdırılmalı,  ticarət,  kommersiya  sekto-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə