Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə72/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   68   69   70   71   72   73   74   75   ...   86

228 
 
mühitdə istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırılması əslində 
iqtisadi  artımın  və  davamlı  inkişafın  təmin  edilməsinin,  təsər-
rüfat  subyektlərinin  inkişaf  strategiyasının  müvəffəqiyyətlə  hə-
yata  keçirilməsinin  və  bütövlükdə  istehsal  edilən  məhsulların 
rəqabət  qabiliyyətinin  artırılmasının  əsas  ilkin  şərti  kimi  özünü 
doğrultmaqdadır. Bütün  bunları nəzərə alaraq belə qənaətə gəl-
mək olar ki, əslində təsərrüfat subyektlərinin fəaliyyətinin plan-
laşdırılması və strategiyası onların perspektiv inkişafının müəy-
yənləşdirilməsinin  əsas  şərti  kimi  çıxış  edir.  Bu  baxımdan  fəa-
liyyətin  planlaşdırılması  həm  də  məhsul  istehsalı  və  xidmətlər 
göstərilməsinin optimal istiqamətlərinin müəyyənləşdirilməsi ilə 
sıx şəkildə bağlı olur. Bu əsasda təsərrüfat subyektlərinin isteh-
sal resurs və imkanlarının bir-biri ilə qarşılıqlı əlaqələndirilməsi 
müəyyən  zaman  kəsiyində  qarşıya  qoyulan  məqsədə  səmərəli 
şəkildə nail olmağa şərait yaradır. Bundan başqa iqtisadi inkişa-
fın  qeyri-müəyyənlik  şəraitində  bazar-təsərrüfatçılıq  sistemində 
bir qayda olaraq, risklərin mövcudluğu və kəskin rəqabət mühiti 
xarakterik  cəhət  hesab  edilir.  Məhz  belə  bir  şəraitdə  planlaş-
dırma  təsərrüfat  subyektinin  maliyyə-təsərrüfat  fəaliyyətinin 
həyata  keçirilməsində  vacib  amil  kimi  əhəmiyyət  kəsb  edir. 
Planlaşdırma  prosesi  və  onun  icrası  subyektə  imkan  verir  ki, 
mövcud  təsərrüfat  fəaliyyətində  baş  verən  dəyişikliklərə  uyğun 
olaraq,  məhsul  istehsalı  və  xidmətlərin  göstərilməsinin  zəruri, 
optimal şəkildə təşkili prinsiplərini həyata keçirərək, bununla da 
daxili  potensial  imkanları  qarşıya  qoyulmuş  məqsədə  doğru 
səfərbər etsin. Eyni zamanda, fəaliyyətin planlaşdırılması əsasən 
aşağıdakı tələblərə cavab verməlidir: 

 
Planlaşdırma üçün vacib olan ilkin tələb istehsal prose-
sinin nə vaxt və necə həyata keçirilməsidir. 

 
Planlaşdırma üçün digər tələb perspektiv inkişafın alter-
nativ  istiqamətlərinin  seçilməsinin  və  reallaşdırılmasının  müəy-
yən edilməsidir.  

 
Fəaliyyətin  planlaşdırılması  fasiləsiz  qərar  qəbuletmə 
prosesi  olub,  təsərrüfat  subyektinin  inkişafı  ilə  bağlı  qarşıya 


229 
 
qoyulan  vəzifələrə  uyğun  olaraq  resurs  və  imkanların  səfərbər 
edilməsini özündə əks etdirməlidir.  

 
Planlaşdırma  təsərrüfat  subyektinin  səmərəli  fəaliyyə-
tinin  təmin  olunmasına  uyğun  olaraq  həyata  keçirilməlidir  (tə-
sərrüfat  subyektinin  rentabelliliyinin  təmin  edilməsi,  məhsul 
satışından daxil olan gəlirlərin və mənfəətin həcminin geniş tək-
rar istehsal prosesinin həyata keçirilməsinə istiqamətlənməsi ilə 
yanaşı, eyni zamanda işçilərin stimullaşdırılması və s.).  

 
İstehsal amillərinin xarakterinə uyğun olaraq, təsərrüfat 
subyektinin  fəaliyyətinin  əsas  istiqamətlərinin  planlaşdırılması 
qısa, orta və uzunmüddətli olmaqla fərqlənməlidir.  
Müvafiq  tələblərin  həyata  keçirilməsi  üçün  fəaliyyətin 
planlaşdırılması zamanı zəruri olan prinsiplər nəzərə alınmalıdır: 
çeviklik; fasiləsizlik;  komunikativlik;   iştirak;  adekvatlıq; kom-
plekslilik; çoxvariantlılıq. Təsərrüfat subyektlərinin fəaliyyətinin 
planlaşdırılması  zamanı  əsasən    aşağıdakı  istiqamətlər  ön  plana 
çəkilməlidir: 
- məhsul istehsalı ilə bağlı plan (bu planları bir qayda olaraq 
istehsal proqramları da adlandırırlar); 
- elmi-texniki inkişaf planı; 
- istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi planı; 
- kapital qoyuluşları və əsaslı tikinti planı; 
- maddi-texniki təchizat planı; 
- əmək və kadrlar üzrə plan
- istehsal xərcləri və məhsulun satış planı; 
- maliyyə planı; 
-  təsərrüfat  subyektinin  əmək  kollektivinin  sosial  inkişaf 
planı; 
- ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli is-
tifadə planı. 
Planlaşdırmanın  tərkibinə  daxil  olan  bütün  bölmələr  bir-
biri  ilə  sıx  bağlı  olub,  vəhdət  halında  çıxış  etməklə,  vahid  pro-
sesi tamamlamalıdırlar. Planlaşdırmanın  ümumiləşdirilmiş böl-
mələri  bir  qayda  olaraq  əvvəlki  bölmələrin  nəticələrini  özündə 


230 
 
əks etdirsə də, son nəticədə məhsul istehsalına və onun reallaş-
dırılmasına  çəkilən  xərclər  üzrə  planla  əlaqələndirilməlidir. 
Planlaşdırılmada  ümumiləşdirilmiş bölmələrin işlənib hazırlan-
ması  zamanı  bütün  hallarda  istehsalın  iqtisadi  səmərəliliyinin 
yüksəldilməsi  başlıca  vəzifələrdən  biri  kimi  qiymətləndiril-
məlidir.  Təbii  ki,  bu  prosesdə  maddi,  əmək  və  maliyyə  resurs-
larından  istifadənin  səmərəliliyinə  xüsusi  diqqət  yetirilməlidir. 
Müasir şəraitdə fəaliyyətin inkişafı ilə bağlı nəzərdə tutulan təş-
kilatı  tədbirlər  ilk  növbədə  təsərrüfat  subyektinin  qarşısına 
qoyduğu məqsədlərə nail olunması üçün planlaşdırma sisteminin 
təkmil  işlənib  hazırlanmasını  zəruriləşdirir.  Müvafiq    prosesin 
sxematik  təsvirinin  aşağıdakı  sxem  üzrə  əks  olunması  məqsə-
dəmüvafiqdir. 
                                                                                               
Sxem 8. 
Planlaşdırma sisteminin bir proses kimi əks edilməsi 
 
 
 
 
 
 
 
 
 
 
Planlaşdırma sistemi özündə xarici mühit, giriş, çıxış və əks 
əlaqə  komponentlərini  birləşdirir.  Giriş  planlaşdırılan  obyektin 
rəqabət  qabiliyyətinin  normativi  kimi  xarakterizə  edilir  və  sub-
yektin məqsədinə, missiyasına müvafiq olaraq strateji marketinq 
mərhələsi üzrə hazırlanır. Planların hazırlanmasında əlavə infor-
masiyalar,  zəruri  resurslar  və  sənədləşmə  sistemindən  istifadə 
edilir. Çıxış istehlakçıların tələblərinə müvafiq olaraq hazırlanan 
 
Planlaşdırma prosesi 
Xarici mühit 
Ək
s əlaqə 
Giri
ş  
Çıx
ış  


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə