Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə80/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   76   77   78   79   80   81   82   83   ...   86

254 
 
Təsərrüfat subyektinin xarici mühit komponentlərindən biri 
də  regionun  infrastrukturu  hesab  edilir.  Regional  infrastruk-
turun içərisində xüsusilə şəhər yerlərindəki infrastruktur sistem-
ləri mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, təsərrüfat sub-
yektlərinin  ərazi  baxımdan  birləşməsi  son  nəticədə  onun  da-
vamlı  və  səmərəli  fəaliyyətinə  əhəmiyyətli  təsir  göstərmək  im-
kanına  malik  olur.  Həmçinin,  nəzərə  almaq  lazımdır  ki,  infra-
struktur  sistemləri  təsərrüfat  subyektinin  fəaliyyətinə  əsasən 
dolayı yolla təsir göstərir. 
Təsərrüfat  subyektinin  yerləşdiyi  regionun  infrastruktur  sa-
hələrinə  daxil olan müəssisə  və  təşkilatların səmərəli  fəaliyyəti, 
onların stabilliyi və inkişaf səviyyəsi bütövlükdə hər bir subyek-
tin fəaliyyətinə və  davamlı  inkişafına  əhəmiyyətli təsir göstərir. 
Ümumiyyətlə,  regional  infrastrukturun  təsərrüfat  subyektlərinin 
fəaliyyətinə  təsiri  əsasən  sosial-psixoloji  amillərlə,  o  cümlədən, 
əhalinin sosial və mədəni tələbatının təmin edilmə səviyyəsi ilə, 
əmək kollektivində sosial-psixoloji iqlimin  yaxşılaşdırılması və 
əhalinin sağlamlığının yüksəldilməsi kimi amillərlə şərtlənir. 
Təsərrüfat subyektinin və regional infrastrukturun qarşılıqlı 
təsir amillərinin  kəmiyyət baxımından qiymətləndirilməsi kifa-
yət qədər çətin və problemli xarakterə malikdir. Ümumilikdə, bu 
sahədəki məntiqi əlaqəni aşağıdakı kimi səciyyələndirmək məq-
sədəuyğundur: 
- regionda infrastruktur sisteminin səmərəli və stabil inkişaf 
səviyyəsinin  yüksək  olması  təsərrüfat  subyektlərinin  əmək  kol-
lektivində mənəvi psixoloji mühitin yaxşılaşmasına müsbət təsir 
göstərər;  
- işçi və mütəxəssis heyətinin peşə-ixtisas səviyyəsinin yük-
səldilməsi maddi-sosial vəziyyətin yüksəlməsinə şərait yaradar. 
Qeyd edilən bütün bu amillər nəticədə təsərrüfat subyekt-lə-
rinin  fəaliyyətinin səmərəliliyinin artımına təkan verməklə, eyni 
zamanda  ölkənin    sosial-iqtisadi  inkişafına  öz  müsbət  təsirini 
göstərər.    Regional  amillərdən  hansının  təsərrüfat  subyektlə-
rində  fəaliyyət  göstərən  əmək  kollektivinin  sosial  və  mənəvi 


255 
 
tələbatının daha tam şəkildə ödənilməsinə təsir göstərməsini mü-
əyyən etmək xüsusi zərurətdən irəli gəlir. Təbii ki, hər bir region 
öz ərazisində rəqabət qabiliyyətli məhsul istehsal edən təsərrüfat 
subyektlərinin  xüsusi  çəkisinin  artmasında  və  onların  mənfəət 
həcminin yüksəlməsində daha çox maraqlı olmalıdır. Bu baxım-
dan,  hər  bir  təsərrüfat  subyektinin  fəaliyyətinin  səmərəliliyi, 
intensivliyi  və  davamlılığı  regional  infrastruktur  sisteminin  təş-
kilindən  və  onun    keyfiyyətindən  bilavasitə  asılıdır.  Məhz  bu 
məqsədlə  ölkə  regionlarına  əslində  qlobal  bir  sistem  kimi  ya-
naşılmalı, bu sistemin mühüm və ayrılmaz tərkib hissəsini isə tə-
sərrüfat  subyektləri  təşkil  etməlidir.  Regional  infrastruktur  sis-
teminin  inkişaf  proqramlarının  tərtibində  təsərrüfat  subyekt-
lərinin  səmərəli  fəaliyyətinin  təmin  edilməsi  daim  diqqət  mər-
kəzində olmalıdır.  
Regional infrastrukturun inkişaf səviyyəsi və ona təsir edən 
amillər üzrə informasiyaları hər təsərrüfat subyekti müstəqil şə-
kildə,  kifayət  qədər  toplamaq  və  təhlil  etmək  imkanına  malik 
deyildir. Xüsusilə də kiçik və orta təsərrüfat subyektləri bu prob-
lemi effektiv şəkildə həll etmək imkanından məhrumdur. Məhz 
buna görə də regional informasiya mərkəzlərinin yaradılmasına 
ehtiyac vardır və müvafiq mərkəzlərin yaradılması yolu ilə regi-
onal  infrastruktur  və  digər  sahələrdə  (yerli  və  xarici  bazarlar, 
məhsullara olan tələbat  və s.) informasiyaların formalaşdırılma-
sı, onların keyfiyyət baxımından daim təkmilləşdirilməsi məqsə-
dəuyğundur.    Təbii  ki,  bu  prosesdən  regional  informasiya  mər-
kəzləri  də  kifayət  qədər  gəlir  əldə  edə  bilərlər.  Belə  ki,  əldə 
edilən  informasiyaların  maraqlı  tərəflərə,  təsərrüfat  subyekt-
lərinə  güzəştli  şərtlərlə satılması  nəticəsində  həmin  mərkəzlərin 
öz xərclərini ödəmə problemi də müəyyən qədər həll oluna bilər. 
Digər tərəfdən, informasiya bazasının formalaşdırılmasına çəki-
lən xərclərin yerli vergilər vasitəsi ilə ödənilməsi də mərkəzlərin 
maliyyə problemlərinin aradan qaldırılmasına xidmət etmiş olar.   
Regional  infrastruktur,  həmçinin  də  makro  mühit  amilləri 
təsərrüfat subyektlərinin səmərəli və davamlı fəaliyyətinə dolayı 


256 
 
yolla  təsir  göstərir.  Regionda  və  ya  ölkədə  məhsul  istehsalının 
həcmində təsərrüfat subyektinin xüsusi çəkisinin yüksək olması, 
həmin təsərrüfat subyektinin bütövlükdə xarici mühit amillərinə 
daha çox təsir göstərmək imkanını yaradır. Əksinə olduqda isə, 
xarici mühit amilləri təsərrüfat subyektinin fəaliyyətinə daha çox 
təsir göstərmək iqtidarında olur. 
Təsərrüfat  subyektinin  fəaliyyətinə  təsirdə  mikro  mühit 
amilləri  əhəmiyyətli  rol  oynayır.  Təsərrüfat  subyektinin  fəaliy-
yətinə təsir edən mikro mühit amillərini  aşağıdakı kimi sistem-
ləşdirmək mümkündür: 
- rəqib təsərrüfat subyektləri tərəfindən istehsal edilən məh-
sulların həcmi və onların keyfiyyət səviyyəsi
-  bazara  məhsul  çıxaran  bütün  rəqiblər  haqqında  infor-
masiyalar; 
- təsərrüfat subyektlərinin marketinq vasitəçiləri
- aidiyyəti tərəflər (ictimai təşkilatlar, istehlakçılar, nəzarət- 
edici  qurumlar,  həmkarlar  ittifaqları,  mətbuat-informasiya  or-
qanları və digər təşkilatlar). 
Təsərrüfat  subyektinin  mikro  mühit  sahələrini  və  amil-
lərini,  göstəricilərini  aşağıdakı  kimi  əks  etdirmək  məqsədə-
müvafiqdir.  
 
Cədvəl 31. 
Təsərrüfat subyektinin mikro mühit sahələri, amilləri və 
göstəriciləri 
Mikromühit sahələri 
Mikromühit amilləri və göstəriciləri 
1.Malgöndərənlər 
(sistemə daxilolma) 
1.1.Daxil olan xammal və materialların keyfiyyəti 
və onun göstəriciləri 
1.2.Komplektləşdirici məmulatların, ehtiyat 
hissələrinin keyfiyyəti və göstəriciləri 
1.3. Təsərrüfat subyektinə daxil olan 
informasiyaların keyfiyyət səviyyəsi 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə