Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə82/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   78   79   80   81   82   83   84   85   86

260 
 
bir mütəxəssisin fəaliyyətinin motivləşdirilməsi ilə bağlı konkret 
addımlar atmalıdır.  
Təsərrüfat  subyektinin  idarə  edilməsinin  keyfiyyət  göstəri-
cilərinin qiymətləndirilməsi ilə bağlı metodika təklif edərkən ilk 
növbədə sistemli və kompleks yanaşmaya əsaslanmaq lazımdır. 
Daha  dəqiq  ifadə  etsək,  subyektin  idarəetmə  parametrləri  sis-
temlilik  və  komplekslilik  kimi  tələblərə  uyğun  olmalı,  
idarəetmə  sisteminin  keyfiyyət  göstəricilərinin  yüksəldilməsi 
zamanı bu amillərin  tətbiqinə üstünlük verilməlidir. Təsərrüfat 
subyektinin  idarə  edilməsinin  keyfiyyət  baxımından  qiymətlən-
dirilməsi  üçün  kompleks  proqramlar  hazırlanmalıdır.  Eyni  za-
manda,  təsərrüfat  subyektinin  idarə  edilməsinin  keyfiyyət  para-
metrlərinin  qiymətləndirilməsi  antiböhran  vəziyyəti  üzrə  idarə-
etmə  sisteminin  təşkilində,  zəruri  restruktrizasiya  və  islahatlar 
aparılmasında önəmli rol oynayır. 
     Təsərrüfat  subyektində  idarəetmə  sisteminin  təşkilinin  tək-
milləşdirilməsi  ilk  növbədə  sistemli  yanaşma  tələb  edir.  Buna 
subyektin xarici mühitə çıxış, onunla əlaqə və əks əlaqə amilləri 
aid oluna bilər. Təsərrüfat subyektinin daxili strukturuna elmi və 
metodiki  cəhətdən  əsaslandırılmış,  məqsədli,  təminatlı,  idarə 
olunan  və  idarə  edən  yarımsistemləri  aid  etmək  mümkündür. 
Bunun üçün təsərrüfat subyektinin xarici mühitini ətraflı şəkildə 
təhlil etmək, həm də onun daxili strukturunu öyrənmək lazımdır. 
Təsərrüfat  subyektində  idarəetmə  sisteminin  elmi-metodiki 
cəhət-dən  əsaslandırılmış  yarımsistem  komponentlərinə  bazar 
münasi-bətlərinin  formalaşması  ilə  əlaqədar  fəaliyyət  göstərən 
iqtisadi  qanunları,  daxili    hüquqi  bazanı,  həm  də  statika  və 
dinamika  qanunlarını,  idarəetməyə  nəzəri  yanaşmaları,  idarəet-
mənin  prinsip,  metod  və  modellərini  aid  etmək  mümkündür. 
Belə  ki,  obyektin  dəyəri  nə  qədər  yüksək  qiymətlidirsə,  onun 
idarəetmə  qərarlarının    əsaslandırılması  da  daha  ciddi  xarakter 
daşıyır.  İstehsal  menecmentinin  səmərəliliyi  strateji  marketinq 
(menecment)  və  innovasiya  menecmenti  mərhələlərində  yerinə 
yetirilən işin keyfiyyət səviyyəsi ilə müəyyən edilir.     


261 
 
Təsərrüfat  subyektinin  idarəetmə  sisteminin  keyfiyyətinin 
diaqnostikasının  və monitorinqinin mütəmadi olaraq həyata ke-
çirilməsi məqsədəuyğun hesab edilir. Təsərrüfat subyektinin ida-
rəetmə  sisteminin  səmərəlilik  göstəriciləri  onun  fəaliyyətinin 
son  nəticələrini  özündə  əks  etdirir.  Ümumiyyətlə,  təsərrüfat 
subyek-tinin  fəaliyyətinin  nəticələrinə  çoxsaylı  amillər  təsir 
göstərir.  Tə-sərrüfat  subyektinin  nəticələrinə  təsir  göstərən 
amillərə bu və ya digər sahədə istehsal fəaliyyətinin mərhələləri 
üzrə  idarəetmənin  bütün  və  ümumi  funksiyalarının  yerinə 
yetirilməsinin  keyfiyyət  göstəricilərini,  onun  ayrı-ayrı  bölmə-
lərinin spesifik funksiyalarını aid etmək olar. Təsərrüfat subyek-
tində  idarəetmənin  bütün  ümumi  və  spesifik  funksiyalarının 
yüksək  keyfiyyətlə  yerinə  yetirilməsinin  əsas  şərti  bu  sistemin 
elmi-metodoloji təminat səviyyəsinin yüksək olmasıdır. 
Təsərrüfat  subyektinin  idarə  edilməsinin  səmərəliliyinin 
dinamik  göstəricilərinin  tərkibinə  aşağıdakıların  daxil  edilməsi 
məqsədəuyğundur. 

 
Kəmiyyət göstəriciləri (bu göstəricilər təhlil üçün kifayət 
qədər əlverişli hesab edilir); 

 
Təsərrüfat  subyektinin  fəaliyyətinin  bütün  istiqamətini 
xa-rakterizə edən göstəricilər; 
İdarəetmənin  səmərəliliyinin  dinamik  göstəricilərinə  aşağı-
dakıların şamil edilməsi mümkündür. 

 
Təhlil olunan dövr ərzində (1 il, 2 il, 5 il və s.) xüsusi ka-
pitalın gəlirliliyinin artım tempi; 

 
Təhlil  olunan dövrdə  xarici bazara çıxarılan məhsulların 
tərkibində rəqabət qabiliyyətli məhsulların artım tempi; 

 
Təhlil olunan dövr ərzində təsərrüfat subyektinin innova-
siya fəaliyyətinin artırılması tempi; 

 
Təhlil  olunan  dövr  ərzində  təsərrüfat  subyektində  inves-
tisiya fəaliyyətinin aktivləşdirilməsi tempi

 
Təhlil olunan dövr ərzində idarəetmə heyətinin təhsil sə-
viyyəsinin yüksəldilməsi tempi; 


262 
 

 
Təhlil olunan dövrdə işçi heyətinin orta yaş həddinin də-
yişmə səviyyəsi; 

 
Təhlil olunan dövrdə işçi heyətinin mövcud vəziyyətinin 
dəyişmə səviyyəsi; 

 
Təhlil olunan dövr ərzində təsərrüfat subyektində əsas is-
tehsal  fondlarının  yeniləşdirilmə səviyyəsi

 
Təhlil  olunan  dövrdə  təsərrüfat  subyektində  texnoloji 
ava-danlıqların orta artım tempinin dəyişməsi. 
 
4.3. Azərbaycanda təsərrüfat subyektlərinin fəaliyyətində 
kadr hazırlığının inkiĢaf istiqamətləri   
 
Azərbaycan  Respublikasında  bazar  münasibətlərinin  əsas 
inkişaf problemlərindən biri də təsərrüfat subyektləri üçün peşə-
kar  mütəxəssis  və  kadr  heyətinin  hazırlıq  səviyyəsinin  qeyri-
təkmilliliyi  ilə  bağlıdır.  Belə  ki,  bu  hazırlıq  sistemi  yaxın  on  il 
ərzində formalaşmağa başlasa da, müvafiq sahədə kifayət qədər 
nailiyyətlər  əldə  edilməmişdir.  Vəziyyətin  belə  gedişatı  pers-
pektivdə bu problemin daha da aktuallaşacağını  göstərir. Xüsu-
silə, ölkədə  və  regionlarda bu istiqamətdə infrastrukturun  əsaslı 
şəkildə təkmilləşdirilməsi sosial-iqtisadi inkişafın yüksəldilməsi 
baxımından zəruridir.  
  Təsərrüfat  subyektlərinin  fəaliyyətinin  inkişafında  kadr 
hazırlığı.  Müvafiq  sahə  üzrə  tədris  sistemini  təkmilləşdirərkən 
təlim  prosesində  təsərrüfat  subyektlərinin  fəaliyyət  xüsusiy-
yətlərini,  onların  təşkilində  regional  fərqlərin  mövcudluğunu 
nəzərə  almaq  vacibdir.  Bu  sistemin  səmərəsini  belə  bir  şərtlə 
həyata  keçirmək  olar  ki,    o,  məhz  bir-biri  ilə  qarşılıqlı  əlaqədə 
olan  aşağıdakı  komponentləri  özündə  birləşdirsin  və  fəaliyyət 
göstərsin:  
    -  nəzərdən  keçirilən  sistemin  formalaşmasının  və  inkişa-
fının elmi  cəhətdən   əsaslandırılması  və praktiki  yönümlü kon-
sepsiyaların hazırlanması; 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə