Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
99
bilmiĢdir. Ancaq o, yalnız Ģairlər haqqında deyil, alim, xəttat və
musiqiĢünaslar haqqında da müəyyən məlumat verir. Lakin
Tərbiyətin əsəri əsasən fars məxəzləri üzərində qurulduğundan
ġimali Azərbaycanda yaĢayıb-yaratmıĢ Ģairlərin mühüm hissəsini,
xüsusən xalq ədəbiyyatı təsirində yazan yazıçıları əhatə edə
bilmir. O cənubda yaĢayan ən kiçik qəzəl Ģairi haqqında məlumat
verdiyi halda, Vaqif, Vidadi kimi böyük sənətkarların adını belə
çəkməmiĢdir» [10. 7]. Göründüyü kimi, Həmid Araslı bu məsələ
ətrafında öz mülahizələrini ümumi sözlərlə ifadə etməklə
kifayətlənmiĢdir.
«DaniĢməndani-Azərbaycan» əsəri ilə yaxından tanıĢlıq
göstərir ki, Tərbiyətin «Təzkireyi-Nəvvab», «Riyazül-aĢiqin»
təzkirələrindən xəbəri olmuĢdur. Lakin nədənsə Molla Pənah
Vaqif, Molla Vəli Vidadi və digər bir sıra XVIII əsr Ģairləri
haqqında məlumat verən bu təzkirələrə müraciət etməmiĢdir.
Ancaq ilk baxıĢda görünür ki, Tərbiyət F.Köçərlinin «Azərbaycan
ədəbiyyatı tarixi materialları» əsərindən istifadə etmiĢdir. Əgər be-
lədirsə, bəs necə olmuĢdur ki, alim Vaqifi və Vidadini nəzərdən
qaçırmıĢdır. Vaqif və Vidadinin Ģeirlərinin xalq Ģeiri üslubunda
olması buna səbəb ola bilməzdi. Çünki Tərbiyət Qasım bəy Zaki-
rin tərcümeyi-halından qısa da olsa, bəhs etmiĢdir. Burada yalnız
bir səbəb ola bilərdi ki, Tərbiyət Köçərlinin əsəri ilə yaxından ta-
nıĢ deyildi. Həqiqətən də, «DaniĢməndani-Azərbaycan» təzkirəsi-
nə diqqətlə nəzər saldıqda görürük ki, burada Köçərlinin «Azər-
baycan ədəbiyyatı tarixi materialları»nın yalnız üçüncü cildindən
götürülmüĢ bir sıra qısa qeydlər vardır. O da bu cilddə yer almıĢ
bir neçə Ģairin ancaq adının təzkirədə çəkilməsidir.
Həmid Araslı «DaniĢməndani-Azərbaycan» təzkirəsinin bu
kimi bir sıra qüsurlarına baxmayaraq orta əsrlər ədəbiyyatı tarixini
öyrənmək baxımından əhəmiyyətli bir əsər hesab edərək yazırdı:
«Ancaq bu əsər bütün Ġran və Hindistan təzkirəçilərinin Azərbay-
can Ģairləri haqqında verdikləri məlumatı, əsasən əhatə edə bildiyi,
eyni zamanda Azərbaycan ədəbiyyatının keçmiĢ nümayəndələrini
yaxĢı tanıyan və müxtəlif kitabxanalarda tədqiqat aparmıĢ olan
Könül Nəhmətova
100
Tərbiyətin zəngin biliyini əks etdirə bildiyi üçün çox qiymətlidir»
[10. 7].
Göründüyü kimi, bu təzkirə, bəzi Ģairlərin adlarının istisna
olması ilə, orta əsrlər Azərbaycan ədəbiyyatını bütövlükdə öyrən-
diyi və geniĢ məlumat verdiyi üçün elmi əhəmiyyətə malikdir.
2.4. Yeni dövr Azərbaycan ədəbiyyatı və ədəbiyyat tarix-
çiliyi məsələləri
XIX əsrdə Azərbaycan ədəbiyyatı ölkənin iqtisadi-siyasi və
mədəni həyatında baĢ vermiĢ ciddi dəyiĢikliklər nəticəsində yeni
inkiĢaf mərhələsinə daxil oldu. XIX əsr Azərbaycan mədəniyyəti
milli-klassik mədəniyyətin bünövrəsi üzərində yüksəlirdi. Yeni
mədəniyyətin yaradıcıları olan alimlər, mütəfəkkirlər, yazıçılar,
rəssamlar, memarlar, musiqiĢünaslar və baĢqaları öz əsərlərini
yaradarkən Azərbaycan xalqının əsrlərdən bəri yaratmıĢ olduğu
zəngin mədəni irsdən bacarıqla istifadə edirdilər. Azərbaycan
mədəniyyətinin inkiĢafında ümumən klassik ġərq mədəniyyətinin
təsiri olduğu kimi, rus və Avropa mədəniyyətinin də rolu vardır.
Buna görə də XIX əsrin birinci yarısından etibarən Azərbaycan
elmində, mədəniyyətinin inkiĢafında müasirlik meylləri aparıcı rol
oynayırdı. Azərbaycan alimləri tədriclə sxolastika təsirlərindən
uzaqlaĢaraq coğrafiya, ölkəĢünaslıq, astronomiya, məntiq, psixo-
logiya, dilĢünaslıq, tarix və s. elmlər sahəsində az-çox müasir
məzmunda yeni əsərlər yaradırdılar. Elmdə dəqiqlik prinsipləri
get-gedə dərinləĢirdi.
XIX əsrin birinci yarısında elm və incəsənətdə olduğu kimi,
bədii ədəbiyyat sahəsində də bir canlanma var idi. Bir tərəfdən
Füzuli ənənələri davam etdirilir, saysız-hesabsız qəzəl Ģairləri
yetiĢir, o biri tərəfdən də çoxlu el aĢıqları və el Ģairləri yetiĢir, aĢıq
Ģeirinin müxtəlif yeni növləri yaranırdı. Yazılı ədəbiyyatda sadə
xalq üslubu qüvvətli idi. Vaqif Ģerinin, Zakir, Salik və Nəbati kimi
davamçıları yaĢayıb yaradırdılar. Ədəbiyyat xalq həyatı ilə getdik-
cə daha sıx bağlanır, onun mövzu dairəsi geniĢlənir, müasirləĢirdi;
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
101
əsərlərdə yeni motivlər, xalq kütlələri içərisindən alınmıĢ yeni
insan surətləri özünü göstərir, kəskin tənqid silahı olan satira
güclənir, tənqidi realizmin və yeni bədii janrların da bünövrəsi
qoyulurdu. Feodalizmin çürümə prosesinin Ģiddətlənməsilə
əlaqədar olaraq Azərbaycanda maarifçi ədəbiyyat təĢəkkülə
baĢlamıĢdı. Satira və yumor inkiĢaf edərək, XIX əsr ədəbiyyatının
əsas tənqid üsuluna çevrilirdi.
XIX əsr Azərbaycan ədəbiyyatı tarixi zəngin, məhsuldar və
eyni zamanda ziddiyyətli bir dövrdür. Ədəbiyyatda hələ köhnə
ədəbi istiqamətlərin qalması və inkiĢafı maarifçi realizmin ədəbi
yaradıcılıq metodu kimi meydana gəlməsi və inkiĢafı
dramaturgiyanın, milli mətbuatın, professional ədəbi tənqid və
estetikanın, bir sıra janr və formaların ilk dəfə meydana çıxması
məhz bu əsrlə bağlıdır.
M.Tərbiyətin ictimai fəaliyyətinə nəzər saldıqda aydın
görünür ki, yaĢadığı dövrün nəbzini dəqiq tuta bilmiĢ, ictimai
həyatın çağdaĢ tələblərini siyasi fəaliyyətində düzgün əks etdirə
bilmiĢdir. Lakin bundan fərqli olaraq Tərbiyət «DaniĢməndani-
Azərbaycan» təzkirəsində XIX əsr və XX əsrin əvvəllərinin ədəbi
mühitini bütün reallığı və geniĢliyi ilə tam iĢıqlandıra bilməmiĢdir.
XIX əsr ədəbiyyatının təzkirədə görünüĢünə nəzər saldıqda
«Azərbaycan» məfhumuna iki cəbhədən yanaĢmağa məcburuq.
Təzkirədə ġimali Azərbaycanın ən görkəmli simalarından Abbas-
qulu ağa Bakıxanov, Qasım bəy Zakir, Seyid Əzim ġirvani, Mir
Möhsün Nəvvab, Seyid Əbülqasım Nəbati, Məhəmmədağa Müc-
təhidzadə, Mirzə Ələkbər Sabir haqqında qısa məlumatlar alırıq və
bunlar ensiklopedik xarakterlidir. Onların ədəbi mühitə təsiri,
əsərlərinin ideya-bədii xüsusiyyətləri üzərində dayanılmamıĢ,
yaradıcılıqları sənətkarlıq baxımından qiymətləndirilməmiĢdir.
Hətta bir sıra məlumatlarda yanlıĢlığa da yol verilmiĢdir. Məsələn,
Qasım bəy Zakirin yaĢadığı dövr 1784-1857-ci illər əvəzinə 1790-
1854 göstərilmiĢdir. Və yaxud, M.M.Nəvvabın təzkirəsinin yazıl-
ma tarizi 1887-ci il olaraq qeyd olunmuĢ, halbuki müəllif özü təz-
kirəsinin 1892-ci ildə bitdiyini yazmıĢdır.
Dostları ilə paylaş: |