Könül Nəhmətova
108
Əlvan rəngli çiçəklərlə döndü cənnətə gülüstan,
Yaz nəsimi bağda süzüb, hər birinə dedi dastan.
Bu üç beytdən herəci-salim vəznində yeni bir beyt düzəlir:
Onda ki, gül dilbər tək açır gülüstanda,
Yaz nəsimi vurğun tək sürünür bostanda.
Mövlana bu qəsidəyə «Məfatihül-kəlam fi mədayihül-
kəlam» (Hörmətli Ģəxslərin mədhində söz açarları) adını
vermiĢdir. Bir çox söz ustaları bu qəsidəyə cavab demiĢlər. Onlar
aĢağıdakılardır: Qivami Mütərrəzinin «Bəyanül-əshar fi sənayeil-
əĢar» (ġeir sənətində ən gözəl sehrlərin izahı), ġəms Fəxr
Ġsfəhaninin «Məxzənül-büxur» (Əruz vəznləri xəzinəsi), Salman
Savəcinin «ġərhun mümərrəd» (Mənalar xəzinəsi) və s. [88. 158].
Zülfüqar ġirvaninin daha bir qəsidəsindən bəhs olunur ki,
onda üç qafiyə, üç hacib
*
və üç rədif vardır və qeyd olunur ki, ərəb
Ģeirində rədif və hacib yoxdur, bu ancaq fars Ģeirindədir [88. 158].
ġeirin əsasını mənalı mətn, vəzn və qafiyə təĢkil edir.
Qafiyə üstündə qurulmuĢ poetik ifadə vasitələri də çoxdur. Belə
bədii ifadə vasitələrindən biri Ģairdən xüsusi məharət və
sənətkarlıq tələb edən «zülqafiyəteyndir ki, onun vasitəsilə
Ģeirin qoĢa qafiyəliliyi (cüt qafiyəlilik) deməkdir. Daha doğrusu,
«zülqafiyəteyn» - beytin son iki sözünün Ģaquli istiqamətdə
həmqafiyəliliyinə deyilir [40.40].
«DaniĢməndani-Azərbaycan» təzkirəsində daha bir maraqlı
janr nümunəsinə təsadüf edirik ki, bu da «inat»dır. «Naci
Ordubadi»
*
bəhsində deyilir ki, o, Katibinin
**
«ġütür-hücrə»
qəsidəsinin cavabında bir qəsidə demiĢ və onun sözlərinə «pəĢĢə»
*
hacib - iki qafiyə arasında rədif, daxili rədifdir.
*
Naci Ordubadi XVI əsrin görkəmli söz ustalarından olmuĢdur
**
Məhəmməd Katibi 1435-ci ildə vəfat etmiĢdir.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
109
(milçək) sözü artırmıĢdır. M.Tərbiyət «Məcməül-xəvas» təzkirə-
sindən götürdüyü bu qeydlərə Sadiqi ƏfĢarın Ģeirə münasibətini
də əlavə edərək yazırdı: «O, bu iĢin öhdəsindən bacarıqla gələ bil-
miĢdir» [88. 243]. Bu qəsidənin birinci beyti aĢağıdakı kimidir:
Bəsdir bədən hicrəmdə fikir milçəyi dəvə olsun,
Mənim hicrəmdə belə milçək dəvə iĢini görsün [88. 243].
Bu beytdən anlaĢılır ki, «ġütür hücrə» qəsidəsi inat janrının
gözəl nümunəsidir.
«Ġnat» sözünün lüğəvi mənası «incitmək, özünü çətinə
salmaq»dır. Poetik kateqoriya kimi isə Ģairin öz Ģerində müəyyən
sözləri iĢlətmək lüzumluluğuna deyilir [40. 42]. RəĢidəddin Vət-
vat isə bu bədii ifadə vasitəsinin izahını belə vermiĢdir: Fikrin
bəzədilməsində elə sözlər iĢlənir ki, onların verilməməsi məzmu-
na heç bir xələl gətirməz. Lakin Ģeirin təsir qüdrətini artırmaq xa-
tirinə bu sözlərin iĢlədilməsi qarĢıya məqsəd qoyulur. BaĢqa sözlə
desək, Ģairin öz Ģeirində əvvəlcədən məqsəd qoyduğu bir və ya bir
neçə sözü iĢlətmək qabiliyyəti, yaxud kimsə tərəfindən əvvəlcə-
dən verilən sözləri Ģerinə salmaqla imtahan edilməsidir [95. 113].
Təzkirədə «əlifsiz və nöqtəsiz xütbə»dən də bəhs olunur ki,
bu, orta əsrlər poeziyasında «həzf» adlanan janrın bir nümu-
nəsidir. «Həzf» sözünün mənası «silmək», «pozmaq», «düĢmək»
deməkdir. ġairlər öz məharətlərini göstərmək üçün əvvəlcədən
müəyyən hərfi tamamilə iĢlətməməyi qərara alırlar. Bu isə Ģairlər-
dən son dərəcə gərgin əmək tələb edir, bəzən isə bu iĢ tamamilə
dolaĢıq Ģeirlə nəticələnərdi.
M.Tərbiyət özündən qabaqkı alimlərin elmi axtarıĢlarının
nəticəsinə tənqidi münasibət bəsləmiĢ, hər hansı bir sənətkarla
bağlı bir fikir irəli sürmüĢ alim təzkirəçilərin düĢüncələrini saf-çü-
rük edərək onların ən yaxĢılarından istifadə etmiĢdir. O, araĢdır-
malarında ayrı-ayrı sənətkarların yaradıcılıq yolunu aydınlaĢdır-
mağa, elm və sənət aləminə gətirdikləri yenilikləri üzə çıxarmağa
çalıĢmıĢdır. Orta əsr ədəbiyyatında baĢ verən yenilikləri öyrənib
Könül Nəhmətova
110
üzə çıxararaq ədəbiyyatĢünaslıq və ədəbiyyat nəzəriyyəsinin orta
əsrlərdəki inkiĢafı ilə bağlı maraqlı mülahizələr irəli sürmüĢdür.
M.Tərbiyət əruz və heca vəznində yazan sənətkarlara eyni ya-
naĢmıĢ, üslubiyyat məsələlərində sərbəstliyi bəyənmiĢdir [30. 14].
«DaniĢməndani-Azərbaycan» təzkirəsində orta əsrlər ədə-
biyyatının «mühəssənat» adlanan kateqoriyalar sisteminin
janrlarına da geniĢ yer verilmiĢdir. Təzkirədə bu qismə aid olan
janrlar aĢağıdakılardır: müəmma, lüğəz, təzriq, hüsnüt-təxəllüs,
mütəzəlzül, maddeyi-tarix və s.
Təzkirədə Sadiq bəy Sadiqinin qədim və orta əsrlər
Ģairlərinin adına yazılmıĢ müəmma məzmunlu rübailəri olduğu
qeyd olunur [88. 281]. Sadiqinin söz ustalarının və müasirlərinin
adına dediyi müəmmaları «Risaleyi-müəmma» əsərində
toplanmıĢdır. Onun müəmmaları rübai formasında olub ancaq Ģair
adlarına həsr edilmiĢdir ki, bu da bir növ təzkirəyə bənzəyir. O,
külliyatının müqəddiməsində müəmmalarından danıĢarkən onu
«təzkirətüĢ-Ģüəra» kimi təqdim etmiĢdir. ġairin 105 müəmması
vardır ki, Azərbaycan Ģairlərindən Qətran, Əbülüla, Xaqani,
Nizami, Fələki, Mücirəddin, Əsirəddin, Zülfüqar; Ġran Ģairlərindən
Rudəki, Cami və baĢqalarının adına deyilmiĢdir [62. 107].
Təzkirədə Malik Deyləmi, Bağır, Məsud Kəmaləddin
ġirvani, Ġbrahim Təbrizi, Səbati və b. Ģairlərin də müəmma demək
qabiliyyətləri təriflənmiĢdir. Əslində ərəb dilindən gəlmiĢ
«müəmma» sözü «örtmək», «düzəltmək» mənasını daĢıyan
«təmiq» sözündən düzəldilmiĢdir ki, «anlaĢılması çətin və
imkansız olan söz» mənasındadır. Müəmma yazmaq və onu
açmaq Ģairdən ayrıca hazırlıq və bilik tələb etdiyinə görə Ģairlər
Ģeirin bu növünə böyük maraq göstərmiĢlər. Müəmma yazmaq
üçün çox dil bilmək, əbcəd hesabına və eləcə də dəqiq elmlərə,
astronomiyaya bələd olmaq tələb olunurdu. Müəmma Ģairin orta
əsrdə inkiĢaf etmiĢ elmlərə münasibətini bildirir və onun
hazırlığını göz önündə canlandırır. Müəmma XIV əsrə qədərki
ədəbiyyatda mövqe tutmuĢdu. Orta əsr mədrəsələrində hətta
«elmi-müəmma» adlı xüsusi bir fənn sahəsi də var idi.
Dostları ilə paylaş: |