Könül Nəhmətova
102
Təzkirədə Abbasqulu ağa Bakıxanovun qısa tərcümeyi-halı
və əsərlərinin siyahısı əhatə olunmuĢdur. Müəllif «Qüdsi Abbas-
qulu ağa ibn Mirzə Məhəmmədxan Sani» bəhsini «Gülüstani-
Ġrəm» əsərinə və «Füyuzat» jurnalına əsaslanaraq vermiĢdir [88.
72]. Təzkirəyə ədibin farsca rübaisi də əlavə olunmuĢdur [88. 73].
Təzkirədə XIX əsr ədəbi Ģəxsiyyətlərindən yalnız Mirzə Fə-
təli Axundova geniĢ yer verilmiĢdir. Tərbiyət Axundovun doğum
tarixini qeyd etdikdən sonra yazırdı: «Mirzə Fətəli Axundov hicri
qəməri 1295-ci il səfər ayının 24-də (1878, 27 fevral) Tiflisdə və-
fat etmiĢ və bu Ģəhərdə də dəfn olunmuĢdur. O, öz tərcümeyi-halı-
nı fars dilində yazmıĢ və bu tərcümeyi-hal Tiflisdə çıxan «KəĢ-
kül» jurnalının 1877-ci il 43,44 və 45-ci nömrələrində çap edil-
miĢdir. Müasir yazıçılar Mirzə Fətəlinin tərcümeyi-halını «KəĢ-
kül» jurnalının bu nömrələrinə əsaslanıb yazırdı» [88. 28-29].
M.Tərbiyət ədibin yaradıcılığının dövrün ədəbi-ictimai
proseslərdəki yerini düzgün müəyyənləĢdirərək yazırdı: «Mirzə
Fətəli Axundov həm qədim və həm müasir elmlərə yiyələnmiĢ,
nitq və mübahisədə böyük bacarıq sahibi olmuĢdur. O, müsəlman
xalqlarının vəziyyəti ilə dərindən tanıĢ olmaq və onların geriqalma
səbəblərini öyrənib tədqiq etmək üçün bütün qüvvəsini sərf etmiĢ,
müasir Qərb xalqlarının mədəniyyətini ġərq xalqlarına aĢılamaq,
onların inkiĢafına Ģərait yaratmaq yolunda böyük səy göstərmiĢdir.
Ümumiyyətlə, onun əsərlərinin özəyini bu mövzu təĢkil etmiĢdir.
O, fars, türk və ərəb dillərində yazdığı bütün əsərlərini müsəlman
xalqlarına, onların adət, ənənə, əxlaq, mədəniyyət, ədəbiyyat,
qanun və dövlət rejimlərinin tənqidinə həsr etmiĢdir. Bu əsərlərin
ən məĢhuru onun yeddi hekayəsi - yeddi pyesidir ki, onları hicri
qəməri 1267-1273 (1830-1856)-cı illəri arasında türk dilində
yazmıĢ və hamısı çap edilmiĢdir» [88. 29].
Təzkirədə M.F.Axundovun əlifba islahatı ilə bağlı fəaliyyəti
üzərində xüsusi dayanılmıĢdır. Müəllif fürsətdən istifadə edərək
bu mövzu barəsində ətraflı bəhs etmiĢ, digər əlifba islahatçılarının
da fəaliyyətini iĢıqlandırmıĢdır. Bu bölmədən görünür ki, əlifba
islahatı məsələsi bir maarifçi-demokrat kimi Tərbiyətin də
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
103
diqqətindən kənarda qalmamıĢdır. O, bu sahədə göstərilən bütün
təĢəbbüsləri təqdirəlayiq bir addım kimi alqıĢlamıĢdır.
M.Tərbiyət öz təzkirəsində Axundovun «Təlqinnamə» əsəri
haqqında ilk dəfə məlumat vermiĢdir: «Ərəb dilində «Təlqin-
namə» əsəri də Axundzadənin siyasi əsərlərindəndir. Onu
ömrünün axırında yazmıĢdır. Bu əsər hicri qəməri XIV əsrin
əvvəlində (XX) Təbrizdə litoqrafiya üsulu ilə və daha sonra
Bakıda «ĠrĢad» qəzetinin farsca hissəsində bir çox səhvlərlə çap
edilmiĢdir» [88. 34].
Təzkirədə yuxarıda adları çəkilən ədiblərdən, Ģairlərdən
baĢqa Mirzə Nəsrullaxan Bahar, Tuti Əbülfətxan Qarabaği,
Məcruh Muğani, Sabir Hacı Rza Dibnani və b. Ģair və nasirlər
haqqında da məlumatlar vardır.
XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatı təzkirədə
nisbətən artıq yer tutur: Fani, Əhəri, Topçu, Sərraf Hacı Rza, Sabit
Hacı Məhəmmədəli Təbrizi, Sabit Xoylu, Sabit Ərdəbili, Rəmzi
baba, Raci, Nüsrət Mirzə Nəsrulla Sədrül-Məmalik Ərdəbili,
Nizam ƏfĢar Mirzə Həbib, Mütəlli, Müznib Fətəli ibn Hacı Həsən
Təbrizi, Miskin Ağahüseyn Zünuzi, Məcnun Rzaqulu Mirzə
Marağayi, Məhəmmədbağır və baĢqaları. Təzkirədə Mirzə
Abbasquluxan Xoylu, Etimadüssəltəvə, Etizadülməmalik, DaniĢ
Hacı Mirzə Nəcəfəli xan, DaniĢ Ağa Mirzə Lütfəli və b. haqqında
ilk dəfə olaraq bilgilər verilmiĢdir.
Məhəmmədəli
Tərbiyət
«DaniĢməndani-Azərbaycan»
təzkirəsində əhatə etdiyi ədəbiyyat məsələləri ayrı-ayrı Ģair və
ədiblərə, yaxud müəyyən dövr ədəbiyyatına həsr olunmuĢ elmi
məqalə və monoqrafiyalarda öyrənilmiĢ, Azərbaycan ədəbiyyatı
tarixini akademik nəĢrinin hazırlanmasında qiymətli elmi
məxəzlərdən olmuĢdur. Azərbaycan ədəbiyyatının öyrənilməsində
aparılan bugünkü tədqiqatda da «DaniĢməndani-Azərbaycan»
əsəri elmi dəyərini saxlamaqdadır.
Könül Nəhmətova
104
2.5. «Danişməndani-Azərbaycan» təzkirəsində poetika
məsələləri
M.Tərbiyət böyük bir yaradıcılıq yolu keçmiĢdir. Onun
dünyagörüĢü, ədəbiyyat və incəsənətlə bağlı olan baxıĢları
getdikcə daha da yetkinləĢmiĢdir. Hər hansı bir görkəmli alim və
mütəfəkkir kimi M.Tərbiyətin də fikir və ideyaları, ədəbiyyat və
incəsənət baxıĢları yaĢadığı dövr, mühit və ictimai həyat ilə bağlı
idi. M.Tərbiyətin ədəbi baxıĢlarını düzgün qiymətləndirmək üçün
bu cəhəti də nəzərə almaq lazımdır. O, öyrəndiyi məsələlərin
çoxunu maarifçi-demokrat baxımından irəli sürmüĢdür.
M.Tərbiyətin ədəbi görüĢləri, elmi yaradıcılığı daha çox
Azərbaycan, Yaxın ġərq və Orta Asiya xalqlarının ədəbi irsinin
qabaqcıl ənənələri əsasında yaranmağa və yetkinləĢməyə
baĢlamıĢdır. Yarım əsrdən çox sürən dərin, çoxçeĢidli və inadcıl
mütaliə və axtarıĢlar, elmi məqsəd daĢıyan səyahətlər, Ģəxsi
istedad və bacarıq, bir çox xalqların mədəniyyət və elmi uğurları
ilə tanıĢlıq, bir neçə dili dərindən bilmək, bütün bunların hamısı
ədibin türk, ərəb və fars sistemli dillərdə danıĢan xalqların
ədəbiyyat və mədəniyyət tarixi ilə yaxından tanıĢ olmasına, bu
sahədə görkəmli bir ustad kimi yetiĢməsinə səbəb olmuĢ, böyük
elmi müvəffəqiyyətlər əldə etməsinə Ģərait yaratmıĢdır[30. 11-12].
M.Tərbiyət klassik Ģeirin janrlarının yaranma və inkiĢaf
tarixində böyük tədqiqat iĢi aparmıĢ və elmi nəticələrə gəlmiĢdir.
Ədibin «Məsnəvi və məsnəviquyan» (Məsnəvi və məsnəvi
söyləyənlər) əsəri bu cəhətdən daha dəyərlidirsə də,
«DaniĢməndani-Azərbaycan» təzkirəsi də ədəbiyyatın nəzəri
məsələlərinin öyrənilməsi baxımından əhəmiyyətlidir.Təzkirədə
diqqətimizi çəkən məsələlərdən biri poetik risalələrdir. Bu
baxımdan Əssar Təbrizi
*
, Vəhidi Təbrizi və əbu Talib xan
*
Əssar Mövlana ġəmsəddin Hacı Məhəmməd Təbrizi - Sultan Üveys
Ġlxanilər dövrünün görkəmli söz ustalarından və onların məddahı olmuĢdur.
O, hicri qəməri 792 (1389)-ci ildə Təbrizdə vəfat etmiĢdir.
Dostları ilə paylaş: |