Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
105
Təbriziyə həsr olunmuĢ yazılar maraqlıdır. Təzkirədə Əssar
Təbrizinin ədəbiyyatĢünaslıq fəaliyyəti haqqında belə məlumat
verilir: «Mövlana əruz, qafiyə, bədi elmləri haqqında bir neçə
kitab təlif etmiĢ və Ģeirdə iĢlədilən qafiyələrin sayı barədə «Vafi»
adlı lüğət kitabı yazmıĢdır [88. 134].
Əbu Talib xan Təbrizinin
*
elmi və ədəbi yaradıcılığı haq-
qında isə belə deyilir: «Əbu Talib yaradıcılığa və ədəbiyyatĢünas-
lığa böyük həvəs bəsləyir və tarixçilikdə misli-bərabəri yox idi. O,
güclü hafizə sahibi olaraq Xaqani, Ənvari kimi Ģairlərin çətin söz-
lərini əzbər bilir və izah edirdi. Mirzə Əbu Talib hicri qəməri
(1791)-ci ildə «Xülasətül-əfkar (Fikirlərin xülasəsi)» adlı bir təzki-
rə təlif etmiĢ, orada bütün sahələri: nəzm, nəsr, inĢa, risalə, əruz,
qafiyə, bədii, musiqi, əxlaq, tarix, tibb və sairə haqqında məlumat
vermiĢdir [88. 107].
Təzkirədə Vəhidi Təbrizinin də ĢeirĢünaslığa, əruz və qafiyə
elmlərinə həsr olunmuĢ «Müxtəsəri-Vəhidi» (Vəhidiyə xas olan-
lar) adlı əsərdən danıĢılır və bildirilir ki, bu kitab Ġraq və Azərbay-
canda məĢhur olmuĢdur. Vəhidi bu əsərdə öz Ģerlərindən misal gə-
tirdiyi üçün onu «Müxtəsəri-vəhidi» adlandırmıĢdır [88. 59].
«DaniĢməndani-Azərbaycan» təzkirəsində ĢeirĢünaslıq, bə-
dii elmi adlarıyla adlandırılan poetika elmi orta əsrlərdə mühəssə-
nat (yəni gözəllik yaradan) və ya sənəat (sənətkarlıq) adlanırdı.
Mühəssənat (və ya sənəat) - sözü bədiiləĢdirən, zinətləndi-
rən, bəzəyən və ya ona gözəllik verən vasitələr sistemidir. Müasir
ədəbiyyatĢünaslıqda iĢlənən bədii ifadə vasitələri adı altında
verilən bir çox poetik kateqoriyalar bu sistemə daxildir. Lakin bu
sistemin məzmun dairəsi, bədii söz sənətinin təsirin emosional və
estetik cəhətdən formalaĢdırmaq baxımından daha geniĢdir. Orta
əsr ġərq poetik sistemində əruz və qafiyə ilə yanaĢı «mühəssənat»
*
Mirzə Əbu Talib xan hicri qəməri XII (XVIII) əsr söz ustalarındandır.
Atası Hacı Məhəmmədxan Təbrizi NadirĢah dövründə Ġsfahandan
Hindistana getmiĢ və o, hicri qəməri 1165 (1751)-ci ildə Ləknəhur Ģəhərində
anadan olmuĢ və orada boya-baĢa çatmıĢdır. Əbu Talib xan hicri qəməri
1221 (1806)-cı ildə vəfat etmiĢdir.
Könül Nəhmətova
106
adı altında iĢlənən kateqoriyalar söz sənətində mühüm yer tutur.
Elmi qaynaqlarda və hətta XIX-XX əsrlərdə yazılmıĢ əsərlərdə və
dərsliklərdə həmin sistem iki qismə bölünür.
1.
Söz sənəti və ifadə gözəllikləri;
2.
Məna sənəti, məna gözəllikləri.
Birinci bölmədə bədii sözün gözəlliyi və emosional estetik
təsiri sözün forması, quruluĢu və yerindən asılı olaraq öyrənilir.
Ġkinci bölmədə bədii söz sənətinin gözəllik və zinəti məna
oyunları, məzmunun çalarları hesabına təmin edilir. Onu da qeyd
edək ki, bu iki sistemə daxil olan kateqoriyalar ayrı-ayrı öyrənilsə
də, onlar bir-birini tamamlayır, söz sənətinin forma və məzmun
bütövlüyünün, gözəlliyinin vəhdətini təĢkil edir [40. 37].
«DaniĢməndani-Azərbaycan» təzkirəsində yeri gəldikcə hər
iki qismə daxil olan poetik janrlardan da bəhs olunmuĢ və nümu-
nələr göstərilmiĢdir. Təzkirədə adı çəkilmiĢ ikinci qismə daxil
olan janrlar aĢağıdakılardır: Əks və tərd
*
, zülqafiyəteyn, ehat, mü-
ləmmə, həzf və s.
«Əks» sözünün mənası tərsinə çevrilməkdir. Bu bədii ifadə
vasitəsi əsasən üç cürdür:
1)
Ġkinci misra birinci misranın yarıdan tərs çevrilməsi
olur;
2)
Bir misranın əvvəl və son hissəsinin çevrilməsi;
3)
Müqayisə edilən iki Ģeydən oxĢayanın oxĢadılandan
üstün olduğunu göstərir [40. 38].
Təzkirədə Zülfüqar ġirvaninin haqqındakı bəhsdə bu janra
aĢağıdakı kimi nümunə göstərilmiĢdir: «Bədrəddin Cacürmi «Mu-
nisül-əhrar» (Azad adamların dostu) əsərində «tərd» və «əks»
adlanan janrların izahında Mövlananın qəsidəsini vermiĢdir ki,
aĢağıdakı Ģeir ondandır:
Sərv ağacında vardır Ģən bostanı yarımın,
Yarımın bostanı var baĢında sərv ağacının.
*
«tərd» sözü ərəb dilində «qovma» və «uzaqlaĢma» mənasındadır.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
107
Təəccübdür gülüstan sənubərdə gül açmıĢ,
Sənubərdə gül açmıĢ gülləri gülüstanın [88. 159].
Göründüyü kimi, bu Ģeir bəndi «əks» janrının mükəmməl
nümunəsi olub janrın ikinci növünə aiddir. Təzkirədə Zülfüqar
ġirvanidən daha bir nümunə göstərilmiĢdir ki, bu da «əks»
janrının üçüncü növündədir. ġeir aĢağıdakıdır:
Qar tək Ģəkər dodağının Ģirnisindən dad almıĢ,
ĠĢıq saçan günəĢ də üzündən iĢıqlanmıĢ.
Qısqanır sərv ağacı o ĢümĢad qamətinə,
Qara saçlar çövkanı ənbər topa yar imiĢ
[88. 159].
Bu bəhsdə Zülfüqar ġirvaninin «Zəhaf»
*
adlanan əruz
vəznində yazılmıĢ qəsidəsi haqqında məlumat alırıq. Bu qəsidənin
bir neçə beytindən müxtəlif vəznlər düzəldiyi deyilir. Seyid Hü-
seyn
**
bu qəsidəni Sədrəzəm ġirvanĢah Məhəmməd Mastərinin
***
mədhində nəzmə çəkmiĢdir və yeddi xalvar (üç ton yarım - K.N.)
ipək mükafat almıĢdır. Qəsidənin baĢlanğıc beytləri iki əruz
vəznindədir. AĢağıdakı beytlər o Ģeirdəndir:
Dilbərim tək çəmən yeri çiçəklərdən cavanlandı,
Bahar fəsli baĢ qaldırdı, yaz nəsimilə canlandı.
Dilbər boylu sərv ağacı rəqsə gəlib qollar açdı,
Bülbül bağda ahu-zarla qızıl çiçəyə yanaĢdı.
*
ərəbcə «sürünmə», «sürünərək hərəkət etmə» deməkdir.
**
Zülfüqar ġirvaninin adıdır.
***
Mastər Həmədanda Qum arasında yerləĢən Fərəhan Ģəhəri
kəndlərindəndir.
Dostları ilə paylaş: |