Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
117
etmiĢdir. M.Tərbiyət təzkirədə bu janrın məğzini açmaq üçün
«Təzriqi» və «Tərzi ƏfĢar» yaradıcılığı haqqında bir qədər ətraflı
danıĢmıĢdır. Təzkirədə deyilir:
«Təzkireyi-əsli ərdəbildən olub, ġamaxıda yaĢamıĢ və orada
dəllallıq ilə məĢğul olmuĢdur. Onun Ģeirləri zövqsüz və
məzəsizdir. AĢağıdakı beyt ondandır:
Dəvə tək tikan görürəm mən dağa çıxanda,
Gül kimi açılaram mən bağda, gülüstanda» [88. 328].
Daha sonra məlumat alırıq ki, «təzriq» bədii elmində olan
bir janrdır ki, Səfəvilər dövründə yaranıb inkiĢaf etdirilmiĢdir.
Ərəbdilli Təzriqi də bu Ģivə tərəfdarı olub, hamıdan çox bu mey-
danda at çapmıĢdır. Sam Mirzənin qeydinə görə, Sima MəĢhədi-
nin də bu Ģivədə təbi güclü olmuĢ və o, hər saatda bu Ģivədə min
beyt deyə bilərmiĢ. Hidayət təxəllüsü ilə məĢhur olan Xacə Hida-
yətulla Razi bu Ģivənin ustalarındandır. O, Nizaminin «Xəm-
sə»sinə nəzirə olaraq beĢ mənasız məsnəvi qoymuĢ, I ġah Abbas
bu beĢ məsnəvidə Ģeirə oxĢayan ancaq üç beyt tapdığına görə Hi-
dayətin üç diĢini çıxartdırmıĢ, digər beytlərinin hər birinə bir qızıl
pul vermiĢdir. AĢağıdakı Ģeir onun «Ġskəndərnamə» məsnəvisin-
dəndir:
Ağıllısansa, tükü tikib sırıq getmə,
Öz ayağına pambıq vur, heç azar etmə.
Fələyə qarĢı sən at çapıb lovğalanma,
Bizə qarĢı duraraq sən çox havalanma.
Təbəssüm ilə naldan düzələr mürəbbə,
Səbr edərsən, dəyirman olar köhnə halva.
M.Tərbiyət təzriq sənətinin hələ öz dövründə tənqidə məruz
qaldığını bildirərək yazırdı ki, Molla Fövqi Yəzdi Tərzinin
*
Ģivəsini
II ġah Abbas dövründə Tərzi ƏfĢar adlı Ģair yeni və saxta sözlər düzəltmək
üçün bu Ģivədən istifadə edərək bir divan tərtib etmiĢdir.
Könül Nəhmətova
118
məsxərəyə qoyub həcv etmək üçün incə sözlər və lətifələrlə qarıĢıq
«Fərhad və ġirin» məsnəvisini, eləcə də bir sıra qəsidə və qəzəlləri
Tərzi Ģivəsində demiĢdir. Mövlana Fövqi bu haqda demiĢdir:
Bir zaman yoldaĢların yolilə dolaĢdım,
Min beĢ söz kələfini öz əlimlə açdım [88. 329].
Bu beytdən anlaĢılır ki, M.Tərbiyət məna gözəlliyini sənətin
əsas məqsədi hesab etmiĢ, məzmunsuz formanı isə ədəbiyyatda
ziyanlı bir cərəyan kimi qiymətləndirmiĢdir.
Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki,
ensiklopedist biliyə malik olan M.Tərbiyət klassik Ģeir poetikasını,
Ģeirin daxili qaydalarını ən incəliklərinə qədər bilmiĢ, Ģairlərin yaradı-
cılığından yüksək zövqlə nümunələr seçib öz təzkirəsində istifadə
etmiĢdir. Lakin «DaniĢməndani-Azərbaycan» təzkirəsində ədəbi
Ģəxsiyyətlərə həsr olunmuĢ məqalələrdə müasir ədəbiyyatĢünaslığın
müəyyən ünsürlərini görürüksə də, əsər orta əsrlər təzkirə ənənəçi-
liyindən mütləq mənada ayrılmamıĢ, bir çox xüsusiyyətlərini özündə
cəmləĢdirmiĢdir. Təzkirəni müasir ədəbiyyatĢünaslığa yaxınlaĢdıran
cəhətlərindən biri onun müqayisəli metoda əsaslanmasıdır. Müəllif
bir sıra Ģair və ədiblər haqqında öz mülahizələrini söyləməmiĢdən
əvvəl əsasən özündən qabaqkı təzkirəçilərin, ədiblərin münasibətini
göstərmiĢdir ki, bu da təzkirənin elmi dəyərini bir daha artırır. Orta
əsrlər təzkirələrində Ģəxsiyyətlər haqqındakı bioqrafik məlumatlar və
onların əsərlərinin adı əksərən əksikdirsə, «DaniĢməndani-
Azərbaycan»ın xələfi olduğu təzkirələrlə ən ümdə ortaq cəhəti
verdiyi bilgilərin məlumat xarakterli olmasıdır. Yəni M.Tərbiyət bəzi
ədəbi yaradıcılıqları bir-iki cümlə ilə dəyərləndirirsə də, bu, əsərin
ümumi xüsusiyyətinə çevrilə bilməmiĢdir. Məsələn, təzkirədə ən
geniĢ məqalələrdən biri «Saib Mirzə Məhəmmədəli Təbrizi»dir. Bu
məqalədə Saibin yaradıcılığının ümumi dəyəri yalnız bir cümlədə öz
əksini tapmıĢdır: «Saibin bütün Ģeirləri özlüyündə seçilmiĢdir, buna
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
119
baxmayaraq təzkirə, bəyaz və cüng yazanların hər biri öz zövqlərinə
müvafiq onun külliyyatından seçib yazmıĢlar [88. 286].
M.Tərbiyətin «DaniĢməndani-Azərbaycan» təzkirəsi ilə
müqayisə oluna biləcək yeganə əsər F.Köçərlinin «Azərbaycan
ədəbiyyatı tarixi materialları»dır ki, burada ondan kiçik bir parçanı
nümunə verməklə fikrimizi bir az daha aydınlaĢdırmıĢ olacağıq.
F.Köçərli «Molla Pənah «Vaqif» təxəllüs» məqaləsini bu cümlələrlə
baĢlayır: «Azərbaycan türklərinin məĢhur və müqtədir Ģairi Molla
Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi
adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox
ülum və fünuna vaqif olduğu üçün özünə «Vaqif» təxəllüs ittixaz
etmiĢdir. Müasirləri onun dərin elmini və mollalığını müĢahidə edib
haqqında demiĢdirlər: «Hər oxuyan Molla Pənah olmaz!» və bu
istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli - məĢhurdur. Milli
Ģairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin
Ģivəsində Ģeir və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə
mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar. Vaqif
ziyadə zövqü səfa əhli olduğu üçün gözəl mədhində xeyli mərğub və
nazik Ģeirlər yazmıĢdır ki, onların cümləsi qəlbdən nəĢət edən
hissiyyatdır ki, oxuyanlara dəxi sirayət edib, onları Ģövqü həvəsə
gətirir. Molla Pənah artıq fəsih və Ģirinzəban və hazırcavab bir vücüd
imiĢ ki, hər qisim mətləbi öz məqamında, münasibi-hal söylər imiĢ
[50. 159].
Göründüyü kimi, müəllif bu giriĢ sözündə Ģairin yaradıcılığı-
nın özünəməxsus keyfiyyətlərindən bəhs etməklə onun Azərbaycan
ədəbiyyatı tarixindəki yerini də ustalıqla müəyyənləĢdirmiĢdir.
M.Tərbiyət Azərbaycan ədəbiyyatı tarixçiliyi üçün müəyyən mənada
F.Köçərlidən artıq iĢ görmüĢdürsə də, məhz bu cəhətinə görə
«DaniĢməndani-Azərbaycan», «Azərbaycan ədəbiyyatı tarixi mate-
rialları» əsərinin qazandığı ada və Ģöhrətə nail ola bilməmiĢdir. Lakin
bu kəsir cəhətinə baxmayaraq M.Tərbiyətin «DaniĢməndani-
Azərbaycan» təzkirəsi F.Köçərlinin yaratdığı ədəbiyyat tariximizin
yarımçıq səhifələrini doldurması baxımından ədəbiyyatĢünaslığımız
üçün əvəzsiz mənbələrdən biridir.
Dostları ilə paylaş: |