Könül Nəhmətova
114
(xronoqramma) elmi baxımdan son dərəcə böyük əhəmiyyətə
malikdir. Çünki bu maddeyi-tarixləri yazan Ģair və alimlər
hadisələrin bilavasitə Ģahidi olmuĢ və onların tarixini lazımlı
bilmiĢlər. Buna görə də klassik Ģairlərin təvəllüd və vəfat tarixləri
haqqında təzkirələrin və baĢqa mənbələrin verdiyi məlumatlar
məhz həmin maddeyi-tarixlərlə islah olunub düzəlir. Deməli, bu
maddeyi-tarixlər dürüstlüyü etibarilə ən inandırıcı mənbə
mahiyyəti kəsb edir. Lakin təəssüflə qeyd edək ki, maddeyi-
tarixlərin əksəriyyəti klassik ġərq poetikasının mürəkkəb və
dolaĢıq ibarə və tərkibləri əsasında tərtib edildiyi üçün bəzən
onları tapmaq və ya müəyyənləĢdirmək çətin olur [40. 84].
Maddeyi-tarixlər müxtəlif üsullarla göstərilir ki, bu üsulların
bütün nümunələrinə «DaniĢməndani-Azərbaycan» təzkirəsində
təsadüf edirik:
1)Rəqəmlərlə göstərilən maddeyi-tarixlər. Belə maddeyi-ta-
rixlər aydın göstərildiyi üçün onu baĢqa üsullarla axtarmağa ehti-
yac qalmır. Təzkirədə bu maddeyi-tarixin ən maraqlı nümunələ-
rindən biri MöczübəliĢah Mücrin Marağayinin qəsidəsinin bir par-
çasıdır:
O tarixdə ki, it ili gəlib çatdı,
Aydın gündə it kimi xalqı dağıtdı.
Əridi ət-sümük, nə taxıl, nə buğda,
Çatmadı heç bir kəsə bircə arpa da.
Ölkəmizdə çörək tapılmaz, qıt oldu,
Aclıqdan camaatın beli cüt oldu.
Dostluq getdi, məhəbbət bilmədi insan,
Dostlar da bir-birindən oldu hərəsan.
Min üç yüz on altıncı il bu hadisə,
Bu uğursuz, bədbəxt il bir də gəlməsə!
Gələn il haqda alimdir Allah ona,
Mücrim iĢi həsr olmuĢ ancaq fəğana [88.222].
Bu Ģeir parçası hicri qəməri 1316 (m.v. 1898/1899) –cı ildə
Cənubi Azərbaycanda ictimai-iqtisadi vəziyyətdən xəbər verməsi
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
115
baxımından maraqlıdır. XIX əsrin sonlarından baĢlayaraq əslində
imperialist dövlətlərin müstəmləkəsinə çevrilmiĢ Ġranda, o
cümlədən Təbrizdə iqtisadi Ģəraitin ağırlaĢması Ģəhər əhalisinin bir
hissəsinin kəsbkarlıq məqsədiylə Rusiyaya getməsinə səbəb
olmuĢdu. M.Tərbiyət də bu Ģeiri öz təzkirəsinə salmaqla ədəbi
prosesin baĢ verən ictimai-siyasi hadisələrə münasibətini ifadə
etməyə çalıĢmıĢdır. «Aydın gündə xalqı it kimi dağıtdı» cümləsi
xalqın acınacaqlı vəziyyətinin gerçək ifadəsi idi.
2) Bir kəlmə ilə ifadə edilən maddeyi-tarixlər. Təzkirədə
Təsirin bu janrda olan bir sıra qəsidələrindən bəhs olunur ki,
onlardan biri də Ağarəzi Ģöhrətli və Məsrur təxəllüslü «Lisanül-
xəvas» («Xassələrin dilini bilən») əsərinin müəllifi Həsən oğlu
Məhəmmədin vəfatına həsr edilmiĢdir. Bu beyt aĢağıdakıdır:
Vəfatı tarixini gəldim yazmağa,
Tarixi onun olmuĢdur «Rəziağa» [88. 383].
Bu beytdəki «Rəziağa» kəlməsi əbcəd hesabı ilə hicri qəmə-
ri 1114 (1702) – ci ili göstərir.
Təzkirədə (bir sıra) maddeyi-tarixin bir sıra digər növlərinə
– hərflərlə, misranın bir hissəsi üzrə tərtib edilmiĢ maddeyi-tarix-
lərə də rast gəlirik. M.Tərbiyət təzkirədə HəĢri Təbrizinin
*
təzkirə
tipli iki əsərindən bəhs etmiĢdir ki, bu əsərlər bir çox maddeyi-ta-
rixləri əhatə edir. Tərbiyət öz təzkirəsində yeri gəldikcə bu əsərlər-
dən istifadə etmiĢdir. O əsərlərdən biri hicri qəməri 1011 (1622) –
ci ildə «Məxzənül-əsrar» (Sirlər xəzinəsi) vəznində «Rövzeyi-əb-
rar» (Müqəddəslər bağı) adlı mənzuməsidir. HəĢri bu ildə «Rövzə-
yi-əthar» (Pak adamlar bağı) əsərini də yazmıĢdır. Nəzm və nəsrlə
yazılmıĢ bu əsərlər Təbrizdə və ümumiyyətlə, o vilayətdə olan
Ģeyxlər, ariflər və Ģairlərin məqbərələri haqqında yazılmıĢdır.
Məhəmməd Əmin HəĢri ġəmsəddin Məhəmməd Saninin ailəsindəndir. ġah
Abbasın əmrinə görə onun apardığı döyüĢləri nəzmə çəkmiĢdir.
Könül Nəhmətova
116
«Rövzə» sözü əbcəd hesabilə bu əsərlərin yazılma tarixidir. HəĢri
bu mövzunu aĢağıdakı beytlə ifadə edir:
Bu rövzədə ağıl hər tərəfə çapmıĢ,
Təlif tarixinə «Rövzə» sözü tapmıĢ [88. 390].
M.Tərbiyət ədəbiyyatın ictimai həyatla əlaqədar olduğunu
nəzərə alaraq orta və yeni əsrlərdə ədəbiyyatın inkiĢafına təsir
edən bir sıra ictimai amilləri göstərərək, ədəbi həyatın inkiĢafını
bu amillər əsasında öyrənməyə çalıĢmıĢdır. M.Tərbiyətə görə, hər
hansı bir Ģairin yaradıcılığına aid düzgün elmi fikir söyləmək üçün
tarixi Ģəraiti gözləmək baĢlıca Ģərtdir. O, bu cəhəti öz elmi
yaradıcılığında həyata keçirməyə çalıĢmıĢdır. M.Tərbiyət orta
əsrlər ədəbiyyatı tarixinə, poetika və ədəbiyyatĢünaslıq elminin
inkiĢafına ümumi bir axın kimi baxmamıĢdır. O, ədəbiyyat və in-
cəsənətdə müxtəlif baxıĢların olduğunu, bu axın və meyllərin ayrı-
ayrı zümrələrin həyat və fəaliyyəti ilə səsləĢməsini özünəməxsus
ifadələrlə göstərmiĢdir. Orta əsrlər ədəbiyyatındakı axın və meyl-
lərin qarĢılıqlı bağlılıqlarını da açmağa çalıĢmıĢdır. O, orta əsrlər-
də yaĢamıĢ bir çox Ģair və alimlərin dünyagörüĢünün hansı fəlsəfi
axın əsasında təĢəkkül tapmasını, hansı fəlsəfi məktəbin ideyala-
rından təsirləndiyini, görkəmli sənətkarların yaradıcılığının, dü-
Ģüncə və baxıĢlarının ayrı-ayrı ədəbi Ģəxsiyyətlərin dünyagörüĢün-
də nə kimi izlər buraxdığını da göstərmək istəmiĢdir. M.Tərbiyətin
«Bəhmənyar», «ġeyx Mahmud ġəbüstəri», «Mirzə Fətəli
Axundzadə» adlı oçerkləri bunun üçün gözəl nümunədir.
Görkəmli realist ədəbiyyatĢünaslar kimi M.Tərbiyət də
poeziyada forma və məzmunun vəhdətdə olduğunu, birinin o
birisi üçün baĢlıca Ģərt olması ideyasını müdafiə etmiĢdir. O, ədəbi
yaradıcılıqda təqlidçiliyə düĢmən kəsilmiĢdir. M.Tərbiyətə görə,
orijinal və uğurla yazılmıĢ bir qeyd təqlidçiliklə qələmə alınan
qalın, tutumlu bir divandan üstündür. O, XVIII əsrdə Azərbaycan
və Ġran Ģəhərlərində baĢ qaldıran «təzriq» sənəti adını daĢıyan,
ideyasızlığı və formalizmi Ģeirdə təbliğ edən ziyanlı axını rədd
Dostları ilə paylaş: |