Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   32   33   34   35   36   37   38   39   40

Könül  Nəhmətova   
 
 
114 
(xronoqramma)  elmi  baxımdan  son  dərəcə  böyük  əhəmiyyətə 
malikdir.  Çünki  bu  maddeyi-tarixləri  yazan  Ģair  və  alimlər 
hadisələrin  bilavasitə  Ģahidi  olmuĢ  və  onların  tarixini  lazımlı 
bilmiĢlər. Buna görə də klassik Ģairlərin təvəllüd və vəfat tarixləri 
haqqında  təzkirələrin  və  baĢqa  mənbələrin  verdiyi  məlumatlar 
məhz  həmin  maddeyi-tarixlərlə  islah  olunub  düzəlir.  Deməli,  bu 
maddeyi-tarixlər  dürüstlüyü  etibarilə  ən  inandırıcı  mənbə 
mahiyyəti  kəsb  edir.  Lakin  təəssüflə  qeyd  edək  ki,  maddeyi-
tarixlərin  əksəriyyəti  klassik  ġərq  poetikasının  mürəkkəb  və 
dolaĢıq  ibarə  və  tərkibləri  əsasında  tərtib  edildiyi  üçün  bəzən 
onları tapmaq və ya müəyyənləĢdirmək çətin olur [40. 84]. 
Maddeyi-tarixlər müxtəlif üsullarla göstərilir ki, bu üsulların 
bütün  nümunələrinə  «DaniĢməndani-Azərbaycan»  təzkirəsində 
təsadüf edirik: 
1)Rəqəmlərlə göstərilən maddeyi-tarixlər. Belə maddeyi-ta-
rixlər aydın göstərildiyi üçün onu baĢqa üsullarla axtarmağa ehti-
yac  qalmır.  Təzkirədə  bu  maddeyi-tarixin  ən  maraqlı  nümunələ-
rindən biri MöczübəliĢah Mücrin Marağayinin qəsidəsinin bir par-
çasıdır: 
 
O tarixdə ki, it ili gəlib çatdı, 
Aydın gündə it kimi xalqı dağıtdı. 
Əridi ət-sümük, nə taxıl, nə buğda, 
Çatmadı heç bir kəsə bircə arpa da. 
Ölkəmizdə çörək tapılmaz, qıt oldu, 
Aclıqdan camaatın beli cüt oldu. 
Dostluq getdi, məhəbbət bilmədi insan, 
Dostlar da bir-birindən oldu hərəsan. 
Min üç yüz on altıncı il bu hadisə, 
Bu uğursuz, bədbəxt il bir də gəlməsə! 
Gələn il haqda alimdir Allah ona, 
Mücrim iĢi həsr olmuĢ ancaq fəğana [88.222]. 
 
Bu Ģeir parçası hicri qəməri 1316 (m.v. 1898/1899) –cı ildə 
Cənubi Azərbaycanda ictimai-iqtisadi vəziyyətdən xəbər verməsi 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
115 
baxımından maraqlıdır. XIX əsrin sonlarından baĢlayaraq əslində 
imperialist  dövlətlərin  müstəmləkəsinə  çevrilmiĢ  Ġranda,  o 
cümlədən Təbrizdə iqtisadi Ģəraitin ağırlaĢması Ģəhər əhalisinin bir 
hissəsinin  kəsbkarlıq  məqsədiylə  Rusiyaya  getməsinə  səbəb 
olmuĢdu.  M.Tərbiyət  də  bu  Ģeiri  öz  təzkirəsinə  salmaqla  ədəbi 
prosesin  baĢ  verən  ictimai-siyasi  hadisələrə  münasibətini  ifadə 
etməyə çalıĢmıĢdır.  «Aydın gündə xalqı it kimi dağıtdı» cümləsi 
xalqın acınacaqlı vəziyyətinin gerçək ifadəsi idi. 
2)  Bir  kəlmə  ilə  ifadə  edilən  maddeyi-tarixlər.  Təzkirədə 
Təsirin  bu  janrda  olan  bir  sıra  qəsidələrindən  bəhs  olunur  ki, 
onlardan  biri  də  Ağarəzi  Ģöhrətli  və  Məsrur  təxəllüslü  «Lisanül-
xəvas»  («Xassələrin  dilini  bilən»)  əsərinin  müəllifi  Həsən  oğlu 
Məhəmmədin vəfatına həsr edilmiĢdir. Bu beyt aĢağıdakıdır: 
 
Vəfatı tarixini gəldim yazmağa, 
Tarixi onun olmuĢdur «Rəziağa» [88. 383]. 
 
Bu beytdəki «Rəziağa» kəlməsi əbcəd hesabı ilə hicri qəmə-
ri 1114 (1702) – ci ili göstərir. 
Təzkirədə (bir sıra) maddeyi-tarixin bir sıra digər növlərinə 
– hərflərlə, misranın bir hissəsi üzrə tərtib edilmiĢ maddeyi-tarix-
lərə də rast gəlirik. M.Tərbiyət təzkirədə HəĢri Təbrizinin
*
 təzkirə 
tipli iki əsərindən bəhs etmiĢdir ki, bu əsərlər bir çox maddeyi-ta-
rixləri əhatə edir. Tərbiyət öz təzkirəsində yeri gəldikcə bu əsərlər-
dən istifadə etmiĢdir. O əsərlərdən biri hicri qəməri 1011 (1622) – 
ci ildə «Məxzənül-əsrar» (Sirlər xəzinəsi) vəznində «Rövzeyi-əb-
rar» (Müqəddəslər bağı) adlı mənzuməsidir. HəĢri bu ildə «Rövzə-
yi-əthar» (Pak adamlar bağı) əsərini də yazmıĢdır. Nəzm və nəsrlə 
yazılmıĢ  bu  əsərlər  Təbrizdə  və  ümumiyyətlə,  o  vilayətdə  olan 
Ģeyxlər,  ariflər  və  Ģairlərin  məqbərələri  haqqında  yazılmıĢdır. 
                                                           

Məhəmməd Əmin HəĢri ġəmsəddin Məhəmməd Saninin ailəsindəndir. ġah 
Abbasın əmrinə görə onun apardığı döyüĢləri nəzmə çəkmiĢdir. 
 


Könül  Nəhmətova   
 
 
116 
«Rövzə» sözü əbcəd hesabilə bu əsərlərin yazılma tarixidir. HəĢri 
bu mövzunu aĢağıdakı beytlə ifadə edir: 
 
Bu rövzədə ağıl hər tərəfə çapmıĢ, 
Təlif tarixinə «Rövzə» sözü tapmıĢ [88. 390]. 
 
M.Tərbiyət  ədəbiyyatın  ictimai  həyatla  əlaqədar  olduğunu 
nəzərə  alaraq  orta  və  yeni  əsrlərdə  ədəbiyyatın  inkiĢafına  təsir 
edən  bir  sıra  ictimai  amilləri  göstərərək,  ədəbi  həyatın  inkiĢafını 
bu amillər əsasında öyrənməyə çalıĢmıĢdır. M.Tərbiyətə görə, hər 
hansı bir Ģairin yaradıcılığına aid düzgün elmi fikir söyləmək üçün 
tarixi  Ģəraiti  gözləmək  baĢlıca  Ģərtdir.  O,  bu  cəhəti  öz  elmi 
yaradıcılığında  həyata  keçirməyə  çalıĢmıĢdır.  M.Tərbiyət  orta 
əsrlər  ədəbiyyatı  tarixinə,  poetika  və  ədəbiyyatĢünaslıq  elminin 
inkiĢafına ümumi bir axın kimi baxmamıĢdır. O, ədəbiyyat və in-
cəsənətdə müxtəlif baxıĢların olduğunu, bu axın və meyllərin ayrı-
ayrı  zümrələrin  həyat  və  fəaliyyəti  ilə  səsləĢməsini  özünəməxsus 
ifadələrlə göstərmiĢdir. Orta əsrlər ədəbiyyatındakı axın və meyl-
lərin qarĢılıqlı bağlılıqlarını da açmağa çalıĢmıĢdır. O, orta əsrlər-
də yaĢamıĢ bir çox Ģair və alimlərin dünyagörüĢünün hansı fəlsəfi 
axın əsasında təĢəkkül tapmasını, hansı fəlsəfi məktəbin ideyala-
rından  təsirləndiyini,  görkəmli  sənətkarların  yaradıcılığının,  dü-
Ģüncə və baxıĢlarının ayrı-ayrı ədəbi Ģəxsiyyətlərin dünyagörüĢün-
də nə kimi izlər buraxdığını da göstərmək istəmiĢdir. M.Tərbiyətin 
«Bəhmənyar»,  «ġeyx  Mahmud  ġəbüstəri»,  «Mirzə  Fətəli 
Axundzadə» adlı oçerkləri bunun üçün gözəl nümunədir. 
Görkəmli  realist  ədəbiyyatĢünaslar  kimi  M.Tərbiyət  də 
poeziyada  forma  və  məzmunun  vəhdətdə  olduğunu,  birinin  o 
birisi üçün baĢlıca Ģərt olması ideyasını müdafiə etmiĢdir. O, ədəbi 
yaradıcılıqda  təqlidçiliyə  düĢmən  kəsilmiĢdir.  M.Tərbiyətə  görə, 
orijinal  və  uğurla  yazılmıĢ  bir  qeyd  təqlidçiliklə  qələmə  alınan 
qalın, tutumlu bir divandan üstündür. O, XVIII əsrdə Azərbaycan 
və  Ġran  Ģəhərlərində  baĢ  qaldıran  «təzriq»  sənəti  adını  daĢıyan, 
ideyasızlığı  və  formalizmi  Ģeirdə  təbliğ  edən  ziyanlı  axını  rədd 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə