Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə36/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   32   33   34   35   36   37   38   39   40

Könül  Nəhmətova   
 
 
108 
Əlvan rəngli çiçəklərlə döndü cənnətə gülüstan, 
Yaz nəsimi bağda süzüb, hər birinə dedi dastan. 
 
Bu üç beytdən herəci-salim vəznində yeni bir beyt düzəlir: 
 
Onda ki, gül dilbər tək açır gülüstanda, 
Yaz nəsimi vurğun tək sürünür bostanda. 
 
Mövlana  bu  qəsidəyə  «Məfatihül-kəlam  fi  mədayihül-
kəlam»  (Hörmətli  Ģəxslərin  mədhində  söz  açarları)  adını 
vermiĢdir. Bir çox söz ustaları bu qəsidəyə cavab demiĢlər. Onlar 
aĢağıdakılardır: Qivami Mütərrəzinin «Bəyanül-əshar fi sənayeil-
əĢar»  (ġeir  sənətində  ən  gözəl  sehrlərin  izahı),  ġəms  Fəxr 
Ġsfəhaninin  «Məxzənül-büxur»  (Əruz  vəznləri  xəzinəsi),  Salman 
Savəcinin «ġərhun mümərrəd» (Mənalar xəzinəsi) və s. [88. 158]. 
Zülfüqar  ġirvaninin  daha  bir  qəsidəsindən  bəhs  olunur  ki, 
onda üç qafiyə, üç hacib
*
 və üç rədif vardır və qeyd olunur ki, ərəb 
Ģeirində rədif və hacib yoxdur, bu ancaq fars Ģeirindədir [88. 158]. 
ġeirin  əsasını  mənalı  mətn,  vəzn  və  qafiyə  təĢkil  edir. 
Qafiyə  üstündə  qurulmuĢ  poetik  ifadə  vasitələri  də  çoxdur.  Belə 
bədii  ifadə  vasitələrindən  biri  Ģairdən  xüsusi  məharət  və 
sənətkarlıq  tələb  edən  «zülqafiyəteyndir  ki,  onun  vasitəsilə               
Ģeirin  qoĢa  qafiyəliliyi  (cüt  qafiyəlilik)  deməkdir.  Daha  doğrusu, 
«zülqafiyəteyn»  -  beytin  son  iki  sözünün  Ģaquli  istiqamətdə 
həmqafiyəliliyinə deyilir [40.40]. 
«DaniĢməndani-Azərbaycan» təzkirəsində daha bir maraqlı 
janr  nümunəsinə  təsadüf  edirik  ki,  bu  da  «inat»dır.  «Naci 
Ordubadi»
*
  bəhsində  deyilir  ki,  o,  Katibinin
**
  «ġütür-hücrə» 
qəsidəsinin cavabında bir qəsidə demiĢ və onun sözlərinə «pəĢĢə» 
                                                           
*
 hacib - iki qafiyə arasında rədif, daxili rədifdir. 
*
 Naci Ordubadi XVI əsrin görkəmli söz ustalarından olmuĢdur 
**
 Məhəmməd Katibi 1435-ci ildə vəfat etmiĢdir.  
 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
109 
(milçək)  sözü  artırmıĢdır.  M.Tərbiyət  «Məcməül-xəvas»  təzkirə-
sindən  götürdüyü  bu  qeydlərə  Sadiqi  ƏfĢarın  Ģeirə  münasibətini 
də əlavə edərək yazırdı: «O, bu iĢin öhdəsindən bacarıqla gələ bil-
miĢdir» [88. 243]. Bu qəsidənin birinci beyti aĢağıdakı kimidir: 
 
Bəsdir bədən hicrəmdə fikir milçəyi dəvə olsun, 
Mənim hicrəmdə belə milçək dəvə iĢini görsün [88. 243]. 
 
Bu beytdən anlaĢılır ki, «ġütür hücrə» qəsidəsi inat janrının 
gözəl nümunəsidir. 
«Ġnat»  sözünün  lüğəvi  mənası  «incitmək,  özünü  çətinə 
salmaq»dır. Poetik kateqoriya kimi isə Ģairin öz Ģerində müəyyən 
sözləri iĢlətmək lüzumluluğuna deyilir [40. 42]. RəĢidəddin Vət-
vat  isə  bu  bədii  ifadə  vasitəsinin  izahını  belə  vermiĢdir:  Fikrin 
bəzədilməsində elə sözlər iĢlənir ki, onların verilməməsi məzmu-
na heç bir xələl gətirməz. Lakin Ģeirin təsir qüdrətini artırmaq xa-
tirinə bu sözlərin iĢlədilməsi qarĢıya məqsəd qoyulur. BaĢqa sözlə 
desək, Ģairin öz Ģeirində əvvəlcədən məqsəd qoyduğu bir və ya bir 
neçə  sözü  iĢlətmək  qabiliyyəti,  yaxud  kimsə  tərəfindən  əvvəlcə-
dən verilən sözləri Ģerinə salmaqla imtahan edilməsidir [95. 113]. 
Təzkirədə «əlifsiz və nöqtəsiz xütbə»dən də bəhs olunur ki, 
bu,  orta  əsrlər  poeziyasında  «həzf»  adlanan  janrın  bir  nümu-
nəsidir. «Həzf» sözünün mənası «silmək», «pozmaq», «düĢmək» 
deməkdir.  ġairlər  öz  məharətlərini  göstərmək  üçün  əvvəlcədən 
müəyyən hərfi tamamilə iĢlətməməyi qərara alırlar. Bu isə Ģairlər-
dən son dərəcə gərgin əmək tələb edir, bəzən isə bu iĢ tamamilə 
dolaĢıq Ģeirlə nəticələnərdi. 
M.Tərbiyət  özündən  qabaqkı  alimlərin  elmi  axtarıĢlarının 
nəticəsinə  tənqidi  münasibət  bəsləmiĢ,  hər  hansı  bir  sənətkarla 
bağlı bir fikir irəli sürmüĢ alim təzkirəçilərin düĢüncələrini saf-çü-
rük  edərək  onların  ən  yaxĢılarından  istifadə  etmiĢdir.  O,  araĢdır-
malarında  ayrı-ayrı  sənətkarların  yaradıcılıq  yolunu  aydınlaĢdır-
mağa, elm və sənət aləminə gətirdikləri yenilikləri üzə çıxarmağa 
çalıĢmıĢdır.  Orta  əsr  ədəbiyyatında  baĢ  verən  yenilikləri  öyrənib 


Könül  Nəhmətova   
 
 
110 
üzə çıxararaq ədəbiyyatĢünaslıq və  ədəbiyyat nəzəriyyəsinin orta 
əsrlərdəki  inkiĢafı  ilə  bağlı  maraqlı  mülahizələr  irəli  sürmüĢdür. 
M.Tərbiyət  əruz  və  heca  vəznində  yazan  sənətkarlara  eyni  ya-
naĢmıĢ, üslubiyyat məsələlərində sərbəstliyi bəyənmiĢdir [30. 14]. 
«DaniĢməndani-Azərbaycan»  təzkirəsində  orta  əsrlər  ədə-
biyyatının  «mühəssənat»  adlanan  kateqoriyalar  sisteminin 
janrlarına  da  geniĢ  yer  verilmiĢdir.  Təzkirədə  bu  qismə  aid  olan 
janrlar  aĢağıdakılardır:  müəmma,  lüğəz,  təzriq,  hüsnüt-təxəllüs, 
mütəzəlzül, maddeyi-tarix və s. 
Təzkirədə  Sadiq  bəy  Sadiqinin  qədim  və  orta  əsrlər 
Ģairlərinin  adına  yazılmıĢ  müəmma  məzmunlu  rübailəri  olduğu 
qeyd  olunur  [88. 281].  Sadiqinin söz  ustalarının  və müasirlərinin 
adına  dediyi  müəmmaları  «Risaleyi-müəmma»  əsərində 
toplanmıĢdır. Onun müəmmaları rübai formasında olub ancaq Ģair 
adlarına  həsr  edilmiĢdir  ki,  bu  da  bir  növ  təzkirəyə  bənzəyir.  O, 
külliyatının  müqəddiməsində  müəmmalarından  danıĢarkən  onu 
«təzkirətüĢ-Ģüəra»  kimi  təqdim  etmiĢdir.  ġairin  105  müəmması 
vardır  ki,  Azərbaycan  Ģairlərindən  Qətran,  Əbülüla,  Xaqani, 
Nizami, Fələki, Mücirəddin, Əsirəddin, Zülfüqar; Ġran Ģairlərindən 
Rudəki, Cami və baĢqalarının adına deyilmiĢdir [62. 107]. 
Təzkirədə  Malik  Deyləmi,  Bağır,  Məsud  Kəmaləddin 
ġirvani, Ġbrahim Təbrizi, Səbati və b. Ģairlərin də müəmma demək 
qabiliyyətləri  təriflənmiĢdir.  Əslində  ərəb  dilindən  gəlmiĢ 
«müəmma»  sözü  «örtmək»,  «düzəltmək»  mənasını  daĢıyan 
«təmiq»  sözündən  düzəldilmiĢdir  ki,  «anlaĢılması  çətin  və 
imkansız  olan  söz»  mənasındadır.  Müəmma  yazmaq  və  onu 
açmaq  Ģairdən  ayrıca  hazırlıq  və  bilik  tələb  etdiyinə  görə  Ģairlər 
Ģeirin  bu  növünə  böyük  maraq  göstərmiĢlər.  Müəmma  yazmaq 
üçün  çox  dil  bilmək,  əbcəd  hesabına  və  eləcə  də  dəqiq  elmlərə, 
astronomiyaya  bələd  olmaq  tələb  olunurdu.  Müəmma  Ģairin  orta 
əsrdə  inkiĢaf  etmiĢ  elmlərə  münasibətini  bildirir  və  onun 
hazırlığını  göz  önündə  canlandırır.  Müəmma  XIV  əsrə  qədərki 
ədəbiyyatda  mövqe  tutmuĢdu.  Orta  əsr  mədrəsələrində  hətta 
«elmi-müəmma»  adlı  xüsusi  bir  fənn  sahəsi  də  var  idi. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə