162
Azərbaycan dili vasitələri
ilə vermək təşəbbüsləri kimi
qiymətləndirilə bilər. Həmin vasitələr ingilis dilində gələcək
zamanın davam edib bitəcək formasının qarşılığı hesab
edilə bilməz. Bizim indiyə qədər apardığımız çoxsaylı
müqayisələrdən də göründüyü kimi, Azərbaycan dili müvafiq
analitik formaların olduğu hallarda belə sintetik formalara
üstünlük verir.
Keçmişə nəzərən gələcək zaman forması (The Future-in-
the Past)
[
should / would + məsdər]
Həmin forma keçmiş zaman nöqteyi-nəzərindən
gələcəkdə baş verəsi hərəkətləri bildirmək üçün işlənir.
Adi gələcək zaman formalarından hansı ilə
işlənməsindən asılı olaraq keçmişə nəzərən gələcək
zamanın aşağıdakı növləri meydana çıxır:
1) Keçmişə nəzərən gələcək zamanın qeyri-müəyyən
forması (The Future-Indefinite-in-the Past);
2) Keçmişə nəzərən gələcək zamanın davamedici
forması (The Future Continuous-in-the Past;)
3) Keçmişə nəzərən gələcək zamanın bitmiş forması
(The Future Perfect-in-the Past);
4) Keçmişə nəzərən gələcək zamanın davam edib
bitəcək forması (The Future Perfect Continuous-in-the
Past). Misallar:
I thought then he
would return soon “Mən o vaxt
fikirləşdim ki, o tezliklə qayıdacaq / qayıdar”.
I didn’t know what I
should do without them “Mən
bilmirdim ki, onsuz
nə edəcəyəm / Mən onsuz
nə edəcəyimi
bilmirdim”
.
I expected we
should be having coffee
after dinner as
usual “Mən güman edirdim ki, biz adətimizə görə, günorta
yeməyindən sonra kofe
içəcəyik”.
I hoped she
would have got supper ready by the time we
got home “Mən ümid edirdim ki, o (qadın)
biz evə gələnə
(çatana) qədər şam yeməyini
hazırlayar / hazırlayacaq /
hazırlamış olacaq”.
He said that by the end of May be
would have been
working on that problem for a year.
163
O dedi ki, may ayının sonunda o, bu problem üzərində
bir il
işləmiş olacaq.
Beləliklə, biz görürük ki, Azərbaycan dilində keçmişdə
gələcək zaman formalarının olmasına baxmayaraq, həmin
formalar özlərinin işlənmə xüsusiyyətlərinə görə ingilis
dilindəki keçmişə nəzərən gələcək zaman formalarına
müvafiq gəlmirlər. Ona görə də ingilis
dilindəki keçmişə
nəzərən gələcək zaman formaları Azərbaycan dilində qəti
və qeyri-qəti gələcək zaman formaları ilə verilir. Fakültativ
olaraq həmin formalar gələcək zaman feli sifəti (sadə
cümlədə) və “gələcəkdə keçmiş” forması ilə verilir
(yuxarıdakı misallara bax).
2.3.2. İmperativ modallıq.
Əmr modallığı dilin funksional xüsusiyyətləri arasında
mühüm yer tutur. Əmr modallığı həm sintaksisdə, həm də
morfologiyada müvafiq vasitələrlə təmsil olunur.
Qeyd etmək lazımdır ki, “əmr” anlayışı müvafiq sintaktik
və morfoloci vasitələrin ifadə etdiyi bütün mənaları ehtiva
etmir. Başqa sözlə desək, əmr cümləsi və felin əmr şəkli
heç də yalnız əmr mənası bildirmir.
Azərbaycan və ingilis dillərində felin əmr şəkillərini
müqayisə etsək, onlar arasında oxşar, ümumi cəhətlərlə
yanaşı, bəzi mühüm fərqlərin də olduğunu görərik. Hər
şeydən əvvəl,
nəzərə çarpan odur ki, bu dillərdə əmr şəkli
üçün bazis forma Azərbaycan dilində məsdərin kökü, ingilis
dilində isə (xalis) məsdər forması ilə üst-üstə düşür. Bu
dillərdə əmr şəkli ilə ifadə olunan mənanın zənginliyi də
qeyd olunan oxşarlıqlar sırasına daxildir.
İngilis və Azərbaycan dillərində felin əmr şəkilləri
arasında oxşarlıq üçüncü şəxsin təki ilə məhdudlaşır.
Azərbaycan dilində ikinci şəxsin cəmi və birinci, üçüncü
şəxslərin tək və cəmi üçün formal cəhətdən fərqlənən
şəkilçilər vardır. Belə bir vəziyyət sintaktik konstruksiyalarda
(cümlələrdə) şəxs əvəzliklərinin
işlənməsinə müəyyən
sərbəstlik verir.
Azərbaycan və ingilis dillərində imperativ modallıq bir çox
çalarlar nümayiş etdirir. Bunları konkret misallar əsasında
nəzərdən keçirək.
164
1. Felin əmr şəkli icrası əmr edilən, təmin edilməli olan
hərəkəti bildirir. Məsələn:
After a while, Whenever there was pressure, or a difficult
repair cob, the word went out:
get Coe Patroni! (AHA, 35)
“Bir qədər keçəndən sonra harda sınıqlıq, ya təmir işləri
olsaydı, dərhal deyirdilər: -Cou Pətronini
tapın!” (AHA. a,
34). [Bir qədər sonra nə vaxt ki, nə isə sındı, yaxud çətin
təmir
işi düşdü, o saat deyirdilər: -Cou Pətronini
tapın!].
Felin əmr şəklinin əmretmə məqamında işlənməsini
ümumi kontekstdən, müşayətedici sözlərdən, felin inkar
formasında işlənməsindən də bilmək olur.
Get all that crap
out of here! (AHA, 111) “
Yığışdırın bütün
zir-zibilinizi burdan!” (AHA. a, 102) [Bütün bu zir-zibilinizi
burdan
götürün (çıxarın)].
Get him the
hell out of the approach area! (AHA, 78)
“Onu enməyə gələn
təyyarənin yolundan rədd eləyin! (AHA.
a, 76) [Onu giriş sahəsindən
cəhənnəm (rədd) eləyin].
“Pay attention”, he commanded (AHA, 90)
“Fikriniz
məndə olsun”, Elliot göstəriş verdi” (AHA. a, 89) [O, əmr
elədi: -
Fikir ver!].
Keep an eye on TWA and North west (AHA, 78) “
Bir
gözün TWA və “Şimal-Qərb”in
üstündə olsun!” (AHA. a,
77).(TWA-ya və Şimal-Qərbə
göz qoy)
2. Felin əmr şəkli icrası müəyyən şərtlə bağlı olan
hərəkəti bildirir.
If you want to lose some airplanes in flight,
throw me
out
of here. If you don’t,
sit down and
listen (AHA, 35) “Əgər Siz
bəzi təyyarələrin uçuş vaxtı partlamasını istəyirsinizsə, məni
bayıra ata bilərsiniz. Əgər istəmirsinizsə, onda
oturun və
qulaq asın” (AHA. a, 35) [Siz bəzi təyyarələri havada
(uçuşda) itirmək istəyirsinizsə,
məni buradan bayıra atın;
istəmirsinizsə,
(aşağı) oturun və
qulaq asın (eşidin,
dinləyin)].
Tərcümələrin bir-birilə
və oricinalla müqayisəsi
aşağıdakıları söyləməyə imkan verir. İngiliscə mətndə ikinci
şəxsin təkinə müraciət olunur. Həmin şəxs bu dildə ikinci
şəxsin təki və cəmi üçün ümumi (müştərək) olan
you
əvəzliyi ilə ifadə olunmuşdur. Azərbaycan dilindəki mətndə
belə bir qeyri-müəyyənlik yoxdur: burada ikinci şəxsin