156
çimərliyə düşüb-getdim. Mehmanxananın yanında
Maksla rastlaşdım. Mən onunla məktəbə getmişəm
(gedərdim) = Biz bir yerdə məktəbdə oxumuşuq”.
Keçmiş zamanın davam edib bitmiş forması (The Past
Perfect Continuous Tense Form).
Keçmiş zamanın davam edib bitmiş forması keçmişdə
baş vermiş hərəkətdən əvvəl başlanıb-davam edən hərəkəti
bildirmək üçün işlədilir. O, zaman müddəti bildirən zərflərlə
müşayiət olunur: for an hour (month, longtime və s.); həmin
vasitələr sırasına qoşma birləşmələri (for…), zərf, qoşma və
bağlayıcı kimi çıxış edən since sözü də aiddir.
Qeyd etmək lazımdır ki, keçmiş zamanın davam edib
bitmiş formasından yalnız mürəkkəb cümlələrdə istifadə
olunur. Məsələn:
I had been living in Baku for ten years when they came
here “Onlar buraya gələndə mən artıq 10 il idi ki, Bakıda
yaşayırdım” (“Mən 10 il Bakıda yaşayırdım ki, onlar buraya
gəldilər”).
I was very tired as I had been working “İşlədiyim üçün
(işlədiyimdən) mən çox yorğun idim” = Mən çox yorğun idim
(çünki, belə ki), (çox) işləmişdim”.
He said he had been working in a newspaper office since
he returned from abroad “O dedi ki, xaricdən qayıtdıqdan
bəri (sonra) bir qəzetdə işləyir(miş)”.
C) GƏLƏCƏK ZAMAN FORMALARI.
Bizim bundan qabaq nəzərdən keçirdiyimiz indiki və
keçmiş zaman formaları artıq həyata keçmiş, icra olunmuş
hərəkətləri bildirir. Gələcək zaman formaları ilə ifadə
olunmuş hərəkətlər belə deyil. Bunlar olsa-olsa niyyətdə
tutulur, irəlicədən güman, fərz edilir. Bunların modal çaları
vardır. Həmin hərəkətlər həyata keçməsində yəqinlik, inam,
şübhə olan, arzu edilən və edilməyən, zəruri, mümkün olan,
vacib, lazım, ehtimal edilən (edilməyən), hərəkətlər kimi
təqdim olunur. Gələcək zamanın həmin məna çalarları
ingilis dilində müxtəlif leksik və qrammatik vasitələrin köməyi
ilə öz ifadəsini tapır [122, s.41].
İngilis dilində gələcək zamanın aşağıdakı formaları işlənir:
1) Gələcək zamanın qeyri-müəyyən forması (The Future
Indefinite Tense Form);
157
2) Gələcək zamanın davamedici forması (The Future
Continuous Tense Form);
3) Gələcək zamanın bitmiş forması (The Future Perfect
Tense Form);
4) Gələcək zamanın davam edib bitəcək forması (The
Future Perfect Continuous Tense Form);
5) Keçmişə nəzərən gələcək zaman forması (The Future
in the Past).
Azərbaycan dilində gələcək zamanın aşağıdakı formaları
vardır: qəti gələcək, qeyri-qəti gələcək, keçmişdə qəti
gələcək ( idi və imiş bağlamaları ilə), keçmişdə qeyri-qəti
gələcək ( idi və imiş bağlamaları ilə), şərti qəti gələcək və
şərti qeyri-qəti gələcək.
Hər iki dildə qeyd olunan zaman formalarının işlənmə
tezliyi bərabər deyil. Bundan başqa, həmin zaman
formalarının işlənmə məqamları da çox vaxt bir-birinə
müvafiq gəlmir. Bunu konkret zaman formalarının
müqayisəsi açıq-aşkar göstərir.
Gələcək zamanın qeyri-müəyyən forması (The Future
Indefinite Tense Form).
Həmin forma danışıq anına nisbətdə gələcəyə aid olan
hərəkətləri bildirir. O, statik və dinamik fellərlə müxtəlif
şəkildə işlənir.
Gələcək zamanın qeyri-müəyyən forması statik fellərlə
heç bir məhdudiyyət olmadan işlənir və hərəkətə heç bir
modal məna çaları vermir. Bunu neytral hesab etmək olar.
Everybody will be at the meeting “Bu gün axşam hamı
iclasda olacaq”. Gələcək zamanın qeyri-müəyyən forması
dinamik fellərlə işlənərkən shall və will fellərinin modal məna
saxlamalarına görə modal məna kəsb edirlər.
Əvvəllər məcburiyyət modal mənası olmuş shall feli 2-ci
və 3-cü şəxslərdə bütün cümləyə vəd, təhdid və xəbərdarlıq
mənası verir.
You shall pay for it “Sən buna görə cavab verəcəksən”.
He shall get the money tomorrow “O, sabah həmin pulları
mütləq alacaqdır”.
Shall feli sualda birinci şəxslə əlaqədar olaraq əmr
(komanda, buyruq), sərəncam, gözləmə mənası bildirir.
158
Shall we alter the plan? “Biz planı dəyişdirməliyik /
dəyişdirəsiyik?
Will(‘ll) feli birinci şəxsin tək və cəmində arzu, hazırolma,
razılaşma, niyyət, qətiyyət mənaları bildirir. Məsələn:
All right , I’ll come “Yaxşı, (mən) gələrəm/gələcəyəm”.
Give this to the taxi dispatcher, Patsi and he’ll send you
to home (AHA, 24) “Ver bunu taksi dispetçerinə, Pətsi, o
səni evə göndərər” (AHA. a, 23).
Let’s take him off a while, anyway, and as an
afterthought, I’ll do it (AHA, 79) “Hər halda ona bir az
istirahət verməliyik”. – bir az düşünüb, əlavə etdi, - “özüm
deyərəm” (ANA. a, 77) […özüm bunu edərəm].
We’ll explain everything to them “Biz onlara hər şeyi izah
edərik / edəcəyik”.
Will feli 2-ci və 3-cü şəxslərlə əlaqədar olaraq buyruq
(komanda) ifadə edir.
My husband will pay for the taxi “Mənim ərim taksinin
haqqını verər / ödəyər”.
İnkar cümlələrində will hərəkəti icra etməkdən
boyunqaçırma mənası ifadə edir.
I won’t argue with you “Mən səninlə mübahisə etmirəm
(etməyəcəm) edəsi deyiləm”.
Sual cümlələrində will xahiş və dəvət mənalarını ifadə
edir.
Will you ask him into my office? “Zəhmət olmasa, onu
mənim ofisimə (kabinetimə) çağırın/dəvət edin”.
Will you come in! “Buyurun, içəri keçin / gəlin”.
İ.Rəhimov və T.Hidayətzadə ingiliscə gələcək zamanın
qeyri-müəyyən formasından danışarkən bir dəfə və təkrar
olaraq baş verən hərəkətləri bildirən fellərin Azərbaycan
dilinə müxtəlif şəkildə tərcümə olunduğunu qeyd edirlər.
Ancaq həmin fikri sübut etmək üçün verilmiş misallarda
bunu görmürük [39, s.109].
Bundan başqa, müəlliflər gələcək zamanın qeyri-
müəyyən formasının azərbaycancaya tərcümə olunması
yollarından danışarkən onun qəti və qeyri-qəti gələcək
zaman formaları ilə verildiyini qeyd edirlər. Müq.et: He w ill
come tomorrow. “O, sabah gələcək” və He will help us. “O,
bizə kömək edər”. Belə çıxır ki, qəti və qeyri-qəti gələcək
Dostları ilə paylaş: |