Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   16   17   18   19   20   21   22   23   ...   99

 
59
Türk dilində işarə mənasında de modal sözü də işlənir: 
de  - bax orada. Türk dilində  hətta modal sözü də geniş 
işlənmə dairəsinə malikdir. Qeyd etmək lazımdır ki, 
A.N.Kononovun modal söz qrupuna daxil etdiyi sözlərin 
bəziləri Azərbaycan dilində ədat hesab olunur.  
Onu gördüm, hatta konuştum da [155, s.392].  
Bilə modal sözü vurğusuz tələffüz olunur: Benden bilə.  
Türk dilində  ta  ədatı modal mənada hadisənin baş 
verdiyini dəqiqləşdirmək üçün istifadə olunur. Zamanın daha 
dəqiq ifadəsi məqsədi ilə də işlənir:  
-ta akşama qədər, ta baştan və s.  
-ta sabaha kadar bekledim.  
-dağın ta tepesinə kadar [155, s.814].  
Ta  ədatının başqa məna çalarları da vardır:  hakikatın ta 
kəndisi - əsl həqiqət.  
A.N.Kononov müasir türk ədəbi dilində  ədatların modal 
mənada işlənməsini qeyd edərək bəzən onları eyniləşdirir. 
Ədatla modal sözlərin, modal vasitələrin sərhədi qeyri-
müəyyən qalır.  
Məhz bunun nəticəsidir ki, bir çox türk dillərində modallıq 
kateqoriyası ayrıca qeyd olunmur və modal sözlər qoşma, 
bağlayıcı və ədatlara aid edilir [65; 66; 46; 43].  
A.N.Kononov  hər hissəciyinin iki mənası olduğunu 
göstərir: ümumiləşdirici 
əvəzlik və gücləndirici - 
ümumiləşdirici ədat.  
Türkcə-rusca lüğətdə hər sözünün bir çox mənaları qeyd 
olunmuşdur: her, her biri, her desa, her gün, her günkü, her 
iki taraf, her insan, herdıkça, her an, her bakımdan, her 
çeşit, her daim, her gördüğün sakallının baba diye kucağına 
varma; her halda, her hali, her hangi, her işin hakkından 
gelmek, her kafadan bir ses çıkıyor, her kes, her kim, her 
kimsə, her kim ise, her nasıl, her ne hal, her ne kadar, her 
ne vakit, her nedense, her nerede, her neyse, her ne ise
her nice, her şeydən evvel (önce), her şeyin bir zamanı var, 
her tarafi ateş kesilmek, her tarafta / yerde, her tarafta bezi 
olmaq, her telden çalmak, her havadan çalmak, her vakit / 
zaman, her yerde, her yerde və her bucakta, her zaman, her 
zamanki gibi, her ağac kökündən çürür, her ağacın meyvası 
olmaz, her arı bal vermez, her aşın kaşığı, her çiçekin bir 


 
60
kokusu var, her çiçek koklanmaz, her çok azdan olur, her 
derde deva, her firavunun bir Musası  çıkar, her gün kedi / 
papaz pilav yemez; her horoz kendi çöplügünde oter; her 
kaşığın kismeti bir olmaz, her koyun kendi bacağından 
asılır; her kuşun eti yenmez, her şeyi bilen bir şeyi bilmez, 
her  şeyin çokluğu azından / her çok azdan olur, her şey 
incelikten, insan kalınlıktan kırılır, her şeyin yenisi, dostun 
eskisi; her taş baş yarmaz; her yigidin bir yoğurt yiyişi var; 
her yokuşun bir inişi / her inişin bir yokuşu var; her ziyan bir 
oğüttür [155, s.401].  
Lüğətdə verilmiş mənaların bir çoxu ədat funkiyasındadır. 
Ona görə 
də, her sözünün modal söz kimi 
səciyyələndirilməsi düzgün olmazdı.  
A.N.Kononov  barı, hiç olmazsa, hiç degilsə ifadələrini 
sinonim modal sözlər hesab edir. Bu fikir özü də mübahisə 
doğurur. Məsələn,  əgər aşağıdakı cümlədə  ki bağlayıcısını 
modal söz hesab edirsə, onda ədatla modal sözlər tamamilə 
eyniləşdirilir və onları ayrı-ayrılıqda izah etməyə ehtiyac 
qalmır: Onları öyle gözledim ki!  
Fikrimizcə, bu cümlədə ki ədat funksiyasındadır. “Müasir 
türk  ədəbi dilinin qrammatikası” kitabında  ədat və modal 
sözlərin eyni yerdə verilməsi və izahı da müəllifin 
əvvəlcədən yazdığı müddəa ilə bağlıdır. Lakin, məlum 
olduğu kimi, Azərbaycan dilçiliyində  ədat və modal sözlər 
müxtəlif nitq hissələri kimi araşdırılır.  
A.N.Kononov nitqə modal çalar verən sözləri aşağıdakı 
kimi qruplaşdırır:  
-modal-iradi çalar ifadə edən sözlər;  
-həqiqət (reallığa) münasibət ifadə edən modal sözlər;  
-ehtimal, güman ifadə edən modal sözlər;  
-yaxın, oxşar və ya ehtimal edilən hadisə və hərəkətlərin 
müqayisəsi və qarşılaşdırılması zamanı istifadə olunan 
modal sözlər.  
Modal-iradi çalar ifadə edən modal sözlər daha çox feli 
xəbərlərlə işlənir və onlara əmr çaları verir. Bu qəbildən olan 
modal sözlər xüsusi intonasiya ilə deyilir. Müasir türk ədəbi 
dilində ha modal sözü intonasiyadan asılı olaraq üç mənada 
işlənir:  


 
61
-nida intonasiyası ilə deyildikdə xəbərdə xəbərdaretmə, 
qadağan mənasını yaradır və ya həmin mənaları gücləndirir;  
-sual intonasiyasında xəbərin mənasında ehtimal, 
təəssüf, təəccüb mənaları yaranmış olur;  
-adi, sakit nəqli intonasiyada eyni əsasdan yaranmış fel 
əsasları arasında xəbərin mənasını gücləndirir.  
Analoci olaraq be - modal sözü də intonasiyadan asılı 
olaraq müxtəlif məna çalarları əmələ gətirir:  
-nida intonasiyası ilə qeyd-şərtsiz əmr tonu yaradır;  
-sual intonasiyası ilə kəskin sual situasiyası əmələ gətirir. 
Bu qəbildən olan sözlərə aşağıdakılar da aid edilir: haydi 
/ hadi, hele, bakalım, bakayım, gitti [116, s.351].  
Müasir türk ədəbi dilində obyektiv reallığa münasibət 
ifadə edən modal sözlər də üç qrupa bölünür:  
-təsdiq modal sözləri (evet, hay-hay və s.);  
-inkar modal sözləri (hayır, yok, yo, degil və s.);  
-sual modal sözləri (mi, sual əvəzlikləri, intonasiya).  
Sual modal sözləri kimi hani, ha, degil mi, acep, acaba 
daha çox işləkdir.  
Təsdiq modal sözü kimi “evet”  həm mənasına, həm də 
sintaktik funksiyasına görə sual cümləsinin istənilən üzvünü 
- xəbəri, tamamlığı, zərfi  əvəz edə bilər.  “Evet” eyni 
zamanda sual cümlələri, onun ayrı-ayrı hissələri və ya 
sinonimləri ilə işlənə bilər: Hasta misin? Evet, hastayim.  
Adi situasiyada “evet” bəli, hə mənalarında işlənir: evet 
efendim - bəli (hə) əfəndim. Evet makamında başını salladı 
[155, s.283].  
Evet modal sözü cümlədə ara söz funksiyasında da 
müşahidə olunur. Türk ədəbi dilində  evet sözünün bir çox 
sinonimləri vardır:  hay hay, peki / pek iyi, pekala, elbette, 
elbet, baş üstə, tamam, güzel, doğru, olur, mühakkak, tabii, 
gerçək və s.  
İnkar modal sözlər  hayır, yok, eləcə  də onun antonimi 
evet türk ədəbi dilində və canlı danışıq dilində işlək ifadələr 
hesab olunur. Hayır  həmçinin sual cümləsinin, onun bir 
hissəsinin təkrarı və ya sinonimi kimi də işlənir. Bu söz ara 
söz kimi də müşahidə olunur. Bəzən  hayır yok sözü ilə 
yanaşı  işlənərək kimdə isə  nəyin isə olmadığını bildirməyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə