Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   25   26   27   28   29   30   31   32   ...   99

 
86
Ritm – mühüm prosodik vasitə olub sürətlənmə
yavaşıma, gərginlik və  zəiflik, uzunluq və  qısalıq və s. nitq 
prosesində bir-birini müntəzəm olaraq izləməsi;  
İntensivlik – səslərin güclü və zəif tələffüzü, səsin gücü;  
Vurğu – nitq prosesində sözdəki hecaların və 
cümlələrdəki sözlərdən birinin daha güclü və ucadan 
tələffüzü. Bizim tədqiqatda müəyyən fikrin daha qabarıq 
ifadəsi üçün modal söz və ifadələrin fərqli tələffüzü kimi 
başa düşülür;  
Temp – nitqin sürətli və ya ləng ifadəsi. Bu prosodik 
vasitə modal ifadələrə müəyyən məna çalarlığı  əlavə edə 
bilər;  
Tembr – bu terminin müxtəlif izahlarından biri əsas tona 
digər tonların (harmonik oberton və rezonator ton) əlavə 
olunması ilə ekspressiv-emosionallıq çaların 
əldə 
olunmasıdır. Kədər, sevinc, qəzəb, nifrət və s. hisslər nitq 
prosesində tembrlə ifadə olunur [57; 5; 7; 6]. Tədqiqatda 
göstərilən terminlər izahı verilmiş mənalarda işlənəcəkdir.  
Məlum olduğu kimi, modallıq danışanın ifadə olunan fikrə, 
ifadə olunan fikrin obyektiv varlığa münasibətlərini  əks 
etdirən qrammatik-semantik kateqoriya kimi səciyyələndirilir. 
Danışanın deyilən fikrə münasibəti müxtəlifmənalı ola bilər. 
Bu müxtəliflik reallıq, qeyri-reallıq, mümkünlük, qeyri-
mümkünlük, zərurilik, ehtimallıq və s. məna çalarları ilə ifadə 
oluna bilər. Bu göstərilən mənaların  əmələ  gəlməsində 
prosodik vasitələr də aparıcı funksiya daşıyırlar. Təsadüfi 
deyil ki, istər obyektiv, istərsə də subyektiv modallığın ifadə 
vasitələrindən  ən mühümü kimi intonasiyanın müxtəlif 
növləri (məlumatverici intonasiya, sual intonasiyası, nida 
intonasiyası,  şadlıq, təəssüf,  şübhə, təəccüb, qətiyyət, 
inamsızlıq, tərəddüd, kinayə və s. bildirən intonasiya) geniş 
müşahidə olunur. Qeyd etmək lazımdır ki, intonasiya təkcə 
bu göstərilən məna çalarlarını yaratmağa xidmət etmir. 
Prosodik vasitələrin ümumiləşdiricisi kimi intonasiya bəzən 
bu və ya digər modal mənanın daha da qüvvətli və ya 
əksinə  zəif ifadəsini də doğura bilər. Bütün bunlar səsin 
tonu, ritmi, temp və tembrinin tənzimlənməsi yolu ilə 
reallaşdırılır. Bir çox tədqiqatçıların qeyd etdiyi kimi, 
intonasiya ayrılıqda deyil, aid olduğu söz, ifadə, cümlə ilə 


 
87
birlikdə mövcud olur. Söz materialı olmadan, ayrılıqda, 
ideal intonasiyadan danışmaq  əsassızdır. F.Veysəlovun 
“Alman dilinin fonetikası” kitabında yazdığı kimi 
“İntonasiyasız cümlə olmadığı kimi, cümləsiz də intonasiya 
mövcud deyildir” [42, s.162]. Əslində, ayrılıqda götürülmüş 
söz və ya modal ifadə intonasiyasız olur. Ayrılıqda 
götürülmüş modal söz o vaxt intonasiya ilə deyilir ki, cümlə 
funksiyası yerinə yetirmiş olsun. Məsələn,  
-Sabah bizə gələcəksənmi?  
-Hök(<)mən.  
Burada yüksələn tonla deyilən “hök(<)mən” modal sözü 
əslində cümləni  əvəz edir. Əslində, həmin modal söz 
aşağıdakı cümlə şəklində təsəvvür olunur. Məsələn,  
-Mən sabah (hökmən, mütləq, şübhəsiz) gələcəyəm.  
“Hök(<)mən” sözünün yüksələn tonla deyilişi işin zəruri 
olaraq yerinə yetiriləcəyinə inamı, qətiyyəti bir qədər də 
artırır. Həmin cümləyə cavabı digər modal sözlə əvəz edək. 
Məsələn,  
-Sabah bizə gələcəksənmi?  
-Ola bil(>)sin / bəl(>)kə.  
Burada hər iki modal sözün alçalan tonla deyilişi ehtimalı 
bir qədər də azaldır. Beləliklə, yüksələn və alçalan 
intonasiya tonu baş verəcək hadisənin zəruriliyini, 
mütləqliyini və ya əksinə başvermə ehtimalının azlığını 
gücləndirir. Belə situasiyalarda modal ifadənin təsir gücü 
daha çox olur və effekt daha böyük olur. Eyni qayda ilə hər 
iki dilin - ingilis və Azərbaycan dilinin materialları  əsasında 
nitq situasiyasından asılı olaraq cümlə funksiyasında çıxış 
edən modal söz və ifadələrin intonasiya xüsusiyyətlərini 
təhlil etməklə ümumiləşdirici nəticələr  əldə etmək 
mümkündür.  
 
2.1.4.  İngilis və Azərbaycan dillərində modallığın 
prosodik ifadə vasitələrinin tipoloci səciyyəsi.  
Qeyd olunduğu kimi, modal söz və ifadələrin prosodik sə-
ciyyəsi cümlə  və  mətn səviyyəsində özünü qabarıq  əks 
etdirir. Başqa sözlə desək, müəyyən bir sözün yüksək və 
alçalan tonla deyilişini müəyyənləşdirmək üçün onun ətra-
fında neytral tonda deyilən sözlər olmalıdır. Yalnız netyral 


 
88
tonlu sözlər olan cümlədə fərqli (yüksələn və alçalan) ton 
seçilə bilər.  
Modallığın prosodik ifadə vasitələrinin hər iki dildə 
tipoloci-müqayisəli təhlili ayrıca tədqiqat mövzusu ola bilər. 
Bizim dissertasiya işimizdə bu problemlə bağlı bəzi mühüm 
məqamlara toxunulacaq və  gələcəkdə bu məsələnin geniş 
tədqiqinin ümumi konturları müəyyənləşdiriləcəkdir.  
Araşdırmalar göstərir ki, modallığın leksik, qrammatik, 
semantik ifadə vasitələrinin geniş araşdırılmasına 
baxmayaraq, indiyə  qədər ingilis və Azərbaycan dillərində 
prosodiya aspekti öyrənilməmişdir. Müxtəlifsistemli dillərdə 
müxtəlif modal mənalar ifadə edən söz və söz 
birləşmələrinin prosodik strukturlarının oxşar və  fərqli 
cəhətlərinin aşkar edilməsi böyük elmi-nəzəri  əhəmiyyətə 
malikdir.  
Modal mənaların ifadəsində prosodik vasitələr digər dil 
səviyyəsinə  məxsus vahidlərlə qarşılıqlı  əlaqəyə girir və 
onlarla həm eyni, həm də müxtəlif məna  əlaqələri yarada 
bilirlər. Burada onların funksiyası müxtəlif çeşidli olur. Onlar 
digər dil səviyyələrinə aid olan vahidlərin ifadə etdikləri 
mənanı  dəqiqləşdirməyə, gücləndirməyə, zəiflətməyə, 
müxtəlif “düzəlişlər” aparmağa xidmət göstərməklə fikri 
tamamlamış olurlar. Belə “xidmət növünü” yardımçı, 
dəqiqləşdirici, tamamlayıcı hesab etmək olar. Bəzən isə 
prosodik vasitələr fikrin modal mənasının formalaşmasında 
aparıcı rol oynayırlar.  
İngilis və Azərbaycan dillərində modallığın implisit ifadə 
olunması zamanı prosodik əlamətlər fonoloci funksiyanı 
tamamlayaraq modal mənaların yeganə  fərqləndirmə 
vasitəsi ola bilərlər.  
Leksik vahidlərin bu və ya digər modal mənasının reallaş-
dırılması kontekstdən, daha dəqiq desək, oxuyanın mətni 
anlama dərəcəsindən asılı olur (söhbət bədii söz yaradıcılığı 
mətnindən, yazılı  mətndən gedir). Mətnin başa düşülməsi 
isə prosodiyada əks olunur, yəni prosodiya oxuyanın qəbul 
etdiyi məzmunu müşaiyət edir. Əksinə, oxunan mətnin başa 
düşülməməsi, qavranmaması, onun prosodik baxımdan 
düzgün tərtib olunmasından çox asılıdır. Nitq prosesində 
əsərin forma və məzmununun dialektik vəhdəti özünü açıq-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə