Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   27   28   29   30   31   32   33   34   ...   99

 
92
Göstərilən araşdırmanın modallığın intonasiya 
xüsusiyyətlərinin eksperimental-fonetik aspektdən 
öyrənilməsi üçün də böyük faydası ola bilər.  
Müşahidələr göstərir ki, nitq prosesində pauza frazalara 
modal çalarlıq verir, danışanın tərəddüdünü,  şübhəsini 
göstərir.  
İngilis dilində frazada səsin gücü aşağı, tələffüz tempi zəif 
olur. Azərbaycan dilində isə frazada orta səs gücü və aşağı 
tələffüz tempi müşahidə olunur. Hər iki dildə qeyri-əminlik, 
şübhə çalarının azalması bütün frazanın tezlik 
diapozonunun artmasına və tamamlanmasına aparır.  
Azərbaycan və ingilis dillərində  əsas funksional 
cümlələrdə intonasiya növləri, demək olar ki, eyni olsa da, 
səs səviyyəsi və diapozonu, intonasiya gücü, nitq tempi və 
səslənmə davamlılığına görə fərqlər vardır.  
İngilis dilində cümlənin sonunda azalan tonla yanaşı, yük-
sələn və azalan-yüksələn tonlardan geniş istifadə olunur, 
Azərbaycan dilində isə əksər hallarda azalan tondan istifadə 
olunur.  
İngilis dilində emfatik nitqdə  əsasən yüksələn, qeyri-
emfatik nitqdə isə azalan şkaladan istifadə edilir.  
Azərbaycan dilində nəqli cümlələrdə yüksələn-azalan ton 
özünü göstərir, sintaqm və ya cümlənin kommunikativ 
mərkəzinədək ton yüksəlir, növbəti hecalar isə  əsasən 
azalan tonla tələffüz edilir. Xüsusi sual cümlələrində  hər iki 
dildə azalan ton müşahidə olunur [15].  
Azərbaycan dilində sual cümləsi kimi çıxış edən nəqli 
cümlələrdə yüksələn xətlə, adlarla düzələn cümlələrdə isə 
düz xətlə (hər bir növbəti heca əvvəlkindən yüksək olur) 
artım hiss olunur.  
İngilis və Azərbaycan dillərində söz və söz birləşmələrinin 
melodik tərtibində  də  fərq özünü büruzə verir. Azərbaycan 
dilində sintaqm və cümlələrdə yüksələn tondan az, ingilis 
dilində isə daha çox istifadə olunma halları müşahidə olunur. 
Azərbaycan dilində yüksələn tondan istifadə kommunikativ 
mərkəzdən asılı olur. Ümumi sual cümləsində -mı (-mi, -mu, 
-mü)  şəkilçisi ilə  işlənən söz kommunikativ mərkəz rolunda 
çıxış edirsə yüksələn tonla, əks halda azalan tonla tələffüz 
olunur. C.Axundov “Bu sözü deyirmi?”, “Maşını silirmi?”, 


 
93
“Qutunu düzəldirmi?” cümlələrinin elektro-akustik təhlilini 
apararaq aşağıdakı  nəticəyə  gəlir:  “-mı (-mi, -mu, -mü)” 
ədatları ilə  işlənən sual cümlələrində sualın intonasiya ilə 
yanaşı morfoloci yol ilə ifadə vasitəsi olduğu üçün cümlədə 
sual intonasiyasının rolunun zəiflədiyi müşahidə edilir. 
Eksperiment aydın sübut edir ki, belə sual cümlələrində 
onların özlərinə məxsus sual intonasiyası vardır.  
Haqqında danışdığımız cümlələrin  “mı”  ədatına qədər 
olan hissəsində  əsas ton yüksəlmək mövqeyindədir. Lakin 
burada həmin heca son nöqtəsinə  qədər yüksələ bilmir. 
Çünki belə cümlələrdə sual məzmunu yalnız intonasiya ilə 
deyil, eyni zamanda -mı (-mi, -mu, -mü) ədatlarından biri ilə 
verilir” [6, s.187].  
Müəllif son olaraq belə  nəticəyə  gəlir ki, -mı (-mi, -mu, -
mü)  ədatlarından biri ilə  işlədilən suallarda xüsusi sual 
intonasiyası olur, lakin bu intonasiya öz səciyyəvi 
xüsusiyyətinə görə müəyyən qədər zəif təsir bağışlayır. Belə 
cümlələrdə sual intonasiyasının mövcud olduğu birinci 
növbədə sual ədatına qədər son hecada əsas tonun 
yüksəlmək mövqeyində olması  və cümlənin son hecasının 
uzadılaraq tələffüz edilməsi ilə izah olunur.  
Modallığın prosodik vasitələrinin eksperimental parametr-
lərini əks etdirən cədvəllərdə sual intonasiyası özünün əyani 
təzahürünü tapmışdır [6, s.171-182).  
 
2.1.5.  İngilis və Azərbaycan dillərində  tərkibində modal 
sözlər və birləşmələr olan frazaların prosodik səciyyəsi.  
İngilis və Azərbaycan dillərində  tərkibində modal sözlər 
və birləşmələr olan frazaları üç qrupda təhlil etmək olar.  
Danışanın deyilən fikrə  əminliyini ifadə edən, tərkibində 
modal sözlər və söz birləşmələri olan frazaların prosodik 
quruluşu ingilis dilində azalan, yüksələn, azalan-yüksələn 
tonla, Azərbaycan dilində azalan tonla səciyyələnir. Ön 
mövqedə modal sözlər azalan tonla tələffüz edilirsə
frazanın növbəti hissəsində prosodik əlamətlərin zəifləməsi 
hiss olunur. Modal sözlərin ön mövqedə yüksələn və ya 
azalan-yüksələn tonla tələffüz edilməsi zamanı frazanın 
növbəti hissələrində prosodik əlamətlərin güclənməsi 
müşahidə olunur.  


 
94
Fikrin qətiliyinə daha yüksək ton səviyyəsi, geniş ton 
diapozonu, güclü səs uyğun gəlir. Eləcə  də,  əminlik ifadə 
edən fikirlərdə olduğundan azdır.  
Birinci qrup modal sözlər və birləşmələr üçün ingilis 
dilində  aşağıdakılar səciyyəvidir: ilk vurğusuz hecalar - 
rəvan ton, ilk vurğulu heca - yüksək səviyyə və tonun azalan 
hərəkəti, terminalqabağı hissənin növbəti hecaları - əsas 
tonun azalan hərəkəti.  
Azərbaycan dilində bu qrup modal sözlər və birləşmələr 
üçün sintaqm və ya cümlənin kommunikativ mərkəzinədək 
yüksələn ton və sonrakı hecalarda azalan ton, özü də bir 
qədər sürətli temp səciyyəvidir.  
Əminlik - modal mənası bildirən sözlərdə tonun hərəkəti 
ingilis dilində azalan və ya yüksələn-azalan, Azərbaycan 
dilində azalandır.  
Really, it isn’t much pay for all that protection, is it? 
(Arthur Hailey, “Airport”, 240) 
Şübhəsiz mən də gələcəyəm.  
Şübhəsiz baş əyər hər əmrimizə (A.Şaiq). [11, s.538] 
Hər iki dildə danışanın fikrin məzmununa əmin olmadığını 
göstərən, tərkibində modal sözlər və söz birləşmələri olan 
frazaların quruluşu üçün ilk vurğusuz hecalarda orta tonal 
səviyyələrdə rəvan və ya yüksələn ton hərəkəti səciyyəvidir. 
İlk vurğulu heca, bir qayda olaraq, modal sözlərə düşür və 
ən yüksək tonal səviyyədə  tələffüz olunur. Terminalqabağı 
hissənin qalan hecalarında - əsas tonun rəvan və ya azalan 
hərəkəti səciyyəvidir. Sonda ingilis dilində azalan, eləcə  də 
yüksələn ton, Azərbaycan dilində yalnız azalan ton 
müşahidə olunur. Bu qəbildən olan frazalar üçün orta 
tələffüz ton səviyyəsi, orta səs gücü xarakterikdir. Temp 
ingilis dilində orta və  zəif, Azərbaycan dilində tez və bir 
qədər sürətli ola bilər:  
Perhaps you’d better tell me exactly what you mean 
(Arthur Hailey, “Airport”, 71) 
Bəlkə, bu gün axşam yağış ara verdi.  
Bəlkə mən tez qayıtdım (M.S.Ordubadi).  
Cuma düşündü ki, bəlkə… Marala onun haqqında bəzi 
şübhəli şeylər demişlər (Əbülhəsən). [11, s.245] 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə