117
“Mən, əlbəttə, heç bir bəyanat vermirəm (Artur Heyli,
“Aeroport”,280)
Bu nümunədə of course modal sözü əsas cümləyə əlavə
kimi çıxış edir. Tərcümədə onun yeri bir qədər qabağa
çəkilmişdir (mübtədadan sonraya). Bundan irəliki cümlənin
tərcüməsində buna oxşar hadisə ilə qarşılaşırıq. Bu o
deməkdir ki, Azərbaycan dili üçün əlbəttə modal sözünün
cümlənin sonunda işlənməsi o qədər də səciyyəvi deyil.
Bütün bu deyilənləri nəzərə almaqla, biz həmin cümləni
azərbaycanca bu cür verə bilərik: Mən rəsmi (olaraq)
danışmıram, əlbət ki.
Aşağıda verəcəyimiz cümlədə də vəziyyət eynilə bunun
kimidir:
He fiddled a little himself, though not professionally, of
course (Arthur Hailey, “Airport”, 295)
“O özü də az-maz skripkada çalırdı, ancaq, əlbəttə,
professional deyildi” (Artur Heyli, “Aeroport”, 270) [O özü
üçün bir az skripkada çala bilirdi, hərçənd professional
(səviyyədə çalmırdı), əlbət ki].
In fact – “faktiki olaraq, əslində, kor-kor, gör-gör”
In fact modal sözü indeed sözü ilə sinonimlik
münasibətində olub, onunla müqayisədə daha artıq işləklik
nümayiş etdirir.
In fact modal sözü əsasən cümlənin başında və ortasında
gəlir.
In fact, her gentleness had been one of the things which
appealed to Mel when they first met in San-Francisco …he
on leave from the Navy and Korea (Arthur Hailey, “Airport”,
67)
“ Sözün düzü, o vaxt hərbi hava qüvvələrini və Koreyanı
tərk edib San-Fransiskoya gedəndən sonra Sindiylə tanış
olan Meli qızın zərifliyi və incəliyi əsir etmişdi” (Artur Heyli,
“Aeroport”, 66) [ Əslində, Mel Nəvi və Koreyadan San-
Fransiskoya gələrkən onlar birinci dəfə görüşəndə qızın xoş
qılığı (xasiyyəti) Melin xoşuna gələn şeylərdən biriydi].
Gördüyümüz kimi, in fact modal sözü bir halda sözün
düzü, başqa halda isə əslində modal sözləri ilə verilmişdir.
Hansı yaxşıdır? In fact modal sözü dildənxaric gerçəkliyə
118
işarə edir. Bu xüsusiyyət əslində sözündə var, sözün
düzü ifadəsində isə yoxdur.
Some among his legal colleagues might have questioned
if Elliot Freemantle’s intellect was, in fact, superior (Arthur
Hailey, “Airport”, 88)
“ Əslində, həmkarlarının arasında onun fərasətinə şübhə
ilə baxanlar da vardı” (Artur Heyli, “Aeroport”, 86) [ Əslində,
onun qanuni xidmət yoldaşları arasında bəziləri Elliot
Frimantlın ağıl-kamalının yüksək (səviyyədə) olmasına
şübhə ilə baxırdılar].
Hər iki halda in fact modal sözü azərbaycanca eyni ifadə
vasitəsi ilə verilmişdir. Həmin tərcümələr arasındakı mühüm
fərqlər tərcümənin dəqiqliyi, keyfiyyəti ilə bağlı olan
məsələdir.
Tərkibində in fact modal sözü olan daha iki cümləni
veririk. Bunlardan birincisi onunla diqqəti cəlb edir ki, burada
daha bir modal söz işlənir:
In fact, probably was (Arthur Hailey, “Airport”, 312)
“Güman ki, məhz eləydi” (Artur Heyli, “Aeroport”, 286).
Tərcümədə maraqlı bir yerdəyişmə ilə qarşılaşırıq:
burada modal sözlərin yeri dəyişmişdir. Doğrudur, belə də
pis deyil. Ancaq bunsuz da ötüşmək olardı: Əslində, yəqin ki
(ehtimal ki), beləydi”.
İkinci cümlə heç də bundan az maraqlı deyil:
D.O.Guerrero wanted no conversation, either now or
later, in fact, no more communication with anyone else in
this life (Arthur Hailey, “Airport”, 297)
“Nə indi, nə də sonra D.O.Qyurrero bir kimsəylə kəlmə
kəsmək istəmirdi; əslində, bu, həyatda hər cür münasibətə
son qoymuşdu” (Artur Heyli, “Aeroport”, 272) [D.O.Qyurrero
heç bir söhbət (etmək) istəmirdi – nə indi, nə də sonra;
əslində hətta öz həyatı boyu kiminləsə heç bir ünsiyyətdə
olmaq istəmirdi].
Bizə belə gəlir ki, burada izahatsız da ötüşmək
(keçinmək) olar.
*Biz yuxarıdakı tərcümədə daha çox hərfiliyə fikir
vermişik. Həmin cümləni bu cür də vermək olar:
“D.O.Qyurrero heç kəslə danışmaq istəmirdi, nə indi, nə də
119
sonra; əslində hətta bu dünyada heç kəslə ünsiyyətdə
olmaq istəmirdi”.
Indeed – həqiqətən, gerçəkdən(dan), əslində, düzü
Yuxarıda qeyd etdiyimiz kimi, indeed modal sözü in fact
modal sözünə nisbətən az işlənir. Indeed sözü üçün
cümlənin sonunda gəlmək xarakterikdir. Bu cür işlənmə tərzi
Azərbaycan dilindən ötrü xarakterik deyil.
Indeed sözünə aid əlimizdə yalnız bir misal vardır:
Mel had replied that he was very interested indeed
(Arthur Hailey, “Airport”, 65) [Mel cavab vermişdi ki, onun
həqiqətən buna çox marağı var (bu onu çox
maraqlandırmışdı].
Truly – həqiqətən, doğrudan, gerçəkdən
He had wondered then: had he ever truly been in love
himself? (Arthur Hailey, “Airport”, 346)
“Bu etiraf Vernonun özünü də düşündürmüşdü: görəsən,
ömründə bircə dəfə kimisə sevmişdi? (Artur Heyli,
“Aeroport”, 316) [Onda təəccüblənmişdi: onun özü doğrudan
nə vaxtsa kiməsə vurulmuşdumu?].
Possibly – mümkündür, imkan daxilində, ola bilər, ola
bilsin ki,
He couldn’t possibly pay the installments, though that
part, at least, was understandable (Arthur Hailey, “Airport”,
205)
“ Axı, o, xırda-xırda da olsa, həmin pulu qaytara
bilməyəcəkdi” (Artur Heyli, “Aeroport”, 190) [O, yəqin ki,
borcun növbəti hissəsini qaytara bilməyəcəkdi, çox da ki
(hərçənd) həmin hissə barəsində qabaqcadan razılığa
gəlmişdilər].
Gördüyümüz kimi, possibly sözü Azərbaycan dilində bir
halda axı ədatı, ikinci halda isə yəqin ki, ola bilsin ki, modal
sözü ilə verilmişdir. Axı sözü burada o qədər də yerinə
düşməsə də, növbəti misalda tamamilə yerindədir:
What more could anyone possibly ask? (Arthur Hailey,
“Airport”, 296)
“Yaxşı, adama bundan artıq nə lazımdır?” (Artur Heyli,
“Aeroport”, 271) [Axı adam bundan artıq nə tələb edə
(istəyə, diləyə) bilərdi?!].
Probably – ehtimal ki, yəqin ki, güman ki
Dostları ilə paylaş: |