Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   32   33   34   35   36   37   38   39   ...   99

 
108
edir. Bu cəhət azərbaycanca mətbu mərcümədə öz 
əksini birmənalı şəkildə tapmışdır. 
Really modal sözü emotiv məqamda da işlənə bilir. Bu 
halda o, ya cümlənin başında, ya da nida sözündən sonra 
işlənir. Məsələn: 
Really! - you people are so offcious, so disbelieving! 
(Arthur Hailey, “Airport”, 244) 
“Doğrudan da, burada hamınız inamsız və  hər  şeydən 
şübhələnənsiniz!” (Artur Heyli, “Aeroport”, 225). 
Bizcə, azərbaycanca mətbu tərcümədə durğu işarəsi 
düzgün seçilməmişdir. Vergül işarəsi modal sözlə  əsas 
mətn arasında daha sıx  əlaqənin olduğu halda işə 
yarayardı. Burada isə oricinaldakı nida işarəsini saxlamaq 
yerinə düşərdi. Danışan  really sözünü təəccüb, heyrət 
məqamında işlədir, bu isə ritorik sual kimi bir şeydir. 
Deyilənləri nəzərə alaraq, həmin cümləni belə təqdim etmək 
olar: Doğrudan da! Siz adamlar nə qədər quru (rəsmiyyətçi), 
nə qədər də vasvasısıniz. 
Oh,  really! What kind of advice? Was it fussiness, 
personal?.. Or, perhaps, you’ve forgotten? (Arthur Hailey, 
“Airport”, 331). 
“Oh, doğrudan? O nə  məsləhətdir elə? Xidmət işidir, ya 
şəxsi? Bəlkə  də, artıq unutmusunuz? (Artur Heyli, 
“Aeroport”, 284).[Aha, doğrudan(mı)?  İşə aiddir [yoxsa] 
şəxsi məsələdir?.. Bəlkə də, artıq yadınızdan çıxıb]. 
Burada  really modal sözü müsahibin özünə aiddir və  nə 
əsas cümlə ilə, nə  də onun ayrı-ayrı  tərkib hissəlri ilə 
əlaqədar deyil. Əksinə, onun özü sonrakı cümlənin 
işlənməsini vacib edir.  
Really, it isn’t much pay for all that protection, is it? 
(Arthur Hailey, “Airport”, 240) 
Doğrudan da, o cür sığorta üçün çox azdır, elə deyilmi?” 
[Doğrudan  (da), bütün bu himayənin haqqını ödəmək üçün 
bu çox azdır, elə deyilmi?]. 
Təqdim edilən tərcümələr arasındakı bütün fərqlərə 
baxmayaraq, həmin kontekstdə  really modal sözü bütün 
cümlənin məzmununa aiddir. 
Əlimizdə olan materiallarda really modal sözünün birbaşa 
feli xəbərə aid olmasına da təsadüf edirik. Ancaq nəzərə 


 
109
almaq lazımdır ki, həmin cümlə yalnız modal söz və feli 
xəbərdən ibarətdir: Do you understand Vernon? Really 
understand? (Arthur Hailey, “Airport”, 205) [Sən başa 
düşürsən, Vernon? Doğrudan (düzü) başa düşürsən?]. 
Surely – Əlbəttə, şəksiz, şübhəsiz, mütləq, yəqin ki, 
Surely, captain, sir, you’re not going to report me for 
possession of left – overs (Arthur Hailey, “Airport”, 114) 
Əminəm ki, kapitan, ser, buna görə  məni heç kimə 
satmazsınız” (Artur Heyli, “Aeroport”, 106) [Əlbəttə ki, 
(şübhəsiz, yəqin ki), kapitan, ser, olduğuna görə siz gedib 
mənim barəmdə xəbər verməzsiniz]. 
Misaldan göründüyü kimi, azərbaycanca mətbu 
tərcümədə  surely modal sözü tamamilə başqa (leksik-
qrammatik) vasitə ilə verilmişdir. Bu, əmin [olmaq] sözünün 
birinci  şəxsin təkinə  məxsus  şəkilçi ilə  işlənməsi hesabına 
əldə edilmişdir. Qeyd etmək lazımdır ki, belə bir üsul 
kontekstual cəhətdən heç bir irad doğurmur. Amma o, 
başqa üsulları da istisna etmir. 
Daha bir misal: 
But  surely, purses are never inspected (Arthur Hailey, 
“Airport”, 246) 
“Ancaq,  mən biləni, qadın çantasına heç vaxt baxılmır” 
(Artur Heyli, “Aeroport”, 228).[Amma çantanı (çantaları) heç 
vaxt yoxlamırlar]. 
Misaldan göründüyü kimi, azərbaycanca mətbu 
tərcümədə  surely modal sözü istər leksik tərkib, istərsə  də 
qrammatik funksiya baxımından tamamilə yeni bir vasitə ilə 
(mən biləni) verilmişdir. Bunu leksik-sintaktik vasitə (üsul) da 
adlandırmaq olar. 
Ancaq bu, həmin cümlənin tərcüməsində özünü 
doğruldan yeganə üsul deyil. Bizim təklif etdiyimiz 
tərcümədə  “heç vaxt”, “never” zaman zərfinin müqabili 
olmaqla yanaşı, hər cür modal sözün işlədilməsi lüzumunu 
da aradan qaldırır. O, feli xəbərlə birlikdə oricinalda ifadə 
olunmuş fikri, real vəziyyəti adekvat şəkildə ifadə edir. 
Burada gerçəkliyə münasibət obyektiv səciyyə daşıyır. Mən 
biləni ifadəsi həmin münasibətə subyektiv çalar verir. 
Mətndən bilmək olur ki, danışanın bunu bilib-bilməməyindən 
asılı olmayaraq, ümumiyyətlə çantaları yoxlamırmışlar. 


 
110
Certainly – Əlbəttə, şəksiz, şübhəsiz; yəqin 
İngilis dilində  certainly modal sözü daha çox cümlənin 
başında gəlir. Məsələn: 
Certainly, it’s all, Did you expect us to fire you? (Arthur 
Hailey, “Airport”, 22) 
“Əlbəttə! Elə bilirdin səni güllələyəcəyik?” (Artur Heyli, 
“Aeroport”, 22) [Əlbəttə, tamamilə belədir. Sən elə bilirdin, 
səni güllələyəcəyik?]. Bizim təklif etdiyimiz tərcümədə əsas 
fərqlər modal sözlə bağlı deyil. Bundan başqa, həmin 
cümlədə qeyri dəyişikliklər də etmək olar: a) ikinci cümləni 
yoxsa sözü ilə başlamaq olar; b) ikinci cümlədə sən sözünü 
bir dəfə  işlətmək olar. Həmin imkanlardan biri mətbu 
tərcümədə verilmişdir.  İkinci variant belə ola bilər: Sən elə 
birildin, güllələyəcəyik? 
Certainly not to admit that they were already turned 
around and heading back (Arthur Hailey, “Airport”, 352) 
Heç vəchlə demək olmaz ki, geri qayıdacaq” (Artur Heyli, 
“Aeroport”, 322) [Yəqin, güman etmək olmazdı ki, onlar artıq 
geri qayıdıb (dönüb), müqavimət göstərirlər]. 
Həmin cümlənin  əsli ilə  mətbu tərcüməsi arasında 
mühüm fərqlər nəzərə çarpır: tərcümənin daha müxtəsər 
olması, budaq cümlənin xəbərinin birinci şəxsin cəminə aid 
edilməsi, halbuki, (oricinalda) üçüncü şəxsin cəmindən 
söhbət gedir. Ancaq bizim mövzu ilə bilavasitə bağlı olan 
fərq də vardır: bu, oricinaldakı təsdiq+inkar münasibətlərinin 
müqabilində  mətbu tərcümədə  həm modal sözün (heç 
vəchlə), həm də xəbərin (demək olmazdı) inkarda işlənməsi 
ilə bağlıdır. 
Certainly her handbag would not have been inspected 
(Arthur Hailey, “Airport”, 247) 
“Əlbəttə, onun əl çantasını açmaq heç kimin ağlına 
gəlməyəcəkdi” (Artur Heyli, “Aeroport”, 229) [Yəqin (əlbəttə)
onun (qadının) əl çantasını yoxlamayacaqdı]. 
Həmin cümlədəki modal sözün əlbəttə, yoxsa yəqin 
sözləri ilə verilməsi elə bir prinsipial əhəmiyyət daşımır. 
certainly modal sözü məhz çantanın yoxlanılıb-
yolanılmayacağını (daha dəqiq desək, ikincini) qətiləşdirir. 
Burada söhbət yoxlamanın kiminsə ağlına gəlməyəcəyindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə