114
“ Heç şübhəsiz, çovğunun və nəqliyyatın çoxluğu
ucbatından beləydi” Arthur Hailey, “Airport”, 239) [ heç
şübhəsiz, səbəb nəqliyyat və çovğunda idi].
No doubt modal sözü təklikdə işləndiyi kimi, to have feli
ilə tərkib əmələ gətirməklə də işlənə bilir. Həmin üsul
Azərbaycan dilinə də yad deyil. Biz həmin modal sözə aid
verdiyimiz birinci nümunənin tərcüməsində şübhə yoxdur
ifadəsindən istifadə etmişik. Həmin yoxdur ifadəsi semantik
fon kimi vardır ifadəsini tələb edir.
No doubt modal sözü to have feli ilə birlikdə işləndikdə də
ona azərbaycanca şübhə yoxdur modal birləşməsi müvafiq
gəlir. Nəzərə almaq lazımdır ki, bu zaman şübhə sözü şəxs
şəkilçisi ilə işlənir.
So I have no doubt that you are licensed to taxi airplanes
(Arthur Hailey, “Airport”, 321)
“Deməli, heç şübhə yox ki, yerüstü manevrlər etməyə
Sizin icazəniz var” (Artur Heyli, “Aeroport”, 3) [Beləliklə,
mənim heç bir şübhəm yoxdur ki, (yerdə) təyyarə sürməyə
Sizin icazəniz var”].
Of course – Əlbəttə
Həmin modal söz cümlənin başında, ortasında və
sonunda gələ bilir. O, cümlənin başında və sonunda
gələrkən bütövlükdə cümlənin ümumi məzmununa,
cümlənin ortasında gələndə isə özündən sonra gələn
hissəyə aid olur. Həmin halları konkret misallar əsasında
nəzərdən keçirək.
Of course cümlənin başında:
Of course, I’l help (Arthur Hailey, “Airport”, 235)
“ Əlbəttə, kömək edərəm” (Artur Heyli, “Aeroport”, 217).
Of course, the flight might be full (Arthur Hailey, “Airport”,
233)
“ Əlbəttə, təyyarə tamamilə dolu ola bilər” (Artur Heyli,
“Aeroport”, 216). Burada tamamilə sözü artıqdır, amma
modallığa isti-soyuğu yoxdur.
Of course, there might be no connection (Arthur Hailey,
“Airport”, 313)
“ Əlbəttə, olsun ki, bunların bir-birinə heç bir zidiyyəti yox
idi” (Artur Heyli, “Aeroport”, 287) [ Əlbəttə, burada (bunlar
arasında) heç bir əlaqə (rabitə, bağlılıq) olmaya bilər].
115
Gördüyümüz kimi, of course modal sözünün
Azərbaycan dilində müqabili olaraq hər yerdə əlbəttə sözü
çıxış edir. Bu iki söz istər semantik, istərsə də qrammatik
(sintaktik) baxımdan bir-birinə müvafiq gəlir. Bununla belə,
yuxarıda da qeyd etdiyimiz kimi, ingilis dilində of course
modal sözünün mənsub olduğu dil sistemində fəal surətdə
işlənən qohum kökü (sözü) vardır: course. Bu isə həmin
modal sözün işlənməsindən ötrü semantik fon təşkil edir.
Daha bir misal:
Of course, Freemantle realized, this whole proceeding
was cust an exercise in semantics (Arthur Hailey, “Airport”,
301)
“ Əlbəttə, Frimantl orasını da başa düşürdü ki, bu təkcə
gəlişigözəl söz güləşdirməkdir” (Artur Heyli, “Aeroport”, 275)
[ Əlbəttə, Frimantl aydın başa düşürdü ki, bütün proses
semantika təmrinidir (söz güləşdirməkdir)].
Of course cümlənin ortasında:
At the moment, of course, she had no idea what he was
talking about (Arthur Hailey, “Airport”, 353)
“Hələlik isə, qarı, əlbəttə, baş açmırdı ki, kişi nəyə işarə
edir” (Artur Heyli, “Aeroport”, 323) [Bu anda, əlbəttə, o
(qadın, qarı) təsəvvür etmirdi ki, o (kişi) nə deyir].
Verilən nümunədə of course modal sözü cümlənin
ortasında gəlsə də, həmin məqamda onun rolu cümlə
başındakının eynidir. İş burasındadır ki, at the moment
ifadəsi zaman zərfliyi olub, özünə modal münasibət tələb
etmir.
My late husband would have so encoyed meeting you,
though, of course you are very much younger (Arthur
Hailey, “Airport”, 296)
“Kaş, mənim rəhmətlik ərim Sizi tanıyaydı, ancaq Siz,
əlbəttə, ona nisbətən çox cavansınız” (Artur Heyli,
“Aeroport”, 271) [Mənim mərhum ərim Sizi görsəydi, elə
məmnun olardı ki, çox da Siz, əlbəttə, (ondan) xeyli
cavansınız].
Bu cümlədə isə vəziyyət tamamilə bu dilin sintaktik
normalarına müvafiqdir. Burada of course modal sözü məhz
cümlənin ikinci hissəsində ifadə olunan fikrə münasibət
bildirir.
116
Demək lazımdır ki, həmin cümlənin azərbaycanca hər
iki tərcüməsində, onlar arasındakı bütün fərqlərə
baxmayaraq, həmin vəziyyət düzgün ifadəsini tapmışdır.
It was strange, of course, that this man was going
overseas without money (Arthur Hailey, “Airport”, 242)
“Çox qəribəydi, əlbəttə, cibində bir qəpiyi olmayan bu
adam okeanın o tayına uçur” (Artur Heyli, “Aeroport”, 224).
Burada istər əlbəttə sözünün cümlədə mövqeyi, istərsə
də mətnin ümumi məzmunu oricinala tam müvafiq gəlir.
Bununla belə, həmin cümlə Azərbaycan dilinin qrammatik
normaları baxımından qaneedici deyil. Biz belə hesab edirik
ki, həmin cümləni daha səlis şəklə salmaq üçün
aşağıdakılara əməl etmək lazımdır:
a) ya əlbəttə sözündən sonra iki nöqtə işarəsi qoyub,
qalan hissəni olduğu kimi saxlamaq;
b) ya da cümlədə daha əsaslı struktur və semantik
dəyişikliklər etmək.
İkinci tələbə uyğun olaraq, biz aşağıdakı tərcüməni
təqdim edirik: Əlbəttə, qəribəydi ki, bu adam pulsuz dənizin
(okeanın) o tayına gedir.
Əlbəttə modal sözünü oricinalda olduğu kimi işlətmək ona
görə mümkün deyil ki, həmin mətn mürəkkəb cümlə
quruluşundadır: Qəribəydi ki – baş cümlə, qalan hissə
mübtəda budaq cümləsidir. Azərbaycan dilinin sintaktik
qaydalarına görə isə, baş cümlə ilə ona aid olan mübtəda
budaq cümləsi arasında kənar söz işlənə bilməz.
Of course modal sözü cümlənin axırında da işlənir:
My ticket? Why, of course (Arthur Hailey, “Airport”, 350)
“Mənim biletimə? Ah, əlbəttə, olar” (Artur Heyli,
“Aeroport”, 320) [Mənim biletimə? Əlbət ki!].
Burada why və of course ifadələrinin semantik-sintaktik
vəzifələri qovuşur və tərcümədə onlara ayrı-ayrı müqabillər
tapmaq vacib deyil. Ah nidasının mətnə daxil edilməsi isə
mətləbə o qədər də aydınlıq gətirmir. Həmin mətndə
diqqətəlayiq cəhətlərdən biri də odur ki, of course modal
ifadəsinin işləndiyi cümlə özündən qabaqkı cümlədə ifadə
olunan fikrə münasibət bildirir.
I’m not speaking officially of course (Arthur Hailey,
“Airport”, 305)
Dostları ilə paylaş: |