123
iki və daha artıq vasitə ilə ifadə olunduğunu qeyd etmişdir
[158, s.3].
Bizim əlimizdə olan materiallar içərisində elə misallara
təsadüf edirik ki, onlarda bir yox, iki modal söz işlənir.
Məsələn:
But I thought you’d better be warned because they’ll
probably want to see you, and maybe someone from the
FAA (Arthur Hailey, “Airport”, 224)
“Ona görə, sizi xəbərdar etməyi lazım bildim, çünki onlar,
yəqin ki, sizinlə, həm də federal aviasiya idarəsinin
nümayəndələri ilə görüşmək istəyəcəklər” (Artur Heyli,
“Aeroport”, 207) [Amma mən düşündüm ki, siz yaxşı olardı
ki, xəbərdar olaydınız (ediləydiniz), çünki onlar ehtimal ki,
(yəqin ki), sizi və ola bilsin ki (ola bilər ki), FAİ-dən kimi isə
görmək istəyirlər (istəyəcəklər)].
Perhaps – Ola bilsin ki, mümkündür ki, bəlkə
Həmin modal söz və onun Azərbaycan dilindəki
qarşılıqları imkan, mümkünlük mənaları bildirir. Onlar
cümlənin əvvəlində, ortasında və axırında işlənir. Qeyd
etmək lazımdır ki, Azərbaycan dilində həmin modal mənada
olan sözlər cümlənin axırında məhdud şəkildə işlənir və
bütün bu qəbildən olan misallarda onlar əlavə söz səciyyəsi
daşıyır. Bunu da nəzərə almaq vacibdir ki, cümlənin
ortasında işlənən modal söz olduqca müxtəlif səciyyəli
cümlə quruluşlarında özünü göstərir.
Perhaps – cümlənin başında
Həmin mövqedə perhaps modal sözü üçün ən çox
yayılmış funksiya danışanın öz fikrini güman (zənn),
mümkünat şəklində verməsi ilə bağlıdır. Məsələn:
Perhaps it is the only intelligent thing I have done tonight
(Arthur Hailey, “Airport”, 324)
“ O da ola bilər ki, bu, mənim bu axşam ərzində atdığım
ən ağıllı addımdır” (Artur Heyli, “Aeroport”, 297) [( Ola bilər
ki, bu mənim bu axşam (gecə) etdiyim ən ağıllı şeydir)].
Perhaps I should come back (Arthur Hailey, “Airport”,
286)
“ Bəlkə, bir az sonra gəlim? (Artur Heyli, “Aeroport”, 261)
[ Ola bilsin ki, (bəlkə də) mən geri qayıtmalıyam].
124
Perhaps Natali had finally lost heart (Arthur Hailey,
“Airport”, 151)
“ Görünür, Natali də cana doymuşdu” (Artur Heyli,
“Aeroport”, 82) [ Ola bilsin ki, (bəlkə də) Natali də artıq cana
doymuşdu].
Perhaps cümlə başında işlənərkən təkcə danışanın öz
fikrinə münasibətini deyil, danışanın başqasının
davranışına, eləcə də onun nitq davranışına münasibətini
bildirir. Məsələn:
Perhaps, it comes from being married (Arthur Hailey,
“Airport”, 151)
“Görünür, ərdə olmağınızın sayəsindədir” (Artur Heyli,
“Aeroport”, 14) [Ola bilsin ki, bu Sizin ərdə olmağınızdan
(irəli) gəlir].
Perhaps you’d better tell me exactly what you mean
(Arthur Hailey, “Airport”, 71)
“ Bəlkə, mənə dəqiq izah edəsən ki, nəyi nəzərdə
tutursan?” (Artur Heyli, “Aeroport”, 70) [ Bəlkə, mənə əməlli-
başlı (düz-əməlli) deyəsən ki, nəyi nəzərdə tutursan (nə
demək istəyirsən?)].
Cümlə başında gələn perhaps modal sözünün daha bir
işlənmə mövqeyi ilə rastlaşırıq. O yenə də danışanın öz
fikrinə münasibətini bildirir, amma bununla yanaşı, müəllif
nitqi ilə də müşayiət olunur. Müvafiq cümlə quruluşu
etibarilə tamamlıq budaq cümləsi tabeli mürəkkəb cümlənin
dəyişdirilmiş formasıdır ki, burada baş cümlə budaq
cümlədən sonra gəlir və ona münasibətdə əlavə cümlə
rolunda çıxış edir.
Qeyd etməliyik ki, həmin cümlə tiplərinin hər ikisini
Azərbaycan dilində vermək olur, ancaq bu dil üçün
tamamlıq budaq cümləli mürəkkəb cümlə tipi daha
səciyyəvi, daha təbii səslənir. Aşağıdakı cümlənin
tərcüməsində məhz bu üsuldan istifadə olunmuşdur.
Perhaps it was well, Mel thought, as he rode the elevator
down again (Arthur Hailey, “Airport”, 20)
“Eskalatorla aşağı mərtəbəyə düşən Mel fikirləşirdi ki,
bəlkə də, belə yaxşıdır” (Artur Heyli, “Aeroport”, 19) [ Ola
bilsin ki, bu, necə lazımdır, elədir, - Mel təzədən eskalatorla
aşağı düşə-düşə düşünürdü].
125
Perhaps cümlənin ortasında
Cümlənin ortasında işlənən perhaps modal sözü
cümlədüzəltmə baxımından olduqca müxtəlif vəzifələr
daşıyır. Bura cümlənin sadəmi, mürəkkəbmi olması ilə
əlaqədar keyfiyyətlər də əlavə olunur. Müvafiq cümlə
tiplərindən aşağıdakıları qeyd edə bilərik.
a) perhaps modal sözü sadə cümlənin tərkibində işlənir.
Bu zaman modal söz ya zaman zərfliyi, ya da mübtədadan
sonra gəlir. Aydın məsələdir ki, həmin linqvistik şəraitdə
modal sözün əsas vəzifəsi cümlədə özündən sonra gələn
mətn parçasında yaxud cümlə üzvündə ifadə edilən fikrə
münasibət bildirməkdir. Məsələn:
One reason, perhaps was that the traffic load was less
than usual, due to the exceptionally clear weather (Arthur
Hailey, “Airport”, 198)
“Əsas səbəblərdən biri, görünür, o idi ki, bu cür qeyri-adi
təmiz səmada uçuşlara nəzarət xeyli azalmışdı” (Artur Heyli,
“Aeroport”, 119) [Bir səbəb ola bilsin ki, o idi ki, daşınan yük
adətən olduğundan az idi; bu isə müstəsna dərəcədə aydın
(ayaz?) hava ilə bağlıdır].
Even now perhaps, it was not too late (Arthur Hailey,
“Airport”, 299)
“ Bəlkə, heç indi də gec deyildi” (Artur Heyli, “Aeroport”,
274) [Hətta indi də, ola bilsin ki, gec deyildi].
Deməliyik ki, perhaps modal sözünün zaman zərfliyi ilə
qeyd olunan struktur münasibəti heç də mütləq xarakter
daşımır. Perhaps sözü, zaman zərfliyi də daxil olmaqla,
bütün cümləyə də aid ola bilir. Məsələn:
Elliot Treemantle snapped, “ Perhaps at the other time
there was not enough plain speaking (Arthur Hailey,
“Airport”, 299)
“Eliot Frimantl mızıldandı: “ Deməli, əvvəlki görüşlərimizdə
açıq söhbətimiz olmayıb” (Artur Heyli, “Aeroport”, 273)
[…Yəqin ki (ola bilsin ki), başqa vaxt kifayət qədər açıq
söhbətimiz olmayıb].
b) perhaps modal sözündən mürəkkəb cümlələrdə də
geniş surətdə istifadə olunur. Mürəkkəb cümlələrdə həmin
söz tərkib hissələrinin sərhəddində (daha dəqiq desək, aid
olduğu nitq hissəsinin başında) gəlir. Məsələn:
Dostları ilə paylaş: |