141
8. Modal sözlərə çoxifadəlilik, variativlik də yad deyil.
məsələn, subyektin öz münasibətini bildirməsi müxtəlif
şəkillərdə ola bilər: məncə, bizcə, mənim fikrimcə, bizim
fikrimizcə, mənə görə, bizə görə və s.
9. Modal sözlərin seçilib-işlədilməsi şifahi nitqdə
danışanın, yazılı nitqdə isə yazanın, müəllifin linqvistik
məqsəd və niyyətindən asılıdır. Məsələn, Azərbaycan və
ingilis dillərinə məxsus olan dil materiallarını müqayisə
edərək görürük ki, eyni modal məna müxtəlif şəkillərdə, iki
cür, üç cür ifadə edilir.
10. Modal münasibət başqa yollarla, üsullarla ifadə
olunsa da, modal sözlər həmin münasibətlərə daha çox
konkretlik, əyanilik verir. Hər iki dilin materialları bu fikri
təsdiq edir.
2.3. İngilis və Azərbaycan dillərində modallığın
morfoloci ifadə vasitələri.
Modallığın morfoloci ifadə vasitələri modallığın ikinci növü
ilə əlaqədardır. Y.A.Zverevanın qeyd etdiyi kimi, “modallığın
ikinci növündə mülahizənin bütün məzmununun gerçəkliyə
müvafiqliyinə danışanın inamı,
şübhəsinin (yaxın
inamsızlığının) dərəcəsi ifadə olunur” [104, s.20]. İndi isə
İngilis və Azərbaycan dillərində modallığın morfoloci ifadə
vasitələrini nəzərdən keçirək.
2.3.1. Indikativ modallıq.
Fel şəkilləri ilə ifadə edilən modallığın bir növü
“təsdiqetmə modallığı” (nəqletmə, iqraretmə modallığı),
“indikativ modallıq” adlanır. İndikativ modallıq həm sintaksis,
həm də morfologiya sahəsində özünə yer tapır. Sintaksisdə
indikativ modallıq nəqli cümlələrdə özünü göstərir.
Morfologiya sahəsində indikativ modallıq felin xəbər şəkli
ilə ifadə olunur. Sintaksisdə nəqli cümlə cümlənin məqsəd
və intonasiaya görə növləri içərisində mərkəzi mövqe
tutduğu kimi, morfologiyada da xəbər şəkli felin zaman-növ
formaları sistemində mərkəzi mövqe tutur. A.N.Slüsareva
yazır: “Fel morfologiyası modallıq ifadə edərkən bazis
(baza) kateqoriyası kimi xəbər şəklini özünə daxil edir ki,
142
inkar, sual və modal mənaları onunla nisbətdə götürülür”
[146, s.69].
Təsdiqetmə (iqraretmə, nəqletmə) morfologiyası felin
xəbər şəklinə söykənir. Felin xəbər şəkli danışana hal,
hərəkət prosesi əslində baş vermiş kimi, eləcə də gələcəkdə
icrası qəti şəkildə baş verəcək kimi təqdim etməyə imkan
verir. N.A.Slüsareva təsdiqetmənin (iqraretmənin,
nəqletmənin) morfologiyalaşdırılmasını ingilis dilinin
müstəsna xüsusiyyətlərindən biri kimi qiymətləndirir [146,
s.53]. Həmin xüsusiyyəti Azərbaycan dilində də müşahidə
edirik.
Məlumdur ki, felin xəbər şəklinin xüsusi ifadə vasitəsi
yoxdur. O, felin zaman formaları ilə ifadə olunur. Bu,
Azərbaycan dilində də, ingilis dilində də eynidir.
İngilis dilinin təsdiqetmə (iqraretmə) modallığının
ifadəçiləri olan felin zaman kateqoriyası formaları bu dilin
morfoloci sistemində mərkəzi mövqe tutur. Bu, Azərbaycan
dilində də belədir.
Bununla belə, unutmaq olmaz ki, Azərbaycan və ingilis
dillərinin xəbər şəkillərini təmsil edən zaman formaları həm
formal, həm də semantik cəhətdən bir-birindən kəskin
surətdə fərqlənir. Bu iki dilin zaman formalarını müqayisəli
şəkildə nəzərdən keçirərkən həmin fərqlər daha açıq-aşkar
nəzərə çarpır.
Modallıq kateqoriyasının reallaşmasının morfoloci
vasitələri şəkil formaları ilə təmsil olunur [146, s.52]. Burada
indikativ modallıq əsas yer tutur. İndikativ modallıq felin
şəxsli formaları ilə bağlıdır. O, felin şəxsli formaları
içərisində morfoloci olaraq və şəxs (kəmiyyət/şəkil) zaman
morfemləri ilə ifadə olunmuşdur. İngilis dilində bunlar
xəbərlik göstəriciləridir [63, s.107].
İndikativ modallığın felin xəbər şəkli ilə ifadəsindən
danışarkən keçmiş və indiki zaman formaları ilə
kifayətlənmək lazım gəlir. Bunun əsas səbəbi odur ki, yalnız
indiki və keçmiş zaman formaları subyektlə predikat
arasındakı real şəkildə mövcud olan, yaxud real münasibət
kimi təqdim olunan münasibəti bildirir. Başqa səbəb bundan
ibarətdir ki, ingilis dilində felin gələcək zamanı modal fellərin
köməyi ilə ifadə olunur. Bundan isə biz artıq müəyyən qədər
143
bəhs etmişik. Başqa bir səbəb də onunla bağlıdır ki, felin
gələcək zaman formaları
qətilik və qeyr-qətilik
bildirmələrindən asılı olmayaraq, hələlik baş verməmiş
hərəkəti bildirir. Onu görə də gələcək zaman formalarının
ayrıca nəzərdən keçirilməsi vacibdir.
A) İNDİKİ ZAMAN FORMALARI
İndiki zamanın qeyri-müəyyən forması (The Present
Indefinite Tense Form).
İndiki zamanın qeyri-müəyyən forması hərəkətin yalnız
icra olunmasını bildirir. Hərəkət indiki zamanda baş versə
də, danışıq anına bağlı deyil. O, adətən, ümumiyyətlə və
yaxud həmişə baş verə bilər. Məsələn:
He knows nobody. He hates all people. Us he tolerates,
for we are the way of his desire (C.London. Short Stories,
216) “O heç kimi tanımır (tanımaq istəmir)”. O, bütün
insanlara nifrət edir. Bizə o, onun yolundan olduğumuz üçün
dözür (C.London, Qısa hekayələr, 216) [Bizi isə onun
ürəyincə / istəyincə olduğumuz üçün yola verir].
Bununla belə, indiki zamanın qeyri-müəyyən forması
müvafiq kontekstual şəraitdə danışıq anına aid olan hərəkəti
də ifadə edə bilir:
I tell you true. I am afraid. He is the breath of death
(C.London, Short Stories, 214) “Mən sənə doğru deyirəm.
Mən qorxuram. O, ölüm havasıdır” (CLQH, 214) […ölüm
nəfəsidir].
İngilis dilində indiki zamanın qeyri-müəyyən forması
başqa zaman formalarının da yerində işlənə bilir. Məsələn:
Ah, that is cust what I don’t understand! (M.Christie,
Selectid Stories, 91) “Ah, mən elə bunu başa düşə
bilmirəm!” (İndiki zamanın davamedici forması əvəzinə).
Even if it rains, we’ll work “Yağış yağsa da (belə), biz
sabah işləyəcəyik”. Your plane leaves in an hour’s time, he
said “Sənin təyyarən (sizin təyyarə) bir saatdan sonra uçur”,
-o dedi” (Gələcək zamanın qeyri-müəyyən forması əvəzinə).
I remember the scene very well. Miss. Blake in a dinner-
caket, arrives, at the ground floor by lift. The lift door opens
Blake gets out, looks at something on his left registers alarm
Dostları ilə paylaş: |