150
Həmin forma never, ever, often, already, cust, yet kimi
qeyri-müəyyən zaman zərfləri ilə də işlənir.
İ.Rəhimov və T.Hidayətzadə indiki zaman bitmiş
formasının Azərbaycan dilinə nəqli keçmiş zaman forması
ilə tərcümə edildiyini qeyd edirlər. Onlar göstərirlər ki,
hərəkətin başlanğıcının since sözü ilə ifadə edildiyi
cümlələrdə fel azərbaycancaya həm indiki zaman, həm də
nəqli keçmiş zaman formaları ilə tərcümə edilir: Məsələn:
I have not seen him since 1965 “Mən onu 1965-ci ildən
görmürəm / görməmişəm” [39, s.125].
Belə bir kontekstual şəraitdə indiki zaman və nəqli keçmiş
zaman formalarının paralel olaraq işlənməsi faktdır. Amma
bizə belə gəlir ki, Azərbaycan dilində bu iki zaman
formasının işlənmə məqamları arasında belə bir fərq vardır:
uzaq keçmiş üçün nəqli keçmiş zaman, yaxın keçmiş zaman
üçünsə indiki zaman forması yarayır.
İndiki zamanın davam edib bitmiş (The Present Perfect
Continuous Tense Form).
[ have felinin “bitmiş” indiki zamanı+ be felinin Participle II
forması ( been/+əsas felin -ing forması].
İndiki zamanın davam edib bitmiş forması yalnız dinamik
fellərlə işlənir. O, keçmişdə başlanıb, hazırkı danışıq anına
qədər davam edən hərəkəti ifadə edir.
İndiki zamanın davam edib bitmiş forması işlənən
cümlələrdə hərəkətin baş verdiyi dövrü (müddəti) göstərən
ifadələr (zərfliklər, qoşma birləşmələri, since sözü) də
işlənir. Məsələn: We have been staying here all this week
“Biz bütün bu həftəni burada qonaq qalırıq” He has been
working for two hours “O, iki saatdır ki, işləyir”. I have known
him since my childhood “Mən onu uşaqlıqdan tanıyıram”.
Beləliklə, biz görürük ki, ingiliscə İndiki zamanın davam
edib bitmiş formasına Azərbaycan dilində yenə də indiki
zaman forması müvafiq gəlir.
Bəzi hallarda İndiki zamanın davam edib bitmiş forması
keçmişdə baş verib qurtarmış hərəkəti bildirir. Bu zaman o,
felin indiki zaman formasından düzəlmiş hekayə forması ilə
verilir. “Siz burada olmayanda mən bu məqaləni tərcümə
edirdim”.
151
İndi isə, görək, ingiliscə İndiki zamanın davam edib
bitmiş formasının Azərbaycan dili ilə müqayisədə
öyrənilməsi nə vəziyyətdədir.
İ.Rəhimov və T.Hidayətzadənin ingilis dili qrammatika-
sında “I have been reading this article for two hours”
cümləsi azərbaycanca “Mən bu məqaləni iki saatdır ki,
oxuyuram” şəklində verilir [39, s.134]. Bu, “İki saatdır ki,
mən bu məqaləni oxuyuram” variantının çevrilmiş şəklidir.
Etiraf etmək lazımdır ki, tərcümə istər oricinalın zaman
göstəricisini, istərsə də orada işlənən felin məzmununu
dəqiq ehtiva edir. Ancaq burada belə bir cəhətə diqqət
vermək lazımdır. İngilis dilində həmin cümlə sadə cümlə
şəklində olub, for two hours ifadəsi də cümlə üzvüdür
(zaman zərfliyi). Azərbaycan dilində isə bütövlükdə cümlə
mürəkkəb cümlə olub, iki saatdır ki baş cümlə, qalan hissə
isə mübtəda budaq cümləsidir.
İngilis dilində zaman göstəricisi budaq cümlə ilə də ifadə
oluna bilir.
He has been working at the plant since we came here
“Biz bura gələndən (bəri) o, zavodda işləyir”.
Aydındır ki, zamanın nə ilə, necə verilməsi indiki zamanın
davam edib bitmiş formasının azərbaycanca necə ifadə
olunmasına təsir etmir. Misallardan gördüyümüz kimi, həmin
zaman forması Azərbaycan dilində əsasən indiki zaman
forması ilə verilir.
B) KEÇMİŞ ZAMAN FORMALARI.
Keçmiş zamanın qeyri-müəyyən forması (The Past
İndefinite Tense Form).
Keçmiş zamanın qeyri-müəyyən forması qaydalı,
qaydasız və qarışıq üsulla düzəlir. Bunun modallıq
məsələsinə elə bir dəxli yoxdur.
Keçmiş zamanın qeyri-müəyyən formasından keçmişdə
tək-tək, ardıcıl olaraq, təkrar olaraq baş vermiş
hərəkətlərdən bəhs edərkən istifadə edilir. Müvafiq
cümlələrdə keçmişə aid zaman müddətlərini bildirən zaman
zərfləri də işlənir: yesterday, last week (month, year), in
2000 və s.
Məsələn: He wrote the letter and gave me “O, məktubu
yazdı və mənə verdi (yazıb, mənə verdi)”.
152
Yesterday he came from Turkey “Dünən o, Türkiyədən
gəldi”
The teacher entered the room, greeted us and sat down
at the table “Müəllim otağa daxil oldu, bizi salamladı və stol
arxasında oturdu”.
Gördüyümüz kimi, ingiliscə keçmiş zamanın qeyri-
müəyyən forması azərbaycanca müntəzəm olaraq şühudi
keçmiş zaman forması ilə verilir. Ancaq bu, yeganə imkan
deyil. Keçmiş zamanın qeyri-müəyyən forması başqa
keçmiş zaman formaları ilə də verilir. Məsələn: Dan worked
at a factory “Dən fabrikdə işləyirdi” (davamlı keçmiş)
I only met Peter six months ago “Mən Peterlə cəmi-
cümlətanı altı ay bundan qabaq tanış olmuşam” (nəqli
keçmiş zaman).
Şərt və zaman budaq cümlələrində işlənərkən keçmiş
zamanın qeyri-müəyyən forması azərbaycanca ümumiyyətlə
keçmiş zaman forması ilə verilmir. Məsələn:
He said that if he got tickets he would give me a call “O
dedi ki, bilet tapa bilsə, mənə zəng edəcək”.
The children promised that they would turn the TV set off
before they went to bed “Uşaqlar vəd etdilər ki, yatmağa
getməzdən qabaq televizoru söndürəcəklər”.
Keçmiş zamanın qeyri-müəyyən forması müəyyən
müddətdə baş verib qurtarmış hərəkəti bildirərkən
azərbaycanca həm şühudi, həm də nəqli keçmiş zaman
formaları ilə verilə bilir:
After seminar we sat in the Academian garden for a long
time “Seminardan sonra biz uzun müddət Akademiya
bağında oturduq (oturmuşuq)”.
Buna oxşar bir halı used+to infinitive qaydasında
düzəldilmiş keçmiş qeyri-müəyyən zamanda da müşahidə
edirik.
Həmin forma azərbaycanca həm indiki zamanın, həm də
qeyri-müəyyən gələcək zamanın formasından düzəlmiş
hekayə forması ilə verilir. Məsələn:
He used to come to see us every Sunday “O adətən hər
bazar günü bizi görməyə gəlirdi (gələrdi)”.
Davamlı keçmiş zaman forması (The Past Continuous
Tense Form).
Dostları ilə paylaş: |