Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

87
hamısını    yerinə yetirdin.    İndi,    bir    tərəfdən    qarşında    bir-birinin    üstünə
qalanmış  xərabələr,  keçmiş əmək  nəticələrinin  uçulub  dağılması  ilə barabər
ən    zəruri    olan    gündəlik    tələbat    durur    və hazırkı    dərdlərin    səsbəbi    olan
fəlakət,    bədbəxtliklərə qarşı    lazım    olacaq    saysız-hesabsız    tədbirlər    sənə
xatırladılır.    Digər    tərəfdən    isə Tehranın    mütərəqqi    ziyalılarının    səsini,
Azərbaycan    xalqının    nəcib    xidmətləri    haqqında    deyilən tərif    və afərin
səslərini  eşidirsən.  Bu  ibrət  verici  mənzərəyə qarşı  artıq  düşünmək,  ölçü
götürmək  vaxtı  gəlib  çatmışdır”.
Xiyabani  xalqa  “Sən”  deyə müraciət  edir.  Lakin  Xiyabani özü də bu  “sən”in
içərisindədir.  Ö,  heç  zaman  xalqı  özündən  ayrı  və yaxud  özünü  xalqdan  ayrı
tutmur.    Bu    “sən”in    içində eyni    zamanda    xalqın    keçdiyi    tarixi    proseslər,
çəkdiyi əzablar,  gördüyü  bəlalar,  aldığı  zərbələr,  düşdüyü  fəlakətlər,  faciələr,
müsibətlər    var.    Xiyabani    “Sən”ə nəsihətlər,    tövsiyələr,    təlimlər    verməklə
yanaşı,  özünə də dərslər  verir.  Daha  doğrusu  Xiyabaninin  “sən”inin  içərisində
xalqla  birlikdə uçurumlara  yuvarlanan,  qırx  arşın  quyunun içində çapalayan,
qaranlıqlara  qərq  olan,  bir  az  işıq  ucu  axtaran,  buna  görə çarpışan,  vuruşan,
nəhayət  qüvvə toplayıb  işığa  çıxmaqdan  ötrü  çürük  məkanları  yerlə yeksan
eləyən  mübariz, əzmkar,  cəsarətli  və qorxmaz  bir  Xiyabani,  eyni  zamanda
onun  və demokratik  qüvvələrin  timsalında  şücaətli  bir  xalq  vardır.  Bu  “sən”
Xiyabaninin  şagirdi  və yaxud  tələbəsi  deyil,  bu  onun  qarşısında  baş əydiyi,
yolunda  hər  an  şəhid  olmağa  hazır  olduğu  sülhsevər,  humanist,  fəqət lazım
gələndə düşmənin  başını əzə biləcək  qədər  qüdrətli  bir  xalqın manumental  bir
obrazıdır. Əgər    dramaturgiya    dili    ilə desək,    xalqın    ümumiləşdirilmiş
qəhrəmahlıq  surətidir.  Fəqət  bu  “sən”  simvolik  bir  xarakter  daşımır.  O,  real
olduğu    qədər  də bütövdür,    bölünməzdir.    Xiyabaniyə görə bu    “sən”    çox
şeylərə qadirdir    və artıq    o    ayılmışdır...    Bu    “sən”    həm  də bütövlükdə
Azətbaycan  deməkdir.
Xiyabani  yuxarıda  qeyd  olunduğu  kimi  “təcəddüdçü”,  yəni müasirliyin,
eyni  zamanda  mədəni  tərəqqinin  tərəfdarı  idi.  Məlim  olduğu  kimi  cəmiyyətin
tərəqqisi  onun  üzvlərinin  quruculuq əzmi,  yenikçilik  ruhu  ilə sıx əlaqədardır.


88
Amma    bu    heç  də xalqın    bütün    keşməkeşli    tarixi    boyu    qazanmış olduğu
təcrübəsinə, ənənələrinə,  mədəni  irsinə və qayğıkeş  münasibət  məsələsinin
əhəmiyyətini    azaltmır.    Xiyabaniyə görə keçmişin    mədəni    irsindən    nəinki
imtina  edilməli, əksinə bunun əsasında  yeni  irs  yaratmaq  üçün  zəruri  təməl
kimi    istifadə olunmalıdır.    Axı    cəmiyyətin əsarlər    boyu    toplamış    olduğu
təcrübənin  yaşadılması,  yaradıcı  şəkildə mənimsədilməsi  tarixə yenicə qədəm
qoyan  hər  bir  nəslin  təfəkkür  və davranış  mədəniyyətinin  təşəkkül  tapması
üçün   labüddür.   Mədəni   irsə qayğıkeş   münasibətin    olmadığı    yerdə qurucu
fəaliyyət    bacarığının    tərbiyə
edilməsindən    danışmağa    belə
dəyməz.
Xiyabaniyə görə bütün  ziddiyətli  cəhətlərinə baxmayaraq  mədəniyyət  tarixi
yüksək    ictimai    amalların,    ümumbəşəri    dəyərlərin    bərqərar    olması    uğrunda
gərgin,  qurbanlarla  və mərhumiyyətlərlə dolu  mübarizədə xalqın  çətin,  ağrılı-
acılı    təcrübəsini    özündə qoruyub    saxlayır.    Xalqın    tarixi    yaddaşı    onun
mədəniyyət    quruculuğunun əsas    şərtidir. Əks    təqdirdə xalq    öz    mənliyini,
hətta  varlığını  itirə bilər.    Məlum  olduğu  kimi  Xiyabani  güclü  ilahiyyat
dərsləri  almışdı  və səksən  dənə ilahiyyat  elmlərinə yiyələnmişdi.  Bu  isə o
demək  idi ki,  o,  müqəddəs  Qran  və hədislərdən  istifadə qaydalarının  işlənib
hazırlanması  və bu  təməllərdən  irəli  gələn  meyar  və üsulların  cəmiyyətin
həyatına  tətbiqi  məsələləri  ilə məşğul  olan “Fiqh”  elmini,  ilahiyyat  fəlsəfəsini,
dilçilik    elmini,    nücum    elmini,    riyaziyyatı,    tibb    elmini,    coğrafiyanı,    eyni
zamanda  özü  bir  elm  kimi bədii  üslubiyyət  və ritorika,  bədii  estetik  təfəkkür
tərzi,    bədii    ifadə vasitələri    və obrazlar  (poetik    qəliblər), ədəbi    tənqid    və
ədəbiyyatşünaslıq,    fəsahət,    bəlağətin əsas    şərtləri,    söz    və məna    vəhdəti,
məani,  bəyan,  məanin  tərkib  hissələri;  xəbər,  müsnəd  ideya,  müsnəd, məqə
əliqati,  inşa,  vəsl və fəsl,  icad,  itnab,   müsaqvat,  bəyanın  tərkib  hissələri;
təşçeh,  istiarə,  məcaz,  kinayə, bədi  və onun  bölmələri;  ləfzi (söz)  gözəllikləri,
mənəvi (məna)  gözəllikləri,  Quran  bəlağətindən  faydalanan  üsullar;  iqtibas,
təlmih,  təzmin,  həll  kimi  elmləri əhatə edən  bəlağət  elminə yiyələnmişdir.
Bundan əlavə bu  da  hamıya  məlumdur ki,  tarix  boyu  ilahiyyat  alimlərinin
təhsil    aldıqları    ali    ilahiyyat    tədris    ocaqlarından ən    məhşurları    Təbriz


89
şəhərində yerləşirdi  və iahiyyat  alimləri, ələlxüsus da  azərbaycanlı  alimlər  bu
şəhərdə ali  ilahiyyat  təhsili  alırdılar.  Buna  misal  olaraq  biz  elə Xiyabaninin
özünü  göstərə bilərik ki, o  gənc  yaşlarında  Qafqazı  səyahət  edərək,  orda  bir
sıra  dünyəvi  elmlərə yiyələndikdən  sonra,  Təbrizə dönmüş  və ona  lazım  olan
ilahiyyat  dərslərini  məhz  bu  şəhərdə almışdır.  Şübhəsiz  ki,  ilahiyyat  elmlərini
mənimsəmək    Xiyabaninin    bir    şəxsiyyət    kimi    formalaşmasına    öz    müsbət
təsirini  göstərmişdir.  Lakin  Xiyabani  elə bir  zamanda   yaşayırdı ki, Rusiya
əhalisi    şiə müsəlmanlar    olan    İranla, əhalisi    sünni    müsəlmanlar    olan
Türkiyənin  arasına  daima  nifaq  salmağa  çalışır,  bu  məzhəb  ayrılığını əlində
əsas  tutaraq  fitnə-fəsad  torədir,  bir  sözlə iki  müsəlman  dövlətini  bir-birinə
qarşı  qoyaraq,  öz  məkrli  planlarını  həyata keçirmək  üçün  fəaliyyət  göstərirdi.
Çox    təəsüflər    olsun  ki,    müsəlmanlar    arasında    gedən    bu  mənasız    məzhəb
davası,  o  zaman da  rusların  fitnəsi  ilə bəzən  öz  bəhrəsini  verirdi. Lənətə
gəlmiş  Yəzid  ibn  Müaviyyənin  davamçıları  ilə,  fars  şovinizminin  təsiri  ilə
fanatikləşmiş  insanlar  bir-birinə qarşı  duraraq  qanlı  qırğınlar  törədirdilər.  Onu
da  qeyd  etmək  lazımdır ki,  nə sünnilik  pərdəsi  altında  gizlənmiş  münafiq
Yezid    davamçılarının,    nə də şiəlik    pərdəsi    altında    fəaliyyət    göstərən
fanatiklərin əslində İslam  dininə heç  bir  adiyyatları  yox  idi. Əslində bu
insanlar  daima  Allaha  üsyan  edən əqidəsiz  və simasız  adamlar  idi.  Çünki
kainatın
əfəndisi    sevgili    peyğəmbərimiz    Həzrəti    Məhəmməd
əleyhəssalatuvəssəlləmin  iki  mübarək  hədisi-şərifi  vardır;  “Kim  mənim əhlü-
beytimi  sevməsə,  məndən  deyil”,  eyni  zamanda  “Kim  mənim əshabi-ikramımı
da    sevməsə məndən    deyil...” Əsrlər    boyu    İmam    Hüseyn əleyhəssalamın
şəcərəsinə,    nəslinə,    eyni    zamanda    onu    sevənlərə,    rəğbət    göstərənlərə
işgəncələr    verən,    onları    doğma    yerd-yevalarından    didərgin    salan    Yezid
davamçıları,  eyni  zamanda  Həzrət Əli əleyhəssalamdan  başqa, əshabi-ikramın
üzvülərinin  üçünün də üstündən  xətt  çəkən  fanatiklər...  Rusiya  bu  mənasız
məzhəb  ayrılığından  olduqca  məharətlə istifadə edirdi. İranın  və Türkiyənin
müsəlman  dövlətləri  olduğunu  nəzərə alan  və onların  Qafqaz  müsəlmanlarına
daha  çox  təsir  göstərə biləcəyindən  ehtiyat  edən  Rusiya  hökuməti  burada


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə