Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

93
XX əsr quzeyli,  güneyli  Azərbaycana  bir  neçə dahi şəxsiyyət  bəxş  etmişdir.
Belə ki,  bu  şəxsiyyətlər  Azərbaycan  xalqının  taleyində olduqca  mühüm  rol
oynamışlar.  Buna  misal  olaraq  Hacı  Zeynalabidin  kimi  xeyriyyəçi  el-atasını,
M.Ə.Rəsulzadə kimi,  Fətəlixan    Xoyski    kimi,    Nəsib  bəy    Yusifzadə kimi,
Əlimərdan  bəy  Topçubaçov  kimi  siyasi  xadimləri,  Səttarxan,  Bağırxan  kimi
el    qəhrəmanlarını,    Pişəvəri    kimi    ictimai    xadimləri,    Heydər Əliyev    kimi
nəhəng    siyasətçini    və şübhəsiz  ki,    Şeyx    Məhəmməd    Xiyabani    kimi  bir
şəxsiyyəti  göstərmək  olar.  Xiyabani  zəmanəsinin ən  nəhəng  simalarından  biri
idi.    İstər    onun    inqilabi    fəaliyyəti,    istərsə də ədəbi    fəaliyyəti    Azərbaycan
xalqının    yaddaşında    daim    yaşamaqdadır  və yəqin  ki,    qiyamətə qədər  də
yaşayacaqdır.  Xiyabaninin  Azərbaycan  xalqının  azadlığı  üçün  gördüyü  işlər
misilsizdir.    Xiyabani    sağlığında    böyük    bir    azadlıq    mübarizəsi    məktəbi
uyaratmışdır.  Belə ki, Azərbaycan  xalqı  bu  məktəbdən  çox  şeylər  öyrənmiş
və zaman-zaman    öyrəndiklərini    həyata    keçirmişdir.    Vaxtilə Hindistanı
İngiltərə müstəmləkəçiliyində azad    edən    Mahatma    Qandi    demişdir:    “Biz
azadlıq  mübarizəsini  İmam  Hüseyn əleyhəssalamdan  öyrənməliyik...”
İndi    çox    şükürlər    olsun    Ulu    Yaradana  ki,  biz,    yəni    Quzey
Azərbaycanda  yaşayan  azərbaycanlılar,  artıq  neçə ildir ki,  müstəqil,  sərbəst,
necə deyərlər    özümüz    öz    ağamız    olaraq    suveren    bir    dövlətdə yaşayırıq.
Əsrlər  boyu  İranda  azərbaycanlılar əzilmiş,  huquqları  tapdalanmış,  döyülmüş,
söyülmüş, təhqir olunmuşlar. Əgər cənublu soydaşlarımız İranda bərabər  huquqlu,
xoşbəxt  və firavan  yaşasaydılar,  şübhəsiz ki,  kimsə inqilab  eləmək,  şah  üsul-
idarəsini  devirmək,  müstəqil  bir  cumhuriyyət  qurmaq  fikrinə düşməyəcəkdi.
Fəqət  Səttarxanı da,  Xiyabanini də Pişəvərini də bu  üsul  idarəyə qarşı  qiyam
qaldırmağa    məcbur edən,    bolşeviklərin    hayqırdığı    kimi    sinfi    mübarizədən,
varlı-kasıb  mübarizəsindən  ötrü  deyil,  məhz  azərbaycanlılara  qarşı  olan  təyziq
və haqsızlığın  qarşısını  almaqdan  ötrü  idi.  Düzdür,  bu  şəxsiyyətlərin  arzuları
tamamilə həyata keçmədi,  onların  üçü də nəticədə məhz  haqsızlığın  qurbanı
oldular.  Lakin  onlar  Azərbaycanın  azadlıq  tarixinə öz  adlarını  qızıl  hərflərlə
yazdılar.  Beləki  istər  Səttarxan,  istər  Xiyabani,  İstər  Pişəvəri  haqqında  artıq


94
uzun  illərdir ki,  elmi  tədqiqat əsərləri,  eyni  zamanda  bədii əsərlər  yazılır  və
hələ də yazılmaqdadır.  Güney  Azərbaycanın görkəmli ədəbi  simalarından  olan
Həmid    Nitqt Şeyx    Məhəmməd    Xiyabani    haqqında   olduqca    gözəl   bir   şer
nümunəsi    yaratmışdır.    Bu    şeirə nəzər    yetirdikcə biz    Həmid    Nitqinin
misralarında    Xiyabani    hərəkatını,    eyni    zamanda    bu    hərəkatın    qönçə ikən
solduğunun  olduqca  bədii  və poetik  bir  şəkildə ifadə olunduğunu  görürük:
Səninlə bir  kitabxanada  görüşdük,
Göz  yaşlarında  tanışdıq,
Və ikimiz də bir  gözəllə sevişdik.
Sənin  gözlərin  yumulanda  mən  gözlərimi  açdım.
Yetim  buraxdığın  dünyanın  ağır  havası  ilə,
Bitməyən  yasında böyüdüm.
Günlərimə gecələrim  hökm  etdi. Mövsümlə həp  eyni...
Xəzan  hüznlə
Başlayıb  bitdi.
Lakin  gecələrimi  xəyalınla
Doldurdun,
Gözlərimdə nur,
Dizlərimdə güc.
Və ürəyimdə qurur  oldun.
Ancaq  neçin  gözlədiyin  saat  gəlmədi?
Yaralar  sağalmadı?
Və sağalmaz  mənim  qanayan  yaram.
Dağ  başını  duman  aldıqca,
Bayatıların  sinəmdə qaldıqca,
Mənə öyüd  ver,  ey  ulu  kölgə,
Gülləri  solduran  yelə nə deyim?!
Səsini  itirən  elə nə deyim?!


95
Göründüyü  kimi  Həmid  Nitqi  Aytan  Xiyabaninin  Azərbaycan  xalqı üçün  kim
olduğunu bədii  boyalarla  təsvir  edib,  xalqa  çatdırır.  Bu  misralar  Xiyabaninin
olduqca böyük və dahi  bir  şəxsiyyət  olduğunu  poetik  formada  bizə göstərir.
Lakin    bu    çox    azdır.    Biz    Xiyabani və b. haqqında    çox əsərlər,    şeirlər,
poemalar    yazmalıyıq,  onun    haqqında   çox araşdırmalar    aparmalıyıq.    Çünki
əksəriyyəti    sovetlər    dönəmində yazılan    bu əsərlərin    müəllifləri    totalitar
rejimin  qorxusundan  bir  çox  həqiqətləri  gizlətməyə məcbur  olmuş,  bu  siyasi-
ictimai  xadimləri  və milli  qəhrəmanları  bir  “bolşevik”  kimi  formalaşdırmışlar
və bizi    bu    adamların  “leninçi”    olduğuna    inandırmağa    çalışmışlar.    Belə ki,
onların  xalq  qarşısındakı  çıxışlarını  istədikləri  kimi  qayçılamış, əvəzində isə
Leninlə,  bolşevizmlə,  sosializmlə bağlı  yalanlar  uydurmuşlar.  Çox əfsuslar
olsun ki,  indinin  özündə də Səttarxanın  başladığı  Məşrutə hərəkatını,  bolşevik
hərəkatı    kimi,    Xiyabaninin    Milli-Azadlıq    hərəkatını    Leninin    sifarişi  ilə
etdiyini, Pişəvərinin    qurduğu    Milli    Hökuməti    isə rusların hökmü    ilə
qurduğunu  iddia  edənlər  var.  Biz  belə “tədqiqatçılara” cavab  verməkdən  ötrü
də,    daha    dərin    araşdırmalar    aparmalı  və böyük    şəxsiyyətlərin    sözün əsil
mənasında  kim  olduğunu  xalqımıza  çatdırmalıyıq.
N Ə T I C Ə
Şeyx    Məhəmməd    Xiyabani      Azərbaycanda    demokratiya    və azadlığın
qələbəsi,    xalqın    milli    şuurunun    oyanması,  milli-bəşəri    publisistikanın
zənginləşməsində böyük əməyi    və rolu    olan    bir    şəxsiyyətdir.    Xiyabani
olduqca  mürəkkəb  ictimai-siyasi  şəraitdə mübarizələrlə dolu  şərəfli  həyat  yolu
keçmiş,    inqilabi-demokratik    publisistikanın    inkişafında    misilsiz    xidmətlər
göstərmişdir.  Xiyabani  inqilabi  fəaliyyətində Sərdari-milli  Səttarxanın  inqilabi
məktəbinə,        ictimai,    fəlsəfi,    bədii    fikir    tarixində isə bir    publisist    kimi


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə