Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

90
həm  şiəliyin,  həm də sünniliyin  nüfuzunu  məhdudlaşdırmaq  siyasəti  yeridirdi.
Xristianlığın    təbliğini    gücləndirmək,    bu    məqsədlə Türkiyədən    və İrandan
minlərlə ermənini    və Rusiyanın    özündən    müxtəlif    bidətçi    təriqətlərin
Azərbaycana  köçürülməsi  (Azərbaycanda  rus  bidətçi  təriqətlərinin  ardıcılları
ilk  dəfə 1834-cü  ildə Altı-Ağac ərazisində yerləşdirilmişdir.  Elə həmin  vaxt
Şuşa  və Lənkəıran  nahiyələrinə,  Yelizavetpol  və Bakı quberniyalarına  xeyli
rus  kilsəsi  təriqətçiləri  köçürülmüşdür. Bütünlükdə Azərbaycanda  1868-ci  ildə
27  təriqətçi  kəndi  və 1  köhnə ayinçilər  kəndi  var  idi.  Yarım  milyondan  artıq
erməninin  də
Azərbaycan ərazisində yerləşdirilməsi bu    məqsədə xidmət
edirdi.   1918-ci  ildə rus  bidətçiləri “malakanlar”  Xızını  və Xızının  kəndlərini
ələ keçirməkdən  ötrü,  ermənilərə çuğulluq  eləmişlər.  Azərbaycan  xalqının
içərisində qəhrəmanlıqda  və cəsurluqda  ad  çıxarmış  “dağlılar”  Xızıya  hucuma
keçən    daşnak    ordusunu    tamamilə məhv    eləyəndən sonra,    malakanları
çuğulluq elədiklərinə görə möhkəmcə cəzalandırmışlar). Qafqaz  müsəlmanlarının
Türkiyə,    İran    və ərəb    ölkələrindəki    həmməzhəbləri    ilə əlaqələrinin
məhdudlaşdırılması,  Məkkə,  Mədinə,  Kərbəla,  Nəcəf,  Məşhəd  kimi müqəddəs
yerlərə ziyarətlərin  qarşısını  almaq  cəhdləri,  müxtəlif  islam  mərkəzlərinin  və
müsəlman  nüfuz  sahiblərinin  göstərişlərinin  Qafqaz  müsəlmanları  üçün  heç
bir    səlahiyyəti    olmaması    barədə rəsmi  qərarlar,    din    xadimlərini    qonşu
dövlətlərin  nəfinə fəaliyyət  göstərməkdə günahlandırıb  Qafqazdan  çıxarılması
və s.    Bu    siyasətin    tərkib    hissəsini    təşkil    edirdi.    Bütün    bu    cəhdlərə
baxmayaraq    müqəddəs    Qurani-Kərim    və Şəriət  müxtəlif    təriqətlərdən    olan
müsəlmanları    birləşdirə bilirdi.    Bakı,    Gəncə,    Şuşa,    Quba,    Şamaxı,
məscidlərindən  təriqət  ixtilaflarına  son  qoymağa  çağıran  möizə və xütbələr
eşidilirdi. Şiə şeyxülislamı ilə sünni müftüsünün bu sahədə əlbir fəaliyyətinə dair
mənbələrdə kifayət qədər məlumat vardır. Həmçinin  Xiyabani də Səttarxan  kimi
belə mənasız    qarşıdurmaya,    irticaçıların,    mürtəcelərin,  müstəmləkəçilərin
əvəzinə,  öz  müsəlman  qardaşının  qanının axıdılmasına  gedə bilməzdi və onun
buna  mənəvi  haqqı  yox  idi. Xiyabani  daim xalqını  belə şeylərə getməməyə,
fitnə-fəsad  törədənlərin  fitnəsinə uymamağa  çağırırdı.  Təsadüfü  deyil  ki,  onun


91
bütünlüklə ədəbi  fəaliyyətində,  nə “Təcəddüd”  üçün  hazırladığı  proqramlarda,
nə məqalələrində,  nə də məntiqli  çıxışlarında  sünni-şiə məsələsinə,  həmçinin
də məzhəb  ayrılığına  aid  olan  ifadələrə rast  gəlmək  mümkün  deyil.  Xiyabani
sözün əsil  mənasında  olduqca müdrik şəxsiyyət idi.  Buna  görə də onun ədəbi
fəaliyyəti  vətənpərvərliklə,  azadlıqsevərliklə,  inqilabiliklə yanaşı, həmişə başqa
xalqlara,  başqa  təriqətlərə,  başqa  irqdən olan  insanlara  hörmət  göstərməyi,
bəşər    övladının    hər    bir    tərəqqipərvər    insanı    ilə sülh    və əmin-amanlıq
şəraitində yaşamağı    bəyan    edirdi...    Zəmanəsinin ən    böyük    şairi    və
maarifçilərindən    biri  S.Ə.Şirvani    bu    münasibətlə “Cəfər,    ey    qönçeyi
gülüstanım,  ey  mənim  bülbülü-xoşəlhanım”  beytilə başlanan  nəsihətində belə
deyird:
Demirəm  mən  gedən  təriq  ilə get,
Əqli  tut,  il  gözəl  rəfiq  ilə get,
Demirəm,  rus  ya  müsəlman  ol,
Hər  nə olsan  get, əhli  ürfan  ol,
Demirəm  şeyxi  ol  və ya  babi,
Hər  nə olsan,  tək  olmaq  qüllabi,
İstər əclaf,  istər əşraf  ol,
Hər  nə olsan ol, əhli-insaf  ol!
Artıq əsrlərdir ki,  hər  vəchlə İslam  dinini  gözdən  salmaq  istəyən  münafiqlər,
İslam  dini  pərdəsi  altında  özlərindən  cürbəcür  şeylər  uyduraraq,  müqəddəs
Qurani-Kərimdən,    sevgili peyqəmbərimizin    Şəriətindən    və mübarək    hədisi-
şəriflərindən  və ümumiyyətlə ilahiyyat  elmlərindən,  bir  sözlə İslam  dinindən
zəif  məlumata  malik  olan  insanları  öz  uydurmaları  ilə yoldan  çıxarır,  onları
Uca    Yaradanın    qadağa    qoyduğu,    haram    buyurduğu,    günah    saydığı    işlərə
sürükləyirlər.    Münafiqlər    zəif    iradəli,    İslam    dinindən    lazımi    qədər
maariflənməmiş  insanları  fala,  caduya,  mövhumata,  qarabasmalara  inanmağa
sövq  edir  və bunun  nəticəsində külli   miqdarda  pul əldə eləyirlər.  Vaxtiə
Azərbaycanın
mütəfəkkirləri
M.F.Axundzadə, 
C.Məmmədquluzadə,
Ə.B.Haqverdiyev, M.Ə.Sabir  və başqaları  böyük  ürək  ağrısı  ilə dəfələrlə öz


92
yaradıcılığlarında  bu  movzuya  toxunsalar da,  çox əfsuslar  olsun ki,  indinin
özündə də Dərviş  Məstəli  şahlar,  Şeyx  Nəsrullahlar  və onlara  inanan  avam
adamlar  kifayət  qədərdir.  Müqəddəs  Qurani-Kərimdə falçıların,  cadugərlərin,
tasquranların,  düyünlərə üfürənlərin  möhtəkir  olduqları  və buna  inanmağın
küfr  olduğu  haqqında  kifayət  qədər  mübarək  ayələr  vardır. Fanatizmin  ayaq
tutub  yeridiyi  İranda  Xiyabani də öz  çıxışlarında  cahilliyi,  fanatizmi,  xürafatı,
mövhumatı  ifşa  etmiş  və bu  barədə “Təcəddüd”ün  səhifələrində yazılar  dərc
etmişdir.  Xiyabani  ibadətin  dəyərlərini  və hansı əməllərin  ibadət  olduğunu
şübhəsiz  ki,  xalqa  anlatmaya  bilməzdi.  Düzdür  bu  haqda  bizim əlimizdə
kifayət  qədər  material  yoxdur.  Lakin  müctəid  rütbəsnə qədər  yüksəlmiş  bir
insanın    məscidlərdə xütbələr    oxuduğu    zaman    İslam    ehkamlarının əvəzinə
başqa  şeylər  anlatmağına  inanmaq  olduqca  gülünc  və qeyri-realdır. Bir də ki,
Xiyabaninin yaradıcılığına nəzər  yetirərkən,  onun  islam  ehkamlarından  kənara
çıxmadığının,    yalnız islam    qanunlarıyla    hərəkət    etdiyinin    şahidi    oluruq.
Xiyabaninin  eyni  zamanda  istər  dövrü  mətbuatda,  istərsə də xalq  qarşısında
söylədiyi    çıxışlarında    cəhalət    və avamlıq əleyhinə mübarizə apardığını  da
görürük.  İslam  dinindən  bir balaca  xəbəri  olan  insanlar  bilirlər ki,  ibadət
yalnız  namaz  qılmaqdan,  oruc  tutmaqdan  ibarət  deyil.  Həzrəti  Məhəmməd
əleyhəssalam  buyurmuşdur: “İmanın ən  yaxşısı  yetim  başına  sığal  çəkmək, ən
sadəsi  isə yoldakı  daşı  götürüb kənara  qoymaqdır”.  İbadət  həm də ehtiyacı
olanlara əl    tutmaqdan,    xəstələri    ziyarət    etməkdən,    böyüyə-kiçiyə hörmət
göstərməkdən,  alnının  təri  ilə ruzi  qazanmaqdan,  torpağın,  vətənin  uğrunda
cihada  getməkdən, elm  öyrənməkdən  və öyrətməkdən,  eyni  zamanda əxlaqı
gözəl  və təmiz  olmaqdan  ibarətdir.  Biz  Xiyabaninin  publisistikasına  nəzər
yütirsək,  onun  bütün  bunlara  nə qədər  mənalı  surətdə əməl  elədiyini və xalqı
da  buna  dəvət elədiyini  görərik. Onun  Milli  hökumət  qurandan  sonra  isə,
xalqın  səfil  vəziyyətində yaçayan  zümrəsi  üçün  komissiyalar  təçkil  etdiyinin,
qoca  insanlar  üçün  “Qocalar  Evi”  təşkil  etdiyinin,  eyni  zamanda  istər  qiyam
vaxtı,    istərsə də Milli  hökumət    yaranandan    sonrakı çıxışlarında    cihada
çağırışlar  etdiyinin  xalq  üçün  nə qədər  faydalı  olduğunun da  fərqindəyik.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə