Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   29   30   31   32   33   34   35   36   37

100
47.Pişəvəri  M.S.  Ümid.  “Azərbaycan”  qəzeti  1918  13  fevral  nömrə 5.
48.Pişəvəri  M.S.  Nahaq  qanlar.  “Hürriyyət”  qəzeti.  Bakı, 1919,  13  oktyabr
nömrə 24.
49.Pişəvəri  M.S.  İngiltərə və İran.  “Hürriyyət”  1919, 12  oktyabr,  nömrə
24.
50.Paşazadə A.  Qafqazda  İslam:  Tarix  və müasirlik.  Azərbaycan  Dövlət
Nəşriyyatı,  Bakı,  1410 (1991).
51.Rəhim Əliyev.  «İrtica dövründə ədəbiyyat və mətbuat»  (1911-1922).
Taleyin sözü kitabı. Bakı, 2008.
52.Quliyev Elman. Şəhriyar poeziyası və milli təkamül. Bakı, “Elm”, 2004.
53.Tərbiyət    M.    Danişməndani    Azərbaycan.    Görkəmli    elm    və sənət
adamları.  Azərbaycan  Dövlət  Nəşriyyatı.  Bakı, 1987.
54.Tağıyeva    Ş,    Rəhimli Ə,    Bayramzadə S.  Güney    Azərbaycan.    Orxan,
Bakı, 2000.
55.Yaqublu  N.  Məmməd Əmin  Rəsulzadə.  Bakı,  Gənclik, 1991.
56.Ümid  Körpüsü.  İslam  Konfransı  Təşkilatının  VIII  zirvə görüşü.  Tehran,
9-11  Dekabr  1997-ci il.
57.Xiyabani    Ş.M.    Azərbaycan    Və Azərbaycan    Demokratik    Qüvvələri.
Azərbaycan  ruznaməsinin  nəşriyyəsi 1340 (1961)   Bakı, 2009.
58.X.R.Ulutürk. Ədəbi tənqid. Bakı, 2003.
59. X.R.Ulutürk. «Ədəbiyyat və incəsənət» qəzeti, 1976, 27 noyabr.
VUQAR MİKAİL oqlı AXMED


101
Şeyx Maqomed Xiəbani
(monoqrafiə)
BAKU – «Muallim» - 2010
ŞEYX  MƏHƏMMƏD XİYABANİ
AZƏRBAYCAN VƏ AZƏRBAYCANIN
DEMOKRATİK QÜVVƏLƏRİ


102
Azərbaycan ruznaməsinin nəşriyyəsi
1340 (1961)
B A K I - 2010


103
“And  olsun  şərəfimizə nə qədər  ki,  biz  diriyik,  heç  bir  xətər,  təhlükə,
qorxutma, hədələmə bu qiyamın əsasını sarsıda bilməyəcəkdir, rəhmsizcəsinə oda
yandırılıb, nəzəriyyəsindən dönməyən, zəhər bardağını başına çəkərək haqqı isbat
edən, haqq tərəfdarlarının səbat və mərdliyini biz qarşımızda qoyduğumuz məqsədi
icra  etməklə başqalarına  isbat  edəcəyik.  Biz  bir  çox  səmimiyyətli,  sədaqətli
yoldaşlarımızla birlikdə bu cür ölməyə, şəhid olmağa özümüzü hazırlamışıq”. Şeyx
Məhəmməd Xiyabani.
Hicri  XII  (18  m) əsrdə böyük  Səfəvi  dövlətinin  uğursuz  süqutu  XII  (19  m)
əsrdə xalqın  iqtisadi,  siyasi  və ictimai  həyatında  baş  verən  bir  sıra  mühüm
hadisələr ucundan yaşadığımız yüz ildə ölkədə mühüm  hadisələrin baş verməsinə
zəmin  hazırlandı.  Vətənin  azadlıq  və istiqlalının  qorunması  uğrunda  min  illərlə
mübarizə aparan  igid  fədailərimizin əzəmətli və məğrur  heykəlinin tarixi  abidəsi
kimi  göylərə baş  qaldıran  doğma    Səhənd  və Savalanın  köksündən  qopan  və
vulkan (hicri) XIV əsrin (20 m) başlanciğında püsgürməyə başladı. Xalqlarımızın,
Azərbaycan xalqının bu hərakatı zülm və haqsızlığın hakim kəsildiyi dünyanı öz
ayıldıcı gurultusu və düşündürücü nərəsiylə titrətdi və düşünməyə vadar etdi.
Azərbaycandan qopan bu vulkan Pompeyni yanar odlar və isti kül dağlarının
altında  basdıran,  abadlıqları  xarabazara  çevirən  təbii  bir  fəlakət  deyil,  xarabaya
çevrilmiş  yurd və irmaqları  yenidən  abad  etmək,  doğma  və haqq  deyən  dillərə
asılmış qıfılları açmaq haqq yolunda, millətin azadlıq və istiqlalı yolunda qədəm
atanların əl-ayağına vurulmuş qandal və kündələri sındırıb kənara atmaq, zülm və
fəlakət cadusunun bağladığı sehrli tilsimati sındırmaq kimi müqəddəs və mühüm
bir insani vəzifəni qarşısına qoyan təbii bir əmr idi:
Mədəniyyət  gətirməsini  və mədəniyyətini  hamıdan  tez  mədəni  olan  Şərqin
üzünə çəkən  burnuna  yenicə mədəniyyət  qoxusu  dəymiş  Urupa  (Avropa  V.Ə.)
irticaçıları xristianlığın çürümüş və şikəst olmuş xaç və zeytun şaxəsilə bəşəriyyətə
- dünyaya  meydan  oxuduğu  bir  vaxtda  xaç  müharibəçilərinin  həris  və
mədəniyyətsiz xalqları bəşəriyyətin mədəni atasına – qocaman Şərqə mədəniyyət
sataraq  tənə vurduğu  bir  zamanda  Asiyada  Azərbaycan  Şərqin  müstəmləkə
zülmünə qarşı  aldığı  son  qərarı  bütün  aləmə elan  etdi.  Haqsızlıq  və ədalətsizlik


104
üsul-idarəsini sarsıdan , yoxsulların və məzlumların axar su kimi saf və təmiz olan
milli vicdanını hərəkətə gətirən mücahidlərin “hel mübariz” məlhələsi içərisindən
hər  şeydən əvvəl  xilaskar  və amiranə bir  səs  eşidilirdi,  bu,  Şərqin  müstəmləkə
dünyasına  etirazı,  məzlumlara  müraciəti  idi:  “Şərəfsiz  adamların  sizə hakim
kəsilməsini qəbul etməyin” (Xiyabani).
Artıq  Azərbaycanın  susdurulan  torpağı  hərəkətə gəldi  :qurudulan  çay  və
çeşmələr    yenidən    axmağa  başladı.  Ümidsiz  yatanlar ümidlə yuxudan qalxdılar.
İgid və müdrik babalarımızın tarixi yığıncaqlarının yerini tutmuş Azərbaycan milli
əncüməni  yarandı.  Millətin  azadlıq  bayrağı,  İran  xalqlarının  qurtuluş  bayrağı
Səttarxan  millinin çiynində dalğalandı.
Azərbaycan  milli əncümənində kimsənin  torpaqlarını  tutmaq,  kimsənin
hüququna toxunmaq fikri qətiyyən yol tapmamış, millətin düşünən beyni və gözü
olan  milli əncüməndə bir  məsələ:vətənin  azadlıq  və məmləkətin  tərəqqi  yoluna
çıxmaq məsələsi müzakirə olunaraq bir qəraq qəbul olunmuşdur. Məmləkət azad
olmalı,  ölkənin  istiqlalı  təmin  edilməli,  qanun – ictimai ədalət  hakimiyyət
etməlidir (Xiyabani).
* * *
Bu milli cəhad və müdafiədə Azərbaycan bütün dünyanın hüsn təvəcühüni
özünə cəlb  etmişdir.  Avropada  haqlı  olaraq  asiyanın  transesi  adını  almış  doğma
Azərbaycana doğru dost və düşmənlərin istər-istəməz təhsin və afərin səsləri , alqış
fırtınası yağmağa başladı. Babək hərakatını qaldıran Eldənizlər, Elxanilər dövlətini
quran,  Qaraqoyunlu,  Ağqoyunlu,  Səfəvi  dövlətini  və Qızılbaş  hərəkatını  edən
müdrik  bir  xalq  tarixi  vəzifə və ürəkgenişliyi  üzündən  yalnız  öz  hayında  deyil,
başqa  həm  zəncirlərini  də azad  etmək  və azad  görmək  istəyirdi.  Azərbaycanın
qəlbi olan Təbriz yenidən iş başına keçmiş və hürriyyət mərkəzi idi. Iran inqilabına
aid  olan əsas  məsələlər  orada  kütlələrin  azad  müzakirəsiylə həll  olunurdu.
Hürriyyət  vaqelərində canlı  və cəsur  olan  Təbriz  bütün  İrana  cəsarət  varirdi.
Azərbaycan özünü azad etməklə bərabər bütün İrana azadlıq vermək əzmində idi.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə