Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə37/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   29   30   31   32   33   34   35   36   37

117
götürmək  vaxtı  gəlib  çatmışdır.  Sənin  bu  yolda  inkar  edilməz,  açıq-aydın  bir
müvəfəqiyyətə çatmağına, öz nailyyətini görəcəyinə əslən inanmaq olmaz.
Əgər  sən  inqilab  və mübarizə üçün  maddi,mənəvi  qüvvələr  toplayan,  o
qüvvələrin  fəaliyyətinə başçılıq  edən  Azərbaycanın  demokratik  qüvvə-si
sənsən.Əgər  İranın  azadlıq  və məşrutə təməlini  qoyaqn  onu  daha  da
möhkəmləndirən Azərbaycan nəslinin qanı sənin damarlarında cərəyan edirsə...
Sən İranda yeni başlayacaq islah,təmiz,nizam-intizam bərpa etmək dövründə
də hazırlıq aparmalı, səy göstərməlisən! Pozub dağıtmaq əsas idi, indi isə təmiz
etmək, qaydaya salmaq, abad etmək lazımdır.
X                        X                           X
Mütləqiyyətə qarşı üsyan qaldırmaq
Yadellilərin  üsyan  hökmranlığı əleyhinə müqavimət  göstərmək, daxili
ziyankarn  ünsürlər  ziddinə mübarizə etmək  işi  cəsarətli, qeyrətli  olmaq,  igid  və
möhkəm  iradəli  olmaq  tələb  edirdi.  Bunların  hamısı  sənin  pakinətli  övladında
tapılmışdır. Zaman səndən həmin arzuları həyata keçirmək, nəhayət mütləqiyyəti
kökündən  söküb  dağıtmaq, öz  içində inadlı  və dözümlü  olmaq  tələb  edirdi.
Bunların hamısı sənin təbiətində yüksək bir səviyyədə təcəssüm etmişdir.
Hazırda isə keçmiş zəhmətlərdən istifadə vaxtı gəlib çatmışdır. Indi dünənki
xərabələr üstündə gələcək binanı yüksəltmək lazımdır. Bu binanı yüksəltmək üçün:
fikir  lazımdıruzaq  görən  və dərin  fikir, ağıllı  tədbirlər  düşünən  fikir  xaliqələr,
nümunələr yaradan fikir tədbiq edən, həyata keçirən fikir, islah edən və qaydaya
salan fikir, təkcə maddi vasitələr deyil, əsrlərin mənəvi və mətkurəvi təcrübələrinin
nəticəsi olan nadir və yüksək fikir lazımdır. Belə fikri ancaq dözüm, möhkəmlik,
prinsipiallıq, intizam, təşkilat, sayıqlıq, ümid və fədakarlıqla etmək olar.
Bəli, bu fikir, fədakarlıq  daima fədakarlıq tələb edir!
Heç  bir  zaman  və xüsusilə bir  xalqın  ağır  həyat  yükünün  nazik  tükdən
asıldığı vaxtda əsla yorğunluğa və ruhy düşgünlüyünə qapılmamalı!


118
Ey Azərbaycan !
Azərbaycan qeyrətli demokratik qüvvələri!
Keçmişdə, qədim  iranlılar  zamanında da  İranın  rəhbər  rolunu  oynamısan:
ölkənin  demokratik  qüvvələri  yenilik  və təkamülə çatmaq  üçün  qarşısındakı
əziyyətli yolda – daha sadə və ümumi bir tərzdə desəkhəyat və dirilik yolunda səni
həmişə irəlidə, qabaqcıl və rəhbərlik mövqeyində görmüşdür. O, səni həmişə özünə
dayaq hiss edərək, sənə arxalanmağı, inanmağı daim bir şüar kimi qəbul etmişdir.
Bu o deməkdir ki, sən İranın həm zirehli geyimi, qalxanı, həm də onun süngüsü,
nizəsi olmusan.
Ey  demokratik  qüvvələr,  müvəqqəti  zəifləmiş  olsan  da  indiyə kimi  güclü
olub ön sırada dayanmısan. Bu günə qədər həmin mövqedə durub iftixar və başı
ucalıqla  dayanmısan.  Sənin  nəcib, şərafətli  keçmişin  səndən  bu  gün  də vəfalı,
sədaqətli  olmaq  tələb  edir.  Keçmiş  vədələrinə vəfalı  olmaq  və öz  səciyyəvi
xislətlərinə sədaqətli  qalmaq  tələb  edir.  Bu  müqəddəs  vəzifənin  altından  boyun
qaçıra bilməzsən.
Ey əziz Azərbaycan!
Sən  ölkənin  iti  görən  gözüsən: ölkə avropa  mədəniyyətini  məhz  sənin
vasitənlə görür. Sən sayıq və hissiyyata qapılmayan bir qəlbsən ki, ölkə dünyanın
mədəni hissəsiylə ancaq  sənin  vasitənlə əlaqə saxlayır.  Şübhəsiz  indiyə qədər
göstərdiyin  fədakarlıq  naminə,  axıtdığın  müqəddəs  qanlar  naminə.  Bəslənilən  bu
ümidləri  puça  çıxarmayacaqsan.  Ey  ölməz  Azərbaycan!  Başını  qaldır  və əbədi
yaşa!
Qorxu və cəsarət
“Qorxuram” sözü onu deyən adamın öz vicdanı qarşısında biabrcasına etdiyi
etirafdır. “Qorxuram” sözü rəzalətin ən alçaq dərəcəsini və onu deyən adamın ruh
düşgünlüyünü andıran bir formul və ifadədən ibarətdir.


119
“Qorxu”  insanın  təbiətində mövcud  olan ən  çirkin  bir  hiss  və ugursuz  bir
həyəcandır. Bu  hiss  adamı  mərdlik  şərəfindən  və alicənablıq  məziyyətindən
mərhum  edərək  onu  nisginliyin ən  aşagı  dərəcəsinə endirir  və ən  mırdar
heyvanlarla bir sırada qoyur.
Agciyər  adamlar,  yəni  cəsarətsiz,  ürəksiz  qocalar, gənclər, qadınlar  və
oğlanlar  təbii  olaraq  qorxaq  bir  ictimaiyyəti, qorxaq  cəmiyyət  və milləti  təşkil
edirlər. Qorxaq  bir millət isə çox çəkmədən öz başında bir qəddarın əlində giriftar
olar.
Həmişə bacarıqlı  zülmkarlar, qəddar  və ədalətsiz  fironlar  hər  şeyə dözən
dözən  qorxaq  bir  xalqın  boynuna  qulluq  boyunduruğu  qoymaq  fikrilə meydana
çıxır və asanlıqla öz məqsədinə nail ola bilirlər.
Qorxu xalqların qul olmasının başlıca səbəblərindəndir.
Qorxmaq,  ağciyərlik  təkcə siyasi  qulluğa  səbəb  olmur.  Bəlkə hər  cür
xəstəliklərin,  ziyanverici  və fəlakətli  hadisələrin əmələ gəlməsinə kömək  edir.
Beləliklə qorxaq adam hədə, zor qarşısında özünü itirir, çaşır və hüququndan belə
əl çəkir, ən müqəddəs varlığından məhrum olur,habelə bu iyrənc qorxunun uğursuz
təsiri  nəticəsində qorxağın  bədənindəki  müqavimət  qüvvələri  də azadlıq  hər  cür
xəstəliklərin  hücumuna, yoluxmasına  imkan  yaranır.  Mikroblar  gündən  günə
canlanır,güclənir və qorxağın sağlamlığının məhv və həlak olmasına səbəb olur.
Qorxu  bilavasitə fəlakətin  səbəbi  olmasa  da fəlakətdən  törənən  nəticələrin
daha da gərginləşməsində şübhəsiz çox böyük rol oynaya bilər.
Qorxu  minemum  ziyanverici  dərəcədə kədəri,  qüssəni  artırır.  Yüksək
ziyanverici dərəcəyə çatdıqda isə ya bilavasitə fəlakətlərin törənməsinə səbəb olur,
ya  da  həyatı  bərbad  edici  kor  bir  ehtiras  kimi  təcəssüm  edərək    istərsə maddi,
istərsə də mənəvi  cəhətcə insanı  bütün  rahatlıqdan  məhrum    edir.  Qorxu insanın
düşüncə qüvvələrini, ağıl və kamalını hərəkətdən saxlayır, onun cismi qüvvələrini
də dərhal fəaliyyətdən salır. Qorxu sağlamlıq nümunəsi, sayıqlıq və zəka mənbəyi
olan  bir  şəxsi  solğun,  qansız  quru  bir  heykələ,  şüursuz, iradəsiz, fəaliyyətsiz  və
xülyayə tutulmuş,  məğlub  bir  adama  çevirir.  Qorxu  insanların  sağlamlağında  da
eyni təsirigöstərir. Tək-tək adamların bədənində qorxudan törənən nəticələr eynən


120
xalq kütlələrində də törənir. Özü-özlüyündə yenilməz, böyük qüvvəyə malik olan
bir xalqı qorxu heçə-puça çıxarır.
Qorxu- inkişaf, təkamül  və yeniliyin  qabağını  alan ən  böyük  maneədir.
Qorxu bəşəriyyətin qəddar düşmənidir. Qorxu deyilən bu uğursuz hiss bəşəriyyətin
şərəf, heysiyyət, mənlik və mərdlik kimi nəcib hisslərini təhlükəyə salır. “Qorxu”
olan yerdə insan qabiliyyət və məöziyyətdən məhrum olur. Insan adını daşımaq və
insaniyyət şərəfinə malik olmaq istəyən şəxs qorxmamalıdır.
“Qorxmamaq”  bu  bəşəriyyət  aləmində mövcud  olan  şərəf  və heysiyyəti
qorumaq üçün bir vasitədir. Lakin təkcə qorxmamaq kifayət etməz, bundan əlavə
cəsarətli,  qoçaq  və ürəkli  olmaq  da  lazımdır.  Qorxunun ək-sinə olaraq  cəsarət
ancaq  ağıl  və igidlik  silahı  ilə silahlnmış  və uzaqgörənlik  hissi  ilə aşılanmış
cəsarət, coşqun və fədakar bir qoçaqlıq millətlərə nicat verə bilər.
Qorxu  milliyyət,  azadlıq  və bəşəriyyətin əsaslarını  pozursa, əksinə igidlik
həmin əsasları möhkəmləndirir, sarsılmazedir, qoruyur və mühafizə edir. Igidlik iki
cürdür: birisi maddi igidlik, digəri isə mənəvi igidlikdir. Maddi igidlik təhlükə və
xəbər  qarşısında  soyuqqanlılıqdan  ibarətdir  ki, onun ən  yüksək  dərəcəsi  “ölümə
qarşı” etinasız olmaqdır. Çünki ən böyük təhlükə ölümdür və heç kim ölümlə iki
dəfə qarşı-qarşıya  gəlməyəcəkdir.  Maddi  igidlik  elə bir  həqiqətdir  ki,onu
mənimsəmək  mümkündür.  Bu  xisləti  təmir  vərzeş (idmqan)  vasitəsilə
gücləndirmək,  artırmaq  da  olar.  Qorxaq  bir əsgər  müharibə meydanında  on  dəfə
qəhrəmanlıq  göstərsə cəsarətlənə bilər.  Qorxmaz əsgər  isə daha  cəsarətli  olar.
Maddi  igidliyi  təmrin  etmək  bədənimizi  sükunət  və mətanətə və daimi  aramlığa
öyrədir. Buna görə də bədənimiz hər bir kiçik xərər və adi təhlükəyə rast gəldikdə
həyəcanlanmır, aramlığını pozmur.
Mənəvi  igidlik  isə insanın    öz  ehtiraslarına  hakim  olmağı  və onları  özünə
tabe edə bilməyindən ibarətdir. Yaramaz ehtirasına, hissiyyatına və ümumiyyətlə
öz nəfsinə tabe olmayan adam cəsarətlidir, igiddir.
Təbiətin  zəruri  qanunlarına  çox  vaxt  qələbə çalmaq  mümkün  olmur,  buna
baxmayaraq  bacarıqlı  şəxslər  öz  nəfslərinə üstün  gələ bilirlər. Belə şəxslər
yaralanır, canını  qurban  verər, ölər  lakin  qorxmazlar. Belə adamlar məğlub


121
edilməzdirlər.  Bu  igidlik  məziyyətdir,  o,  məntiqi  təhlil  və möhkəm  iradədən
doğulur.  O,  sərbəst  fikirlə qəbul  edilən  bir  qərarın  təcəssümüdür.”
Qorxmamalıyam, buna görə nə qorxuram, nə də qorxmaq istəyrəm!”- igidin qərarı
belə olmalıdır. İndiyə qədər elə bir insan qüvvəsi yaxud təbii qüvvə olmamışdır ki,
bu  qərara  qarşı  qələbə çala  bilsin.  Dediyimiz  kimi  mənəvi  igidlik  insanın
əzmidir,iradəsindən  asılıdır  və buna  görə də mənəvi  igidliyin “vaxtı”  vardır.  Bu
vaxtı  təyin  edən  zaman  ölçüsü  isə bizim  şərəf  və izzəti  nəfsimizdir.  Insanın
hərəkəti  və işi  “qorxu”  adlana  biləcək  bir  dərəcəyə çatarsa  o  zaman  igidliyin
coşub-daşmaq vaxtı və qorxunu təmamilə məhv etmək vaxtı da gəlib çatar.
Məşhur  roma  imperatoru  “Sezar”  heç  vaxt  “mən  igidəm”  sözünü  dilinə
gətirməzdi.  Lakin  mən  filan  vaxtı  igidcəsinə hərəkət  etdim  deyərdi.  Buna
baxmayaraq heç kim onun haqqında “Sezar qorxdu” sözünü deyə bilməmişdir.
Hamıdan  artıq  İrandan  çıxmış  imperatorlar  kimi Roma  “Sezarı”  da    öz
cəsarəti  nəticəsində bir  çox  ölkəni  özünə tabe  etmişdir.  Igid  bir  xalq,  qorxmaz,
ürəkli bir cəmiyyət minlərlə belə sezarlardan həm üstün həm də bacarıqlıdır. Heç
də unutmaq  olmaz  ki, qoçaq  sərgərdələrin  qələbə çalmasına  və nailiyyət əldə
etməsinə əsas  səbəb  ancaq  xalqlarının  qoçaqlığı  olmuşdur.  Qoçaq  xalqlar
bəşəriyyətin  dincliyini  təmin  etməli  və demokratiyanın  inkişaf  və təkamülü
uğrunda igidlik göstərməli vöə qorxmamalıdır.
Əmək və fəhlələr
Tarixi Versal  qurultayında  qalib  dövlətlərin  nümayəndələrilə alman
cümhuriyyətinin  nümayəndələri  arasında  bağlanmış  müddətli  sülh  müqaviləsinin
bir bəndi də fəhlələrin beynəlxalq ümumi məsələsinə həsr edilmiş “Əmək” ünvanlı
bəndidir. Həmin  müqavilənin 13-cü bəndinə əməyə aid əsaslı  məsələ, göstərişlər
və prinsiplər daxildir. Həmin bənddə irəli sürülən məsələlərin bütün məmləkətlərdə
ümumi  bərabər  surətdə həyata  keçiriləcəyi  böyük əksəriyyətlə qəbul  edilmişdir.
Müqavilənin  başqa  bəndləri  içərisində xüsusilə həmin  bəndi  seçib  burada  qeyd


122
etməkdən  məqsədimiz nəinki təkcə onun faydalı olmasına, bəlkə həmin məsələnin
məhz hazırki mövqe və şəraitdə daha məziyyət və üstünlüyə malik olduğuna görə
onun əhəmiyyətini daha qabarıq göstərməkdən ibarətdir.
Son beş ilki hadisə və ittifaqların həyata keçirilməsində ümumiyyətlə bütün
fəhlələrin  iştirakının  mahiyyətini  başa  düşmək  üçün  uzun-uzadı  danışmaq  lazım
deyildir.  Hamıya  məlumdur  ki,  son əsrin  surətli  və coşqun  bir  tərzdə irəliləyən
mədəni tərəqqisi dövründə bir tərəfdən sənayenin inkişafı və cürbəcür maşınların
biri-birinin  ardınca  meydana  çıxması,  digər  tərəfdən  iqtisadi  münasibətlərin
genişlənməsi,cəhanşumal  siyasi əlaqələrin  artması  və maddi  şəraitin  təsiri
nəticəsində kütlələırin məfkurəsinin tənbəllik, iradəsizlik və laqeydlikdən çıxması
hadisəsi yüksələn inqilabi cərəyana olduqca böyük və şiddətli təkan vermiş, icti-
mai  dəyişikliklər  və çevrilişlər  tarixində geniş  və dərin  bir  mərhələnin  vücuda
gəlmnəsinə səbəb  olmuşdur.  Hələ uzaq  keçmişdən  bəri  ictimaiyyətin
dərinliklərində fəaliyyətə başlamış    hərəkat  nəticəsində yeni  qüvvələr  vucuda
gəlmişdir.  Həmin  qüvvələr  görülməmiş  və eşidilməmiş  yeni  güc  və qüvvə ilə
başladıqları işi əvvəlki istiqamətdə birgə hədəfə doğru (əvvəlcə nəzərdə tutulmuş
bu  hədəf  heç  vaxt  indiki  kimi  konkret  şəkil  almamışdır)  davam  etdirərək
irəlilədilər, nəhayət keçən əsrin son illəri həmin qüvvələrdən baş vermiş həyəclar
və hadisələr vasitəsilə faciəli iztirab illəri oldu. XX əsrin ilk illəri əsrin ən uğursuz
hadisəsi  ilə təsadüf  edərək  ictimaiyyət  tarixinin  bu  səhifələri  böyük  ümumi
qurbanların al qanıyla boyandı. Həmin hadisələri ümumiləşmiş bir şəkildə nəzərə
alsaq  başa  düşərik  ki,  inqilabların  gedişində ən  başlıca  amil  “iqtisadi  şərait”
olmuşdur. Maddi mahiyyəti olan həmin amil həm səbəb və eyni halda nəticə olaraq
bütün bəşəriyyəti öz hakimiyyət və nüfuzu altına almışdır. O, insanların həyatını
bir-birinə zidd iki hissəyə: biri qulluq həyatı, digəri isə rifah və xoşbəxtlik həyatına
bölərək, sənayedə güclü təbii qüvvələrdən istifadə zəminəsi və nəhəng “maşinizm”
zəminəsi  yaratmışdir.  Həmin  iqtisadi  şərait  həyat  uğrunda  olan  qanlı ölüm-dirim
mübari- zəsi meydanında “muzdurluq rejimini” bərpa etmiş, bədbəxt, muzdur fəhlə
kütlələrinin sümük və qanını mədəni maddələr yaxud taxıl mqalaqları tək zavod və
karxanaların çərxlərinin dişləri arasında əzilib məhv olmasına və beləliklə kapitalın


123
artıb, iqtisadi bazaların möhkəmlənməsinə səbəb olmuşdur. Bəşəriyyət uzun illər
boyu qaranlıq zavodlarda maşı- nın dəmir çəkiclərinin yemi olmuşdur.
Avropa  kapitalistləri  arası  kəsilmədən  bir-birinə müharibə elan  edərək
döyüşə başladıqları  zaman  qoşun  sıralarının  böyük  hissəsini  də həmin  fəhlə
kütlələri təşkil etmişdir. Burada da fəhlə kütlələri canlarını qurban vermiş tüfəng,
bomba və top qülləsi çarpanları arasında məhv olub getmişdir. Lakin bu döyüşdə
fəhlə kütləsi öz meylinin ziddinə olaraq döyüşürdü. O, müharibəni özünə düşmən
hesab  edir  və müharibə ilə müharibə edirdi.  Fəhlə kütləsi  güman  edirdi  ki,  bu
mübarizə bitdikdə mədəniyyət aləmi maddipərəstlikdən, qəsbkarlıqdan, macəraları
törətməkdən üz çevirəcək, fəhlə kütlələri maddipərəstlərin və iqtisadçıların azğın
məfkurəlıərinə tabe olmaqdan nicat tapacaqlar.
Dəhşətli  müharibə fəhlə kütlələrinin  qanını həddindən  artıq  tökdü,  onların
arası  kəsilmədən  göstərdiyi  səylərini  qanla  qiymətləndirdi.  Bütün  dünya  fəhlə
kütlələrinin  göstərdiyi  səylərinin  şahidi    oldu. Istərsə müharibə cəbhələrində,
istərsə metropoliya  küçələrində,  istərsə də geniş  xalq  kütlələri  içərisində
demokratik hərəkatın gündən-günə nailiyyət əldə etməsi və müvəffəqiyyət uğrunda
böyük addımlar atması məhz fəhlə kütlələrinin birlikdə göstərdikləri fədakarlıqlar
nəticəsində olmuşdur...
Həmin  fədakarlıqlara  (dözülməz  ictimai  təzyiqlərdənqurtarmaq üçün
göstərilən  səylərə)  mükafat  olaraq  veriləcək  nailiyyət əklili  sülh  müqaviləsində
fəhlə kütlələrinin  diləklərinə yer  verməkdən,  o  diləklərə rəsmiyyət  verib  həyata
keçirməkdən, fəhlə kütlələrinin  gələcəyi  üçün  gözəl  və sevindirici  ümidlər
verməkdən başqa bir əklil ola bilməz.
Iran  demokratik  qüvvələri  öz  iqtisadi  qüdrətilə bilavasitə yaxud  vasitəli
surətdə beynəlxalq fəhlə hərəkatı ilə maraqlandığına görə biz bu haqda yenə ətraflı
məlumat verəcəyik.
Yenə əmək və fəhlələr haqqında
Son  zamanda  bağlanmış sülh  müqaviləsinin  məzmunu  qısa  bir  şəkildə
mətbuatda  nəşr  edilmişdir.  Həmin  məzmundan  məlum  olur  ki,  müqaviləni


124
hazırlayan və onu imza edən güclü dövlətlər ümum fəhlə hərəkatını nəzərə almış,
beynəlxalq  muzdur  kütlələri  mümkün  qədər  arxayın  edərək  müqaviləni
imzalayanları  müharibə bitdikdən  sonra  xoşa  gəlməyən  hadisələrdən  qorumaq
məqsədiylə müəyyən siyasət tutub, bir sıra tədbirlər görmüşlər. Qalib dövlətlərin
qəbul  etdikləri  bu  uzaqgörən  və əlverişli  siyasət  sülhün  müdafiəsi  və onun
möhkəmlənməsi  cəhətdən  diqqətə layiqdir...  Sülh  müqaviləsi  fəhlə kütlələri
məsələsinə məhz  onun  daşıdığı əhəmiyyətə görə yanaşaraq,  qərara  almışdır  ki,
“fəhlə kütlələrinin maddi, mənəvi və məfkurəvi rifahını təmin etmək məqsədiylə”
daimi  bir  təşkilat  vicuda  gətiriləcək  və bu  təşkilat  millətlər  təşkilatı  ilə birlikdə
fəaliyyət  göstərəcəkdir. Müqavilə fəhlələrin  həmin  üç  mövzu  haqqında  rifahının
təmini  məsələsini  beynəlxalq    nöqteinəzərdən  böyük əhəmiyyətə malik  olan  bir
məsələ kimi tərifləyərək qiymətləndirir.
Aydındır ki, dünyanın müxtəlif fəhlə kütlələri maddi,mənəvi və məfkurəvi
təlabat  etibarilə bir-birinə oxşamışlar (Çünki  onların  müxtəlif  həyat  şəraiti,
torpaqları, iqlimləri var və müxtəlif rəng, adət  və ənənəyə malik olaraq müxtəlif
tərzdə ağır  muzdurluq  boyunduruğunu  daşıyırlar). Buna  görə də onların  hamısı
üçün bir növ ümumi qayda-qanun yaratmaq və birgə şərait prinsipi üzrə hamısını
təmin etmək qeyri mümkündür.
Əsasən əmək biri-birilə fərqli olduğu üçün bir sıra zahiri və əməli çətinliklər
meydana  çıxaraq  hər  yerdə eyni  şəraitin əlverişli  olmasına  imkan  vermir.  Bu
çətinliklər  isə qabaqcadan  nəzərdə tutulacaqdır.  Buna  görə də bir  sıra  qayda  və
prinsiplər  qəbul  ediləcəkdir  ki,  onları  hər  yerdə tədbir  etməklə əmək  şəraitini
nizam-intizama salmaq mümkün olsun. Bu yeni təşəbbüs nəticəsində “əməyə məta
kimi baxılmayacaqdır”. Bu sözə cümlədə çox geniş bir məna yerləşir. Bu cümlədə
fəhlə aləminə aid olan elə bir böyük məsələ izah edilir ki, keçmiş illərdə “ictimai
məslək” yolunda  çalışan ən bilikli alim belə həmin məsələni aydınlaşdırmaq üçün
xeyli zəhmətlərə dözməli olmuşdur.  Indiyə qədər əməyə müəyyən bir ölçü üzrə və
ədalətlə qiymət  verilmirdi.  Teloriya  üzrə əməyin  qiymətini  fəhlənin  şəxsi
həyatyının gündəlik təlabatı təyin etməli idi. Lakin əməldə isə kapital sahibləri ona
qarşı öz münasibətlərində həmin prinsipi pozurdular.


125
Ölməmək üçün, nə yolla olursa-olsun bir tikə çörək tapıb aclığın qabağını və
belə bir  həyata  dözmək  məcburiyyəti  fəhləni  kapital  sahiblərinin irəli  sürdükləri
təkliflərə tabe  deir, ona əmək  və təşəbbüs  azadlığından  məhrum  edirdi.  Digər
tərəfdən  isə muzdir  fəhlənin əməyi  alver  edilən  məta  kimi  tələb  qanununa  tabe
olaraq  fəhlənin əmək  haqqı, əməyi  tələb  edənlərin  az-çox  olmasıyla  azalır  və
çoxalırdı.
Irəlidə dediyimiz kimi  yeni qayda və vəziyyəti dəyişdiriləcəkdir. Mümkün
olarsa  gələcəkdə bu  haqda  daha  geniş  izahat  verəcəyik,  məhz  bu  vəziyyətin
mahiyyətini  aydınlaşdırmaq  və gələcəkdə necə həyata  keçiriləcəyini  təyin  etmək
nöqteyi-nəzərindən sülh müqaviləsi digər bir prinsipdə qəbul etmişdir. Bu prinsipə
görə: “Hər fəhlə ümumi yaşayış şəraiti üzrə onun üçün əlverişli bir həyat tmin edə
biləcək əmək  haqqı  almağa  haqlıdır”.  Indiyə qədər  iş  qanunu  icra  edilməyən
ölkələrdə səkkiz  saatlıq  iş  günü,  yaxud  dörd  saatlıq  iş  həftəsi  qanunu  qəbul
ediləcəkdir.  Fəhlələr  həftədə ən  azı  44  saat istirahət  edəcək, istirahət  günü  isə
mümkün olsa bazar günü olacaqdır. Uşaqların işləməsi qadağan edilir və gənclərin
iş saatları onlar cismi və mənəvi tərbiyəsinə mane olmayacaq dərəcəyə qədər az
olacaqdır. Eyni əmək üçün kişi və qadın təfavüti nə zərdə tutulmadan bərabər əmək
haqqı ödəniləcəkdir.
Millətlər  təşkilatının  öz  gələcək  siyasətində rəhbər  tutacağı  və fəhlələrin
taleyini  böyük  bir  dərəcədə yüngüldəcəyi  prinsip  və qaydalar  içərisində belə bir
qaydada qeyd edilmişdir. Qanuna zidd olmamaq şərtiylə hər mövzuda muzdurlara
və muzaq verənlərə Kompaniya (Kopesasiya) təşkil etmək hüququ verilməlidir.
Nəhayət, sülh müqaviləsindəki  bu bənd İranın qonşu ölkələrə müraciət edib
mədən  istehsalatında  və başqa  faydalı  işlərdə işləyən  bir çox iranlı  fəhlələrə
bəslədiyi marağını ha belə İran əhalisinin vəziyyətini nəzərə aldıqda bu bəndlərin
İranlılar  üçün  başqa  xalqların  fəhlələrindən  daha əhəmiyyətli  olduğu  məsələsini
xatırladaraq aşağıda deyiləcək qaydanı qeyd edir:
“Hər ölkədə elə bir prinsip qəbul ediləcəkdir ki, ölkədə qanun olaraq yaşayan
bütün fəhlələri təmin etsin və iqtisadi münasibət nöqteyi-nəzərdən onlarla ədalətli
rəftar edilsin”.


126
Hörmətli  oxucular,  yuxarıdakı  izahatı  nəzərdən  keçirdikdə fəhlə kütlələrinin
gələcək beynəlxalq vəziyyəti və ondakı dəyişiklər haqqında ümumi məlumat əldə
edə biləcəklər.
Ərəb əlifbasından köçürəni Vüqar ƏHMƏD
Fars dilindən tərcümə edəni  İsmayıl ŞƏMS
Redaktoru  Balaş AZƏROĞLU
Texniki redaktor İsmayıl CƏFƏRPUR

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə