Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   29   30   31   32   33   34   35   36   37

105
Xalqın bu  inqilabi hərakatının  coşğun oqyanusuni  (okean  V.Ə)  təlatümə gətirən,
onun  aşıb-daşan əzəmətli  dalğaları  üzərindən  baş  qaldıran  Səttərxan  Sədr-milli,
Bağırxan  Salarmilli,  Kərbəlai  Hüseynxan  Maralanı,  Heydərxan əmioğlu  və
başqaları  bu  vuruşun  hərbi  sərgərdələri,  Kərbəlai Əli  misio,  Hacı  Mehdi
Kuzəkənani – Əbuəlmələ,  Səgəlislam,  Seyid  Məhmməd  Şəbustəri,  Hacı Əli
danafiruş,  Şeyxsəlim, Əhməd  Səhili,  Yusif  Xəzduz,  Səid  Səlmasi  və sairə bu
döyüşün  fikir  sərgərdələri  idilər.  Hərəkatın  fikir  bayrağı  onların  çıynində idi.
Yuxarıda  adları  çəkilənlərdən  elələri  də var  idi  ki,  hərbi  fərmandehliyi,  həm  də
fikir  sərgərdəliyini  öz  şəxsiyyətlərində birləşdirir,  inqilabi  işin  hər  iki  sahəsində
misilsiz bahadırlıq  göstərən  tərxanlar  idilər.  Bu  böyük  şəxsiyyətlərin ən
görkəmlilərindən  biri  xalqımızın  böyük  oğlu  alovlu  vətənpərvər, görkəmli
siyasətmədar  alim,  filosof,  atəşin  natiq  yazıçı  və inqilabçı  jurnalist  bütün  İranın
azadlıq və təcəddüd hərəkatının pişvalarından Şeyx  Məhəm- məd Xiyabani idi.
X                 X                      X
Şeyx  Məhəmməd  Xiyabani  hicri-qəməri  1297,  hicri  şəmsi  1258-ci  ildə
Təbriz vilayətinin Güney mahalının Xamne qəsəbəsində anadan olmuş, hicri şəmsi
1299-cu ilin Şəhrivər ayında İran irticai və imperializmin əlbir qəsdi nəticəsində
Təbriz şəhərində vəhşicəsinə öldürülmüşdür.
Xiyabani  ilk  təhsilini  Xamnədə almış,  Təbriz  və Dağıstanın  pay- taxtı
Mahaçqalada  təhsilini  təkmilləşdirmiş,  uzun  və inadcıl  təkbaşına mütaliə
nəticəsində ictimai  elmlər  sahəsində böyük  müvəffəqiyyətlər    qazanmışdır.  O,
çoxlu diyarları gəzərək həmin ölkələrin xadimlərilə görüşmüş və fikir mübadiləsi
etmişdir.  Xiyabaninin  fəlsəfə,  tarix,iqdisadiyyat,  riyaziyyat  və nicum  sahəsində
dərin və geniş mütaliəsi və müasir biliyi var idi. O, türk, ərəb, fars, rus və fransa
dillərini və bu xalqların mədəniyyət tarixini dərindən bilirdi. O, Şərq və Qərbiən
ictimai elmlər sahəsindəki bir çox  nailiyyətlərini orijinal şəkildə öz şəxsiyyətində
birləşdirirdi.
Xiyabaninin həyat və yaradıcılığını 3 dövrə bölmək olar:


106
1. 1258-1284-cü (1879-m. 1905) illəri əhatə edən uşaqlıq və gənclik çağları,
həmin dövrdə Xiyabani elmi biliklərini artırmağa çalışır “İranlıları- bu məmləkətdə
yaşayan bəşər novini” istibdad və irticanın əlindən qurtarmaq üçün yollar axtarır və
mübarizə edirdi.
2- mərhələ Xiyabani  həyatının  1284-1290-cı  sonra  (1905-1911)  illər
dövrüdür.  O, Səttərxan  hərəkatında ən  görkəmli  inqilabçı  kimi  iştirak  edir.
Məşrutəçilərin  sırasında  istedadlı,  görkəmli  və prinsipial  bir  diplomat  və siyasi
xadim  kimi  tanınırdı. O,  yaşca  gənc  olsa  da  təcrübəli  və dünyagörmüş  el
ağsaqqalları  qədər  hörmət,  təcrübə və nüfuza  malik idi.  O,  Azərbaycan  milli
əncüməninin  üzvülüyünə seçilmiş,Azərbaycandan  şura  məclisinə nümayəndə
intixab  olmuşdur.  Vətənin ən  çətin  günlərində Xiyabaninin  şura  məclisi
kürsüsündən söylədiyi məşhur nitqində bu dövrüdəki mütərəqqi dünya görüşü tam
aydınlığı ilə öz əksini tapmışdır.
3- mərhələ -1290-1299-cu  (1911  m)  illəri əhatə edir.  Xiyabani  bu  dövrdə
təcəddüd  və fəlsəfəsi  məktəbinin əsaslarını  işləyib  hazırlayır.  Birinci  dünya
müharibəsi  və müharibədən  sonrakı  illərdə Azərbaycan    və İranda  demokratik
fikrin  və hərəkatın  başında  durur.  O,  bu  dövrdə heyəti  millinin  rəisi,  demokrat
firqəsinin Azərbaycan təşkilatının rəhbəri, “Təcəddod” ruznaməsinin müəyyən bir
dövrdə məsul müdiri olmuş şura məclisinə Azərbaycandan numayəndə seçilmişdir.
Şeyx Məhəmməd Xiyabani Azərbaycan fəlsəfi fikrinin inkişaf tarixində yeni
bir  dövr  açmışdır.  Onun  qaldırdığı  fikir bayrağı  üzərində azadlıq,  bərabərlik  və
ictimai ədalət şüarı yazılmış, təcəddod fəlsəfi  məktəbində Azərbaycanın böyük bir
inqilabi  nəsli  yetişmişdir.  Xiyabi  yaratdığı  fəlsəfi  cərəyan  haqqında  yazırdı:
“təcəddod məsləki siyasi dildə çox vaxt  “liberalizm” kəlməsi istifadə edilir. Lakin
bu  günə qədər  liberalların  xətt  hərəkət  və rəftarı  ilə bir  görkəm  alıbdır  ki,  biz
məsləkimizə təcoddod  məsləki  adını  məcburiyyətində qalmışdır”.  Doğrudan  da
Xiyabaninin fəlsəfi məktəbində hər şey yeni əsasla qurulmuş, hər şeyin  həllində
millətin,  füqərai-kasibənin,  zəhmət  adamlarının,  şəhər  və kəndlərdə alın  tərilə
çörək  qazananların  mənafei əsas  göürülmüşdür. Köhnə siyasi  məfhumlar  alt-üst
edilmişdir.  Təcəddod  məsləkində inqilabın əsas  yməsələsi  olan  hakimiyyət


107
məsələsi  inqilabçı  demokrat  nöqtei  nəzərindən  daha  radikal  şəkildə həll
olunmuşdur.  Xiyabani  təcəddod  fəlsəfəsinin  nəzəri  və elmi əsaslarını
hazırlayarkən,xalqın  inqilabi  mübarizəsinin,  İran  məşrutə hərəkatının,şura
məclisinin, Azərbaycan  milli əncüməninin,  başqa  qonşu xalqların  inqilabi
hərıkatının təcrübələrindən geniş istifadə etmişdir. Bu əsasda da xalqın azadlıq və
istiqlaliyyət əldə etməsindən  elmi  və əməli  planlarını  hazırlayaraq  həyata
keçirməyə başlamışdır.  Xiyabaniyə görə təşkil  tapacaq  hökumətin    forması
cümhuriyyət olmalıdır. Cümhuriyyətin idarəsi xalqın əlində olmalı, xalqın, fəqir-
füqərqanın, aşağı təbəqələrin iradəsi hakimiyyət etməlidir.
Xiyabaniyə görə, Azərbaycan  demokratiyası  öz  müqəddəratını  öz əlində
saxlamalı,  həmişə sayıq  və ayıq  olmalıdır.  “Elə çıraq  yandırmaq  lazımdır  ki,
ixtiyarı öz əlimizdə olsun”.
Azərbaycan  azadlığın  alınmaz  qalasına  çevrilməli,  bu  milli  qüdrət  İrana
nicat verməlidir. Azərbaycandan hakimiyyət edən milli hökumət bütün İran üçün
nümunədir.
Iran  azadlığı  Azərbaycan  azadlığının  ayrılmaz  hissəsidir.  Xiyabani  deyirdi:
“Bu  həqiqəti  təsdiq  etmək  lazımdır  ki, İranda  Təbriz  başqa  şəhərlərə rəhbərlik
etmiş  və İranda  böyük  rol  oynamışdır.  Təbrizin  qəbul  etdiyi  qərarlara  etinasız
baxıb icra etməmək olmaz. Qiyam hərəkatının qəbul etdiyi qərarların icrası üçün
maneə törətmək  istəyən  adamlar  görəcəklər  ki,  Təbrizin  arzuları  bütün  İranda
qəbul ediləcəkdir. Bizim istədiyimiz milli hökumət elə bir hökumətdən ibarətdir ki,
onda  xalqın  doğruçu  nümayəndələri  ölkənin  hakimiyyətini  təşkil  etsinlər.
Hakimiyyət başqa adamların əlinə düşməyərək istər daxili, istərsə də xarici işlərdə
özbaşına  işlər  görülməsin.  Imtiyaz  verib  almaq  millətin  öz əliylə icra  edilsin.  O
başqa bir çıxışında göstərirdi ki:
- Tehran  bizim  qərarlarımıza  etinasız  baxır, biz də onlara  qarşı  eyni
münasibəti  bəsləyərək onların qərarlarını heç kim hesab edirik. Tehran baş vəziri
ilə bərabər ancaq o zaman ölkənin mərkəzi kimi müsbət və ya mənfi əmr verə bilər
ki, bütün əyalətlərin  mənafeyini  nəzərdə tutsun  və xalqın əfkar  ümumisinə və
səlahiyyətli  xalq  nümayəndələrinin  nəzəriyyələrinə uyğun  bir  tərzdə rəftar  etsin.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə