Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   29   30   31   32   33   34   35   36   37

108
Tehran “Təbriz  qiyamı”nın  qəbul  etdiyi  qərarları,  onun  nəzəriyyələrini  təsdiq
etmirsə,  biz  etirazımızı  davam  etdirəcəyik  Mühafizəkarların əlindən  İrana  nicat
vermək üçün öz qüvvələrimizi mütəşəkkil edəcəyik. Qiyamın qalın buludlarından
şimşək çaxacaqdır.
Görkəmli  maarifçi,  böyük  inqilabçı,  demokrat  olan  Şeyx  Məhəmməd
Xiyabani  milləti  düz  yoldan  azdırmağa  çalışan, yadların  özünü  dərk  etməyə
başlayanların,  xüsusilə ziyalıların  başına  yeritmək  istədiyi  yalançı  maarifçilik
anlayışlarını  böyük  və elmi  bir  cəsarətlə və qorxmazlıqla  rədd  edərək,  yadların
təbib donuna girərək, xəstə millətə içirmək istədiyi zəhər bardağını vurub sındırdı.
Xiyabani  göstərirdi  ki,  indiki  şəraitdə millətin  başını  zahiri  reformaçılıq,  sünii
tənqidçilik, zahiri islahat və xalis maarifçiliklə qatmaq istər-istəməz onu aldatmaq
və yadların  dəyirmanlarına  su  tökmək  deməkdir.  Həqiqi  maarifçilik  mübarizəsi,
əvvəlcə milli  hökumət  uğrunda  mübarizədən  başlamalıdır.  Hakimiyyəti  bir  ovuc
müftəxorların, əşrəf  və zadəganların əlindən  çıxartmalı,  dövləti  idarə etməni
yoxsulların – aşağı təbəqənin əlinə verməli, həmin hakimiyyətdən istifadə edərək
islahata başlamalıdır. Maarifçilik və ona aid məsələləri ardıcıl inqilabçı-demokrat
nöqteyi  nəzərindən  həll  edən  Xiyabani  Azərbaycan  və bütün  İran  maarifçiliyini
düzgün  yoluna  qoymaq  işində öz  fəaliyyətiylə misilsiz  xidmətlər  göstərdi.
Yadların,  ziyalıların  fikrində əmələ gətirmək  istədikləri  dolaşıqlığı  ortadan
qaldırdı. Səttərxan  hərəkatının  təcrübələri  bu  mühüm  həqiqəti  kəşf  etməkdə
Xiyabaniyə böyük  bir  örnək  idi.  Xiyabani  müasirləşdirmə,  mədəniləşmə və
milliləşmə və milli  qüvvələrin  birliyinə aid  nöqteyi-nəzərini  xalq  mənafeindən
çıxış edərək hazırlamış və irəli sürmüşdür. Xiyabani göstərirdi ki, müasirləşməni
özünü inkar etmək yoluyla yuxarıdan avropalaşmaq kimi başa düşmək böyük səhv
olardı. Yeni qayda və qanunlara mütərəqqi mədəni ənənələr əsasında yiyələnmək
lazımdır. Müasirləşmə xalq həyatının böyük varlığına əsaslanaraq tətbiq olunaraq
olumalıdır.  Xiyabani  sözün əsl  mənasında  mədəni  islahat  aparmağı  hakimiyyət
məsələsinə tabe  şəkildə həll  etdiyi  halda  aşağı  təbəqənin  hakimiyyəti ələ almaq
üçün əvvəlcədən  özünü  başa  düşməsinin  lazım  olduğunu  bu  işə başlamaq  üçün
kütlənin siyasi maarifləşməsinin əhəmiyyətini qeyd edirdi: O, yazırdı:


109
“Biz gərək aşağı siniflərin öz ictimai hüquqlarıyla tanış edək, onları elm və
bilik silahlarıyla silahlandıraq  ki, öz  azadlıqlarını  müdafiə etmək   üçün  möhkəm
dayansınlar.  Hər  bir  işin  və elmin əsas  şərti  istəmək,  bacarmaq  və etməkdir”.
Xiyabani kütlələrin və xalqın mübarizəsinin əleyhinə gedən sağ və solçuların səhv
mövqelərini qəti rədd edirdi. O, mübarizəni bir tərəfdən mütləqiyyət quyruğunda
sürünən  paniranizm  tiryəkiylə çort  vuranlara qarşı  yönəldirdi,  o  biri  tərəfdən
hərəkatı xalqın mənafeyindən uzaqlaşdırmağa çalışan hərəkat başçıları ilə kütlələr
arasında  uçurum  yaradaraq  nəticə etibarilə azadlıq  hərəkatının  verəcəyi  məhsulu
heçə verən sol şuarlarla çıxış edənləri rədd edirdi. O Azərbaycan xalqının ruhunu
dərk  etmişdi.  Təcrübəli  bir  el  həkimi  kimi  xəstəlik  və onun  dərmanını  təşxis
vermiş,nurani  babalarımız  tək  öz    şəfalı əliylə ruhən  xəstə olan  çoxlarını
sağaltmışdır. O, siyasi ehtiyatkarlıqda hər işi vaxtında görməkdə, hər sözü yerində
deməkdə o  qədər  təmkin  və məharətli  idi  ki,  ona qarşı  fəaliyyət  edən  siyasət  və
dünya  darlıqda  özlərinə güvənən  ingilisli  diplomatlar  Xiyabaninin bu  cəhətdən
onlardan üstün olmasından qəzəblə danışmışlar.
Bəşəriyyətin xoşbəxtliyi haqqında böyük fikri irəli sürən Xiyabaninin ürək
arzuları  həyat  və dünya  qədər  geniş  idi.  Xiyabani  imperializmə və hər  cür
müstəmləkəçiliyə qarşı  idi.  Xiyabani əli-əl  üstə qoyub  gözləməyin,  düşmən
qüvvələrini  həddindən  artıq  qiymətləndirməyin  düşməni  idi.O, deyirdi: “Çalışan
qol məhrum olmaz. Böyük və ağır bir çərxin dişləri arasında təzyiqə dözüb qalmaq
əql  və məntiqə uyğun  deyildir”.  O,  milli  məhdudluğa, öz  qınında  qalmağa  qarşı
olduğu  kimi  millətin  müqəddəratına  aid  məsələlərdə sadəlöhvliyə yol  vermək,
imperealistlərin və müstəmləkəçilərin yalançı azadlıq və istiqlal vədələrinə uymaq
hallarını da rədd edərək yazırdı: “Sayıq bir millət həmişə özü üçün ağıllı və düzgün
bir  üsul  idarə seçir  və onu  həyata  keçirir.  Lakin  ağılsız,  elmsiz  millətlər  daima
zülm  və əsarət  zənciri  altında əzilərək  istiqlaliyyətini  itirir  və böyük  dövlətlərin
müstəmləkələrinə çevrilirlər. Bununla  bərəbər  həmin  millətlərlə qonşu  millətlər
arasında heç bir münasibətin olmaması qeyri mümkün olaraq, istər-istəməz onlarla
əlaqə yaranır.  Millət  ağıllı,  huşlu  olarsa,  özünü əlaqə saxladığı  millətlərin  siyasi
təcavüzündən qoruya bilər. Əksinə isə bədbəxtlik və əsarət uçurumuna uğrayar”.


110
Xiyabani  öz  geniş  inqilabi-siyasi  fəaliyyətilə birlikdə qiymətli  yaradıcılıq
irsinə də malikdir.  Böyük  alimin  odlu  qələmindən  çıxmış  məqalələr,mitinqlərdə
söylədiyi nitqləri kütlələri inqilabi mübarizəyə ruhlandırmış, Azərbaycan və bütün
İranda siyasi-bədii publisistikanın inkişaf tarixində yeni bir dövr açmışdır. O, bir
çox elmi-siyasi risalələrin müəllifidir.
Xiyabaninin əsərləri Azərbaycanda və xaricdə nəşr olunan bir çox ruznamə
və məcmuələrdə dərc olunmuşdu. Ədib əsərlərini əsas etibarilə Azərbaycan və fars
dillərində yazmış, “Təcəddod” ruznaməsinin təhririyyə heyətinin yerləşdiyi binada
və Alaqapıda  söylədiyi  tarixi  nitqlərini  doğma  Azərbaycan  dilində söyləmişdir.
Təəssüflə həmin  nitqlərin əsil  mətni  hələlik əldə deyildir.  Həmin  nitqlərdən
müəyyən  parçalar  görkəmli  yazıçı  Mirzətəğixan Rəfət  tərəfindən  farsca  tərcümə
olunaraq Xiyabaninin redaktəsilə ruznaməsində dərc olunmuşdur. Böyük ədibimiz
Ş.M.Xiyabani əsərlərinin küllüyatını,ədibin məktub, məqalə, risalə, çıxış, bəyanat
və müsahibələrini toplayıb çap etmək vəzifəsi qarşıda durmaqdadır.
Avropada Yanqasun gördüyü işi yaxın Şərqdə xüsusi və çətin şəraitdə həyata
keçirən, ləyaqətli  və fədakar  babası–Nəsimi  kimi  haqq  yolunda  canından  keçən,
iradəsi Qatn dağı qədər möhkəm və mətin olan Süqtəül İslam vətənn hicri 13-cü
(20m) əsrində nisgilli  taleyini  irəlicədən  sezərək  13-cü (19m) əsrin  sonlarında
demişdir: “Üzümüzə gələn əsrdə Azərbaycan ayıq olmalıdır, yoxsa o tiplər altında
parça-parça  olar”. Xiyabani  “təpiklər  altında  qalma  “dövrünün  təxminən  10  ilini
böyük  arxadaşını  itirdikdən  sonra  dərk  etmişdir.  Xiyabaninin  “Azərbaycan  və
Azərbayca-nın  demokratik  qüvvələri” məqaləsinin  sərlöhvəsilə adlandırılan,  bu
kitabçada  hicri  13 və 14-cü əsrin  ağırlıqlarını  çiyinlərində çəkən  döyüb-döyülən
parça-parça olsa da qəhrəmancasına dayanan başı bəlalı Azərbaycanın və onun igid
və müdrik xalqının illərdəki həyat, düşüncə və mübarizəsinin bir çox cəhətləri öz
inkişafını tapa bilmişdir.
Kitabçaya  daxil  edilmiş  hər  üç  məqalənin  mətni  ilk  olaraq  demokrat
firqəsinin orqanı “Təcəddöd” ruznaməsində çap olunmuşdur.
Hörmətli  oxuçular  Xiyabani  fəlsəfəsinin əsasları  və siyasi  publisisqasının
ictimai motivləri haqqında kitabçadan müəyyən təsəvvür ala bilərlər.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə