Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   2   3   4   5   6   7   8   9   ...   37

11
Məhəmməd Əli Badamçı, İsmayıl Əmirxan, Əli Əskər Sərtibzadə, Əhməd
Kəsrəvi və başqaları ilə əməkdaşlıq edir. 1917-ci il aprelin 9-da o, sonralar
öz siyasi fəaliyyətinin məramnaməsinə çevrilən «Təcəddüd»  (Yeniləşmə)
qəzeti nəşr etdirir.  «Təcəddüd»də o, jurnalist həmkarları, silahdaşları ilə
birlikdə xalqda milli şüurun oyanması, maariflənməsi, dirçəlməsinə
yönəlmiş, bu ideyalara, məqsədlərə xidmət edən xüsusi dəyərə malik
yazılarla yaradıcılıq və fəaliyyət dairəsini genişləndirmişdir.
Demokrat Partiyasının Azərbaycan şurasının 1917-ci ilin avqustundakı
iclasında sərbəst fəaliyyət göstərəcək Azərbaycan Demokrat Partiyasının
(Firnəsinin) yaradılması və onun Mərkəzi Komitəsinin Xiyabaninin başçılığı
ilə toplanması qərara alındı. Partiyanın konfransında Mərkəzi Komitəyə,
yerli və əyalət əncümənlərilə keçiriləcək seçkilərə hazırlaşmaq tapşırıldı.
Partiyanın məqsədləri də dəqiq müəyyənləşmişdi:

Konstitusiyada müəyyən edilmiş hüquqların və azadlıqların həyata
keçirilməsi uğrunda mübarizə aparmaq;

Vilayət və qəza əncümənlərilə keçiriləcək seçkilərdə əhalinin
demokratik təbəqələrindən olan nümayəndələrin seçilməsinə
çalışmaq;

İranın tərkibində Cənubi Azərbaycanın muxtariyyəi alması, ölkənin
iqtisadi və mədəni həyatının demokratik əsasda yenidən qurulması
uğrunda mübarizə aparmaq.
Xiyabani rəsmən iqtidarda deyildi, amma Azərbaycanda hər şeyi
nəzarətində saxlayırdı. Bir ilə yaxın davam edən bu dövr ərzində
Azərbaycan faktiki olaraq ADP tərəfindən idarə olunmuşdur.
Osmanlı ordusunun gəlişindən sonra vəziyyət dəyişir. Osmanlı ordusu
Məcdüssəlmənəni Azərbaycana vali təyin edir. Güney Azərbaycanının
Osmanlı ordusu tərəfindən tutulmasına etiraz edən Şeyx Məhəmməd və
silahdaşları həbs olunurlar. Onlar müəyyən müddət Qarsda saxlanıldıqdan
sonra fars əyalətlərindən birinə sürgün edildilir və Osmanlı ordusu
tərəfindən ADP dağıdılır.


12
1918-ci ildə Osmanlı ordusu Güney Azərbaycanını tərk edir. Xiyabani
vətənə dönərək ADR-i və «Təcəddüd» qəzetini bərpa edir. Bu dövrdə ADP-
də fikir ayrılığı yaranır. Partiya Xiyabaninin və doktor Zeynalabdin xanın
rəhbərlik etdiyi iki bölümə ayrılır. Bu bölümlər «Təcəddüdiyun» və
«Tənqidiyun» adlanırdı. Xiyabaninin əleyhdarları onun partiyanı demokratik
metodlarla idarə etmədiyini söyləyirdilər. Onlar Mirzə Tağı xan Rəfətin
yenidən partiyaya qəbul olunmasına etiraz edirdilər. Mirzə Rəfət Osmanlı
rodusu Azərbaycanda olduğu dönəmdə «Azərbaycan» qəzetini çıxarmışdı.
«Tənqidçilər»  (Tənqidiyun – V.Ə.) belə hesab edirdilər ki, o, osmanlılarla
əməkdaşlıq etdiyinə görə partiya sıralarında ola bilməz. Xiyabani bu
etirazları qəbul etmədi və Mirzə Rəfəti yenidən «Tərəddüd»ün baş redaktoru
təyin edir. Xiyabani əleyhdarları partiyanın yalnız Azərbaycan partiyası
olmasına qarşı da çıxırdılar. Əhməd Kəsrəvi də «Tənqidçilər» qrupuna daxil
idi.
1
1919-cu ildə İngiltərə ilə Vüsuqüddövlə arasında 1907-ci il
müqaviləsini əvəz edən bir müqavilə bağlandı. Bəyannamədə deyilirdi:
«İran dövlət başçıları məşrutə qanunlarını ləğv etdilər, xalqın tələbatını
qəbul etmirlər». Bəyannamədə xəbərdarlıq edilirdi ki, biz qiyam odunu
bütün İranda yandıracağıq, ADP daha kəskin mövqe tutaraq Tehran
hakimiyyətinə qarşı mübarizəyə başlayır. Sonra Tehrandan Təbrizə
göndərilmiş Bifinin yoldaşları geri qaytarılır. Təbriz hakiminin müavini
Əminilmülk və maliyyə rəisi Tərcümanüldövlə Azərbaycandan gedib,
Demokrat Partiyası tərəfindən nümayəndələr təyin edilirlər.
1920-ci ilin may ayında Təbrizdə ADP-nin rəhbərliyi ilə böyük mitinq
təşkil edilir. Mitinqdə imperialistlərin və İran irtica qüvvələrinin əleyhinə
mübarizəni daha da gücləndirməyə çağırışlar səslənir. Mitinqin iştirakçıları
təklif edirlər:  «Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda
öncül olmuşdur. Bu münasibətə görə də «Azərbaycan» əyaləti yerinə
1
Ариф Кяскин. Эцней Азярбайъанда милли щярякатын тарихи тямялляри. «Бакы-Тябриз» дярэиси, 2006, №7, сящ.30.


13
«Azadıstan»  (azadlıq sevən, azad əyalət – V.Ə.) adlanması daha
düzgündür». Bu təklif mitinq iştirakçıları tərəfindən qəbul edilir.
Mitinqdən sonra qiyamın əks-sədası, istiqlaliyyət dalğası bütün Cənub
şəhərlərinə yayılır, hərəkatın milli coğrafiyası genişlənir: Zəncan, Marağa,
Miyana, Əhər, Xoy və daha sonra Ərdəbil də azadlığa səs verir.
1920-ci ilin 22 iyununda ADP ümumi səslə Milli hökumətin strukturu
haqqında qərar qəbul edir və Şeyx Məhəmməd Xiyabani Milli Hökumətin
sədri seçilir. Həmin gün Xiyabani hökumət başçısı kimi Alaqapıya köçür.
Bu, Güney Azərbaycan tarixində yaranmış ilk demokratik milli hökumət idi.
«Azərbaycan» toponimi, söz bütün lövhələrdə, dövlət sənədlərində
«Azadıstan əyaləti» kəlməsi ilə əvəzləndi.
Xiyabani «Alaqapı»da Milli Hökumət başçısı olduğu az müddətdə
Təbrizdə bir çox islahatlar aparır. Eləcə də jandarm təşkilatını
genişləndirərək öz rəhbərliyi ilə Milli Qvardiya yaradır. Tanınmış
maarifpərvər Əbülqasim Fyuzatı maarif müdiri təyin edir. Məktəblərdə
təhsilin Azərbaycan dilində keçirilməsinə göstəriş verir. Bakıdan
«İddihadiyeyi-İraniyan» məktəbindən müəllimlər dəvət edir. Bütün idarə
işləri, sənədləşmələr, mətbu nümunələr, mitinq və çıxışlar doğma dilimizdə
aparılır.
Azadıstan dövlətinin ömrü çox uzun sürmədi. Müstəqillik elan
ediləndən altı ay sonra 1920-ci il sentyabrın əvvəllərində təzəliklə vali təyin
edilmiş Hidayət Müxbirisəltənə Təbrizə tərəf hərəkət edir. Təbrizə
girməzdən əvvəl o, mülkədarları öz tərəfinə çəkir. Hücumdan əvvəl Amerika
və İngiltərə konsulluqlarını xəbərdar edir. Sonra müqavimətsiz Təbrizə
soxulub kazak dəstələri ilə birləşir. Kazakların bir dəstəsi Xiyabaninin
iqamətgahına hücum çəkir. Döyüşlər dörd gün davam edir. Sentyabrın 14-də
Xiyabani öldürülür. Ş.M.Xiyabani öz xalqının və Vətəninin vurğunu idi. O,
xalqının gözəl, müstəqil yaşaması, azadlığı uğrunda canını qurban verdi.
* * *


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə