Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   2   3   4   5   6   7   8   9   10   ...   37

23
ideoloqlarından və ifadəçilərindən biri kimi qaldı. Çünki, onun siyasi-
publisist irsinin mərkəzi məsələsi məhz Azərbaycan xalqının taleyidir».
1
Xiyabaninin haqqında danışdığımız kitabına vaxtilə «Təcəddüd»də
çap edilmiş üç məqaləsi daxil edilib. Azərbaycanın demokratik qüvvələrini
birliyə, milli oyanışa çağıran kitaba daxil məqalələr bunlardır:
«Mütləqiyyəti devirin!»,  «Qorxu və cəsarət» və «Əmək və fəhlələr». Ərəb
qrafikası çap olunan kitabça ona görə qiymətlidir ki, onun ölkəmizdə işıq
üzü görən ilk və son əsəridir. Əfsuslar olsun ki, Xiyabaninin məqalələri
bütöv halda bugünə kimi çap olunmamışdır. Ona görədir ki, M.F.Axundov
adına «Respublika kitabxanası»nda Xiyabaninin kataloqu yoxdur.
Kitabın «Müqəddimə»sində Q.Kəndli Ş.M.Xiyabaninin publisist irsinə
böyük qiymət verərək yazır:  «Xiyabani öz geniş inqilabi-siyasi fəaliyyətilə
birlikdə qiymətli yaradıcılıq irsinə malikdir. Böyük alimin odlu qələmindən
çıxmış məqalələri, mitinqlərdə söylədiyi nitqləri kütlələri inqilabi
mübarizəyə ruhlandırmış, Azərbaycan və bütün İranda siyasi-bədii
publisistikanın inkişafı tarixində yeni bir dövr açmışdır. O, bir çox elmi-
siyasi risalələrin müəllifidir. Xiyabaninin əsərləri Azərbaycanda və xaricdə
nəşr olunan bir çox ruznamə (qəzet – V.Ə.) məcmuələrində dərc
olunmuşdur. Ədib əsərlərini əsas etibarilə Azərbaycan və fars dillərində
yazmış,  «Təcəddüd» ruznaməsinin təhririylə heyətinin yerləşdiyi binada və
Alaqapıda söylədiyi tarixi nitqlərini doğma Azərbaycan dilində söyləmişdir.
Təəssüf ki, həmin nitqlərin əsl mətni hələlik əldə deyildir. Həmin nitqlərdən
müəyyən parçalar görkəmli yazıçı Mirzə Tağı xan Rafət tərəfindən farscaya
tərcümə edilərək Xiyabaninin redaktəsi ilə «Təcəddüd» ruznaməsində dərc
olunmuşdur. Böyük ədibimiz Şeyx Məhəmməd Xiyabani əsərlərinin
külliyyatını, ədibin məktub, məqalə, risalə, çıxış və müsahibələrini toplayıb
çap etmək vəzifəsi qarşıda durmaqdadır». 1961-ci ildə deyilən bu sözlərə bu
gün də əməl olunmayıb. Xiyabaninin nə irsi çap olunub, nə də həyat və
yaradıcılığı fundamental şəkildə tədqiq olunmayıb.
1
Рящим Ялийев. «Иртиъа дюврцндя ядябиййат вя мятбуат» (1911-1922). Талейин сюзц китабы. Бакы, 2008, сящ.426.


24
Tədqiqat göstərir ki, Xiyabani irsinin əsas hissəsini qeyd etdiyimiz
kimi publisistik əsərləri təşkil edir, onun tarixi, ictimai, fəlsəfi məzmunlu
əsərləri müxtəlif tarixi hadisə və tədbirlərlə bağlı məqalləri obrazlı təfəkkür
sahibi olmasından xəbər verir. Xiyabaninin publisistikası mübariz
publisistikadır. Onun publisistikası yüksək ideyalı publisistikadır. Müəyyən
bir dövrü əhatə edən yaradıcılıq fəaliyyətində ən mürəkkəb ictimai-siyasi
hadisələrlə üz-üzə gələn və öz sağlam mövqeyini qoruyan inqilabçı, ictimai
xadim, alim, ədib, jurnalist olan Şeyx Məhəmməd Xiyabani həmişə
cəmiyyətin ən mütərəqqi qüvvələrinin fikir və arzularını təmsil etmişdir.
Xalqını və Vətənini coşğun hisslərlə sevən publisistin məqalələrinin
hər bir sətrində Azərbaycan xalqının milli varlığını inkar etməyə cəhd edən
və beləliklə, öz təcavüzkarlığına bəraət qazandırmaq istəyən şovinistlərə və
hakim millətlərə qarşı qəzəb və dərin nifrət ifadə olunmuşdur.
Xiyabaninin vətənpərvərliyi yüksək tipli vətənpərvərlikdir. Bu elə bir
vətənpərvərlikdir ki, öz vətənini və xalqını sevməklə bərabər, başqa
xalqların azadlıq və istiqlaliyyətinə hörmət edir.
Xiyabaninin publisistikası realist publisistikadır. O, həyat həqiqətini
heç vaxt təhrif etməmiş və heç nə uydurmaq fikrində olmamışdır.
Xiyabani publisistikası xüsusiyyətlərindən danışdıqda onun bədiilik
cəhəti ayrıca qeyd edilməlidir. Xiyabaninin publisistikası yazıçı qələminin
məhsulu, bayaq Qafar Kəndlidən gətirdiyimiz sitatda qeyd olunduğu kimi,
bədii publisistikadır. Onun bir çox məqalələri bədii əsər kimi oxunur:
«Qorxuram» sözü onu deyən adamın öz vicdanı qarşısında biabırcasına
etdiyi etirafdır.  «Qorxuram» sözü rəzalətlərin ən alçaq dərəcəsini və onu
deyən adamın ruh düşgünlüyünü andıran bir formul və ifadədən ibarətdir.
«Qorxu» insanın təbiətində mövcud ən çirkin bir hiss və uğursuz bir
həyəcandır. «Qorxu» adamı mərdlik tərəfindən və alicənablıq məziyyətindən
məhrum edərək onu miskinliyin ən aşağı dərəcəsinə endirir və ən murdar
heyvanlarla bir sırada qoyur…»
1
1
Ш.М.Хийабани. «Азярбайъан вя Азярбайъанын демократик гцввяляри». Бакы, 1961, сящ.29.


25
Nümunədən göründüyü kimi, Xiyabani izah etmək istədiyi fikri real,
obrazlı və bədii şəkildə təsvir edir. Ona görə də deyə bilərik ki, Xiyabani
publisistikası
hər
şeydən
öncə
alovlu
inqilabçı
bir
yazıçının
publisistikasıdır.
Xiyabaninin istər fars, istərsə də Azərbaycan dilində yazdığı
publisistik məqalələri dilinin səlisliyi, bədiiliyi və obrazlılığı ilə fərqlənir.
Professor Teymur Əhmədovun N.Nərimanovun publisistikası barədə
dediyi fikri Xiyabaninin də publisistikasına şamil etmək olar:
«N.Nərimanovun publisist yazılarında İran milli azadlıq hərəkatının sadcə
icmalı deyil, bu hadisələrin xarakteri, mahiyyəti və istiqaməti obyektiv
şəkildə izah edilmişdir. İran inqilabi hadisələrini diqqətlə izləyən görkəmli
ictimai xadimin alovlu sözləri xalqın ölüm-dirim mübarizəsində qətiyyətli,
sərvaxt və həmrəy olmağa ruhlandırır».
1
Xiyabaninin bədii obrazı
Şeyx
Məhəmməd
Xiyabaninin
bədii
obrazına
Azərbaycan
ədəbiyyatında dramaturgiya, nəsir və poeziya sahəsində rast gəlmək
mümkündür. Xalq yazıçısı İlyas Əfəndiyevin «Şeyx Xiyabani» pyesi, Pənahi
Manulunun «Xiyabani»
2
romanı, xalq şairi Xəlil Rza Ulutürkün «Xiyabani
yurdunda»,
3
Seyid Əzim Şirvaninin nəticəsi, Güneydə doğulub Quzeydə
yaşayıb yaradan, şərqşünas Arif Səfanın «Xiyabani»
4
qəzəlini göstərmək
olar. Qeyd etdiyimiz ədiblərin müxtəlif janrlı əsərlərində Ş.M.Xiyabaninin
obrazı bədii fonda canlandırılmışdır.
Xalq yazıcısı Hüseyn Abbaszadə İ.Əfəndiyevin «Şeyx Xiyabani»
pyesinə yazdığı «Tarixə müasir baxış» adlı resenziyasında əsərin dramatik,
1
Т.Я.Ящмядов. Н.Няримановун йарадыъылыг йолу. Бакы, 1992, сящ.259.
2
1979-ъу илдя Бакыда, «Йазычы» няшриййатында йцксяк тиражла чап олунуб.
3
«Ядябиййат вя инъясянят» гязети, 1976-ъы ил, 27 нойабр.
4
Ариф Сяфа. «Гязялляр». Бакы, 2009.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə