Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

33
Səttarxan    öz    silahdaşlarının  köməyilə Təbrizin    müdafiəsinə qalxmış    və
Sədrəzəm Eynüddövlə ilə onun  şilləvuranları  Rəhim xanla Maku  xanın  başçılıq
etdiyi  silahlı  dəstələri  Təbrizdən  qovmuşdur.  Bundan  sonra  şah, çar polkovniki
Lyaxovu    Tehranın    hərbi    qubernatoru    təyin    etdi.    Səttarxan    isə ayıq    bir
sərkərdə olduğu  üçün  Təbrizdə hərbi  düşərgə yaratmışdı.  Polkovnik  Lyaxov
kazak  süvarilərindən  ibarət  böyük  bir  dəstə ilə Təbrizə hucum  edərkən onları
Sərdari-millinin    mücahidlərdən    ibarət    dəstəsi    sərrast    atəşlərlə qarşıladı.
Lyaxovun  kazak  süvarilərindən  ibarət  olan  dəstələri  böyük  itgi  verərək  geri
çəkilməyə məcbur  oldular.
Bu, dünya  ictimaiyyətinin  diqqətini  cəlb  edən  bir  hadisə idi.  “Molla
Nəsrəddin”    jurnalının    mühərrirləri    yaxşı    bilirdilər  ki,  İranda əksinqilaba
başçılıq    edən    Məhəmmədəli    şahdır.  Buna    görə də onlar    şahı əsas    tənqid
hədəflərindən    birinə çevirmişdilər.    1908-ci    ildə M.Ə.Sabir    ölkənin    var-
dövlətini    xaricilərin    ayağı    altına    atan Məhəmmədəli    şah    haqqında    belə
yazırdı:
Mən  şahi-qəvi  şövkətəm,  İran  özümündür!
İran  özümün,  Rey,  Təbəristan   özümündür!
Abad  ola,  ya  qalsa da  viran  özümündür!
Qanuni-əsasi  nədi,  fərman  özümündür!
Şövkət  özümün,  fəxr  özümün,  şan  özümündür!
Şahın ordusu  mücahidlərə məğlub  olandan  sonra,  Güney  Azərbaycanda
inqilabi  hərəkata,  xüsusilə fədailərin silahlı  döyüşlərinə bilavasitə Səttarxan
başçılıq  eləməyə başladı. Şah  isə nəyin  bahasına  olursa olsun  inqilabi  hərəkatı
yatırtmaq    istəyir,    gah    kazaklardan,    gah    ingilislərdən    ibarət    dəstələri
Səttarxanın  üzərinə göndərir,  gah da  erməni  daşnak  Yefremin  başçılıq  etdiyi
kafirlər  ordusunu azərbaycanlalıların  üzərinə saldırırdı.  Bu  qanlı  vuruşmalar
dövründə “Molla    Nəsrəddin”    hadisələrə çox    düzgün    münasibət    bəsləyirdi.
“Molla    Nəsrəddin”    jurnalının    rəhbəri  böyük    dramaturq    və publisist
C.Məmmədquluzadə yazırdı:


34
“Bu  günlərdə İranda  istibdad  və ədalət  bərk  çarpışır.  Yekə bir  millətin
dini,    namusu,  huququ,    vətəni    təhlükədədir.    Kimsəsizlik    ucundan    ola    bilər
ədalət    tərəfi    basılsın.    O    vaxt    milyonlarca    məzlumun    dadü-fəryadı,    bu
günkündən  artıq  göylərə qalxacaqdır.  Bir  udum  suya  həsrət  qalıb,  can  verən
balaların,    qarınları    yırtılan    ana-bacıların    halı    Kərbəla  vaqiəsindən    kənarda
qalmayacaqdır.    Bu    gün    Kərbəla    meydanı    Azərbaycandakı    vətənpərvərlik
meydanıdır.    Hər    kimin    ürəyində bir    cüzi    din,    namus,    vətən   hissi    varsa,
oranın  qeydinə qalmalıdır.  Axıtmalı  qanlarımız,  ehsan  etməli  pullarımız  varsa,
gözümüzün  qabağında  ürək  parçalayan  Azərbaycan  matəmgahı  durur.
1
Onu da  qeyd  etmək  lazımdır ki,  Məşrutə hərəkatı  zamanı  Qafqazdan,
əsasən  də Quzey    Azərbaycandan    gələn    mücahidlərin    yerləşdirilməsində
təşkilatçılıq  işləri  Xiyabaniyə tapşırılmışdı.  Xiyabani  eyni  zamanda  səngərləri
dolaşıb,  mücahidləri  maarifləndirməklə və ruhlandırmaqla  məşğul  olurdu.
Mücahidlər  Səttarxanın  başçılığı  ilə çar  polkovniki  Lyaxovun  kazak
briqadasına,    ingilis    silahlı    qüvvələrinə,    erməni-daşnak    Yefremin    polis
dəstələrinə və şah  qoşunlarına  iki  günlük  vuruşmada  qalib  gələndən  sonra
iyulun  13-də Tehrana daxil  oldular.  Paytaxt əhalisi  mücahidləri  öz  xilaskarı
kimi    qarşıladı.    Bu    zaman    İran    şahı    qorxusundan    qaçıb    rus    səfirliyində
gizlənmişdi.
Bu ərfədə İran  mətbuat  orqanlarından  Tehranda  çıxan  “Sure-İsrafil”,
Rəştdə çıxan    “Nəsime-şimal”,  “Amuzqar”    və başqa qəzetlər    bu    hadisəni
nikbin əhval-ruhiyyə ilə öz    səhifələrində dərc   etmişdilər.    “Nəsime-şimal”ın
baş  redaktoru  Seyid Əşrəf  Gilani Şimali  Azərbaycan  mətbuat  orqanlarını  İran
haqqında    daha    çox    yazmağa,    Təbriz    mübarizlərini,    Səttarxanın    tarixi
qəhrəmanlığlarını  daha  çox  tərif  etməyə çağırırdı.
Məşrutə hərəkatı    alovlanırdı.    Hər    yandan azadlıq,    hüriyyət    sədaları
göylərə yüksəlirdi.  Rus  konsulu  vəziyyəti  belə görüb  Səttarxanı  aldatmaq
məqsədilə,  ona  sülh  təklif  elədi.  Lakin  şanlı  sərkərdə ona  sərt  cavab  verdi:
1
C.Məmmədquluzadə “Molla  Nəsrəddin” jurnalı, №2, 1909.


35
“Biz  kimsəyə hərb  açmadıq,  sadəcə millətimizi,  vətənimizi,  insan  haqlarımızı
mürtəcelərdən  qoruyuruq”.
Səttarxanın  qətiyyətini  görən  rus  konsulu  riyakarcasına iyrənc  bir  siyasi  gediş
eləmək  istədi,  rus  himayəsini  qəbul etmək  təklifini  irəli  sürdü.
Səttarxan    isə öz    növbəsində ona    belə cavab    verdi:        “Mən  və
arxadaşlarım  özümüzü  başqasının  bayrağı  altında  deyil,  öz  bayrağımız  altında
görmək  istəyirik”.
Bundan sonra  Rusiyadan  İran  şahına  böyük  bir  ordu  köməyə gəldi.
Səttarxana  isə Anadıludan  kömək  gəldi.  Xəlil  bəy  başına  bir  dəstə toplayıb
Səttarxanı  müdafiə elədi.
Lakin  həyatın  amansız  bir  hökmü  var:  düşmən  sayca  çoxdursa,  azın
məğlubiyyəti  labüddür.  Şahın  Çar  Rusiyası  ilə birləşən  qüvvələri  Məşrutə
hərəkatını    qan    içində boğdu.      Edamlar,    qətllər,    hüriyyət    yolunda    şəhid
olanların    qızıl    qanı    naləyə,    fəryada  dönüb ərşə yüksəldi.    Azəri    xalqının
hüriyyət  istəyi  beləcə boğuldu.
Məşrutə hərəkatının    qızğın    dövründə Xiyabani    “Əncüməni-milliyi-
Təbriz”ə üzv  seçilmiş,  1909-cu  ildə işə başlayan  II  çağırış  Məclisə millət
vəkili  seçilmişdi.  Bu  Məclis  “Şah  Bankı”ndan  250000  funt  kredit alıb  hərbi
islahat    çərçivəsində jandarm    təşkilatı    yaratmaq    üçün    İsveçdən    iki    zabit
gətirmişdi.    Maliyyə sistemini    islah    etmək    məqsədilə,    amerikalı    Morqan
Şusterin başçılığı    ilə,    iki    maaliyə mütəxəssisi  də İrana    dəvət    olunmuşdu.
Bütün bunlar    ölkədə yeni    bir    islahat    dönəminin    başlandığını    göstərirdi.
İslahatçıların  qarşısındakı  İran  bu  şəkildə səciyyələndirilə bilər:  rus əsgərləri,
xüsusən Güney  Azərbaycanda əhəmiyyətli  təsirə malik  idilər;  idari  işlərdə
başıpozuqluq    hökm    sürürdü;  məşrutə hərəkatı    başlayandan    sonra    feodallar
dövlətə vergi    ödəməyi    dayandırmışdılar;    dövlət    iqtisadi  böhran    içində idi;
ölkədə insanların  malının  və canının  təhlükəzliyi  təmin  olunmurdu.
II  çağırış  Məclisdə siyasi  partiyalar  rəsmiyyət  qazanmışdılar  və iki
partiya    ortaya    çıxmışdı.    Bunlardan    biri    inqilabçı    və demokrat    təmayüllü
“Demokrat-amiyun” (Demokrat  Partiyası),  digəri  isə “İctimaliyun-Etiqaliyun”


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə