Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту


partiyası    idi.    Məclisdə Demokrat    Partiyasını    28,    Sosial-



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

36
(Sosial-Liberal)    partiyası    idi.    Məclisdə Demokrat    Partiyasını    28,    Sosial-
Liberalları  isə 36  deputat  təmsil  edirdi.  Liberallar  ictimai  və siyasi  dəyişiklər
üçün  təkamül  yolunu  təklif  edir,  silahlı  mübarizəni  rədd  edirdilər.  Bu  partiya
əsasən  din  xadimlərindən  və sahibkarlardan  təşkil  olunmuşdu.  Tehranın  din
xadimlərindən  fars  kökənli  Seyyid  Abdullah  Behbeqani  partiyanın  lideri idi.
Demokrat    Partiyasına    isə təbrizlilər;    Seyid    Həsən    Tağızadə və Süleyman
Mirzə rəhbərlik  edirdilər.  II  çağırış  Məclisdən  çox  şeylər  gözlənilirdi.  Anacaq
Məclis    iki    partiya    arasındakı    sərt    çəkişmələrin    səhnəsinə çevrilmişdi.  Bu
arada  Məhəmmədəli  şah  taxtdan əl  çəkib  Avropaya  getmiş,  yerinə Əhməd
şah  keçmişdi.
Yuxarıda  qeyd  olunduğu  kimi  1910-cu  il  avqust  ayında  imperialist
dövlətlərin    təhriki  ilə Tehranda    inqilabi    qüvvələrin    məhv    edilməsi planı
tutulmuş,  mücahıdlərlə,  irticapərəst  qüvvələr  arasında  güclü  savaş  başlamışdı.
Ağır    yaralanan    Səttarxan    və Bağırxan əsir    düşmüşdülər. Əsasən    Cənubi
Azərbaycandan  olan  fədailərin  simasında  inqilab, ən  yaxşı  mübariz  qüvvəsini
itirmişdi.    Lakin    xalqın    qəzəbindən    qorxan    Məhəmmədəli    şah    Avropaya
qaçmaq  məcburyyətində olduğu  üçün,  onun  yerinə Əhməd  şah  keçmişdi.  Baş
nazir  postuna  isə Nasirülmülk  təyin  olunmuşdu.  Demokrat  Partiyası  Rusiya
əleyhinə siyasət yürüdür,    rus əsgərlərinin    İrandan    çıxarılmasına    çalışırdı.
Rusiya    II    çağırış    Məclisdə proseslərin    onun əleyhinə getdiyini    gördükdə,
Demokrat    Partiyasının    islahat    üçün    gətirdiyi    Morqan    Şusterin    İrandan
çıxarılmasını    tələb    etdi.    Məclis    tələbi    rədd    etdi    və bunun    ardınca    rus
əsgərləri  məclisə hucum  çəkdi.  Vəziyyəti  belə görən  Nasirülmülk  II  çağırış
Məclisi  buraxdı.  Məclis  buraxılandan  sonra  Xiyabani  Tehranda  bir  mitinq
keçirdi.    Tehranın    Səbzəm    meydanında gerçəkləşən    bu    mitinqdə Xiyabani
şahlığa  və Rusiyaya  qarşı  sərt  bir  nitq  söylədi.  Bundan  sonra  daşnak  Yefrem
xanın  başçılıq  etdiyi  Tehran  polisi  Xiyabanini  həbs  etmək  üçün  hərəkətə
gəldi.  Xiyabani  yaxın  silahdaşları  ilə Tehranı  tərk  edib əvvəlcə Xorasana,
sonra  isə Şimala  getdi.


37
Birinci  dünya  müharibəsi  bütün  regionlar  sırasında  İrandan  və Güney
Azərbaycandan da  yan  keçməmişdi.  İran  müharibınin  rəsmi  iştirakçısı  olmasa
da,    onun ərazisi    müharibəyə qoşulan    ölkələr,    həm    Antanta,    həm  də
Almaniyanın  başçılıq  etdiyi “Üçlər  İttifaqı”  üçün  hər  cəhətdən  faydalanmaq
məkanı  olmuşdu.
Müharibə ərəfəsində əcnəbi  qüvvələrin  köməyi ilə Məşrutə inqilabının
məğlub    edilməsi,    Səttarxanın,    Bağırxanın    və onun    başqa    fəallarının    edam
edilməsi,  Məşrutə iştirakçılarının  kütləvi  təqiblərə məruz  qalması,  irticanın  və
şahlıq    dəstgahının əl-qolunu    açmış,    vətənpərvər    və demokratik    qüvvələrə
qarşı    daha    geniş    miqyasda    hucuma    şərait    yaratmışdı.  Bu    mənada    birinci
dünya    müharibəsinin    başlanması ərəfəsində İranda    irticanın    tüğyan    edən
dövrü    idi.    Birinci    dünya    müharibəsinin    səbəblərindən    biri  də imperialist
dövlətlərin  mənafeyinin toqquşduğu  düyün  nöqtələrindən  birinin də İran  olması
idi.  Antanta    İttifaqına    daxil    olan    İngiltərə ilə Rusiyanın,    habelə “Üçlər
İttufaqı”nın  İran  haqqında  öz  planları  vardı.  Hər  iki  blok  çalışırdı ki,  bu
müharibədə İran    onlardan    birinin    müttəfiqi    olsun.  İran    müharibədə özünü
bitərəf    elan    etsə də,    onun ərazisi    müharibə aparan    ölkələrin    işğalı    altına
düşdü  və bu  İranın  onsuz da  geri  qalmış  iqtisadiyyatına,  maliyyə vəziyyətinə
daha  ağır  təsir  göstərdi.  Ölkədə ərzaq  qıtlığı  və bahalıq  imkansız  ailələri
taqətdən  salır,  işsizlik,  səfalət  gündən-günə artırdı.  Müharibə illərində Güney
Azəarbaycanda  vəziyyət  daha  ağır  idi. Müharibə başlanan  kimi  bura  soxulmuş
rus əsgərləri,    bütün ərzağı    və müharibə üçün    lazım    olan    bütün    vəsaiti
daşıyıb   apardıqlarından,   burda   iqtisadiyyat    daha    yoxsul  vəziyyətə düşmüş,
aclıq  və səfalət,  eyni  zamanda  yoluxucu  xəstəliklər  hər  tərəfi  bürümüşdü.
İranın bitərəflik  mövqeyinə əsaslanan  azərbaycanlılar,  rus  hərbi  qüvvələrinin
ölkədən  çıxıb  getməsi  üçün və Azərbaycan  iqtisadiyyatının  talan  olunması
əleyhinə dəfələrlə mübarizəyə qalxmaqlarına  baxmayaraq,  şahlıq  səltənətindən
himayə görən ruslar,    bu    yerlərdə öz    mövqelərini    və hökmranlıqlarını
möhkəmlətməyə çalışırdılar.    Təbii    olaraq    bu    vəziyyət  müharibədə Antanta
blokuna    qarşı    vuruşan    “Üçlər    İttifaqı”nı  və onun    üzvlərindən    biri    olan


38
Osmanlı  dövlətini  narahat  etməyə bilməzdi. Əslində bu   İranın  Şimal-Qərb
rayonunda  Birinci  dünya  müharibəsinin  Qafqaz  cəbhəsinin  davamı  olan  yeni
cəbhənin  açılması  idi. Osmanlı  ordususnun  alayları  qəfildən  hucuma  keçərək
rusları    acı    məğlubiyyətə uğratdılar.    Osmanlıların    qəfil    hucumu    qarşısında
duruş  gətirə bilmıəyən  ruslar  Şücaüddövləni  yenidən əyalətə çağıraraq,  ondan
kömək  istədilər.  Şücaiddövlə öz  nökərçilik  xidmətini  göstərib, “İzaqi”, “Sili”,
“Əmriyyə”  və digər  adlar  altında  bir  neçə alay  təşkil  etdi. O,  eyni  zamanda
öz    iyrənc    siyasətindən    istifadə edərək,    bu    alayları    azərbaycanlı əsgər    və
zabitlərdən    təşkil    etmişdi.    Lakin    osmanlılarla    eyni    soydan    olan
azərbaycanlılar,  öz  türk  qardaşları  ilə savaşmaqdan  imtina  etdikləri  üçün,  rus
hərbi   qüvvələri    yenə də osmanlı əsgərlərinin   qaşısında    aciz   qalıb    məğlub
oldular. Şücaiddövlə isə özü  osmanlılara əsir  düşməkdən  güclə xilas  oldu.
Bundan  sonra  vali  Sərdar  Rəşid  başda  olmaqla  xalq  Osmanlı  ordusunu  duz-
çörəklə,  toy-bayramla  qarşıladı.
Antanta  dövlətlərinə,  ilk  növbədə Rusiya  və İngiltərəyə satılmış  yezidi-
kürd  tayfaları,  eyni  zamanda  Təbrizdə və başqa  bölgələrdə yaşayan  ermənilər
Osmanlı  komandanlığı  tərəfindən  ciddi  cəzalandırılırdı. Yerli əhaliyə böyük
inamı    olan    osmanlılar    hətta    bəzi    həssas    vəzifələri    yerli    azərbaycanlılara
tapşırırdılar.  Məsələn  bütün  Güney  Azərbaycanda  mətbuat,  poçt,  teleqraf  kimi
hərbi-strateji əhəmiyyəti  olan sahələri  Şərifzadəyə tapşırmışdılar.
Ruslardan  fərqli  olaraq,  osmanlılara  qarşı  yerli əhalinin  hüsn-rəğbəti  və
bir  çoxlarının  onlara  yardım  etməyə hazır  olmaq  meyli,  Rusiya və İngiltərə
ilə yanaşı Şah  üsul-idarəsini də ciddi  narahat  etməyə bilməzdi. Buna  görə də
onlar    bütün    vasitələrdən    istifadə edərək, əhalini    Osmanlı    ordusuna    qarşı
pozuculuq  və təxribata  cəlb  etmək  üçün  bütün  qüvvələrini  işə saldılar. Hətta
Təbtizdə osmanlılar əleyhinə qəsdə də əl    atdılar. Əfsuslar    olsun  ki,    tək
osmanlılara  deyil,  eyni  zamanda  elə azərbaycanlıların  özünə qarşı  törədilmiş
bu  qəsd  geniş  kütlə tərəfindən  müdafiə olunmadı.
1915-ci    ildə,    Antanta    ölkələrinə çuğulluq    eləyən  daşnak  Andronik,
ermənilərdən    ibarət    təpədən-dırnağa   qədər    silahlanmış    böyük    bir    ordu    ilə


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə